Ardını oxu...
Mərkəzi Seçki Komissiyası şikayət olan dairələri açıqlayıb.
Tribunainfo.az MSK-ya istinadla açıqlanan dairələr üzrə kimlərin deputat seçildiyini dəqiqləşdirib. MSK 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsini əvvəlcə elan edib. Bu dairədən Ceyhun Məmmədov deputat seçilib. 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən Ziyad Səmədzadə deputatdır. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən isə Fəzail İbrahimli deputat seçilib. 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən Anar Məmmədov deputat olub. 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsindən Elşad Musayev, 24 saylı Nizami Birinci Seçki Dairəsindən Könül Nurullayeva, 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən Hicran Hüseynova, 78 Lənkəran kənd Seçki Dairəsindən Anar İsgəndərov, 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən Asim Mollazadə deputat seçiliblər. MSK bu dairələr üzrə şikayətlər olduğunu məlumat verib.
 
Ardını oxu...
“Dənizkənarı Milli Parkdakı kafelərin birində menyuya uyğun olaraq sifariş verdim və menyuya əsasən sifarişimin 21 manat olduğunu gördüm. Lakin sonda mənə çek veriləndə orada 25 manat yazılmışdı”.

Bunu Meydan TV-ə şikayətlə müraciət edən oxuculardan biri deyib.

O qeyd edib ki, kafe işçiləri 4 manatın servis pulu olduğunu bildiriblər. Şikayətçi menyuda göstərilməyən və əvvəlcədən elan edilməyən servis haqqı ilə bağlı qalmaqal saldıqdan sonra kafenin işçiləri həmin pulu qəbzdən çıxarıblar.

“Mən onlara sual verdim ki, bəlkə mənim cibimdə cəmi 21 manat var və mən də hesabımın ona uyğun olduğunu görüb sifariş vermişəm? Ümumiyyətlə, hazırda bir çox kafe və restoran müştəridən məcburi olaraq servis haqqı alır ki, bu da düzgün deyil. Bəlkə mən həmin servisdən razı deyiləm və ona görə niyə pul verməliyəm ki? Bir kafedə mən bunu özüm üçün ləğv etdirdim. Amma Bakıda oturduğum bütün kafelərdə sonda dava sala bilmərəm axı”, – şikayətçi deyib.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bunun hazırda aktual məsələ olduğunu deyib və qeyd edib ki, belə bir hal istehlakçıların hüquqlarının pozulmasıdır.

Meydan TV-yə şərh verən E.Hüseynov qeyd edib ki, bununla bağlı istehlakçılar müvafiq dövlət qurumlarına şikayətlə müraciət edə bilərlər:

“Bu halda istehlakçının seçim və məlumat almaq hüququ pozulur. Amma qarşı tərəfin qanunvericiliklə məsuliyyəti yoxdur. Belə hal olanda istehlakçı qəbzi mütləq saxlamalıdır və onu Antiinhisar və Bazara Nəzarət Dövlət Xidmətinə təqdim etməlidir. Bundan sonra adını çəkdiyim dövlət qurumu müvafiq tədbir görməlidir”, – E.Hüseynov deyib.

İqtisadçı-ekspert Natiq Cəfərli vurğulayıb ki, menyuda çox kiçik şriftlə servis haqqının yazılması daha çox yayılıb:

“Bunu istehlakçının əvvəldən xədərdarlıq edilməsi kimi təqdim edirlər. Amma heç bu da yoxdursa və sonda qəbzə əlavə olunursa, bu, birmənalı olaraq istehlakçının hüququnun pozulmasıdır”.

N.Cəfərli də qeyd edib ki, qanunvericilikdə bununla bağlı boşluq var və bu kimi hallarda cəza nəzərdə tutulmayıb.
 
