Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “SMS məlumatlandırma sisteminin sms balansının artırılması”nın ( qısa mesaj xidməti) satınalınmasını həyata keçirməyə hazırlaşır.

TEREF Tribunainfo.az-a istinadən xəbər verir ki, bu məqsədlə Agentlik 5 milyon ədəd SMS sifariş edəcək.

Bununla bağlı keçiriləcək tender üzrə isə 136.880,00 manat xərcləməsi planlaşdırır. Bu da o deməkdir ki, Agentlik bir SMS üçün 2.7 qəpik xərcləməli olacaq.

Təbii ki, belə bir xidmətin alınmasına qeyri-adi hal yoxdur. İnsanlar AYNA-nın parkinqlərindən istifadə edərkən pulsuz SMS aldıqlarını da yaxşı bilirlər və bundan faydalanlırlar da.

Lakin problem SMS-in alınmasında deyil, onun dilindədir. Belə ki, AYNA avtomobilini park edən sürücülərə SMS-i Azərbaycan dilində deyil, ingilis hərfləri ilə yazılmış formada göndərir. Məsələn, “Sorgunuz qeyde alindi ve X nomreli menteqede park muddeti sonlandirildi. Zehmet olmasa, SMS tesdiqi gozleyin!”

AYNA rəhbərliyi iddia edə bilər ki, bu mətn forması onlar tərəfindən müəyyən edilsə də, onun hansı formada və dildə yazılmasını SMS aldıqları şirkət həyata keçirir. Amma Agentlik bu məsələni qaldıraraq, SMS aldığı mobil rabitə şirkətindən Azərbaycanın dövlət dilinə hörmət etməsini və mətni hamının anlaya biləcəyi dildə paylaşılmasını tələb edə bilər.
Ardını oxu...
Xəzər Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi (MKTB) parklarda quraşdırılacaq zibil qutularının və müxtəlif yaş qruplarının istifadəsi üçün nəzərdə tutulan oyun meydançalarının qurulmasının satın alınması bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Etnik Gələcək-2021" MMC seçilib. Şirkətin qiymət təklifi 246 431,2 manatdır.

"Etnik Gələcək-2021" MMC 22 dekabr 2022-ci il tarxidə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Əbilov Qabil İslam oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

"Etnik Gələcək-2021" MMC əsasən dəftərxana ləvazimatlarının satışını həyata keçirir. Hər halda şirkətin qalib gəldiyi satınalma müsabiqələrinin əhəmiyyətli hissəsi dəftərxana ləvazimatlarının satın alınması ilə bağlı olub.

İndi məlum olur ki, şirkət eyni zamanda zibil qutuları və oyun qurğuları da quraşdırır.

Bu arada qeyd edək ki, şirkət əsasən MKTB-lərin keçiridyi tenderlərin qalibi olur.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin etirazlarına baxmayaraq “Aztelekom” və “Baktelekom” şirkətləri internetin 40 faiz bahalaşdırıb. Bundan sonra ölkədə fəaliyyət göstərən digər provayderlər də qiymətləri artırmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, sentyabrdan başlayaraq “Azevrotel” provayderi də minimum internet paketinin qiymətini 25 manata qaldırıb.

Qeyd edək ki, qiymətlərin kəskin yüksəlməsinə baxmayaraq internetin sürəti vəd olunduğu kimi, 100 mqb/saniyəyə çatdırılmayıb. Provayderlər məsuliyyəti abunəçilərin üzərinə ataraq internetin zəif olmasını avadanlıqların (?) köhnə olması ilə izah edirlər. Amma son model mobil telefonlarda belə vəd olunan sürət mövcud deyil.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bahalaşma qərarını kartel sövləşməsi, qanunsuzluq və “Rəqabət Məcəlləsi”nin kobud şəkildə pozulması adlandırıb. Amma inhisarçı şirkətlər bu bəyanatlara məhəl qoymayaraq soyğunçu qərarlarını müdafiə ediblər.

