Dünya şöhrətli aktyor Bred Pitt 105 yaşlı qonşusuna humanist jestilə insanların sevgi və rəğbətini qazanıb.
KONKRET.az xəbər verir ki, qonşuları bir müddət əvvəl evini 40 milyon dollara satışa çıxaran ünlü aktyorun insanlığından ağızdolusu danışıblar.
Məlum olub ki, bir müddət öncə aktyor 30 illik evini satışa çıxarıb. Keçmiş həyat yoldaşı Ancelina Coli və altı uşağı ilə 2016-cı ilə qədər bu evdə yaşayan Pitt bu illər ərzində evi demək olar ki, yenidən tikib. Ötən günlərdə evini 39 milyon dollara sata bilən Pittin orada yaşadığı müddətdə qonşularına qarşı son dərəcə səxavətli olduğu ortaya çıxıb. Keçmiş qonşulardan biri, aktrisa Kassandra Peterson Pittin 105 yaşlı qonşusuna milyon dollarlıq malikanədə illər boyu kirayə haqqı ödəmədən yaşamağa icazə verdiyini açıqlayıb.
Kassandra ünlü aktyorun həyat yoldaşını itirən yaşlı qonşusuna isti münasibətindən və qayğısından danışıb. Bildirib ki, Pitt ətrafdakı mülkləri satın almaqla öz malikanəsini tikmişdi: “Onlardan biri doxsan yaşlarında olan Con adlı kişiyə məxsus idi. Onun arvadı vəfat etmişdi və Bred Conun ölənə qədər heç nə ödəmədən orada yaşamasına icazə vermişdi”. Peterson qonşu olduqları müddətdə aktyor yoldaşının ona qarşı da həmişə mehriban və diqqətcil olduğunu deyib.
Qeyd edək ki, Pittin sözügedən malikanəsi qapalı bir icma daxilində yerləşirdi və 110 ildən çox zəngin bir tarixə malikdir. O, 1910-cu ildə neft baronu tərəfindən inşa edilib və rok əfsanəsi Jimmy Hendrixin 1967-ci ildə “May This Be Love” hitini qələmə aldığı yer kimi tanınır.