Ardını oxu...
Bu gün Azərbaycanda çörəyin qiymətində 5-10 qəpik artım müşahidə edilib. Belə ki, çörək istehsal edən bir neçə şirkətlər bunu çörəyin çəkisinin artması və yeni çeşiddə məhsulun istehsalı ilə əlaqələndiriblər.

Bəs, qida rasionunda mühüm yer tutan çörək digər ölkələrdə neçəyədir?

TNS dünya ölkələrində standart 0,5 kiloqramlıq çörəklərin qiymətini təqdim edir:

Rusiya – 1.54 dollar

Türkiyə - 0.95 dollar

Avstraliya – 2.35 dollar

Böyük Britaniya – 1.54 dollar

Almaniya – 1.98 dollar

İsrail – 2.60 dollar

İsveçrə - 3.54 dollar

İspaniya – 1.36 dollar

İtaliya – 2.09 dollar

Kanada – 2.54 dollar

ABŞ – 3.61 dollar

Fransa – 1.86 dollar

Braziliya - 1.42 dollar

Ukrayna – 0,32 dollar

Hindistan - 0.49 dollar

Özbəkistan - 0.46 dollar

Qazaxıstan – 0.46 dollar

Ermənistan – 0.77 dollar

İran – 0.52 dollar
 
Ardını oxu...
Rusiya qazının “Türk axını” ilə Avropaya ixracı 26,7% artıb.

Demokrat.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat verir.

Tədarüklər 1,56 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,7% çoxdur. Orta sutkalıq həcm əvvəlki maksimumu 2% üstələyərək 50,3 milyon kubmetr təşkil edib.
Ötən il qaz Avropaya iki əsas marşrutla tədarük edilib. 2024-cü ildə “Türk axını” ilə nəqlin həcmi 22,3%, Ukrayna marşrutu ilə isə 5,4% artıb.

Eyni zamanda, “Türk axını” ilə çatdırılmalar ilk dəfə olaraq Ukrayna ərazisindən keçən tranzit həcmini ötüb.

Ümumilikdə, 2024-cü ildə Rusiyadan Avropaya boru kəməri qazının tədarükü 13,4% artaraq 32,75 milyard kubmetrə çatıb.
 
Ardını oxu...
Azərbaycanda çörəyin qiymətində artım olacaq.

TEREF Globalinfo.az-a istinadən xəbər verir ki, sabahdan etibarən çörək 5-10 qəpik bahalaşacaq.

“Nur çörəyi” zavodu da xəbəri təsdiq edib.

“Bəli, doğru xəbərdir. Sabahdan çörəyin qiyməti 5 qəpik artırılacaq. Amma yalnız qiymət deyil, eyni zamanda çörəyin çəkisi də artacaq. Çünki çəki az olanda çörək tez qurumuş olur. Ona görə də məcburuq çəkini artıraq. Çəkini artırırıqsa, avtomatik qiymətə təsir edir. Bazarda qiymət çəkiyə görə tənzimlənir. Ona görə də fevralın 1-dən 50 qəpiklik çörək 55, 55 qəpik olan çörəklər 65 qəpiyə satılacaq.

Çəki bundan əvvəl 440-450 qram idi, bundan sonra 500-550 qram olacaq. 55 qəpiklik çörəyin çəkisi isə 510 qram idi, bundan sonra 620 qram olacaq. Belə olduqda çörəkdə quruma da az olacaq”, - deyə bildirilib.
 
Ardını oxu...
Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək. Belə ki, yeni qanuna əsasən, alkoqollu içkilərin müəyyən edilmiş qiymətdən aşağı qiymətə satılması qadağan olunub. Qanunda edilən dəyişikliyin alkoqollu içkilərin qiymətinə necə təsir edəcəyi isə əsas maraqlı məqamlardan biridir.

Spirtli içkilərin bahalaşacağı gözləniləndir?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, bu qərar parlamentdə müzakirə olunanda deputatların müzakirəsi zamanı bəlli oldu:

“Bu, spirtli içkilərin minimum qiymətini müəyyənləşdirilməsi keyfiyyətin yüksəldilməsi ilə əlaqələndirildi. Keyfiyyətli içkinin müəyyən məbləğdə bir qiyməti olmalıdır, keyfiyyətsizdən fərqlənməlidir. Minimum qiymətin müəyyən edilməsi bu məqsədi hədəfləyir. Hesab etmirəm ki, alkoqollu içkilərin minimum qiymətinin müəyyən edilməsi içki bazarında keyfiyyətin yüksəlməsinə təsir göstərsin.Ola bilər ki, keyfiyyətsiz içkilərin məcburən minimum qiymətə satılması, onların bazarları müəyyən qədər öldürəcək.Amma keyfiyyətin yüksələcəyinə bu yolda nail olmaq mümkün deyil”.

