Noyabrın 16-da Meksikada keçirilən “Miss Universe 2024” beynəlxalq gözəllik müsabiqəsində qalmaqal baş verib.
Azarkeşlər hesab edirlər ki, başqa bir iştirakçı qalib olmalı idi. Tamaşaçılar yazır ki, tacı qazanan danimarkalı Viktoriya Kjaer taylandlı Suchata Çuanqsridən titul “oğurlayıb”.
“The Daily Mail” yazır ki, azarkeşlər öz qəzəblərini sosial şəbəkələrdə paylaşıblar. Onlar əmindirlər ki, Tayland təmsilçisi gözəllik yarışmasında daha möhtəşəm olub və münsiflər heyətinin suallarına verdiyi cavablar daha dəqiq olub. /Lent.az