Ardını oxu...
Azərbaycan Maliyyə Nazirliyinin hesabatına görə, 2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 36 milyard 616 milyon manat, xərclərinin isə 39 milyard 667,6 milyon manat olacağı gözlənilir.

Büdcə xərcləri istiqamətində əsas prioritet məsələ nə olmalıdır? Hansı sahələrin daha çox dövlət tərəfindən göstərilən dəstəyə ehtiyacı var?

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, büdcə xərcləri zamanı ilk növbədə sosial yönümlü layihələrə üstünlük verilməlidir:

“Sosial yönümlü layihələr dedikdə maaş, pensiya bazasının artırılması istiqamətində görülən işlər nəzərdə tutulur. Təhsilin inkişafı üçün bu sistemə ayrılan xərclərə diqqət edilməlidir. Əsasən sosial yönümlü, təhsil, səhiyyə problemlərinə diqqət yetirməlidir. Elmə, elmin xüsusi inkişafına diqqət yetirməli, bu sahədə inkişaf üçün imkanlar artırılmalıdır.

Aydın məsələdir ki, ölkədə hazırda diqqət müdafiə sənayesinin inkişafına və işğaldan azad edilmiş ərazilərimizin bərpası və quruculuğuna ayrılıb. Bu sahələr üzrə də işlər ilbəil artan planlara uyğun getməlidir”.
 
Ardını oxu...
2024-cü ildə dünyanın ən bahalı şəhəri Honq-Konq, ən ucuz şəhəri isə Abuca (Nigeriya) olub.

Valyuta.az xəbər verir ki, bununla bağlı sorğunu qlobal bazarlarda aparıcı insan resurslarının idarə edilməsi üzrə məsləhətçi “Mercer” firması keçirib.

Bu il 30-cu dəfə həyata keçirilən “Yaşam Dəyəri Sorğusu” beş qitədə 226 şəhəri əhatə edib.

Nəticələrə görə, ən bahalı şəhər kimi Honq-Konq ilk pillədə qalır, üçüncü yerdə isə Sinqapur gəlir. İsveçrənin Sürix, Cenevrə və Bazel şəhərləri də ən bahalı şəhərlər beşliyinə daxildir. 2023-cü il reytinqində ilk 5 şəhər 2024-cü ildə ilk 5-likdə olmaqda davam edir. Reytinqdə İstanbul ötən illə müqayisədə 55 pillə yüksələrək 130-cu yerdə qərarlaşıb.

“Yaşam Dəyəri Sorğusu” işəgötürənlərə valyuta məzənnəsinin dəyişməsini izləməyə və bütün yerlərdə mallar, xidmətlər və yaşayış yerləri üzrə inflyasiya və deflyasiya təzyiqlərini qiymətləndirməyə imkan verir. Bu məlumatlar həm də işəgötürənlərə beynəlxalq təyinatlarda və xaricdə olan işçilər üçün daimi kompensasiya paketlərini müəyyənləşdirməyə kömək edir.

Bundan əlavə, bir yerin yaşayış dəyəri onun insanlar üçün bir yer kimi cəlbediciliyinə əhəmiyyətli təsir göstərə bilər

Hər bir şəhərdə mənzil, nəqliyyat, qida, geyim, məişət əşyaları və əyləncə daxil olmaqla 200-dən çox maddənin müqayisəli xərclərini ölçən araşdırmanın nəticələrinə görə, 2024-cü ilin ən bahalı şəhəri Honq Konq, ən aşağı yaşayış dəyəri Abuca (Nigeriya) olmuşdur.

Asiya qitəsi ilk növbədə yüksək kirayə yerləşdirmə xərclərinin təsiri ilə əlaqədar olaraq, yaşayış dəyəri ən yüksək olan iki şəhərə sahibdir. Bu mühüm iqtisadi mərkəzlər həm də çoxlu sayda əcnəbiləri cəlb edərək xərcləri daha da artırır.