Ardını oxu...
Saatlı rayonu, Əliabad kənd sakini Sefyaliyev Məmmədəli Sefyalı oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Quba Rayon Məhkəməsi ona dəfələrlə səhv çağırış göndərib:

“Mən, Sefyaliyev Məmmədəli Sefyalı oğlu, sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

İki dəfə hakim Vüqar Seyidov tərəfindən məhkəmədə iştirakım üçün çağırış göndərilib. 1-ci çağırış 18 iyul, 2-ci çağırış isə 27 avqust tarixində göndərilib. Sentyabr ayında da məni məhkəməyə çağırır. Mən hara, Quba hara? Saatlı hara, Quba hara? Bu çağırışlar məni narahat edir. Səbəbsiz yerə məhkəməyə çağırılıram. Ən azından sənədə və ev ünvanına diqqətlə baxmalıdırlar.

Mənim belə bir iddiam heç yoxdur. Səfərəliyeva Arzu və Səfərəliyev Şükür bacı-qardaşlarını heç tanımıram. Görünür, onlar mülk iddiasındadır. Mənə heç bir aidiyyəti yoxdur. Xahiş edirəm, səlahiyyətli qurumlar daha diqqətli olsunlar”.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Texniki Universitetinin tələbəsi “Apple” şirkətinin hər il keçirdiyi “Swift Student Challenge” kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. Lakin tələbə məşhur şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.

Bunu Azərbaycan internet Forumunun prezidenti Osman Gündüz feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, bu yarışma çox spesifikdir, yalnız “Apple” şirkəti məhsulları üçün nəzərdə tutulan Swift proqramlaşdırma dili üzrə keçirilir: “Mən bildiyim qədər Azərbaycanda bu tip bacarıqlara sahib olanların sayı barmaqla sayıla bilər. Qalib tələbəmiz şirkətdən rəsmi sertifikat və mükafat qazanıb. “Apple” gəncin mükafatını da poçtla göndərib. Nüfuzlu bir şirkət göndəriş sənədində də göndərilən malın mükafat olduğunu qeyd edib. Hər şey də bundan sonra başlanıb. Qalib tələbəmiz Smart Customs-da simvolik bir gömrük dəyərini qeyd edərək bəyan edib və böyük bir həvəslə mükafatı götürmək üçün Hava Limanındakı gömrük qurumuna gedib. Uzun-uzadı gözləmələrdən və araşdırmadan sonra mükafatın gömrük rüsumuna cəlb ediləcəyi bildirilib və gömrükçülər 177 manat gömrük rüsumu və 18 manat saxlama xərci alıb mükafatı qalibə veriblər.

Belə görünür ki, DGK hələ də hədiyyə və mükafat məsələsinin gömrük tənzimlənməsini qaydaya sala bilməyib. Əlbəttə zaman –zaman hədiyyə ilə bağlı da belə problemlər olur. Amma DGK uzun illərdi ki, beynəlxalq yarışlarda qazanılan mükafatları da hədiyyə kateqoriyasına daxil edib dərhal gömrük rüsumu tələb edir.

Əslində isə hədiyyə və mükafatlar bir-birindən fərqlidir. Onda belə çıxır ki Nobel Mükafatı ( 1 milyon auro) alan bir alimimiz 300 min də rüsum ödəyib bu mükafatı ölkəyə gətirə bilərmiş. Bəlkə elə buna görə bizim alimlərimiz bu mükafatı istəmirlərmiş (gülür)”.

Xatırladım ki, çox sayda beynəlxalq yarışlarda mükafat qazanan vətəndaşlarımız da zaman-zaman belə problemlə üzləşiblər.

Bu, doğru bir hal deyil və uzun müddətfdir ki, DGK bu problemi həll etməyə təşəbbüs göstərmir, hökumətə təkliflər vermir.

DGK tez -tez elan edir ki, peşəkar, xaricdə oxuyub gələn kadrları var, gömrükdə süni intellekt və innovasiyalar tətbiq edirlər. Düşünürəm ki , əgər deyilənlər reallığı əks etdirirsə, DGK-da əyləşənlər mükafatı hədiyyədən, hədiyyəni də digər mallardan fərqləndirən ağlabatan bir mexanizm qura bilərlər”.