Nəticədə regionlarda abunəçilər yeni təqdim olunan internet xidmətlərindən kütləvi şəkildə imtina etməyə başlayıb. “Aztelekom” və “Baktelekom” şirkətləri isə prosesin qarşısını almaq üçün abunəçiləri cərimə ilə hədələyir.
 
Ardını oxu...
İran prezidenti şənbə günü deyib ki, ölkəsinin illik 8 faizlik iqtisadi artım hədəfinə nail olmaq üçün 100 milyard dollara yaxın xarici investisiyaya ehtiyacı var.

İyulda seçilən Məsud Pezeşkian bunu dövlət televiziyasına canlı efirə verdiyi ilk müsahibəsində deyib. Pezeşkian bildirib ki, İranın məqsədinə çatmaq üçün 250 milyard dollara ehtiyacı var, lakin bunun yarısından çoxu daxili resurslardan əldə edilir.

Ekspertlər bildirirlər ki, ÜDM-in 8%-lik artımı ikirəqəmli inflyasiya və işsizlik səviyyəsini azaldacaq. İranda mərkəzi bank və hökumət rəsmilərindən tutmuş dron istehsalçılarına və pul dəyişdiricilərinə qədər yüzlərlə qurum və insan beynəlxalq sanksiyalar altındadı. Onların bir çoxu İran İnqilab Keşikçiləri Korpusuna və HƏMAS, Hizbullah və husilər kimi xarici silahlı qruplara maddi dəstək verməkdə ittiham olunur.

Müsahibədə Pezeşkian sanksiyalardan şikayətlənib və administrasiyasının “qonşular və dünya ilə problemlərimizi həll etməklə” 40%-dən çox olan illik inflyasiyanı azaltmağı planlaşdırdığını deyib. O, ətraflı məlumat verməyib.

Pezeşkian təsdiqləyib ki, xaricə ilk səfəri qonşu İraqa olacaq, sonra isə BMT Baş Assambleyasının 22-23 sentyabr tarixlərində keçiriləcək iclasında iştirak etmək üçün Nyu-Yorka uçacaq. O, Nyu-Yorkda olarkən iranlı mühacirlərlə görüşərək onları İrana sərmayə qoymağa dəvət edəcəyini deyib.

İranın 8 milyondan çox mühacirinin 1,5 milyonu ABŞ-da yaşayır.

İslahatçı kimi qiymətləndirilən Pezeşkian keçən ay and içib və parlament avqustun əvvəlində onun kabinetini təsdiqləyərək həm ölkə daxilində, həm də xaricdə daha yumşaq ton vəd edib.

İran iqtisadiyyatı 2018-ci ildən ovaxtkı prezident Donald Trampın Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün ABŞ-ı sazişdən çıxarmasından və əlavə sanksiyalar tətbiq etməsindən sonra çöküb.

Pezeşkian prezidentlik kampaniyası zamanı nüvə sazişini canlandırmağa çalışacağını bildirib.
 
Ardını oxu...
Bu gündən Rusiyada xarici banklara filial açmağa icazə verən, həmçinin onların fəaliyyətinə bəzi məhdudiyyətləri nəzərdə tutan qanun 2024-cü il sentyabrın 1-dən qüvvəyə minib.

İqtisadiyyat.az xəbər verir ki, bundan əvvəl Rusiya Federasiyasında xarici kredit təşkilatlarının yalnız törəmə bankları və nümayəndəlikləri ola bilərdi.

Yeni qanunvericilik normalarına əsasən, xarici bankın filialı hüquqi şəxslərin bank hesablarını aça və apara, hüquqi şəxslərin, o cümlədən müxbir bankların adından pul köçürmələrini həyata keçirə, pul vəsaitlərinin, veksellərin inkassasiyası, ödəniş və hüquqi şəxslər üçün hesablaşma sənədləri və kassa xidmətləri ilə məşğul ola bilərlər. Qanun həmçinin zəmanətlər verə, icarə üçün xüsusi binalar, sənədlərin və qiymətlilərin saxlanması üçün seyflər verə, lizinq əməliyyatları apara, məsləhət və məlumat xidmətləri göstərməyə icazə verəcək.

