![]() |
![]() ![]() ![]() |
|
Müğənni Sevda Əliqızı açıqlaması ilə diqqət çəkib.
"Tarixin bir günü" verilişində qonaq olan sənətçi oğlunun ona qoyduğu efir qadağasından danışıb.
O buna səbəb kimi efirdə yaşadığı qalmaqalı göstərib. Sevda övladının mərhum Xalq artisti Səməd Səmədovla bağlı olan müzakirələrdə anasının adının hallanması istəmədiyini bildirib.
Milli.Az
Müğənni Şəbnəm Tovuzlu qonaq olduğu "Rəngarəng" verilişində gərgin anlar yaşayıb.
"Ölkə.az" xəbər verir ki, uzun müddət qalmaqal yaşadığı Vəfa Şərifova ilə barışıq mövzusu onu əməlli başlı özündən çıxarıb.
Buna səbəb isə onları barışdırmaq üçün bir araya gətirən insanların bu barədə aparıcıya məlumat sızdırması Tovuzlunun xoşuna gəlməyib.
Zaur Nəbioğlunun qarşı tərəf olan Vəfanın bir araya gəlmək istəməməsini deməsi Şəbnəmi daha da əsəbiləşdirib.
Müğənni efir vasitəsilə sənətçiləri barışdırmaq istəyən həmin şəxslərə sərt sözlər deyib. Onun efir vaxtı səsi bir neçə dəfə kəsilib.
Həmin gərgin anları təqdim edirik:
Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildirib.
Yenisabah.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, gündəlik xərclərini qeyd etdiyini vurğulayıb:
"Son 10 il ərzində gündəlik xərclərimi qeyd edirəm. İndi 2015-ci ildə hara nə xərclədiyimə açıb baxa bilərəm. Gündəlik xərclərimi hesablamıram. Amma hamısı qeyd olunub. Arada deyirəm ki, çox xərclədim. Bədxərclik bizə yaraşmaz, amma hərdən balans etmək lazımdır. Bu hesabat onun üçündür ki, balans edəsən. Telefonumdakı proqramda gündəlik xərclərimi qeyd edirəm"./Axsam.az