AFN.az
 
Ardını oxu...
Restoranda gecə saatlarında səsləndirilən musiqi sakinləri narahat edir.

Vətəndaşlar bildiriblər ki, Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsinin D massivində yerləşən "Küncüt" restoranında hər gün gecə saatlarınadək canlı musiqi səslənir.

Ərazidə isə xeyli sayda yaşayış evləri və binalar mövcuddur.

Restoranın icarədarı Sərxan Verdiyev isə deyilənləri təkzib edərək bildirib ki, saat 23:30-dan etibarən obyektdə canlı musiqidən istifadə olunmur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) araşdırma apararaq müvafiq tədbirlər görüb və restoranın icarədarı cərimə olunub.

Ətraflı "ATV Xəbər"in süjetində:

 
Ardını oxu...
15 sentyabr - "Bilik Günü" münasibətilə övladı birinci sinfə gedən valideynlər tort və gül sifarişləri üçün daha çox canfəşanlıq edirlər.

Xüsusi dizaynda, bilik gününə özəl hazırlanan tortların dadı şirin olsa da, qiymətləri əl yandırır.

Öncədən gül buketi sifariş vermək isə müşkülə çevrilib.

Satıcıların sözlərinə görə, "Bilik Günü"nə özəl tortların qiyməti 40-43 manatdan başlayır. Üzərində xüsusi bəzəkləri olan tortların qiyməti isə 150 manatdan yuxarı hesablanır.

İqtisadçılar deyirlər ki, hər yeni tədris ilində süni artım müşahidə edilir. Bahalaşmaya səbəb isə elə məhz valideynlərin özləridir.

İqtisadçı Fuad İbrahimov bildirib ki, sinifdə olan 20 şagirdin müəllimə gül gətirməyi anormal haldır:

"Gözəllik bir həftə sonra tullantı olursa, bu, israfçılıqdan başqa bir şey deyil".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.

Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Rüfət Kərimovun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.

Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?

Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.

Korrupsiyaya bulaşmış həmin rəsmilər kimlərdir?

Qasımov Rəşad Bəhram oğlu- Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun direktor müavini;

Seidova Vəfa Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli internat məktəbinin direktoru;

Məşədiyeva Dilarə Yusif qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi internat məktəbinin direktoru;

Qurbanzadə Elmar Nazim oğlu- Elm və Təhsil Nazirliyinin 8 nömrəli Sanatoriya tipli internat məktəbinin baş mühasibi;

Vəzirova Səbinə Rafiq qızı- Elm və Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinin sabiq baş mühasibi;

Mürsəlov Mürsəl Fərhad oğlu - “Sanator-Kurort Reabilitasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru;

Bədəlov Rəşid Kamil oğlu - Səhiyyə Nazirliyinin “Professor Gindes adına respulika uşaq və yeniyetmələr üçün vərəm sanatoriyası” Publik Hüquqi Şəxsinin direktoru.

Qurbanov Rauf Yusif oğlu - Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi;

Şirinzadə Seymur Aydın oğlu- Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mühasibi;

Mütəllimova Cavahir Nadir oğlu - TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru;

Babaxanlı Gülbəniz İbrahim qızı - Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru;

Nəcəfov Əzizağa Bayram oğlu - Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnsitutunun direktor müavini;

Babayev Yuriy Çingizoviç oğlu - Azərbaycan Dövlət Akademik və Opera Teatrının direktor müavini;

Panayev Əhməd Rəhim oğlu - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri;

Firidov Elməddin Elşad oğlu - Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi;

Verdiyev Elman Elim oğlu - Naftalan Şəhər bələdiyyəsinin sədri;

Adları qeyd olunan şəxslər hamısı hazırda bir neçə ağır cinayətdə ittiham olunan Rüfət Kərimovla cinayətkar əlaqəyə giriblər. Qurumlar dövlət vəsaiti hesabına görüləcək işlər üçün ayrılmış pulları Kərimovun şirkətlərinə köçürüb. Razılaşıblar ki, həmin pulla heç bir xidmət göstərilməyəcək, sadəcə şirkət malların qiymətini daha artıq göstərəcək. Artıq vəsait də müxtəlif yollarla dövr edilərək geri qaytarılacaq. Mənimsənilən puldan hər dəfə şirkətlərə faiz ödənilib.

