![]() |
![]() ![]() ![]() |
|
Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşı ilə qarşılıqlı boşanmağa qərar veriblər.
Lent.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunub.
Xəbəri dəqiqləşdirmək üçün müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxladıq.
R. Vəliyev Lent.az-a faktı təsdiqlədi:
"Bəli xəbər doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdı. Artıq hər ikimiz nikahın pozulması üçün iddia qaldırmaq üçün mediasiya təşkilatına müraciət etmişik.
Qeyd edək ki, cütlük 2 il öncə ailə qurmuşdu və onların Sevgi adlı qız övladı v
Tanınmış prodüser, teleaparıcı aparıcı Tarix Əliyev (Tolik) verilişində müğənniləri ağladıb.
Müğənni Vəfa Şərifova "Tarixin bir günü" verilişində aparıcının verdiyi suallar qarşısında özünü saxlaya bilməyib və gözləri dolub:
“Xoşbəxt ola bilmərəm. Tamam olmayan nüanslar var. Çox şükür övladlarım var. Allah onları qorusun. Mənim üçün hər şey onlardan və sənətimdən ibarətdir. Bir qadın olaraq xoşbəxtəmmi? Deyiləm. Olmuşammı? Olmamışam heç vaxt”.
Daha sonra aparıcı Tarix Əliyevin çıxışı isə studiyada qonaq olan müğənni Şəbnəm Qəhrəmanovanın göz yaşlarını saxlaya bilməməsinə səbəb olub. Ş.Qəhrəmanova ağlaya-ağlaya efiri tərk edib. Bu hadisələr həm tamaşaçıların, həm də sosial media izləyicilərinin diqqətini çəkərək geniş müzakirələrə səbəb olub./Yenisabah.az/
"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında narkotikdən əziyyət çəkən Xose Bernardo pis vərdişinin onun həyatındakı mənfi təsirlərindən bəhs edib.
Ətraf mühitin insanın həyatında önəmli yer tutduğunu söyləyən Xose Bernardo bildirib ki, onun narkotik maddədən istifadə etməsində ətrafındakı insanların rolu olub:
"Məni hər gün məclislərə, klublara dəvət edirdilər. Yanımda bir xanım narkotikdən istifadə etdi. Bu zaman elə vəziyyət yarandı ki, mən də ondan istifadə etməli oldum. Üç ay o xanımla bərabər oldum, sonra gördüm ki, artıq narkotikdən asılıyam. Bunun pis yol olduğunu bilirdim, amma həmin dövrdə insan sağlam düşüncəyə sahib olmadığı üçün vəziyyəti tam dərk etmir. Sonra elə dostlarım oldu ki, narkotik istifadəçisi olduğumu öyrənəndə məndən uzaqlaşdılar, buna görə onları qınamıram".
X.Bernardo ailəsinin onun narkotik istifadəçisi olduğunu öyrənən zaman verdikləri reaksiyadan danışıb.
"Evdəkilərə bunu etiraf edəndə çox pis reaksiya verdilər, məndən belə bir şey gözləmirdilər. Amma həmin dönəmdə şahid oldum ki, insanın pis günündə də, yaxşı günündə də ona dayaq olan ailədir. Sonra qısamüddətli müalicələr aldım. Fasilələrlə beş il narkotikdən istifadə etmişəm. Son bir ildə gördüm ki, bu yolda olan insanlar ya cəzaçəkmə müəssisəsindədirlər, ya dünyalarını dəyişiblər, ya da elə vəziyyətdədirlər ki, o hala düşməyi qüruruma sığışdırmadım. Bu an uçuruma getdiyimi gördüm. Narkotikə görə karyeramın ən yaxşı vaxtlarını, gözəl dostlarımı, ailəmin etibarını itirdim", - deyə o söyləyib.
Ətraflı Baku TV-nin süjetində:
Müğənni Sara Rivers reper Diddini (Şon Kombs) adamyeyənlikdə ittiham edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Diddy: The Making of a Bad Boy" sənədli filmində danışıb.
Rivers xatırladıb ki, Kombs MTV-nin "Making the Band" verilişinin çəkiliş meydançasında özündən çıxıb və həmsöhbətinə "Məni çox qəzəbləndirirsən, sənin ətini yemək istəyirəm" demişdi. Müğənninin sözlərinə görə, reper çəkiliş iştirakçılarından birini döyməklə hədələyib.
Sentyabrın 17-də reper və prodüser Şon Kombs münsiflər heyətinin ona qarşı ittiham irəli sürməsindən sonra həbs edilib. P.Diddi üç ittiham üzrə təqsirli bilinərsə, onu ya ömürlük həbs, ya da minimum 15 il həbs cəzası gözləyir: reketlik, cinsi istismar məqsədilə insan alveri və cinsi istismar məqsədilə insanların daşınması.
"Arıqlasam, evdəkilərə uyğun gəlmərəm. Çox arıqlayanda ailə üzvlərimin yanında cücəyə oxşayıram".
Bu sözləri müğənni Elnarə Xəlilova "Zaurla Günaydın" verilişində deyib. Sənətçi aparıcı Zaur Baxşəliyevin "Heç arıqlamırsan" sözlərinə belə reaksiya verib:
"Oğullarım da çox iridir. Bundan çox arıqlayanda yaxşı görünmürəm. Çəkim yaxşıdır. Geyim məni ölçülü göstərir. Arıqlamağa çalışmıram".
Qeyd edək ki, Elnarənin 4 övladı var.(Axşam.az)
"Belə səviyyəsizləri harada görsəniz, blok edin".
Musavat.com xəbər verir ki, bu sözləri tanınmış müğənni Samir Piriyevin bloger xanımı Anara Fətəliyə aiddir.
O, instaqram hesabında bu haqda bir paylaşım edib. Hekayə bölməsində "ellanish_velar" adlı istifadəçinin postunu paylaşan bloger aşağıdakı sözləri qeyd edib:
"Harada belə ağıllı danışan səviyyəsizləri görsəniz blok və şikayət edin. Belələri əsl virusdur. İnsanlara neqativ vermək və panikaya salmaqdan zövq alan məxluqlardır. İnanmayın, qorxmayın və immunitetinizi bərkidin. Bu qədər sadə! Yenidən aldanmayın, tələyə düşməyin və ən əsası qorxmayın!!!"
Qeyd edək ki, sözügedən hesabdakı paylaşımda qorxuların immunitetə təsirindən bəhs edilir və müalicə yolları təqdim olunur. Deyilir ki, güclü immun sisteminə sahib olmaq və daxili qorxuları aradan qaldırmaq vacibdir. Bu qorxular insanın enerjisini zəiflədir və nəticədə immunitet sistemi daha həssas olur. Profil sahibi xüsusi olaraq 2020-ci ildə pandemiya zamanı istifadə etdiyi "neyromeditasiya" metodlarını təklif edir. Bu metodlar beynin neyron əlaqələrini dəyişərək, adi meditasiya texnikalarından 10 dəfə daha effektiv olduğu iddia edilir. (Yenisabah.az)
Musavat.com