Avropanın 5 şəhəri ən bahalı şəhərlər sırasındadır

Araşdırmanın nəticələrinə görə, Sürix, Cenevrə, Bazel, Bern və London 2024-cü ildə əcnəbi işçilər üçün dünyanın ən bahalı yerlərinin onluğuna daxil olan 5 Avropa şəhəridir. Bu şəhərlərdən 4-ü İsveçrədə yerləşir. 9 pillə yüksələn London 8-ci yerdədir. Avropada yaşayış xərcləri şəhərlər arasında dəyişsə də, Avropa Mərkəzi Bankı Avrozonada illik inflyasiyanın aşağı düşməyə davam edəcəyini proqnozlaşdırır; Bu o deməkdir ki, Avropa iqtisadiyyatları son pozulmalardan sağaldıqca, xərclər sabitləşə bilər. Siyahıda 212-ci yerdə qərarlaşan Minsk Avropanın ən ucuz şəhəridir.

ABŞ-da yaşayış dəyəri problem olaraq qalmaqda davam edir

ABŞ-da yaşayış dəyəri 2024-cü ildə əhəmiyyətli bir problemi olaraq qalır. Siyahıdakı bütün ABŞ şəhərləri ilk 100-lükdə, yeddi şəhər ilk 20-də yer alır. Kanada şəhərləri Kanada iqtisadiyyatının dayanıqlılığına və gözləntilərdən yüksək performansına görə Şimali Amerika şəhərləri reytinqinin sonundadır. Toronto Kanadanın ən bahalı şəhəridir, 92-ci, Vankuver isə 101-ci yerdədir. 2023-cü ildə pesonun bahalaşması səbəbindən Meksika şəhərlərində yaşayış xərcləri əvvəlki ilə nisbətən əhəmiyyətli dərəcədə artır. Mexiko şəhəri 79-cu yerdən 33-cü yerə, Monterrey isə 155-ci yerdən 115-ci yerə yüksəlib.

Uruqvayın paytaxtı Montevideo Cənubi Amerikada beynəlxalq işçilər üçün ən bahalı yer olaraq 42-ci yerdədir. Bölgənin bir çox şəhərlərində valyuta məzənnələrindəki dalğalanmalar və kirayə yerlərin qiymətləri səbəbindən 2023-cü illə müqayisədə əhəmiyyətli hərəkət müşahidə olunub.

Çilinin paytaxtı Santyaqo reytinqdə 73 pillə geriləyərək 160-cı olub. Kolumbiyanın paytaxtı və ən böyük şəhəri Boqota 40 pillə irəliləyərək 174-cü yerdə qərarlaşıb.

Sakit okean regionlarında artan inflyasiyanın işçilərə böyük təzyiq göstərəcəyi gözlənilir

Bu il Sakit okean regionunda artan inflyasiyanın beynəlxalq işçilərə təzyiq göstərəcəyi gözlənilir. 58-ci yerdə olan Sidney və 10 pillə yüksələrək 60-cı yerdə olan Noumea Sakit okean regionunun ən bahalı şəhərləridir.

Qlobal reytinqdə ən yüksək yeri tutan Afrika şəhərləri 14-cü yerdə Mərkəzi Afrika Respublikasının Bangui, 18-ci yerdə eyniadlı ölkənin paytaxtı Cibuti və 21-ci yerdə Njamena olub. Xüsusilə Nigeriyanın Laqos şəhəri 178 pillə geriləyərək 225-ci olub. Bu, 2023-cü illə müqayisədə qlobal miqyasda ən böyük dəyişiklikdir. Bu dəyişiklik əsasən valyutanın dəyişməsi, o cümlədən Nairanın təkrar devalvasiyası ilə bağlıdır.

Birləşmiş Ərəb Əmirliklərinin 15-ci şəhəri olan Dubay Yaxın Şərqin ən bahalı şəhəri olduğu halda, Mumbay Hindistanın ən bahalı şəhəri kimi ümumi reytinqdə 136-cı şəhərdir.

Bakı da siyahıda yer alıb. Bakının yerləşməsində irəliləyiş olub. Belə ki, paytaxtımız 6 pillə irəliləyərək ən bahalı şəhərlər sıralamasında 171-ci yerdə qərarlaşıb.
 