Məsələn, Dövlət Akademik Opera və Balet Teatrına parça və bəzək əşyalarının alınması üçün 92 min manat pul ödənməli imiş. Amma direktor müavini bunu bilə-bilə şirkət rəhbərindən bu məbləğə əlavə 27 min manat da göstərilməsini istəyib. Həmin pul nağdlaşdırılaraq mənimsənilib.

Başqa bir misal: Milli Elmlər Akademiyasının Hüseyn Cavidin ev muzeyinin direktoru Cavidlə bağlı kitabların nəşrə hazırlanması və bir sıra işlərin görülməsi üçün eyni niyyətlə şirkətə bazar dəyərindən 12 min manat artıq pul köçürüb.

Həmçinin, Səhiyyə Nazirliyinin Respublika Uşaq Sanatoriyasının baş həkimi eyni niyyətlə abadlaşma məqsədilə şam ağacları, gül kolları, yelləncəklər alınması üçün iş görən şirkətə 50 min manat bazar dəyərindən 4363 manat artıq pul köçürüb.

Bundan başqa, TƏBİB-in “Tibbi Reabiltasiya Mərkəzi” Publik Hüquqi Şəxsinin direktoru təmir işlərinin görülməsi üçün bazar dəyərindən 6 min artıq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Texniki-istismar və təsərrüfat şöbəsinin müdiri və digərləri də xidmət göstərilməsi adı ilə razılaşdıqları şirkətlərə artıq pullar köçürüblər.

Korrupsiya cinayətlərində qarşıya qoyulmuş əsas məqsəd dövlətə dəymiş ziyanın ödənilməsidir. Yuxarıda qeyd olunan şəxslər hər biri özlərini təqsirli biliblər. Antikorrupsiya idarəsi tərəfindən dövlətə dəymiş ziyan onların hamısına tam ödətdirilib. Bundan əlavə, onlar vurduqları ziyanın 25 faizi qədər Baş Prokurorluğun depozit hesabına ödəniş ediblər. Bu əsasla başlanmış cinayət işlərinə ayrı-ayrılıqda bəraətverici əsaslar olmadan xitam verilib.

Şirkət rəhbəri özü də əlbirliklə mənimsədiyi vəsaitləri dövlət büdcəsinə ödəyib. O, mənimsəmədən başqa cinayətlərdə də təqsirləndirildiyi üçün işinə məhkəmədə hüquqi qiymət veriləcək.
 

 

Ardını oxu...
  

Qardaş Türkiyədə, hətta İranda belə bu cür qadağalar mövcud deyil

Bakı şəhərinin böyük marketlərinin bəzisində  foto və videoçəkilişlərin qadağan edildiyini özündə ehtiva edən lövhələr vurulub. Əslində ölkədə çəkilişin qadağan edildiyi kifayət qədər obyektlər var. Bu bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız qadağa sayıla bilər. Məsələn, ölkənin dövlət sirri ilə bağlı olan obyektlərində çəkilişin aparılmasına qoyulan qadağa haqlı qadağadır və ölkənin qanunları ilə tənzimlənir.