Qanunun məqsədi beynəlxalq ödənişlər sisteminin inkişafına və xarici investisiyaların cəlb edilməsinə şərait yaratmaqdır. Xarici bankların filiallarının işi məhz buna yönələcək, ona görə də onlar adi banklar kimi, məsələn, əhali üçün əmanətlər aça bilməyəcəklər.

Rusiya Mərkəzi Bankı xarici bankların filiallarının fəaliyyətinə nəzarət edəcək.
 
Ardını oxu...
Cari ildə hökumətin qərarı ilə bir sıra sahələrdə qiymət artımı tətbiq edildi.

Belə ki, Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 2024-cü il iyunun 29-da keçirilən növbəti iclasında “Aİ-92” markalı avtomobil benzininin və dizel yanacağının qiyməti artırıldı.

Nəticədə “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 10 qəpik artırılaraq 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 20 qəpik artırılaraq 1 manat müəyyən edildi.

Qiymət artımı digər sahələrdə də müşahidə edildi. Belə ki, Azərbaycanda benzin və dizelin qiymətinini artması ilə ictimai nəqliyyatda, metro və avtobuslarda gediş haqqı artırıldı.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının qərarına əsasən ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Qərara əsasən, avtobus və metro sərnişin daşımalarının qiyməti 50 qəpik müəyyən edilib. Beləliklə, yanacağın və nəqliyyatın bahalaşması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. Çünki adıçəkilən sahələrdə qiymət artımı digər sahələrə də təsirsiz ötüşmədi. Əhali ilk olaraq bunu ərzaq məhsullarında müşahidə etdi.

Yay mövsümündə hər zaman ən ucuz qiymətə olan meyvənin qiymətində belə, ən yüksək rəqəmlər özünü göstərdi. Məsələn, bu yay bazarda gilasın qiymətinin 8 manata olması imkansız ailələr üçün əlçatmaz bir rəqəm idi. Artıq bahalaşmadan iki ay vaxt keçib.

Mütəxəssislər ötən dövrdə bazar qiymətlərini necə dəyərləndirirlər?

İqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"a bildirib ki, yanacaq və nəqliyyatın bahalaşmasından sonra ölkədə bir sıra sahələrdə bahaşalma müşahidə olundu:

"Əhalinin ən çox ehtiyacı duyduğu yağ və ət məhsullarında çox böyük bahalaşama oldu. Qoyun ətinin qiyməti 18-19 manata çatdı. Eyni zamanda mal ətinin qiyməti də yenidən bahalaşdı. Hazırda mal ətinin bir kiloqramı 14-16 manat arasında təklif olunur. Bildirim ki, mövcud bahalaşmanın, eləcə də qiymətlərin düşməsini hələ gözləmirəm. Bu tendensiya hələ davam edəcək. Belə bir gözlənti var ki, ölkədə COP29-dan sonra maliyyə baxımından bir qədər müsbətə doğru dəyişiklik olacaq.

İqtisadçı ekspertlərin fikrincə, maaşlar artacaq. Yəni ilin sonuna doğru maaşların bir qədər artacağı gözlənilir. Neçə faiz artacağı ilə müxtəlif fikirlər səslənir. Sosialyönülü layihələrin həyata keçirilməsi gözlənilir. Büdcədə bu sosialyönümlü layihələr öz əksini tapmalıdır. Burada qiymətlələrin düşməsindən söhbət getmir, əhalinin maaşları qalxmalıdır.