Ardını oxu...
"Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı depozitin tətbiqinə başlanacaq. Burada əsas məqsəd büdcədən yayınmaların qarşısını almaqdır”.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, vəsait təminatının həyata keçirilməsində məqsəd tranzit daşımalara nəzarəti gücləndirməkdir. Tranzit şirkətləri ödənişini mövcud qaydalar əsasında və əvvəlki məbləğdə həyata keçirəcəklər. Sadəcə təminat olaraq, yəni ödənişlərdən yayınmamaq üçün bu addım atılıb. Bu, büdcə gəlirlərinə təsir göstərə bilər:
“Dəgər əsas məqsəd isə tranzit daşımalar zamanı büdcədən yayınmanın qarşısının alınmasıdır. Əslində vəsait təminatı, büdcəyə daxiloması proqnozlaşdırılan vəsaitin büdcəyə alınmasındakı risklərin aradan qaldırılması anlamına gəlir. Belə qayda bir sıra ölkələrdə tətbiq edilir".
 
Ardını oxu...
Rusiyadan fiziki şəxslər bu ilin yanvar-iyun aylarında Azərbaycana 287 milyon 50 min ABŞ dolları pul baratları göndəriblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 320 milyon 855 min dollar və ya 52.9 faiz azdır. Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, yanvar-iyul aylarında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 50.6 faiz təşkil edib. 2023-cü ilin ortalarında bu rəqəm 68.2 faiz olub.

MB bildirir ki. sentyabrın 18-də Rusiya rublunun məzənnəsi 0.0186 manat təşkil edib, son bir ay ərzində məzənnədə ciddi dəyişiklik olmayıb.

2024-cü ilin ilk altı ayı ərzində nağd Rusiya rublu ilə mübadilə əməliyyatların həcminə gəldikdə, alış 3 milyard 866 milyon 467 min, satış isə 1 milyard 177 milyon 667 min rubl təşkil edib.

Rusiyada rublun dəyər itirməsi Azərbaycana xaricdən göndərilən pul vəsaitinə necə təsir edib? Azərbaycanda rublun məzənnəsi reallığa söykənirmi?

Tovuz sakini Raqif Cəfərov əməkdaşımıza bildirib ki, Rusiyanın bir neçə şəhərində, o cümlədən Vladivatokda ticarətlə məşğul olur.

“Əsas işimiz ərzaq məhsullarının topdan satışıdır, habelə digər şəhərlərə də mal göndərir, yaxud qəbul edirik. Son aylarda ərzağın qiyməti o qədər də dəyişməsə də, meyvə-tərəvəz bahalaşıb, əhalinin alıcılıq qabiliyyəti də azalıb. Yerli hakimiyyət qurumlarının, xüsusi ilə polisin biznesə müdaxilələri artıb. Bu da istər-istəməz bizim gəlirlərimizə təsir edir”, – o, qeyd edib.

R.Cəfərov Rusiyadan Azərbaycana göndərilən pulların azalmasını təsdiqləyir, amma mediada yayılan məlumatları doğru saymır: “Əlbəttə, əvvəlki kimi qazanc yoxdur, yalnız işini çoxdan qurmuş, evi, obyektləri, əlaqələri olan azərbaycanlılar pul qazana bilirlər. Qalanları günəmuzd işləyir, iş tapa bilməyən, gəlirlə qane olmayan miqrantların çoxu qayıdıb ölkəsinə gedir. Amma Rusiyadan Azərbaycana göstəriləndən daha çox pul gəlir, camaat banklar vasitəsi ilə yox, şəxsi hesablaşma ilə yaxınlarına, ailə üzvlərinə pul göndərir. Bu da nə Rusiyada, nə də Azərbaycanda qeydiyyata düşür”.

