Ardını oxu...
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir.

Onun iddia tələbi torpaq sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Nazim Əmirov apellyasiya şikayəti verib. Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. İş hakim Fuad Məmmədovun icraatındadır. Mayın 7-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.

Nazim Əmirov Abel Məhərrəmovla yanaşı, onun xanımı Rəhimə Mahmudovanı, Tağıyev İlqar Nizami oğlunu və Tağıyev Nizami Haqverdi oğlunu da məhkəməyə verib.

İddialara görə, məsələnin kökündə Abel Məhərrəmovun Xaçmaz rayonunun Seyidlikəndyeri kəndindəki oteli ilə bağlıdır. Bu otelin tikintisinə 2008-ci ildə icazə verilib.

Rəsmi sənədlərdə tikintinin sifarişçisi kimi Rəhimə Mahmudovanın adı qeyd edilib. Layihəni icra edən isə “Grandproje” şirkəti olub.

Seyidlikəndyeri Nabran qəsəbəsinin yaxınlığında yerləşir və Nabran bələdiyyəsinin ərazisi hesab edilir. Bir neçə il əvvəl mediada yayılan məlumatlarda bildirilirdi ki, Nabranda fəaliyyət göstərən “El Faro hotel Nabran” Abel Məhərrəmova məxsusdur. 200 hektar ərazidə yerləşən obyektin 61 milyon manat dəyərində olduğu iddia edilir.

Baş verənlərlər bağlı Abel Məhərrəmovun mövqeyini öyrənmək mümkün olmayıb.
 
Ardını oxu...
Zərdab Rayon İcra Hakimiyyəti Zərdab rayonu Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının tikintisinə icazə verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.

Məlumatda göstərilir ki, Zərdab Rayon İcra Hakimiyyəti orta məktəb binasının tikintisinə 28 mart 2023-cü il tarixli 1 saylı sənəd əsasında icazə verib.

Bildirilir ki, tikintisinə icazə verilən orta məktəb binasının tikinti sahəsi 2 859,1 kv. metr, ümumi sahəsi 5 700,73 kv. metr, mərtəbələrinin sayı isə 2 (+zirzəmi) olacaq.

Məlumat üçün bildirək ki, 28 mart 2024-cü il tarixində tikintisinə icazə verilən orta məktb binasının tikintisi ilə bağlı tender müsabiqəsini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən ilin noyabr ayında keçirib. Ümumi dəyəri 5 milyon 298 min 314 manat 96 qəpik olan tender müsabiqəsinin qalibi “İnşaat servis-X” MMC (VÖEN – 1301230201) olub. “İnşaat servis-X” MMC bu ilin sonuna kimi Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasını tikib başa çatdırmaldır.

Qeyd edək ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.

Onu da bildirək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.3.21.15.-ci bəndində qeyd olunur ki, Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının tikintisi 2019-2023-cü illərdə həyata keçirilməlidir. Amma, açıqlanan məlumatlardan belə görünür ki, Dövlət Proqramı başa çatsa da, nəzərdə tutulan tikinti işi icra olunmayıb.
 
Ardını oxu...
Abşeron rayonu, Saray qəsəbəsi, "Təzə məhəllə" sakini Rzayev Əli Hüseyn oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Baş prokuror Kamran Əliyevə müraciət edir:

"Hörmətli Baş prokuror!

Yazıb sizə bildirirəm ki, mən 12 aprel 2018-ci il tarixdən 2019-cu il fevral ayının 18-ə kimi Sabirabad rayonunun Qaraqaşlı kəndində fermer iş adamı Mirzəyev Sahib Tapdıq oğlunun idarə etdiyi balıq gölündə müqavilə ilə (ayda 400 manata) işləmişəm. Əmək haqqım yetişdirdiyimiz balıqlar böyüyüb satılandan sonra ödənilməliydi. Lakin balıq məhsulu satılıb qurtarandan sonra Mirzəyev Sahib mənə çatası 400 manat pulu vermək istəmir. Məni təhqir edir, “get hara istəyirsən şikayət et” deyərək, mənə ödəniləsi olan əmək haqqımdan boyun qaçırır.

Cənab prokuror, xahiş edirəm mənə kömək edin, müvafiq qurumlara tapşırıq verin.

Qeyd edim ki, Sabirabad rayon Polis şöbəsi şikayətimə baxmadı. Polis biz vətəndaşların yanında olmalı, saxtakar insanları müdafiə etməməlidir".

