SOCAR Azneft İB rəhbərliyinin diqqətinə Şikayət neftçi xanımındandır Problemin diqqətlə araşdırılmasına ciddi ehtiyac duyulur☝️ Salam Mirvari xanım! Mənim yoldaşım "28 May" NQÇİ də çalışır. Əvvəllər bir həftəlik rejimdə çalışırdı, indi isə 15 günlük. Bir neçə dəfə müraciyət etsədə 15 günlükdən bir həftəlik rejiminə keçirmədilər. Necə olur idarə işçiləri rəisə müraciyət edib bir həftəlik işləyə bilir sadə fəhlə isə yox?! Əgər qanun hamı üçündürsə onda niyə onlara olar amma mənim yoldaşıma yox? Təzə rəis gəlib idarəyə, ümid edirdik ki, bəlkə o göz işığı verər camaata amma yox. Köhnə hamam köhnə tas. İcazə yoxdursa onda bir həftəlik işləyənləri də eləsinlər 15 günlük. Xahiş edirəm mənim bu yazımı dərc edəsiniz, bəlkə insafları oyanar. Mirvari Gahramanli