Ardını oxu...
 

Müğənni Nəfəs "Rəngarəng səhər"də küsülü olduğu duet ortağı Aqşin Fatehin həyat yoldaşına müraciət edib.

Referans.az xəbər verir ki, Nəfəs meyxanaçının həyat yoldaşının onunla duet oxumasına qarşı olduğunu bildiyini qeyd edib.

Xanım ifaçı Aqşinlə barələrində dolaşan söz-söhbətin bir şaiyə olduğunu, onunla sadəcə sənət yoldaşı olduğunu sözlərinə əlavə edib.

Ətraflı videoda:

 
 
 

Ardını oxu...
 

Ötən gün sayca 73-cü "Miss Universe 2024" beynəlxalq gözəllik müsabiqəsinin yarımfinal mərhələsi baş tutub. Əvvəlcədən sözügedən yarışmada ölkəmizi təmsil edən iştirakçının siyahıda adı olsa da daha sonra Azərbaycanın müsabiqədən kənarlaşdırıldığı məlum olub.

Musavat.com xəbər verir ki. bununla bağlı "Miss Azerbaijan 2019" Səmra Hüseynova olay-a açıqlama verib.

Səmra bildirib ki, "Miss Universe 2024"ün Azərbaycanda kastinqləri keçirilməyib:

"Əslində "Miss Universe 2024" müsabiqəsinə mən qatılacaqdım. Bir müddət əvvəl bununla bağlı mənə zəng gəldi və bu yarışmada iştirak etməyimlə bağlı təklif aldım. Lakin daha sonra mənə söylədilər ki, başqa qız model seçilib və o, Azərbaycan adından çıxış edəcək. Heç bir kastinq keçirilmədən necə ola bilər ki, bu qızı seçsinlər. Sonra mənə məlumat verildi ki, bu xanım heç bir model standartlarına uyğun deyil və Azərbaycan bu müsabiqədən ümumiyyətlə çıxarılıb. Ötən gün isə bu yarışmanın yarımfinalı keçirilib. Çox istərdim ki, məndə bu müsabiqədə iştirak edim və ölkəmizi layiqincə təmsil edim".

Qeyd edək ki, sözügedən müsabiqənin final mərhələsi bu gün Meksikanın paytaxtı Mexikoda "Mexico City Arena"da keçiriləcək.

 
 
 
Ardını oxu...
 

Əməkdar artist Rühəngiz Allahverdiyeva həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.

Müğənni bu barədə qatıldığı teleproqramda danışıb.

"Həyat yoldaşıma dedim ki, maşın istəyirəm. Bir sənət dostum dedi, öyrədəcəyəm. O, mən və bacısı - 3 nəfər birlikdə 1 saatlıq maşın sürməyə getdik. Qəza keçirtdim. Sonra bunu elə şişirdib yazdılar, elə qara söhbətlər elədilər...

Ondan sonra həyat yoldaşım məndən ayrıldı. Məni çox istəyib, indi də hörmətimi saxlayır. Ona dəyən daş mənə dəysin. Bir həyat yoldaşı səni söyməyib, döyməyib, nə deyəcəksən onun haqqında?"/Lent.az

Ardını oxu...
 

Əməkdar artist Vasif Məhərrəmli və müğənni İzzət Bağırov "Xəzər axşamı" verilişində kövrək anlar yaşayıblar.

Vasif proqramda həmkarı ilə bağlı bunları danışarkən göz yaşlarını saxlaya bilməyib:

"İzzət efirlərə çıxanda mən televiziyanın yolu haradandır bilmirdim. Onun bu sənətdə bəlli bir xidməti var. 15 yaşından bu sənətin ətəyindən tutub və onunla davam edib. Hər şeyi Allahdan istəyib. Bu yaxınlarda söhbət edirdik, Dedi, Allah buyurub ki, "Səni gözlədiyin yox, gözləmədiyin qapıdan ruzini göndərəcəyəm". İzzətin də ruzisini Allah gözləmədiyi yerdən göndərdi. Allah sonumuzu hər zaman yaxşı eləsin. Qəlblərdən Allah şahiddir. Mən də onun ətəyindən yapışmışam".

Onun bu sözlərindən sonra İzzət də kövrəlib və həmkarının göz yaşlarına "Bərabər xatirlərimiz çoxdur, Vasif başqa şeyə ağlayır" cavabını verib. (Axşam.az)

Ardını oxu...
  

Müğənni Aysun İsmayılova Sevil və Sevinc Səfərovalarla küsülülüyündən danışıb.

Bu barədə o, “Rəngarəng səhər” proqramında açıqlama verib.

“Heç bir mahnılarını əzbər bilmirəm. Doğrudur ki, küsülüyük, danışmırıq. Amma səbəbini özüm də bilmirəm. Deyim ki, aramızda böyük dava olub. Yox. Sadəcə mən dostlarıma çox dəyər verirəm. Onların mənfisini, pisini belə camaatın içində açıb demərəm. Əgər dost deyirəmsə, doğmamdırsa, onun mahnısı pis də olsa, onu pisləmərəm. Mənim mahnımı səsləndirdilər, sual verildi ki, siz qulaq asırsınızmı? O da dedi ki, mən bu mahnılara qulaq asmıram. Açığı son zamanlar “mashup”lardan başqa hansı mahnıları tutub ki?  

