Ardını oxu...
"Sabahdan ipoteka kreditlərinin alınması üçün müraciətlər mümkün olacaq. İpoteka və Kredit Zəmanət Fondu artıq 2025-ci il ərzində ipoteka kreditlərinin verilməsi üçün banklara limitlər ayırıb. Sabah adi ipoteka kreditlərinə, birisi gün isə güzəştli kreditlərə müraciət aktiv olacaq".

"DogruXeber.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu il ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən əlavə 100 milyon manat ayrılacaq.

"Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayırmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur. Güzəştli kreditlər maksimum məbləğ 100 min manat olmaqla 4 faizlə 30 il müddətinə təklif olunur. Bununla yanaşı, bu il yanvarın 21-də Fond 100 milyon manatlıq istiqrazlar emissiya edib. Bu vəsait adi ipoteka kreditlərinin verilməsi üçün istifadə olunur. Ötən ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat həcmində 4685 ipoteka krediti, o cümlədən, 357,7 milyon manat məbləğində 3609 adi ipoteka krediti və 82,1 milyon manat məbləğində 1076 güzəştli ipoteka krediti verilib".

Deputat qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 2024-cü il illə müqayisədə 87.7 milyon manatdan 100 milyon manata çatdırıldığı üçün bu il daha çox vətəndaşımızın ipoteka kreditlərindən yararlanacağı gözlənilir: "Bu o deməkdir ki, 2025-ci ildə 5 minə yaxın vətəndaşımız ipoteka hesabına mənzil sahibi ola biləcək".

Qeyd edək ki, indiyədək fond tərəfindən 52 min 798 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 338 milyon manatdan çoxdur.
Ardını oxu...
“Fostanpak” şirkəti “Rofruit” MMC-ni məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, tərəflər arasında alqı-satqı müqaviləsi üzrə mübahisə yaranıb.

“Fostanpak”ın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq.

İş üzrə 4 mart tarixinə hakim Günay Həşimovanın sədrliyi ilə məhkəmə baxış iclası təyin edilib.
 
 
 
Ardını oxu...
“İnvest-Az İnvestisiya Şirkəti” QSC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb. Şirkət ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

“İnvest-Az İnvestisiya Şirkəti” İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub.Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İnvestisiya şirkəti ilə bağlı iş baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 11 fevral tarixində hakim Vüsal Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gətirilməlidir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, ölkədən pul çıxarmaqda günahlandırılan “İnvest-Az İnvestisiya Şirkəti”nin direktoru Şəhriyar Qurbanzadədir,

Müşahidə Şurasının sədri isə Elşən Quliyevdir.

Tribunainfo.az
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakıda ət 3-4 manat ucuzlaşıb. Əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb. Satıcılar son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən birinin bazarda təklifin artması ilə əlaqəli olduğunu bildirir.

Referans.az bildirir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Qurbanov qırmızı ətin qiymətinin ucuzlaşmasına manşet xəbərlərində rast gəldiyini qeyd edib.

O, hətta bəzi araşdırmalar apardığını bildirib:

“Təxminən bir aydır ki, Qazaxıstan, Monqolustan, Həştərxan və Rusiyanın digər vilayətlərindən diri və kəsilmiş iri və xırda buynuzlu heyvan ətinin idxalı artırılıb. Əlbəttə ki, dövlətin ətin qiymətinin tənzimlənməsi üçün ən mükəmməl tədbirlərindən biri də idxala lazımi şəraitin yaradılmasıdır. Ötən dəfə qeyd etdiyim kimi, kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq sahəsi dövlət qayğısı ilə əhatə olunur. Süni mayalanma üzrə mütəxəssislərin yetişdirilməsi, təsərrüfatların sığortalanması, verilən subsidiyalar, damazlıqların ölkəyə gətirilməsi, doğuşlara verilən subsidiyalar, texniki vasitələrin vergi və gömrük rüsumlarından azad edilməsi və s. təqdirəlayiq haldır”.

İqtisadçının sözlərinə görə, gətirilən iribuynuzlu heyvanlar 400-500 kiloqram çəkisində olan inək və danalardır:

“Monqolustandan isə adətən xırdabuynuzlu heyvanların kəsilmiş hazır cəmdəkləri gətirilir. Mən qətiyyən idxal olunan heyvanların və hazır ətin yararsız olduğunu iddia etmirəm. Lakin yaranmış bolluğa baxmayaraq yerli məhsulların qiymətində heç bir dəyişiklik baş verməyib. Yerli məhsullar ən yüksək keyfiyyətli məhsullar sayılır. Bəzi işbazlar sallaqxanalarda dana əti asıb, səliqəli doğranmış inək əti satırlar. Kəndlərdə yerli quzu ətinin kilosu 20-21 manata, pərakəndə qaydada yerli və cavan dana ətinin kilosu isə 16 manata təklif olunur. Bir daha qeyd edim ki, qiymətlər keyfiyyət meyarları ilə sıx əlaqədardır. İşbazlar isə həmişə iş başındadırlar”.

Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15-15,5 manat, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.
 
 
 
Ardını oxu...
ABŞ Prezidenti Donald Trampın Meksika və Kanadaya qarşı 25, Çinə qarşı isə 10 faizlik rüsum tətbiqindən sonra kriptovalyutanın dəyəri düşüb.

Referans.az xəbər verir ki, bitkoin bazar ertəsi səhər Asiyada 94.476.18 ABŞ dollarına kimi düşüb. Bu kriptovalyuta sonuncu dəfə sentyabr ayının əvvəlində düşmüşdü./teleqraf.com
 
 
 
Ardını oxu...
Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Dadaş-N" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzin qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 424 012,94 manatdır.