Mövzuya diqqət edən Bakı-xeber.com yazır ki, böyük ticarət şəbəkələri cəmiyyətə qüsursuz xidmət edirsə, onun gizlədiləcək bir qüsuru yoxdursa, nəyə görə onlar obyektlərində foto-videoçəkilişlər aparılmasından narahat olmalıdır. “İri ticarət obyektləri çəkilişlərə qadağa qoyurlarsa, deməli, onların gizlətmək istədiyi, ictimailəşməsindən qorxduqları xoşagəlməz məqamlar var. Çox güman ki, böyük ticarət mərkəzləri məhz həmin xoşagəlməz məqamların ictimailəşməsindən ehtiyat edirlər. Onu da qeyd edək ki, sivil dünya ölkələrinin heç birində, o cümlədən də qardaş Türkiyədə, hətta qonşu Rusiyada, Qazaxıstanda, Gürcüstanda və İranda belə bu cür qadağalar mövcud deyil”, - deyə yazıda bildirilir.

Vətəndaşa mütəmadi xidmət edən marketdə çəkiliş nə üçün qadağan olunmalıdır?

Ardını oxu...

Eyyub Hüseynov

Mövzu ilə bağlı Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Marketlər dövlətin bir çox qanunlarının, o cümlədən istehlakçı hüquqlarının ən çox pozulduğu yerlədən biridir. Marketin qapısından içəri girən istehlakçıya ya potensial oğru kimi baxır, onun çantasını yoxlayır, ya da çantasını alıb saxlayırlar və bu zaman çanta ilə bağlı da bir cavabdehlik daşımırlar.

Marketlərdə baş verən məsələlərlə bağlı həmişə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumatlar veririk. Lakin onların cavabı bu olur ki, marketlər biznes qurumudur, özləri bilərlər istehlakçı ilə necə davranırlar. Yəni marketlər üçün heç bir qaydalar yoxdur. Ümumiyyətlə, Türkiyə, Rusiyadan fərqli olaraq Azərbaycan  marketlərində bu cür məsələlərlə bağlı qaydalar yoxdur. Ona görə də market sahibləri istədikləri tərzdə istehlakçıların hüquqlarını pozurlar. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, əgər sizi aldadırlarsa, marketlərə keçin, məhsulların keyfiyyəti, qiyməti ilə bağlı şəkil çəkin, bizə göndərin, biz də gedib orada araşdırma aparaq. Əgər market sahibi çəkilişə icazə vermirsə, onda istehlakçı marketin zalında baş verən qanunların, istehlakçı hüquqlarının pozulmasına dair informasiyanı quruma necə çatdıraq? Bütün bu anormal vəziyyətin kökündə hökumətin birtərəfli siyasəti dayanır. Yəni hökumət əsasən biznesi, onun inkişafını himayə edir, istehlakçı siyasəti isə bərbad vəziyyətdədir.

Ötən həftə ölkə rəhbərinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında agentliyə çevrildi. Gözləyirik ki, bundan sonra hansısa dəyişiklik olar. Əgər agentlik normal işləsə, ölkədə istehlakçı siyasəti formalaşar və bu cür anormal  hallar, o cümlədən istehlakçıların hüquqlarının məhdudlaşdırılması aradan qalxar.

Bir məsələni də qeyd etmək istərdim, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qəbul edilən qərarlar adətən istehlakçının ziyanına olub. Ümumiyyətlə, bu qanun çoxdan köhnəlib, yenilənməsinə böyük ehtiyac var".

Ardını oxu...

 Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev də açıqlamasında bildirdi ki, marketlərdə cansız əşyaların, qida məhsullarının şəklini və yaxud videosunu çəkmək qanunla qadağan deyil: “Əgər marketdə yalnız məhsullar, cansız əşyalar çəkilərsə, burada qadağan yoxdur. Yəni qanunvericiliyə əsasən, cansız predmetlərin çəkilməsi qadağan deyil və bunun üçün icazə almaq da tələb olunmur.

Əgər market sahibi bunu şifahi şəkildə qadağan edirsə, görünür ki, nədənsə çəkinir. Məsələn, ərzağın keyfiyyətindən və yaxud xidmətin səviyyəsindən, məkanda gigiyenik qaydalara yetərincə əməl olunmasından  arxayın olmadıqda, bu zaman şifahi şəkildə qadağan edir. Həmçinin qanunda nə mülkiyyətçi, nə də şəkil çəkən üçün hansısa məsuliyyət nəzərdə tutulmayıb".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Ardını oxu...
“Saatlı rayonunun Varxankənd tam orta məktəbi qəzalı vəziyyətdədir. 70 ilə yaxın yaşı olan bina bu illər ərzində əsaslı təmir olunmayıb. Partalar aşınıb, yeyilib, 50 il əvvəl alınan bütün maddi-texniki bazanın yararlılıq müddəti bitib”.

Bu şikayətlə “Qafqazinfo”ya övladı həmin məktəbdə təhsil alan bir neçə valideyn müraciət edib.

Onların iddialarına görə, binanın yararsız olması səbəbindən xüsusən yağışlı havalarda sinif otaqlarında dərs keçmək mümkün deyil: “Bu məktəb ölkənin reytinqli məktəblərindən olub, lakin illərdir qəzalı vəziyyətdədir. Çöl tərəfdən əhəng vurulub deyə üzdən yaxşı görünür, amma daxili çökür. Şagirdlər sinif otaqlarında yeriyəndə divar və tavan yırğalanır, az qalır, uçsun...
Ardını oxu...
Ən acınacaqlısı budur ki, kənd illərdir qazlaşdırılsa da, məktəb odun sobası ilə qızdırılır. Sobalar da yanmır, sinfi tüstü bürüyür, şagirdlər dərsdə papaq və gödəkçədə otururlar. Yağış yağanda sinif otaqlarının tavanından su “fontan” vurur…”

Şikayətçilər bildirirlər ki, sadalanan problemlərlə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət olunsa da, həllini tapmayıb. Təhsil müəssisəsinin binasının 2 il əvvəl sökülüb yenidən tikiləcəyi planlaşdırılsa da, sonradan məsələ gündəmdən düşüb.

Problemlə əlaqədar Mil-Muğam Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab aldıq: “Saatlı rayon Varxankənd kənd tam orta məktəbində yaxın gələcəkdə əsaslı təmir və bərpa gücləndirmə işləri nəzərdə tutulub”.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Gülnar Əliyeva
 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyində fəaliyyət göstərən idarə və müəsissələrin strukturlarının yenidən formalaşdırılmasına başlanılıb...

Poliqon xəbər verir ki, bununla bağlı artıq Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun daxili əmr verdiyi bildirilir. Əmrə görə qurumda işləyən rəhbər işçilərin vəzifələri yenidən təsdiq ediləcək. Strukturların və vəzifələrin yenidən formalaşdırılması Dövlət Su Ehtiyatları Agentliyi ilə "Azərsu” ASC-nin birləşdirilməsi ilə bağlıdır.

Poliqonun əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda fəaliyyət göstərən suvarma idarəsinin bir çox rəisləri vəzifələrini itirəcək. İdarə rəisi olmaq uğrunda mübarizəyə isə xeyli şəxslərin qoşulduğu bildirilir.

Əldə etdiyimiz məlumata görə idarə rəisi olmaq uğrunda mübarizəyə qoşulanlardan biri də 5 saylı regional su - kanal idarəsinin rəisi Zahid Sadıqovdur. Onun Beyləqan Suvarma Sistemləri idarəsinin rəisi təyin ediləcəyi bildirilir. Məlumata görə artıq Zahid Sadıqovun yaxın ətrafı onu idarə rəisi təyin edilməsi ilə bağlı təbrik edir. Zahid Sadıqovun idarə rəisi təyin edilməsi üçün sabah verilməsi gözlənilsə də, Dövlət Su Ehtiyatları Agentliyi sədri Zaur Mikayılovun belə bir əmri imzalaması Beyləqanda şübhə doğurmur.
 

Dünyapress TV

Xəbər lenti