Ardını oxu...Onlarla incikliyim yoxdur. Mahnı söhbətindən sonra barışmışdıq. Dostumun ən yaxşı günündə olmaq istəyərəm. İstəyərəm ki, o da mənim yanımda olsun. Dost dediyim insanın hər zaman yanında olmuşam, bir-birimizin sirrlərini bilirik. Bu halda o mənim xeyir işlərimdə, mən onun xeyir işlərində olmuramsa, hansı dostluqdan söz gedə bilər? Məni heç vaxt heç bir xeyir işimdə təbrik etməyiblər. Mən onları təbrik etmişəm, amma dəvət olunmamışam. Baxdım ki, qarşı tərəf istəmirsə, kiməsə zəng edə bilmərəm ki, niyə çağırmamısan”, - Aysun İsmayılova bildirib. (olay)

Ardını oxu...
“Məni tanıyan insanlar qınamağa başlamışdılar ki, 50 yaşında kişiyə, kiminsə yoldaşına ərə gedib. Həyatımın ən böyük travmasını boşananda aldım. ”.

Bu sözləri müğənni qonaq olduğu “Gün ortası” verilişində DEYİB.

Mina Hüseyn şəxsi həyatı ilə bağlı bu günə qədər dilləndirmədiyi fikirləri səsləndirib:

“Özümə dedim ki, hər şeyi həll etməli, ayağa qalxmalı və hər kəsin cavabını özüm verməliyəm. Məni elə bir situasiyaya salmışdılar ki, meydanda tək qalmışdım. Düşünürdüm ki, bütün hadisəni çıxıb danışmalıyam. Doğmalarım mənim yanımda idi. Ancaq mən məhşur insan olduğum üçün yaxınlarım mənə heç bir kömək edə bilmir, yalnız dəstək olurdular. Məni tanıyan insanlar qınamağa başlamışdılar ki, 50 yaşında kişiyə, kiminsə yoldaşına ərə gedib. Bəzi insanlar belə həyat yaşayırlar. Kiminsə yoldaşından uşaq dünyaya gətirirlər. Yəqin ki, məni də özlərindən biliblər. Amma elə bir şey yox idi. Təbii ki, subay oğlan idi. Ona aşiq idim. Ancaq belə qismət imiş. Ağlayırdım, üzülürdüm. Amma nə etmək olar? Allahın yazısıdır, qismətidir. İnşallah, növbəti taleyim gözəl olar”.
 

Ardını oxu...
 

Türkan Vəlizadə canlı yayım açıb sosial şəbəkə hesabında maraqlı etirafları diqqət çəkib.

Xanım ifaçı son dönəmlər şou-biznesdə "həci", ər davalarından sonra etdiyi xəbərdarlıqla gündəmə bomba kimi düşməyi bacarıb.

Türkan bildirib ki, sevəcəyi, həyatında olacaq kişini heç kim əlindən ala bilməz:

"Mən eşq qadınıyam. Birdən kimisə sevsəm, o adamı mənim əlimdən heç kim ala bilməz və sahib çıxaram o adama"./Titul.az 


 
Ardını oxu...


Türkiyəli məşhur aparıcı Mehmet Ali Ərbil, müğənni Sərdar Ortaç barəsində araşdırmalara başlanılıb.

NTV xəbər verir ki, adı çəkilən şəxslər barəsində "qanunsuz mərc oynamağa təşviq etmək" maddəsi ilə istintaq başladılıb.

İstanbul Respublika Prokurorluğunda aparılan istintaq çərçivəsində aralarnda məşhur şəxslərin və sosial şəbəkə fenomenlərinin də olduğu 20 nəfərin kimliyi müəyyən edilib.

Məlumata görə, artıq M.A.Ərbil, o cümlədən 15 məşhur şəxs saxlanılıb, S.Ortaç isə axtarışa verilib.

Digər şübhəli şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Ardını oxu...
Balaca bloger valideynlərinin dəstəyi ilə “YouTube” kanalından 20 milyon dollardan çox pul qazanıb.

TEREF Redaktor.az-a istinadən xəbər verir ki, indi 13 yaşı olan Rayanın hekayəsi unikaldır. Cəmi 7 yaşında o, platformanın ən gənc milyonçusu olub və 2018-ci ildə 22 milyon dollar qazanıb. Onun uğuru sadədir: Rayan uşaqların xoşuna gələni edir - maşınlarla oynamaq, velosiped sürmək və kamera qarşısında oyuncaqları sökmək. Maraqlıdır ki, “Ryan's World” kanalının yaradılması ideyası Rayanın özündən gəlib. O, böyük maraqla valideynlərinə onun diqqət mərkəzində olacağı bir video çəkməyi təklif edib.

Cəmi bir il ərzində Rayan bütün dünyada milyonlarla uşağın qəlbini fəth edərək əsl ulduza çevrilib. Rayanın videoları milyonlarla baxış almağa davam edir və onun kanalı artıq 38 milyon abunəçini ötüb. Bu isə Hollandiya əhalisinin sayından xeyli çoxdur.
Ardını oxu...
 
Ardını oxu...
Məşhur modelyer Barbaros Şansal KKTC-dən qayıdarkən İstanbul hava limanında saxlanılıb.

News365.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyəyə daxil olmaq üçün pasport nəzarəti məntəqəsinə gedən modelyer haqqında axtarış qərarı olduğu müəyyən edilib. Bundan sonra o, polis tərəfindən saxlanılaraq İstanbul Hava Limanı Polis İdarəsinə aparılıb.
Məhkəmədə məşhur modelyer haqqında “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək” maddəsi ilə axtarışda olduğu məlum olub.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti