Ardını oxu...
Rusiyanın Sankt-Peterburq şəhərində “London Mall” ticarət mərkəzindən ziyarətçilər bomba xəbərinə görə təxliyə ediliblər.

Bu barədə Nevski Rayon Administrasiyasının mətbuat xidməti məlumat verib.

Polisə Kollontai küçəsindəki “London Mall”a partlayıcı yerləşdirdiyini bildirən şəxs zəng edib.

Binaya partlayıcı maddələr üzrə ekspertlər tərəfindən baxış keçirilib. Zəng edən şəxs saxlanılıb.

Fövqəladə Hallar Xidməti dəqiqləşdirib ki, ticarət kompleksində partlayıcı olması ilə bağlı yayılan xəbər yalandır.
Ardını oxu...
Azərbaycanda tələbələrin hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi açıqlanıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu öz arzusu ilə və ya ali təhsil müəssisəsini dəyişdikdə baş verə bilər.

Digər hallara gəldikdə ali təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarını kobud şəkildə (o cümlədən 3 ay davamlı olaraq dərslərdə iştirak etmədikdə və bu müddətdə ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda) və ya dəfələrlə pozduqda, səhhətinə görə (həkim-məsləhət (və ya tibbi-həkim ekspertiza) komissiyasının arayışına (və ya qərarına) əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) və ya həmin icazənin ləğv edildiyi halda.

Bundan başqa əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasının təhsil müəssisəsinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamaq üçün icazənin verildiyini təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etmədikdə və tələbə yekun dövlət attestasiyasından keçmədikdə (təqvim ilinin sonuna qədər yekun dövlət attestasiyasında iştirak etmədikdə) ali təhsil müəssisəsindən xaric ediləcək .

Eyni zamanda ali təhsil müəssisəsindən xaric edilmiş şəxsə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinə uyğun olaraq müvafiq arayış və şəxsi işində saxlanılan təhsil haqqında dövlət sənədinin əsli (olduğu halda) verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində tələbənin şəxsi işində saxlanılır.

Belə ki, xüsusi təyinatlı ali təhsil müəssisəsinin tələbəsinin həmin müəssisədən xaric olunması həmin müəssisənin nizamnaməsində nəzərdə tutulan əsaslarla həyata keçirilir.
 
Ardını oxu...
“Crocus City Hall”ın qarderobunda yarımştat işləyən 15 yaşlı İslam terror aktı zamanı binadan 100-dən artıq insanı çıxarıb.

O, insanlara yol göstərib, təxliyyəyə rəhbərlik edib.

Yeiyetmə kütləni dar dəhlizdən keçirərək xidməti otaqlara aparıb, oradan da insanlar küçəyə çıxa biliblər.

İslamın dediyinə görə, fövqəladə hal hadisəsi ilə bağlı bütün inzibatçılara təlimatlar verilibmiş. O da təlimatlara əməl edib.

milli.az
 
 
 
Ardını oxu...
Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən “Okruzjnoy” otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib.

Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərini bu günlərdə sakit aparıblar, həmişə salam verib gülümsəyiblər, “nəzakətli və gülərüz” olublar. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar.

Onlar otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən 19 yaşlı bərbər vasitəsilə əlaqə saxlayıblar. Söhbət terrorçulardan biri, əvvəllər İvanovo vilayətində, sonra isə Teykov şəhərində bərbər işləyən 19 yaşlı Məhəmməd Fayzovdan gedir. Həbs zamanı həmin şəxs xəsarət alıb. O, xəstəxanada əməliyyat olunub.

Tacikin işlədiyi kişi salonunun qadın direktoru mk.ru-ya deyib ki, səhər saatlarından qəzəbli mesajlar alır, salonun telefonları susmur. “Bütün günü bizə zəng edirlər, hədə-qorxu gəlirlər, həyatım üçün qorxuram”,- deyə baş direktor şikayətlənib. Onun sözlərinə görə, Fayzov onun salonunda üç aydan bir az işləyib. Noyabrda işə düzəlib, yanvarın 11-də işdən çıxıb.

“Onun haqqında şübhəli nəsə görmüsünüz” sualına qadın belə cavab verib: “Onun haqqında şübhəli heç nə hiss etmədik. O, yaxşı usta sayılırdı, əvvəllər İvanovo bərbərxanasında işləyib. Bir vaxtlar İvanovoda yaşayırdı, sonra bizim kiçik Teykovo şəhərinə köçdü və bizimlə işə düzəldi. Biz onu həqiqətən tanımırdıq. Deyirdi ki, tək yaşayır, ailəsi yoxdur. O, yoxsulluq içində yaşamırdı, heç nəyə ehtiyacı yox idi. Bahalı telefon işlədirdi. Adamın başında nə olduğunu bilmirəm. Onda heç bir qəribəlik hiss etmədim. Mən hamiləyəm, nə edəcəyimi bilmirəm. Çölə çıxmağa qorxuram. İndi ifadə vermək üçün istintaq komitəsinə gedəcəyik”.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin təqdim etdiyi son məlumatlara görə, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb. Dağıntılar təmizlənərkən onlarla qurbanın cəsədi aşkarlanıb. İlkin məlumata görə, ölümə səbəb güllə yaraları və dəm qazından zəhərlənmə olub. Faciə qurbanlarının sayının artmaqda davam edəcəyi gözlənilir.