Məsələ ilə bağlı Mirzəyev Sahib Tapdıq oğlunun mobil nömrələri ilə əlaqə saxladıq. Telefonu açan şəxs nömrələrin Sahib adlı şəxsə aid olmadığını bildirdi. Şikayətçi isə deyir ki, nömrələr Sahibə məxsus olsa da, özünü gizlədir.
Ardını oxu...
“Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşaması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir. Əgər tarixə qayıtsaq, Birinci Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan Vəzirovlara qədər, 20 yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq.

10 noyabrda Qarabağ bölgəsinə sülhməramlı qüvvələr yerləşəndə müharibədə bizə məğlub olanlar Qələbəmizi ləkələmək üçün “erməni işğalını rus ordusu əvəzlədi” adlı qlobal kampaniyaya başladılar. Ukrayna ilə müharibədən sonra dünyada demonlaşdırılan bir dövlətin Xankəndindəki missiyasını ləkələyən NATO dövlətləri-azərbaycanlı və rus əsgərlərini toqquşdurmaq istəyirdilər.

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə” deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var. O da İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər.

Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu.

Ağ Evdə və Yeliseydə rus hərbi qüvvələrinin 366-cı alaya çevrilmədiyindən, bir Qafqaz ölkəsindən sülh, diplomatik razılaşma ilə, qansız-qadasız çıxmasından məyus olublar. Axı əsrlərdir xalqımızı qonşu dövlətlərlə toqquşdurub özləri Göyçə dağlarına və Zəngəzur dəhlizinə can atan NATO orduları indi nə deyib iki xalqın arasına yerləşəcəklər?

Son 30 ildə cəhbəçiliyin və Əli Kərimliçiliyn çörək və siyasi ideologiyası - “Azərbaycan hakimiyyətini rus ordusu qoruyur” böhtanı bizi zəfərlərə gətirən Heydər Əliyev kursunun, heç bri xarici hərbi qüvvənin olmadığı bir ölkə quran İlham Əliyevin qarşısında baş əyməyə, elə həmin rus hərbçilərinin ardınca ölkədən çıxıb getməyə qadirdilərmi? İndi bütün Qafqazın lideri Şeyx Şamildir, yoxsa, İlham Əliyev?

Xarici ordularla belə işləyərlər, cənablar. Rusiya ilə savaşı bizim üzərimizdən apara bilməyənlər məğlub oldular, Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı! İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq”,- deyə o bildirib.
 
Ardını oxu...
Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumatı təsdiqlənərsə, milyarderin qardaşı yalan şahidlikdə ittiham olunacaq.

TEREF lent.az-a istinadən xəbər verir ki, Karl-Erivan Haub Almaniyanın ən zəngin adamlarından biri hesab olunurdu. O, OBI tikinti mağazaları şəbəkəsinin daxil olduğu Almaniyanın "Tengelmann Group" holdinqinə rəhbərlik edib. 19-cu əsrdə ana tərəfdən əcdadları tərəfindən qurulan şirkət ona 2000-ci ildə təqaüdə çıxan atasından miras qalıb.

2018-ci ilin mart ayında Haubun atası vəfat edib. Bir ay sonra 58 yaşlı milyarder Alp dağlarında xizək kurortuna gedib və yoxa çıxıb. Onu sonuncu dəfə 2018-ci il aprelin 7-də İsveçrə-İtaliya sərhədindəki Klein Matterhorn dağının yamacında görüblər. Bundan sonra onunla əlaqə kəsilib.

Haubun ailəsi axtarışa "əhəmiyyətli miqdarda" töhfə verib. Beş helikopter və bir neçə xilasedicilər qrupu görmə qabiliyyətinin zəif olmasına və uçqun təhlükəsinə baxmayaraq, dağları axtarıblar. Altı gündən sonra əməliyyatın dayandırılması qərara alınıb. İtkin düşən milyarderin cəsədi heç vaxt tapılmayıb.

2021-ci ildə Köln rayon məhkəməsi rəsmi olaraq Haubun artıq həyatda olmadığını elan edib. O vaxta qədər ailə biznesi onun qardaşı Kristian Haubun nəzarətinə keçib.

Milyarderin yoxa çıxmasını araşdıran Almaniyanın RTL telekanalının jurnalistləri onun hələ də sağ olduğuna inanırlar. Bunun ilk hesabatları təxminən bir il əvvəl alman nəşri "Stern"in Haubun təzə fotoşəkillərini dərc edərkən ortaya çıxıb.