"Dadaş-N" şirkəti 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 manatdır. Şirkətin hüquqi ünvanı Ağdam rayonu Ağdam şəhəri, 20 yanvar küçəsi, Ağdam Sənaye Parkında yerləşir. MMC-nin qanuni təmsilçisi Dadaşov Nəsimi Cəfər oğludur.

"Dadaş-N" şirkəti dövlət satınalmalarında fəal iştirak edir. Şirkətin əsas sifarişçilərindən biri də Respublika QİÇS Mərkəzidir. Mərkəz ötən il şirkətlə iki satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr əhalinin riskli qrupları arasında profilaktik xidmətlərin genişləndirilmasi ilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi üçün birdəfəlik istifadə vasitələrinin satın alınması ilə bağlı olub. Müqavilələrin toplam maliyyə dəyəri 407 052,8 manatdır.

"Dadaş-N" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət iri layihələr həyata keçirir. Məsələn, 2022-ci ildə yayılan məlumata görə, şirkət Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bu məlumatda "Dadaş-N" MMC Ağdam Sənaye Parkının rezident şirkəti kimi təqdim edilib.

Fabrikin inşa edilib-edilmədiyi bəlli deyil. Bəlli olan odur ki, "Dadaş-N" şirkətin rəhbəri Nəsimi Dadaşov bununla bağlı inzibati məsuliyyətə cəlb edilib. Səbəb isə Nəsimi Dadaşovun Azərbaycanda iş icazəsi olmayan İran vətəndaşı Nikrouz Forouzandehi fabrikin memarı və layihə rəhbəri kimi çalışdırması olub.

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi Nəsimi Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə iş adamı 15 000 manat məbləğində cərimə edilib.

Nəsimi Dadaşov həm də "Barama-N", "Sasar İstehsal Malları" və "Nəsimi 1965" şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlərin adına vergi sistemində rast gəlinmir.
 

Ardını oxu...
  

Bakıda ət 3-4 manat ucuzlaşıb.

Musavat.com Xəzər TV-yə istinadən məlumat verir ki, əvvəl 15-16 manata satılan dana ətinin kiloqramı bəzi yerlərdə 12 manata qədər düşüb.

Satıcılar deyirlər ki, son bir neçə gündə qiymətlərin enməsinin əsas səbəblərindən biri bazarda təklifin artmasıdır. Bu da heyvanların idxalı ilə əlaqəlidir.

Qeyd edək ki, əvvəlki aylarda dana ətinin qiyməti 15 manat, 15 manat 50 qəpik, quzu ətinin isə 19-21 manat arasında dəyişirdi. İndi isə dana əti 12 manata, quzu əti isə 17-18 manata alıcılara təklif edilir.

Ardını oxu...
Ötən ilin dekabr ayı ərzində turizm məqsədi ilə Azərbaycana ümumilikdə 146 min 191 nəfər xarici ölkə vətəndaşı gəlib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının 342 nəfəri və ya 0,2%-i ölkəyə mağazalara baş çəkmək məqsədi ilə gəliblər.
Müqayisə üçün bildirək ki, əvvəlki ilin eyni dövründə Azərbaycana 125 min 430 nəfər turist gəlib və onların da 377 nəfəri və ya 0,3%-i ölkəyə mağazalara baş çəkmək məqsədi ilə gəlib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, mağazalara baş çəkmək üçün Azərbaycana gələn əcnəbilərin sayı azalıb.
Azərbaycana mağazalara baş çəkmək üçün gələnlər aşağıdakı ölkələrin vətəndaşları olub:
Gürcüstan – 123 nəfər
Rusiya – 52 nəfər
Qazaxıstan – 41 nəfər
Pakistan – 31 nəfər
Türkmənistan – 30 nəfər
Türkiyə - 25 nəfər
Belarus – 19 nəfər
Ukrayna – 13 nəfər
Küveyt – 9 nəfər
Özbəkistan – 8 nəfər
Almaniya – 6 nəfər
Latviya – 5 nəfər
İsrail – 4 nəfər
Moldova – 3 nəfər
ABŞ – 2 nəfər
Niderland – 2 nəfər
Böyük Britaniya – 2 nəfər
Avstriya – 1 nəfər
Bolqarıstan – 1 nəfər
 
Ardını oxu...
Bu ilin yanvarın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,45 bənd təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə 0,12 bənd az, 2024-cü ilin əvvəlinə nisbətən 0,03 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
 

   
Ardını oxu...
İdrak Texnoloji Transfer" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında böyük miqdarda vergi borcu üzə çıxıb.

News24.az-a daxil olan məlumata görə, şirkətin vergi borcu 1 milyon manatdan çox olub, dəqiq məbləği isə 1103485.30 AZN-dir.

Qeyd edək ki, Şirkət 1990-cı ildə "İdrak LTD" adı altında təsis olunub və 2003-cü ildən "İdrak Texnoloji Transfer" adı ilə fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçisi, rəhbəri Hikmət Abdullayev Şövkət Oğludur. Əsas fəaliyyət sahələri arasında informasiya sistemlərinin layihələndirilməsi, tətbiqi və dəstəyi yer alır. Həmçinin, şirkət aparat və proqram təminatının hazırlanması, istehsal, sistem inteqrasiyası və texniki xidmətlər üzrə həllər təklif edir.
Ardını oxu...
 
 
 

Dünyapress TV

Xəbər lenti