Bununla bağlı iqtisadçılar müxtəlif rəqəmlər irəli sürürlər. İqtisadiyyat Nazirliyinin hesablamalarına görə, müəyyən qrupun maaşında artım gözlənilir. Əsasən pensiyaçılar və minimum əməkhaqqı alanların maaşları qalxmalıdır. Yəni 600-700 manata çatmalıdır".

Onun sözlərinə görə, ümumiyyətlə, ölkəyə məhsulların bir çoxu Türkiyədən, İrandan idxal olunur:

"İstər-istəməz idxal olunan məhsullarda bahalaşma olacaq. Hökumət müvafiq tədbirlər həyata keçirməlidir ki, idxal olunan məhsullar ucuz başa gəlsin. Bu baxımdan vergidən azad olunmalıdır.

Elə bir faiz olmalıdır ki, oradan gələn məhsullar ucuz olsun, əhali ala bilsin. Bunu İqtisadiyyat Nazirliyi nəzərə almalıdır. Bununla bağlı plan hazırlanmalı, hökumətə təqdim olunmalıdər. Bu istiqamətdə yəqin ki, işlər gedir. İnanıram ki, Azərbaycan getdikcə inkişaf edəcək".
 
 

 


Ardını oxu...
"Bu il çantaların qiyməti xeyli bahalaşıb. Ötən il 15-20 manata çanta almaq mümkün idisə, bu il həmin çantaların qiyməti 35 manatdan aşağı deyil". Bunu Sputnik Azərbaycan-a müsahibəsində övladı üçün məktəb bazarlığı edən valideyn Günel Salmanova söyləyib.
O, bildirib ki, üç övladı məktəblidir. Onlardan ikisinə bu il məktəbli çantası almalıdır.
"Normal görünüşü və keyffiyyəti olan çantaların qiyməti 50 manatdır. Ən ucuzunu alsam, 35 manatdır. Çantaların qiyməti bu il bahalaşıb. İki qızım üçün məktəbli çantası almalıyam. Oğlum isə iki il əvvəl aldığım çanta ilə məktəbə gedəcək. Çantalarla yanaşı dəftər, qələm, məktəbli geyimi, ayaqqabı da almalıyam", - deyə valideyn məktəbli ləvazimatlarının bahalşmasından şikayətlənib.

Sputnik Azərbaycan məktəbli ləvazimatları bazarında müşahidə aparıb. Satıcılar da çantaların və digər məktəbli ləvazimatlarının qiymətində artım olduğunu təsdiqləyiblər. Bunun Türkiyədə qiymətlərin bahalaşması və Ukraynada olan münaqişə ilə bağlı olduğunu söyləyiblər. Onlar Çindən gətirilən məktəbli ləvazimatlarının da qiymətində cüzi artım olduğunu bildirdilər.
Paytaxtın Elmlər Akademiyası metro stansiyası ətrafında yerləşən məktəbli ləvazimatları satış obyektlərində endirimlə belə qiymətlərdə artım müşahidə olunurdu.

Çantaların qiyməti 35 manatdan başlayaraq 190 manatadək dəyişir. Satıcılar ən bahalı məktəbli çantaların Türkiyə istehsalı olduğunu söylədilər.
12 vəqərli dəftələr - 15-30 qəpik;
24 vərəqli dəftərlər - 40-50 qəpik;
60 vərəqli dəftərlər - 65-80 qəpik;
90-100 vərəqli dəftərlər - 95 qəpik-1 manat.

Rəngli karandaşların qiymət 8 manatdan 15 manatadəkdir.
Sadə qələmlərin qiyməti 30-50 qəpik, qələm qabları 8-12 manata satılır. Qələmyonanlar və pozanların qiyməti 40-50 qəpik, xətkeşlərin qiyməti isə 90 qəpik - 1 manatdır.