Həmsöhbətimiz bildirir ki, müharibəyə aparılmaq qorxusu da azərbaycanlıları ciddi narahat edir: “Çünki nəzarət sərtləşdirilib, kimin Rusiya vətəndaşlığı varsa, onlardan hərbi qeydiyyata düşmək tələb olunur. Düşməyənlərin ölkədən deportasiya edilməsinə başlayıblar. Doğrudur, bəzi soydaşlarımız adam tapıb rüşvətlə işlərini yoluna qoya bilir, amma getikcə vəziyyət çətinləşir. Məsələn, mənim tanıdığım bir azərbaycanlının Rusiya pasportunun vaxtı bitmişdi, dəyişməyə getdi, elə oradaca hərbi qeydiyyata saldılar və yaxın günlərdə orduya çağırş göndəriləcəyini bildiriblər. İşi-gücü, ailəsi qalıb orada, bilmirlər neynəsinlər”.

Raqif Cəfərov deyir ki, gedişat pisdir, yaxın aylarda azərbaycanlı miqrantların bir çoxu ölkəyə dönməkdən başqa çarə görməyəcəklər: “Hər 1000 rubl burada 17-18 manata dəyişdirilir. Əvvəl 80-90, bəzən 100 min rubl aylığa işləyənlər indi ticarətdə 40-60 minə iş tapa bilmirlər. Hər adam da ticarət edə bilmir, tanışın, dostun biznesində işləyir. Onların vəziyyəti yaxşı deyil, artıq tanıdığım xeyli sayda adam geri dönüb”.
Həmsöhbətimiz onu da vurğuladı ki, yaşadığı kənddə əhalinin yarıdan çoxu Rusiyadan gələn vəsaitlərin hesabına dolanır: “İndi dövlətdən pensiya, maaş alanların sayı çox azdı. Əvvəl hamı pensiya düzəltdirmişdi, son illərdə əksəriyyətini kəsiblər, pensiya kimi də bir şey vermirlər. Təsərrüfatla da dolanmaq çətindir, əkdiyin-biçdiyin pula getmir, mal-heyvan saxlamağa şərait yoxdur. Rusiyadan gələn pullar hesabına camata ev tikib, uşaq evləndirib, maşın alıb. İndi bunlar keçmiş dövrdə qalıb. Kimin evinə 10-15 min rubl gəlir, onu da yeməyə, geyimə xərcləyir. Onu bilirəm ki, Rusiya dağılsa, ondan qabaq biz acından batacağıq”.

İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycanda müəyyən bölgələrdə yaşayan əhalinin gəlirlərinin formalaşmasında Rusiya iqtisadiyyatının təsirləri daha çoxdur: “Cənub-qərb və şimal bölgələrində bu istiqamətdə meyllik daha güclüdür. Lənkəran iqtisadi regionunun bölgələrində bu göstərici 10 faizdir. Yəni, hər 100 manat gəlirin 10 manatı göndərişlər hesabına formalaşır. Amma reallıqda vəziyyət daha çətindir. Şirvanda isə bu rəqəm cəmi 1 faizdir. Bu aspektdən baxanda Rusiyada baş verənlərin Azərbaycanın fərqli regionlarında fərqli təsirləri müşahidə olunur”, – o, bildirib.

Onun sözlərinə görə, ümumilikdə götürəndə Rusiyanın tənəzzülü bu ölkədə yaşayan 1 milyondan artıq azərbaycanlı miqrantın imkanlarını məhdudlaşdırır: “Bu da istənilən halda, ölkədə məcmu tələbinin aşağı düşməsinə, sosial mühitinin daha da pisləşməsinə, yoxsullaşma meylilərin güclənməsinə gətirib çıxarır”./azpolitika.info
Ardını oxu...
Azərbaycan hökuməti 2025-ci ildə ölkədə illik inflyasiyanın 4,6 % təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən bildirilib.

Proqnoz İqtisadiyyat Nazirliyinin beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyini, eləcə də antiinflyasiya tədbirləri əsas götürərək hazırlanıb.

İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 2,7 % olacağını gözləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 %, avqust ayında ötən ilin eyni ayına nisbətən 3,5 %, bu ilin iyul ayına nisbətən 0,4 % artıb.