Çəkilişlərin 2021-ci ilin fevralında, yəni Alp dağlarında baş verən hadisədən üç il sonra Moskvada aparıldığı iddia edilir. Biometrik analizə görə, onların üzərində təsvir edilən kişinin itkin iş adamı olma ehtimalı 90 faizdir. "Stern" yazıb ki, görüntülər FSB-dəki mənbədən alınıb.

RTL araşdırmasında iştirak edən jurnalist Liv von Böttiçer Almaniyanın "Capital" jurnalına bu görüntülərin əsl mənşəyi haqqında danışıb. Onun sözlərinə görə, Haub yoxa çıxandan sonra qardaşı Kristian nə baş verdiyini təkbaşına anlamağa çalışıb.

O, Moskvada istifadə edilən müşahidə kameraları və üz tanıma sistemlərinə çıxışı olduğu iddia edilən özəl detektivləri və İsrail-Amerika firmasını işə götürüb. Sistemdə milyarderin şəkillərini tapmağa çalışıblar və buna nail olublar.
RTL jurnalistləri Haubun Rusiyaya məşuqəsi Veronika Ermilovanın köməyi ilə getdiyindən şübhələnirlər. "Daily Mail" onun 44 yaşında olduğunu iddia edir. "LinkedIn"in məlumatına görə, qadın xizəkçilər və alpinistlər üçün turlar təşkil edən Sankt-Peterburq şirkətində işləyir.

Haub və Ermilova arasında son telefon danışıqlarından biri bir saatdan çox davam edib. RTL jurnalistlərinin fikrincə, onlar onun Rusiyaya qaçmasına hazırlaşıblar.

Haub və Ermilova arasındakı əlaqə, RTL-nin hesab etdiyi kimi, onların səfərləri haqqında məlumatlar ilə təsdiqlənir. 2008-ci ilin iyulunda həm o, həm də məşuqəsi eyni vaxtda Moskva və Soçiyə gediblər. 2009-cu ilin may ayında hər ikisi fərqli kupelərdə olsalar da, eyni qatarda Moskvadan Sankt-Peterburqa gediblər. Həmçinin Haub və Ermilova üçün biletləri eyni şəxs alıb. Bundan əlavə, RTL onların eyni vaxtda 2010-cu ildə Omsk, 2011-ci ildə Soçi, 2014-cü ildə Bakı və 2015 və 2017-ci illərdə Moskvaya səfər etdiyini aşkar edib. Məlumata görə, bu səfərlərin hər biri gəzinti xarakterli olub.

RTL jurnalistləri Ermilovanın kəşfiyyat xidmətləri ilə əlaqəsi ola biləcəyindən şübhələnirlər. Lakin onlar bu nəzəriyyəni sınaqdan keçirə və sübut edə bilmədiklərini etiraf edirlər.

Böettiçerin sözlərinə görə, Haubun qardaşı 2021-ci ildə məhkəmə iclasından əvvəl də Moskvadakı müşahidə kameralarından görüntüləri görüb və milyarderin başına gələnləri bilib. Buna baxmayaraq, o, and içərək bildirib ki, onun sağ olmasına dair heç bir etibarlı sübut yoxdur.

RTL jurnalistlərinin şikayətindən sonra Köln şəhər prokurorluğu araşdırmaya başlayıb. Haubun xaricdə gizləndiyi təsdiqlənərsə, qardaşı yalan şahidlikdə ittiham oluna bilər.

RTL jurnalistləri hələlik qaçışın səbəbinin nə olduğunu bilmirlər. "Biz şübhələnirik ki, Karl-Erivan Haub Rusiya ilə və ya rus iş ortaqları ilə münasibətlərinə görə Qərbdə problemlər yaşaya bilər", - Böetticher iddia edib. O, hansı münasibətlərdən və problemlərdən söhbət gedə biləcəyini dəqiqləşdirməyib.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.

TEREF APA-ya istinadən xəbər verir ki, kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görür. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.

Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olur.
 
Ardını oxu...
"Odlar Yurdu" Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev məhkəməyə verilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iddiaçı Abdul Ghafar adlı şəxsdir.

İş hazırda apellyasiya mərhələsindədir. Birinci məhkəmə instansiyası iddianı təmin etmədiyindən Abdul Ghafar apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılacaq. Məhkəmə çəkişməsi kredit müqaviləsinə dair mübahisələrlə bağlıdır.

Elmir Mehdiyev Əhməd Vəliyevin sahibi olduğu "Muğan Bank"ın payçılarındandır. O, ötən ilə qədər bankda 67,74 faiz paya sahib olub. 2023-cü ildə isə o, səhmlərinin əhəmiyyətli hissəsini Əhməd Vəliyevin övladları Munir və Samir Vəliyevlər arasında bölüşdürüb. Bununla da Elmir Mehdiyevin bankdakı payı 0,7818 faizə düşüb.

