Liam Peynin ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Onun otağından qaçmağa çalışarkən həyatını itirdiyi iddia edilib. Məlumata görə, işçilər onun foyedə sərxoş olduğu, əşyalara zərər verdiyini və otaqda qalmaq istəmədiyini deyiblər. Bildirilib ki, Peyn “Eyvandan qaçacağam” deyib. Bundan əlavə, hotel işçiləri 911-ə zəng edərək məlumat veriblər.
Polis ölümündən öncəki kamera görüntülərini araşdırmağa davam edərkən Peynin otağında iki yüngül əxlaqlı qadınla parti etdiyi məlum olub.
Peynin cansız bədəni çiynindəki çanta ilə tapılıb. Bir mərtəbə aşağıda tapılan “Liam üçün” yazılan çanta isə onun ikinci mərtəbəyə keçmək istədiyini təsdiqləyib. Çantada dərmanlar və içki şüşəsi olub. Polis hadisənin intihar olmadığını, Peynin yıxılarkən yarı şüusuz və ya tamamilə özündə olmadığı bildirilir. Hotel işçiləri və dostu Roqelio Noresin sorğusu isə davam etdirilir. Nores Peyni tək qoymadığını, o, yıxılmazdan qısa zaman öncə hoteldən çıxdığını deyib. (olay)