Satıcılarlar yeni tədris ili ərəfəsində satışın o qədər də çox olmadığını söylədilər. Bildirdilər ki, valideynlərin çoxu onlayn yolla xaricdən əsas ləvazimatları aldıqlarından, yalnız dəftər-qələm satılır. Onlar dəftərlərin qiymətində 5-10 qəpik bahalaşma olduğunu təsdiqlədilər.
Valideynlər isə təkcə məktəbli ləvazimatları almaq üçün bir uşaq üçün minimum 150 manat xərc tələb olunduğunu söylədilər. Onlar qiymətlərə məktəbli forması və ayaqqabı da daxil olarsa, bir şagirdi məktəbə yola salmağın 250 manata başa gəldiyini bildirdilər.
Ardını oxu...
Son zamanlar devalvasiya mövzusu yenidən aktuallaşıb. Bəzi saytların yazdığına görə, banklar dollar satışını məhdudlaşdırıb. Bu xəbərlər ictimaiyyətdə narahatlığa səbəb olub. Mövzunu şərh edən iqtisadçı Emin Qədirli deyib ki, valyuta ilə bağlı məhdudiyyət yaranmasa, dolların satışı dayandırılmaz.
Onun sözlərinə görə, hazırda dolların satılmaması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Hazırda dolların satışında heç bir problem yoxdur. Valyuta mübadiləsi məntəqələrinə baxsaq görərik ki, insanlar orada rahat şəkildə pul dəyişə bilirlər. Dolların satılmaması üçün bir səbəb də yoxdur. Ola bilər ki, müəyyən dairələr qarışıqlıq yaratmaq istəyirlər. Ölkədə keçiriləcək COP29 və digər tədbirləri görüb, bunu həzm edə bilməyənlər var. Ona görə də bu yollara əl atırlar”.

Ölkədə dollara tələbin artmasının bir neçə səbəbi olduğunu vurğulayan iqtisadçı-ekspert Eldəniz Əmirov isə “Sherg.az”a açıqlamasında deyib ki, bu səbəblərdən biri və birincisi, işğaldan azad olunan ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləridir:

“Bu proses kifayət qədər idxal həyata keçirilməsinə ehtiyac yaradır. Görülən quruculuq işlərinin böyük əksəriyyəti idxal hesabına həyata keçirilir və bu da dollara tələbat yaradır”.
Azərbaycanda dolların bahalaşması və devalvasiya olması ehtimalına gəldikdə isə ekspert hazırda dollara olan tələbin devalvasiya üçün heç bir zərurət yaratmadığı qənaətindədir: "Neftin qiyməti, ölkənin valyuta ehtiyatları, mövcud makro-iqtisadi vəziyyət imkan verir ki, devalvasiya olmadan 2024-cü ili uğurla başa vuraq. Lakin mütləq heç nə yoxdur. Birmənalı olaraq devalvasiyanın olub-olmaması ilə bağlı proqnoz vermək doğru olmaz. Sadəcə olaraq 2024-cü ilin sonuna qədər dolların bahalaşması ilə bağlı bir gözləntim yoxdur. Qarşıdakı illərdə isə manatın ucuzlaşması qaçılmazdır.
 
Ardını oxu...
Əhali arasında yoxsulluq riskinin ən çox olduğu ölkə Rumıniyadır.

“Global İndex”in araşdırmasına görə, Rumıniya əhalisinin 32%-i yoxsul ola bilər.

TEREF əhali arasında yoxsulluq riskinin ən çox olduğu ölkələri sizə təqdim edir:

Ardını oxu...
Market vitrinlərini bəzəyən, müxtəlif adlar altında satılan, əhalinin çox zaman keyfiyyətindən narazı qaldığı kərə yağları azalmağa başlayıb. Bu gün marketlərdə əvvəlkilər kimi müxtəlif adlar altında satılan çeşid-çeşid kərə yağlarını görmək mümkün deyil. Alıcılar “almaq istədiyimiz yağ bir gün olanda, bir həftə olmur”, - deyir.