Ehtimal olunur ki, Elmir Mehdiyevi məhkəməyə verən şəxs "Muğan Bank"ın müştərisi olub. Onunla Elmir Mehdiyev arasında kredit sövdələşməsi həyata keçirilib ki, indi bu məsələdə mübahisə yaranıb.

Onu da qeyd edək ki, "Muğan Bank"ın lisenziyası ləğv edilib. Bank hazırda ləğvetmə prosesindədir.
 
Ardını oxu...
Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib. Sözü gedən ərazi vaxtilə tikinti materialları və məişət tullantıları ilə mütəmadi olaraq çirkləndirilmişdir. “IDEA” İctimai Birliyinin təşəbbüsü ilə həmin ərazi könüllülərin iştirakı ilə tullantılardan təmizlənib və torpaq qatının tökülməsi ilə rekultivasiya edilib.
Təəssüf ki, bu gün paytaxtımızda hava təbəqəsi avtomobil nəqliyyatı, istehsal və istehlak fəaliyyəti zamanı yaranan tullantılarla çirklənir, havada olan toz və digər yad maddələr insan sağlamlığına, bütün ekoloji tarazlığa zərər verir. Meşə zolağının salınması və yaşıllaşdırma fəaliyyətləri ekoloji tarazlığın bərpasına və havanın keyfiyyətinin artırılmasına müsbət təsir edir.
Leyla xanım Əliyevanın iştirakı ilə baş tutan bu dəfəki aksiyada meşə zolağının salınması nəzərdə tutulan ərazinin sahəsi 2 hektara yaxındır. Aksiya zamanı 500 ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilibvə abadlıq işləri aparılıb. Bu ərazidə ağacların effektiv sulanması və su israfının qarşısının alınması üçün damcılı suvarma sistemindən istifadə nəzərdə tutulub.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
Uçuş radar tətbiqinə baxsanız, görərsiniz ki, dünyanın hər yerində çoxlu təyyarələr uçsa da, Çinin Tibet bölgəsində heç bir təyyarə uçuş xətti yoxdur. Niyə təyyarələr yollarını qısaldıb Tibet üzərində uçmur?

Lent.az xarici mediaya istinadən bu maraqlı suala cavab axtarıb.

Bu sualın cavabı Tibet üçün istifadə edilən “dünyanın damı” bənzətməsində gizlidir.

Tibet, çox hündür dağlarla örtülü bir ərazidir, bu ölkə Everest dağına ev sahibliyi edir.

Müasir sərnişin təyyarələrinin kabinlərində təzyiq var.

Bu təzyiq sistemində nasazlıq yarandıqda, sərnişinlərin nəfəs alması üçün əvvəlcə oksigen maskaları işə salınır.

Bununla belə, oksigen sisteminin tutumu orta hesabla 15-20 dəqiqə kifayətdir.
Buna görə də kabin təzyiq sistemində nasazlıq yarandıqda pilotlar təyyarəni 3 min metr yüksəkliyə çəkməli olurlar.

Tibet bölgəsinin əksər yerlərində hündürlük 3 min metrdən xeyli yuxarıdır.

Tibetdə fövqəladə vəziyyət zamanı təyyarələrin təhlükəsiz enə biləcəyi mühit yoxdur. Bundan əlavə, iki mühərrikli təyyarələrdə mühərriklərdən biri sıradan çıxdıqda, təhlükəsiz uçmaq üçün təyyarə müəyyən yüksəkliyə enməlidir.

Təəssüf ki, Tibetin coğrafi quruluşuna görə bu mümkün deyil. Bu səbəblə heç bir təyyarə Tibet üzərindən uçmur.
 
Ardını oxu...
"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir.

Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?

Keçən ilin dekabrında Anand güclü zəlzələlərin olacağı barədə xəbərdarlıq etmişdi: "Çox güman ki, bu, 2024-cü ilin aprelindən əvvəl, yəni yaxın 4-5 ay ərzində baş verəcək", - deyə proqnozlaşdırıcı bildirib.

Onun sözlərinə görə, çətin dövr 2024-cü ilin may ayına kimi başa çatacaq: "Düşünmürəm ki, apreldən sonra hər hansı fəlakət baş versin", - astroloq qeyd edib.

O, həmçinin 2024-2025-ci illərdə qlobal suyun çirklənməsini proqnozlaşdırıb.
 

Dünyapress TV

Xəbər lenti