Musavat.com
 

Ardını oxu...
Məlum olduğu kimi müğənni Vəfa Şərifova İsmayıllı rayonunda konsert keçirib. Dia-az.info xəbər verir ki, səhnədən tamaşaçıların arasına enən Şərifova üçün izdiham yaranıb. Kütləni kənardan izləyən rayonun icra başçısı Nahid Bağırovun buna reaksiyaları sosial şəbəkələrdə gündəm olub. Onun bu anları isə vəttəndaşlarımızın diqqətindən qaçmayıb.



Elə deyəsən, bu MƏHRƏM anlar "yuxarıların" da nəzərindən yayınmayıb.

Bu barədə dia-az.info-nun əldə etdiyi bilgilərdən aydın olur ki, məlum görüntüləri səbəbindən Nahid Bağırov tənbeh olunub və... Mənbənin söylədikləri:

"Nahid Bağırov əyaləttdə olsa da, siyasi təsiretmə rıçaqlarına çıxışı olan ttək-tük başçılardan biri idi. İndi isə bu olay onun nüfuzuna çox ciddi zərbə vurdu".
 

Ardını oxu...
Bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzindəki terror aktını törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Mash” teleqram kanalı yayıb.

“Shot” kanalının məlumatına görə isə, terror aktından sonra ticarət mərkəzinin 5 əməkdaşı saxlanılıb. Bildirilir ki, onlar məsələnin aydınlaşdırılması üçün polis bölməsinə aparılıblar.
 
 
 
Ardını oxu...
Moskva vilayətində (Rusiya) “Crocus City Hall” konsert zalında terror aktını təşkil etməkdə şübhəli bilinən şəxslərin qaça bildiyi ehtimal edilən avtomobilin fotosu yayılıb.

Qeyd olunur ki, terror aktında əli olmaqda şübhəli bilinərək Rusiyanın Tver vilayətinə aid dövlət nömrə nişanı olan ağ rəngli “Renault” markalı avtomobil axtarılır. Qeydiyyat nişanının rəqəmləri çox güman ki, saxtadır.

Avtomobil Moskvada, Moskva vilayətində, eləcə də qonşu rayonlarda axtarılır.

Xatırladaq ki, bu gün “Crocus City Hall” konsert salonunda atışma baş verib. “Crocus City Hall” ticarət mərkəzinə hücum zamanı zərərçəkənlərin sayı 140 nəfərə çatıb. 15 nəfərin isə öldüyü bildirilir.
  Mənbə: “Baza” “Telegram” kanalı
Ardını oxu...
Moskvada “Crocus City Hall”da baş verən atışmada zərərçəkənlər arasında azərbaycanlıların olub-olmaması müəyyənləşdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Qeyd edək ki, Rusiyanın Moskva oblastının Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlanıdırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 40 nəfər ölüb, 140-dən çox yaralanan var. Əraziyə cəlb olunan xüsusi təyinantlılar artıq təmizləmə əməliyyatını icra edirlər.
 
Ardını oxu...
Terror aktı nəticəsində 40 nəfər həlak olub

Xəbər verdiyimiz kimi, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Bir neçə silahlı şəxsin binanın içərisində atəş açması nəticəsində çox sayda insan həlak olub.

AYNA-nın məlumatına görə, Rusiyanın teleqram kanallarında silahlı hücumun baş vermə anını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən bir neçə silahlı şəxsin ətrafdakı insanlara atəş açdığını görmək mümkündür.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi terror aktında 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.

 
Ardını oxu...
Hazırda “Crocus City Hall” ticarət mərkəzində baş verən terror aktından sonra Moskvanın bütün ticarət mərkəzlərindən ziyarətçilər təxliyə edilir və ticarət mərkəzləri bağlanır.

Çünki silahlı şəxslərin bəzilərinin ticarət mərkəzinin ərazisini tərk edə bildiyinə dair şübhələr var.

“Həmçinin Sankt-Peterburqda polisin tələbi ilə restoranlar bağlanıb”, - kanal xəbər verir.

Mənbə: “Baza” “Telegram” kanalı
 

Dünyapress TV

Xəbər lenti