Maraqlıdır, bahalaşmanın yeni dalğası gəlir, qiymətlər artacaq?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, Azərbaycanda inflyasiyanın yüksəlməsi gözləniləndir:

"Çünki bu yaxınlarda Tarif (qiymət) Şurasının qərar ilə Azərbaycanda benzin 10 %, dizel yanacağı isə 25 % bahalaşıb. Eyni zamanda, dövlətin göstərdiyi digər xidmətlərdə (internet, taksi və.s) də bahalaşma müşahidə edilib.

Bu, daha yüksək inflyasiya rəqəmlərinin olacağını göstərir. Nəticə etibarilə, əsasən enerji daşıyıcılarının, xüsusilə də dizel yanacağının qiyməti qalxırsa, bu kənd təsərrüfatı qiymətlərinə, logistikaya, bir sözlə, hər şeyə təsir göstərir.

Hətta Maliyyə Nazirliyi məsələyə daha konservativ yanaşıb. Hesab edirəm ki, inflyasiya daha yüksək olacaq".
 

Ardını oxu...

"Badamdar Estates" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (Məcburi auditdən yayınma) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.

İşə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Badamdar Estates" MMC məşhur "Badamdar Hotel & Residences"in idarə edən şirkətdir.
Ardını oxu...
Oktyabrın 3-4-də Rusiya İxrac Mərkəzinin dəstəyi ilə tikinti sənayesində fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana işgüzar səfərə gələcəklər.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İxrac Mərkəzinin saytında yayılan məlumatda deyilir.

Missiyanın biznes proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, iki ölkənin inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər. Rusiya şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, proqramçılar və memarlıq büroları var.

Qeyd olunur ki, Bakıda 20-yə yaxın yerli istehsalçı potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edəcək.

Rusiyanın müxtəlif regionlarından olan şirkətlər Azərbaycanda müasir tikinti materialları və avadanlıqları, dizayn üzrə innovativ həllər təqdim edəcəklər. Missiya çərçivəsində maraqlı potensial tərəfdaşlar və alıcılar seçiləcək, eləcə də Azərbaycanın ixtisaslaşmış müəssisələrində yerində görüşlər təşkil olunacaq.
 
Ardını oxu...
Bir müddət əvvəl yanacaq doldurma məntəqələrini bağlayan şirkətlər qrupu nizamnamə kapitalını kəskin azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, söhbət “MSDIS Holding” MMC-dən gedir.

Belə ki, şirkət nizamnamə kapitalını 2 572 000 (iki milyon beş yüz yetmiş iki min) manatdan 500 manata azaldıb. Beləliklə, şirkətdən 2 571 500 manat geri götürülüb.

Qeyd edək ki, avqust ayında MMC nizamnamə kapitalının hər səhmin nominal dəyərinin azaldılması yolu ilə azaldılacağı barədə elan etmişdi.

Xatırladaq ki, "MSDIS Holding" inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsal müəssisəsinə, "MS Kabel" kabel istehsalı müəssisəsinə, "MS Asfalt" asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisəsinə, “MS Laminat”şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir.

Bir müddət əvvəl “MSDIS Holding”ə məxsus “MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) bir qismi bağlanıb. Həmin məkanlarda “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb.
 
Ardını oxu...
Azərbaycan 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51.6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, borclanma 2 milyard 672.3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87.6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19.3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.
 
 
 
Ardını oxu...
2024-cü ilin ilk rübündən etibarən bahalaşan məhsullar arasında ət ilk sıralardadır.

Son bir neçə ayda isə bahalaşma daha da kəskin hiss olunur. Xüsusilə mal və qoyun ətinin qiyməti artıb.

İqtisadçı Xalid Kərimli "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, ətin qiymətinin artmasına səbəb tələbatın çoxluğu və heyvan yeminin qiymətlərinin artmasıdır. Həmçinin maldarlığa olan marağın azalması da qiymətlərə təsir edir.

"Məhsulun azlığı tələbatın isə çoxluğu davam edərsə, qiymətlərin artması gələcək aylarda da müşahidə ediləcək", - deyə Xalid Kərimli qeyd edib.

Ətraflı süjetdə:

 
 
 

Dünyapress TV

Xəbər lenti