Yaxud da elə yağ markaları var ki, artıq marketlərdə onların satışı, ümumiyyətlə, həyata keçirilmir. Yağ qıtlığı sosial şəbəkələrdə müzakirə olunan mövzulardandır. Bir sözlə, indiyə kimi keyfiyyətindən narazı olduğumuz yağlar hazırda ümumiyyətlə yoxa çıxıb.

Mağazalarda yağ çeşidlərinin azalmasının səbəbləri nələrdir?

Mövzu ilə bağlı TNS-ə danışan Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli bildirib ki, son vaxtlar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yağlarla bağlı ciddi yoxlamaları olur. Eyni zamanda, sosial şəbəkələrdə mütəxəssislərin təqdim etdiyi yağ testləri əhalinin yağlarla bağlı məlumatlanmasına təkan verir: “Mütəxəssislər təmiz yağları müəyyən etmək üçün testlər təqim edir. İnsanlar həmin testləri aldıqları yağın üzrərində tətbiq etməklə yağın keyfiyyətini müəyyənləşdirə bilirlər. Bu səbəbdən də vətəndaşlardan yağlarla bağlı ciddi narazılıq, şikayət olur. İnsanlar artıq nə yediklərinin fərqinə varır. Nəticədə qurumlar bunları araşdırır. Ona görə də keyfiyyətsiz yağlara təlabatla yanaşı, ölkəyə yağ idxalı xeyli azalıb.

Məsələnin digər bir səbəbi də var. Bu gün gömrükdə ölkəyə gətirilən yağın keyfiyyəti ilə bağlı ciddi tələblər qoyulur. 2024-cü il yanvarın 1-dən etibarən, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, Azərbaycana məhsul ixrac edən şirkət mütləq ölkə daxilində qeydiyyatdan keçməlidir. Bu qeydiyyatın müəyyən tələbləri var. Tələblərə cavab verməyən şirkətlər qeydiyyatdan keçə, Azərbaycana məhsul ixrac edə bilmirlər. Buna görə də yanvar ayından bəri ölkəyə yağ idxalı kəskin azalıb”.

İqtisadçı prosesi müsbət qiymətləndirir və hesab edib ki, marketlərdə keyfiyyətsiz yağların bol olmasındansa, keyfiyyətli yağların məhdud şəkildə olması daha yaxşıdır.

A. Nəsirlinin sözlərinə görə, əhali yağa olan təlabatını ödəmək üçün alternativ yollar tapır: “Rayonlardan küstar üsulla hazırlanmış yağları almaq imkanı olan vətəndaşlar marketlərdən yağ almaqdan imtina edirlər. Bu vəziyyət həm də yerli istehsalı stimullaşdıracaq. İnsanlar küstar üsulla hazırlanmış yağ axtaracaq. Fermerlər bu təlabatı görüb təsərrüfatlarını genişləndirəcəklər. Biz artıq yerli fermerlərə investisiya qoymağa başlayacağıq. Elə insanlar var ki, illərdir, marketdən yağ alımır. Yerli fermerlərə sifariş edirlər və daha təmiz, ucuz kərə yağı alırlar. Şəxsən mən sonuncu dəfə Beyləqanın kəndlərindən birindən kərə yağının bir kilosunu 15 manata almışam. Bu gün Bakıda oturub rayondan yağ alan yüzlərlə insan var”.

İqtisadçı onu da vurğulayıb ki, yağ bazarında olan boşluğu aradan qaldırmaq üçün bir sıra addımlar atıla bilər: “AQTA-nın tələblərinə uyğun gələn digər şirkətlər idxalı bərpa edə bilər. Belə ki, yağ ixrac edəcək şirkətlər ölkəmizdə qeydiyyatdan keçməli, onların məhsulları tələblərə cavab verməlidir.

Digər tərəfdən, rayonlarda küstar üsullarla hazırlanan yağların bazara, mağazalara çıxa bilməsi üçün təşəbbüs göstərilməlidir ki, onlar da öz istehsalını genişləndirə bilsinlər”.
 

Dünyapress TV

Xəbər lenti