Ardını oxu...
 

Sənətçi Murad Arif artıq bir müddətdir məhkəməsi davam edən Xalq artisti Ağadadaş Ağayevin müdafiəsinə qalxıb.

Musavat.com bildirir ki, sənətçi Xalq artistini qınayanlara səslənərək, qeyd edib:

"Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm. Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi bir Allaha, bir də o iki kişiyə bəllidir.

Bilmirəm o hücum, yaxud müdafiə, yaxu da təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb, qərar verər. Amma siz o videoda özünüzü, atanızı, qatdaşınızə, yaxud ərinizi də təsəvvür edə bilərsiniz.

"Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi" sözləriylə günahlandırmağa tələsməyin. O, 40 ildir apardığı məclislər, kasetlər, disklər, mahnıları ilə xalqın sənətçisi olub. "Balta" insidentinə rəğmən, Ağadadaş Ağayevi bundan sonra da mahnılarını dinləyəcək, onunla bərabər oxuyub, qoşulub oynayacaqsınız.

Demirəm ki, yaxşı edib, deyirəm ki, hamınəzən başına gələ biləcək hadisədir. Qoy daşı günahsız olan atsın".

Xatırladaq ki, Ağadadaş Ağayev silah qismində istifadə olunan əşya ilə xuliqanlıq etməkdə ittiham olunur. Təqsirli bilinsə, 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Xalidə,
Musavat.com

 
 
 
Ardını oxu...
Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir.

TEREF "Report"a istinadən xəbər verir ki, şikayətçilər Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.

Hər üç şəxsin müraciətinə hazırda Binəqədi rayon Məhkəməsində baxılacaq.

Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, bundan qabaq bir nəfər vətəndaş müğənni barəsində məhkəməyə xüsusi ittiham qaydasında şikayət edib. Hazırda məhkəmədə Dəniz Əsədova barəsində həmin şikayət üzrə məhkəmə prosesi davam edir.
 
Ardını oxu...
  

“Qazancımızın çox hissəsini sənətə xərcləyirik. Əgər məndən soruşsanız ki, ən böyük xərciniz nə olub, cavab verəcəyəm ki, mahnı, klip, konsert və səhnə geyimləri”.

Musavat.com olay-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu “Danışır radio” verilişində deyib.

O bildirib ki, kiminsə əlinə baxsa, həyatının sonu olar: “Türkiyədə müğənni bir mahnı oxumaqla qazandığı pullarla hotel alır. Amma bizdə belə deyil. Pul mənim üçün rahatlıq və müstəgillik vasitəsidir. Mən heç kimdən aslı olmamalıyam. Həyatımın sonuncu günü olar ki, kiminsə əlinə baxım. Pulum az olanda kefim pozulur. Misal üçün, pandemiya vaxtı fikir edirdim. Əlimin altında qaraj vardı. Onu satdım ki, o pulla 4-5 ay dolana bilim. O müddətdə yanımda çalışan insanlara hər ay maaş verdim”.

Ardını oxu...
   

Pop ulduz Hadise ilk dəfə iş adamı Mehmet Dinçerlerdən boşanmasından danışıb.

Bu barədə o, Fatih Altaylının qonağı olarkən açıqlama verib:

“O barədə danışmaq istəmirəm. Çünki aramızda bir-birimizdən danışmamaq haqqında razılaşma imzalanıb. Lakin  insan həmin an özünü yaxşı hiss etdiyi, inandığı və rahat olduğu üçün evlənir. Mən indiyə qədər inanmadığım heç nəyə daxil olmadım. Amma olmadı. Bir də evlənərəm? Hə. Bir də boşanaram? Hə!”   (olay)

Ardını oxu...Ardını oxu...Ardını oxu...

 
 
 
Ardını oxu...
Məşhur fransız aktyoru Nils Arestrup 75 yaşında Parisdə vəfat edib.

TEREF kult.az-a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.

"Arestrup ailəsinin əhatəsində dünyadan köçüb", - həyat yoldaşı bildirib.

Aktyorun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Nils Arestrup "Peyğəmbər", "Ürəyimin döyüntüsü dayandı", "Onun adı Saradır", "Döyüş atı" kimi məşhur filmlərdə rol alıb.
 
Ardını oxu...
"Çadır toyuna gedib, necə oxuyubsa, görüb halı yoxdur. Ciyərləri ağrıyıb, səhəri həkimə yollanıb. Analiz, yoxlanış, qan, bütün metastaz görünüb. 2020-ci ildə 48 kiloqram olmuşdu. Biz xəstəliyini bilmirdik, gizlədib. Bir dostundan öyrəndik. Bacımla xəstəxanaya getdik, həkim soruşdu bacısısınız? Haradasınız, niyə gəlmirsiniz? Dedik, bilmirdik. İl yarım müalicə ilə qaldı. Ağrıları
Bu sözləri mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova "Həftənin qonağı" verilişində deyib.