İqtisadçı bildirib ki, keyfiyyətin yüksəlməsinə nail olmaq üçün, bazara nəzarət mexanizmi müəyyənləşdirilməlidir:

“İctimai qaydada nəzarət müəyyənləşdirilməlidir. İnzibati nəzarət heç bir səmərə verə bilməz. O ki, qaldı, spirtli içkilərin qiymətinin artmasına, bu artacaq. Amma, mən bu artımı bir tərəfdən də ictimai təhlil baxımından təqdir edirəm. Spirtli içkilərin qiyməti ümumiyyətlə nə qədər çox olsa yaxşıdır. Çünki o qiymətin baha olması bəzi insanları spirtli içkilərdən çəkindirə bilər. Əsasən də gənclərin, uşaqların bu spirtli içkilərə meyillənməsinin qarşısını ala bilər”.
 
Ardını oxu...
Mərkəzi Bank tərəfindən açıqlanan son məlumata görə, qızılın 1 qramının qiyməti 153,3 manata bərabər olub.
Yeniavaz.com xəbər verir ki, 1 qram qızılın qiyməti son bir gün ərzində 1,3% və ya 2 manat bahalaşıb.
Son bir ay ərzində isə qızlın qiyməti 6,1% və ya 8,8 manat artıb.
Məlumat üçün bildirək ki, qızılın qiyməti Azərbaycanda heç vaxt bu səviyyəyə yüksəlməyib.
Son 15 il ərzində isə qızılın qiyməti 5 dəfəyə yaxın artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl – 2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
 
Ardını oxu...
“Bank olmayan kredit təşkilatları (BOKT) normal bank kimi fəaliyyət göstərmir. Nəticə isə acınacaqlıdır”.

Bu sözləri sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, sözügedən təşkilatlar insanları incidir:

“Normal bankdan kredit götürə bilməyən insanların üzünə bank olmayan kredit təşkilatlarının qapıları həmişə açıq olur. Çünki özlərinə sərf edən şərtlər müəyyən edirlər. Onlar çox yüksək faizlə vətəndaşlara kredit verirlər. Bəzən 30, 35 və ya 40 faizlə belə kreditə pul verirlər. Hətta mən bank olmayan kredit təşkilatından 48 faizlə kredit götürən insan görmüşəm”.

Ekspert qeyd edib ki, bəzi vətəndaşların iqtisadi bilgisi olmadığı üçün sözügedən təşkilatlara müraciət edirlər:

“Hansısa problemini həll etmək üçün pula ehtiyacı olan insanlar məcbur qalaraq bank olmayan kredit təşkilatlarına üz tuturlar. Yəni bəzən elə bir vəziyyət yaranır ki, insan şərtlərin ağırlığına dözə bilmir və kredit götürməyə məcbur qalır.

Məsələn, 50 min manat kredit götürürsə, 150 min manatlıq evini girov qoyur. Girovun məbləği kreditdən 3 dəfə daha çox olur. Nəticə etibarilə, faiz həddindən artıq dərəcədə yüksək olduğu üçün onu ödəyə bilmir. Sadəcə olaraq vətəndaş müqaviləni imzalayanda içində olduğu problemə görə bunu anlamır. Kredit verildiyi andan o pulun ödənilə bilməyəcəyi bəlli olur”.

Fikrət Yusifov qanunvericilikdə bəzi dəyişikliklər təklif edib:

“Bank olmayan kredit təşkilatı həmin vətəndaşları məhkəməyə verərək əmlakını əlindən alır. Təəssüf ki, qanunvericilik də buna yol verir. Əgər vətəndaş kreditini qaytara bilmirsə, qanunlara əsasən, 1 mənzili belə olsa, satmalıdır. Lakin Rusiyada bu məsələ başqa cürdür. Məsələn, vətəndaşın 1 mənzili varsa, bank onu kreditin qarşılığı olaraq ala bilməz. Rusiyadakı hüquq buna yol vermir.

Düşünürəm ki, bunu ölkəmizdə də etmək lazımdır. Onda bank olmayan kredit təşkilatları vətəndaşlara qarşı belə oyunlar qura bilməzlər. Vətəndaşın evini əlindən ala bilməyəcəyini bilsə, normal şərtlər daxilində kredit verər. Bu gün kimin əlində nə varsa, girov qoyaraq kredit götürür. Belə halların çox olması eybəcər vəziyyət yaradır”.

Professor vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyətini tənzimləyən hüquqi aktlarda ciddi dəyişikliklər edilməlidir:

“Dövlət tərəfindən onların fəaliyyəti ilə bağlı tələblər sərtləşdirilməlidir. Hətta müəyyən faiz limitləri də tətbiq oluna bilər. Sərhədlərin olmaması bank olmayan kredit təşkilatlarının əl-qolunu açır və istədiklərini edirlər.

Sözügedən təşkilatlar əsasən Mərkəzi Bankdan aldıqları lisenziya əsasında fəaliyyət göstərirlər. Mərkəzi Bank banklar üçün müəyyən aşağı-yuxarı hədlər müəyyən etdiyi kimi, onlar üçün də bənzər addımlar atılmalıdır. Üstəlik, bunu daha sərt çərçivələrdə etmək lazımdır ki, belə özbaşınalıq olmasın. Ümumiyyətlə, 35-40 faizlə kreditin verilməsi biabırçılıqdır”.

