Zığda yerləşən köhnə həyət evləri və 5 mərtəbəli binalar sökülərək, yerində hündür mərtəbəli binalar tikiləcək.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, buna səbəb yeni təqdim olunan Bakının Baş palanına əsasən Bakı bulvarının cənub istiqamətində uzadılmasıdır.
Yeni layihəyə əsasən, bulvarın keçdiyi ərazilərdə söküntü işləri aparılacaq. Bulvarın keçdiyi ətraf ərazilərdə isə müasir tələblərə cavab verən binalar tikiləcək.
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən bulvar cənub istiqamətində uzadılacaq. Bu da uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək.
Qeyd edək ki, Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək.