Amerikada fəaliyyət göstərən Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) yayımladığı «National Geographic» dərgisində boz qurdlarla bağlı maraqlı bir yazı (Qaynaq: http://turktarihivegercekler.blogcu.com/turkler.../14588787) dərc edilib; «…Dünyanın hər yerində ov etmiş, ölənə yaxın başına gələnlərdən kitab yazmış bir ovçunun anlatdıqlarından bəhs etmək istəyirəm. Əslində kitabı iki nəfər yazır və Ural dağlarında etdikləri bir ovdan bəhs edirlər. Yeddi nəfərlik ovçu dəstəsi ov edərkən boz qurd sürüsü ilə rastlaşır. Ovçular sürüdəki bütün qurdları ovlamaq istəyir. Ovçuların olduğunu fərq edən qurd sürüsü lider qurdun ardınca meşəyə girir. Bütün sürü meşəyə girəndən sonra ovçular üç qurdun geri döndüyünü görürlər. Vurulmaqlarını gözləyirlərmiş kimi dayanıb dururlar. Qəzəblənəndə güclü çənəsinə arxalanaraq ayıya belə saldıran üç boz qurd doğal olaraq tüfənglərin qarşısında acizdilər. Ovçular qurdun üçünü də vurur. Sürünü əldən qaçırmaq istəməyən ovçular meşənin çox sıx və təhlükəli olduğunu bilsələr də sürünün ardınca düşürlər. Ovçulardan birini zəhərli ilan vurur və ovçular meşənin düşündüklərindən daha təhlükəli olduğunun fərqinə vararaq meşədən çıxırlar. Sürüyə yetişə bilmirlər yəni. Geriyə – vurduqları üç qurdu götürməyə gəlirlər. Bu zaman olayın yazarı ömür boyu unuda bilməyəcəyi bir olayla qarşılaşır; Qurdlardan biri ölmüş, digəri isə ağır yaralı olduğu üçün əzab çəkir. Digər qurd isə ağır yara almasına və ayaq üstə çox çətinliklə durmasına baxmayaraq, ölmüş və ölməkdə olan qurdları yemək üçün gələn dörd qara qurda diş qıcayır və onların ölmüş qurda yaxın düşməsinə imkan vermir. Ovçuları görən qara qurdlar qaçırlar. Onların uzaqlaşdığını görən yaralı boz qurd digər ağır yaralı olan boz qurda yaxınlaşır, boğazından yapışaraq öldürür və onun əzab çəkməsinə imkan vermir. Sonra özü də yıxılır və ölür. ölən digər boz qurdun da boğazındakı diş izi, əzab çəkməməsi üçün öldürüldüyünü dərhal bəlli edirdi. Boz qurdun bu xarakteri bütün ovçuları heyran qoyur və onların – mərdlik simvolu olan boz qurdların dərisini soymağı yox, basdırmağı qərara alırlar. Boz qurdları basdırandan sonra -olayı yazan adam – dəqiqələrlə onların yerdə qalmış qanlarına baxır. Sonra bıçaqla qolunu kəsir və axan qanı ilə onların basdırıldığı torpaq üzərinə tək bircə söz yazır: «SORRY»! TEREF