Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Sosial şəbəkələrdə və bəzi media resurslarında mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruzun yol hərəkəti qaydalarını kobud şəkildə pozan videosu yayılıb. Qəribədir ki, videonu stilist özünün sosial şəbəkə səhifəsində paylaşıb.

Videodan aydın görünür ki, Şəfəq Novruz avtomobili yüksək sürətlə idarə edərkən anası ilə birgə mahnı oxuyaraq rəqs edir. Videodan da göründüyü kimi, o, sükan arxasında rəqs edir və diqqəti sükanda yox, rəqsdədir.

Bundan əlavə, aktyorun qızı avtomobili idarə edərkən əllərini sükandan çəkir ki, bu da ciddi qayda pozuntusu hesab edilir.

Bəs Şəfəq Novruzu hansı cəza gözləyir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən nəqliyyat üzrə ekspert Aslan Əsəd deyib ki, tanınmış adamların bu cür hərəkətləri istənilən halda qəbuledilməzdir:

“Çünki tanınmış adamlar hər vasitə ilə cəmiyyətə nümunə olmalıdırlar və onlar digərlərinə nümunəvi davranış təlqin etməlidirlər. Bu mənada bu görüntülər qəbuledilməzdir. Üstəlik, belə halların ictimailəşdirilməsi də doğru deyil. Bu digərlərinə pis nümunə ola bilər”.

Bəs, belə hallara görə sürücünü hansı cəza gözləyir?

Müsahibimizin sözlərinə görə, videodan aydın görünür ki, xanım sürücü avtomobili yüksək sürətlə idarə edərkən rəqs eləyir, hətta əlini sükandan çəkir:

“Bu da qəzaya şərait yaradır. Çünki, yüksək sürətlə gedən avtomobildə ani diqqətsizlik böyük faciəyə yol aça bilər. Bütün hallarda burada inzibati xəta var. Bunun təsdiqi üçün ilk növbədə həmin video DYP tərəfindən araşdırılmalıdır. Əgər sürücü ayıq olubsa və bu hərəkətə görə sürət həddini aşmaya və qəza şəraiti yaratmağa görə 150 manata qədər cərimə oluna bilər.

Əgər sürücü spirtli içki qəbul edibsə, onda cəza xeyli ağırlaşır. Çünki içkili vəziyyətdə avtomobil idarə etmək cəzanı sürücülük vəsiqəsindən məhrumetməyə qədər ağırlaşdırır”.

VİDEO BURADA:

 

Bölmənin digər xəbərləri

07 İyun 2025 Qarayevlər ata-bala 2 kanalda qara siyahıya düşdü
07 İyun 2025 Gülüstan Əliyeva qaraya büründü - Fotolar
06 İyun 2025 Nəfəsin iddialı geyimi gündəm oldu - VİDEO
06 İyun 2025 Zaurdan Tolikə AĞIR CAVAB: “Kabinetdə müğənnilərlə oturub... olmaz!” - VİDEO
06 İyun 2025 Aygün Kazımova Kəmaləyə efir qadağası qoyub? – Özü danışdı
05 İyun 2025 Şəhriyardan Oksana açıqlaması: “Uşağımın anasıdır”
05 İyun 2025 “Nəfəs və onun kimiləri efirə buraxmaq olmaz!”- Xalq artisti QƏZƏBLƏNDİ
04 İyun 2025 “Keçmiş arvadlarım məndən varlıdır” – Məşhur aktyordan ŞOK açıqlama
04 İyun 2025 “O pula soyuducumu dolduraram” - Nisə Qasımova
04 İyun 2025 Aqşin Fateh: “Bir ilə 100 min manat xərcləyirəm”
03 İyun 2025 “Toy etsəm, hamı biləcək” — VİDEO
03 İyun 2025 Rihanna Nyu-York küçələrində "belə yaxalandı" - VİDEO
03 İyun 2025 Azərbaycanlı müğənnini "daş-qalaq etdilər" - Video
02 İyun 2025 "Hüseyn bunları gündəm üçün edir"
02 İyun 2025 Miri Yusifin ailəsi Bakıya bu səbəbdən köçüb
02 İyun 2025 Akif İslamzadə Ağdama köçür? - “Anam deyirdi ki, Abdal-Gülablıda evimiz var, amma” -AÇIQLAMA
02 İyun 2025 “Röya ilə barışmaram, təkcə oğlumun toyunda bir araya gələcəyik” - ÖZƏL
01 İyun 2025 Nəsrindən iddialı FOTOlar
31 May 2025 "Filmə aktyoru yox, sevgilisini çəkir"
31 May 2025 Şəbnəm makiyajsız belə görünür - VİDEO

Dünyapress TV

Xəbər lenti