O, xanəndənin xəstəliyindən danışıb. Zümrüd bildirib ki, A.Bəylər xəstəliyi ərəfəsində çox ağır günlər yaşayıb:

"Konsertdə rəngi sarı, boğuq idi. Sən demə, zəhər bütün bədəninə keçib. Qanı zəhərlənib. Bizi arxayın edirdi ki, yaşayıram, ölməyəcəyəm. Qızı ilə öz evində qalırdı".

Zümrüd bacısının son vəsiyyətini açıqlayıb:

"Dekabrın 31-də tədbirdən ağrı ilə gəldi. Ayın 1 və ya 2-si Türkiyəyə gedəcəkdi. Dedi ki, inanmıram oradan qayıdım. Uşağımı sənə tapşırıram, onu yüksək səviyyədə oxutdur. Ali təhsilli et. Ağlımıza gəlməzdi belə olar, yoxsa qoymazdıq. Özü bir rəfiqəsi ilə tək getdi".//Axşam.az
 

Ardını oxu...
 

"Bəxtim onda gətirib ki, həyat yoldaşım mən verdiyim məsləhətə qulaq asır. Hər zaman yanımdadır. "Aşkım, aşkım... " O heç televizora baxmır. Onu çox istəyirəm".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu "Qonaqcanlı" verilişində deyib.

Sənətçi İran əsilli fitnes məşqçisi, həyat yoldaşı Məhəmmədrza Məhəmmədi ilə münasibətlərindən söz açıb.

N. Ələsgərli bildirib ki, həyat yoldaşı əsəbiləşəndə o susur:

"O mənim dostum, həyat yoldaşım, sirdaşımdır. Biz bu yolda onunla bərabər addımlamışıq. Pis günlərimdə də mənə dəstək olan, əsəbiləşəndə məni sakitləşdirən. Haqsızlıqlar görmüşəm, qışqırıb, bağırmışam, çıxmışam özümdən avtomobildə. O isə bu anda məni sakitləşdirib. Deyib ki, xanım fikir vermə (gülür). O çox səbrli insandır. Amma vay o günə ki, həyat yoldaşım hirslənsin. O əsəbiləşəndə mən susuram. Əbəttə ki, güzəştə gedirəm. Qadın güzəştə getməsə o iş getməz. Hər zamam haqlı ola bilmərsən ki... Lap haqlı olsan da belə susmağı bacarmalısan. Hörmət əsasdır. Biz hansı dövrdə yaşayırıq... Nə qorxu? Bizim aramızda hörmət var. Bizim zarafatlarımız da, söhbətlərimiz də, davamız da tutur".

Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var.

Ardını oxu...

Ardını oxu...

 
 
 
Ardını oxu...
  

Liam Peynin ölümü ilə bağlı yeni detallar üzə çıxıb. 

Onun otağından qaçmağa çalışarkən həyatını itirdiyi iddia edilib.  Məlumata görə, işçilər onun foyedə sərxoş olduğu, əşyalara zərər verdiyini və otaqda qalmaq istəmədiyini deyiblər.  Bildirilib ki, Peyn “Eyvandan qaçacağam” deyib. Bundan əlavə, hotel işçiləri 911-ə zəng edərək məlumat veriblər.

Ardını oxu...

Polis ölümündən öncəki kamera görüntülərini araşdırmağa davam edərkən Peynin otağında iki yüngül əxlaqlı qadınla parti etdiyi məlum olub.

Peynin cansız bədəni çiynindəki çanta ilə tapılıb. Bir mərtəbə aşağıda tapılan “Liam üçün” yazılan çanta isə onun ikinci mərtəbəyə keçmək istədiyini təsdiqləyib. Çantada dərmanlar və içki şüşəsi olub. Polis hadisənin intihar olmadığını, Peynin yıxılarkən yarı şüusuz və ya tamamilə özündə olmadığı bildirilir. Hotel işçiləri və dostu Roqelio Noresin sorğusu isə davam etdirilir. Nores Peyni tək qoymadığını, o, yıxılmazdan qısa zaman öncə hoteldən çıxdığını deyib. (olay)

Ardını oxu...

 
 
 

Ardını oxu...
 

Daha bir tanınmış tiktoker həbs edilib.

Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.

Məlumata görə, tədbirlərlə 28 yaşlı “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov saxlanılıb. Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.

Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.

Ardını oxu...
"Hazırda bir özüm, bir də övladım üçün yaşayıram. Qaradşımla heç bir əlaqəm yoxdur. Onunla danışmağımız mümkün deyil".

Lent.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva deyib. Qardaşı ilə küsülü olan aktrisa aralarında olan problemdən danışıb.

"Anam rəhmətə gedəndən sonra məni ləyaqəsiz vərəsə kimi məhkəməyə verdi. Anam öləndən sonra qapıma gəldilər, bağışladım. Bilmədim ki, pambıqla baş kəsirlər.

Təşəkkür edirəm, məhkəmə iddianı qəbul etmədi. Bizim barışığımız mümkün deyil. İnsan kənardan özünü qoruya bilir, amma ağacı qurd içindən yeyər. Özününkü sənə arxadan zərbə vuranda heç nə edə bilmirsən".
 

Dünyapress TV

Xəbər lenti