Elmir Mustafa
"Cebheinfo.az"
Ardını oxu...
“Azərbaycan Hava Yolları” QSC rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub.
XALQ.AZ-ın məlumatına görə, QSC-nin 2023-cü ildə əsas rəhbər heyətinə 453 min manat əmək haqqı ödənilib. Bu isə 2022-ci ilə nisbətən 2,7% və ya 12 min manat çox olub. Belə ki, 2022-ci ildə AZAL rəhbərliyinə ödənişlər 441 min manat təşkil edib.
Bu isə AZAL-ın işçi heyətinə ödənilən əməkhaqlarının 0,3%-i deməkdir. Belə ki, 2023-cü ildə AZAL işçilərinə ümumilikdə 171,6 milyon manat ödəniş edib.
Qeyd edək ki, dövlət şirkəti rəsmi səhifəsində idarə heyəti ilə bağlı məlumatları açıqlamayıb. Bununla belə, Nazirlər Kabinetinin “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” imzaladığı qərardan məlum olur ki, 2023-cü ildə şirkətin idarə heyəti prezident, 2 birinci vitse-prezident və 4 vitse-prezidentdən, yəni 7 nəfərdən ibarət olub. Bu isə o deməkdir ki, AZAL-ın rəhbərliyinin illik gəliri orta hesabla 64,4 min manat təşkil edib. 2022-ci il üzrə isə bu rəqəm 88,2 min manat təşkil edib.
Qeyd edək ki, AZAL-ın hazırkı prezidenti Samir Rzayev 2022-ci ilin fevral ayında vitse-prezident, 2022-ci ilin noyabr ayında isə birinci vitse-prezident təyin edilib. 2023-cü ilin sentyabr ayında Cahangir Əsgərov vəzifədən uzaqlaşdırıldıqdan sonra prezident vəzifəsini icra edib. 2024-cü ilin fevral ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən QSC-nin prezidenti təyin edilib.Valyuta.az
 
Ardını oxu...
Rusiyalı senator Süleyman Kərimov Trampın birinci prezidentliyi dövründə sanksiyaya məruz qaldıqdan sonra Maskın rəhbərlik etdiyi “SpaceX”də trast fondu vasitəsilə pay sahibi olub.
Bu barədə “Bloomberg” yazıb.
Məlumata görə, 2017-ci ildən Delaverdə yerləşən “Heritage Trust” vasitəsilə “SpaceX”də paya sahib olub. 2018-ci ildə Kərimova qarşı sanksiyaların tətbiqindən sonra “Heritage Trust”ı idarə edən “Citigroup” ABŞ Maliyyə Nazirliyi ilə məsləhətləşərək belə qənaətə gəlib ki, fondun və əlaqəli strukturların bloklanmasına ehtiyac yoxdur.

Dörd il sonra, 2022-ci ilin iyununda Maliyyə Nazirliyi rusiyalı senatorun ABŞ-dakı aktivləri üçün yaradılmış 1 milyard dollarlıq trastı bloklayıb. Bu, müstəntiqlərin onun bu trasta marağını gizlətmək üçün yaradılmış hüquqi strukturların və yalançı şəxslərin mürəkkəb sistemini aşkar etdikdən sonra baş verib.

ABŞ Maliyyə Nazirliyinin sözçüsü Andrea Qaki bildirib ki, sanksiyaların tətbiqindən sonra təxminən dörd il ərzində Kərimov ABŞ-dəki 1 milyard dollardan çox olan aktivlərə nəzarəti saxlayıb və onlardan faydalanıb.

“Bloomberg” qeyd edib ki, senatorun “SpaceX”dəki payı Xəzinədarlığın müsadirə proseduruna başlamasından öncə satılıb.

“Citigroup” indi də “Heritage Trust” hesabını idarə etsə də, Xəzinədarlıq tərəfindən dondurulduğu üçün maliyyə əməliyyatlarını həyata keçirə bilmir.
 
Ardını oxu...
ABŞ-ın mərkəzi bankı - Federal Ehtiyat Sistemi (FED) faiz qərarını açıqlayıb.

Referans.az xəbər veir ki, FED ilin ilk toplantısında faiz dərəcələrini sabit saxlamaq qərarına gəlib.

Belə ki, FED gözlənildiyi kimi uçot dərəcəsini dəyişməyərək 4,25-4,50 faiz səviyyəsində saxlayıb.
 
Ardını oxu...
Ötən ilin əvvəlinə olan məlumata görə, “Azərbaycan Hava Yolları” ASC-nin (AZAL) hava donanmasına 29 təyyarə daxil olub.
Yeniavaz.com xəbər verir ki, AZAL icarəyə götürdüyü 3 ədəd Airbus Model A320-271N təyyarəsi üçün icarə öhdəliklərinin yenidən maliyyələşdirilməsi məqsədiylə aldığı borcun təmin edilməsi üçün balans dəyəri 348 min 650 manat olan 6 ədəd təyyarəni girov qoyub.
 

Dünyapress TV

Xəbər lenti