Ardını oxu...
Kuzbassda Tom çayı üzərindəki körpü uçub.

Həmin anda onun üzərində insanlar olub. Hərçənd ki, körpüyə ondan istifadəni qadağan edən işarələr vurulub. Lakin Kemerovo sakinləri buna məhəl qoymayıblar.

İnsidentə donmuş çayların buzunun açılması səbəb olub. Çayda suyun səviyyəsinin qalxması səbəbindən körpüdə hərəkət fövqəladə hadisədən bir neçə gün əvvəl dayandırılıb. Sakinlərin heç də hamısı qadağaya əməl etməyib və təhlükəli keçiddən istifadə etməyə davam ediblər.

Xoşbəxtlikdən xəsarət alan olmayıb və insanlar sahilə çıxarılaraq tibbi yardım göstərilib.
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan hədə-qorxu yolu ilə 4 milyon 165 min manat pul tələb edən Vahid Xələfov 14 il azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, dövlət məmurundan pul tələb edən Vahid Xələfov “XP inşaat”, “EDM Qrup” və digər bir neçə şirkətin təsisçisi olub.
O, Hikmət Xəlilovu 2009-cu ildən tanıyıb. Elə həmin ildən Hikmət Xəlilov və onun yaxınlarına məxsus mülklərdə tikinti işləri aparıb. Hikmət Xəlilov Qobu qəsəbəsində Vahid Xəlilova məxsus ticarət mərkəzinin yaxınlığında həyat yoldaşı Südabə Xəlilovanın adına 5 ha 95 sot torpaq sahəsini 550.000 manata satın alıb. Vahid Xəlilov Südabə Xəlilovanın istəyi ilə həmin ərazidə “Azdekopanel” zavodu tikməyə başlayıb. Hətta bunun üçün Çindən 7 mütəxəssis gətirib. 2013-cü ildə təmir işləri bitib və açılışı Südabə Xəlilova ilə Hikmət Xəlilov ediblər.
Təqsirləndirilən şəxs məhkəmədə iddia edib ki, zavoda cibindən 1 milyon 450 min manat xərcləyib. Məhz bundan sonra tərəflər arasında narazılıqlar başlayıb. Vahid Xələfov digər yerlərdə də apardığı tikinti işlərinə görə zərərçəkmiş şəxsin ona 4 milyon manatdan çox borcu yarandığını iddia edib. O, pulunu almaq üçün Hikmət Xəlilovu 2015-ci ildən hədələməyə başlayıb.
Lakin Hikmət Xəlilov dövlət qurumunda yüksək vəzifə tutduğundan bu məsələni ört-basdır etməyi üstün tutub. Zərərçəkmiş məhkəmədə deyib ki, 2015-ci ilin payız aylarında təqsirləndirilən şəxslə “Riviera” restoranında görüşüb:
“Həmin gün Vahid Xələfov mənə qarşı çox aqressiv münasibət göstərərək pul tələbi ilə üstümə bıçaq çəkdi, mənə əl qaldırdı. Restorandan küçəyə çıxmağıma imkan vermədi. Ailə, iş nüfuzuma görə çox qorxdum. Çünki vəzifədə işləyirəm və bu məsələnin ictimailəşməsindən ehtiyat edirdim. Bu işdən yaxamı qurtarmaq üçün ona 500 min manat pul verdim. Bundan sonra Vahid Xələfovun mənə qarşı aqresiyası daha da artdı və bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməli oldum”.
Vahid Xələfov isə məhkəmədə ifadəsində bildirib ki, sonuncu hadisəyə görə özünü günahkar bilmir:
“Hikmət Xəlilovdan pulumu almaq üçün onunla görüşmək istəyirdim. Lakin görüşdən yayınırdı. Buna görə də məni tanımasın deyə gəlməzdən əvvəl özümə mağazadan dezinfeksiya forması, dezinfeksiya aparatı, eynək aldım. Bundan sonra Hikmət Xəlilovun idarə etdiyi avtomobili dayandırıb, onunla danışmaq istədim”.
Qeyd edək ki, 6 aprel 2023-cü il tarixdə, saat 08.30 radələrində Hikmət Xəlilov və həyat yoldaşı Südabə Xəlilova Xəzər rayonu, Şağan qəsəbəsindən işə gedərkən təqsirləndirilən şəxs “Lexus” markalı avtomobillə, kamuflaj olunmuş formada onların qarşısına çıxıb. Vahid Xələfov Hikmət Xəlilovun maşınına yaxınlaşaraq, əlindəki aparatla onun şüşəsinə naməlum maddə püskürdüb və cibindən silah çıxarıb. Təqsirləndirilən şəxs avtomobilin qapısına zərbələr endirib.
Hikmət Xəlilov avtomobili sürətli şəkildə sürərək hadisə yerindən uzaqlaşa bilib. O, dərhal polisə yaxılaşaraq, ərizə yazıb və təqsirləndirilən şəxslə barışıq əldə etmədiyinə görə məhkəmədə şikayətçi olub.
 
Ardını oxu...
Bakıda ev almaq istəyən məmurun 65 min manatı mənimsənildiyi üçün şirkət rəhbəri həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, zərərçəkmiş şəxs Yevlax şəhər İcra Hakimiyyətinin Sektor müdiri-baş mühasibi Məmtiyev Raquf Rəhim oğludur.
Məmur İsa adlı şəxs tərəfindən dələduzluğa məruz qalıb. Belə ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Bərdə şöbəsinin müdiri işlədiyi dönəmdə Bakıda ev almaq istəyib. Buna görə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində guya 3 bloklu, 16 mərtəbəli, hər mərtəbədə 4 mənzil inşaa edəcəyini deyən İsa adlı tikinti şirkətinin rəhbəri ilə görüşüb. İsa Raqufu sözügedən ünvanda 16 mərtəbəli bina tikdirəcəyinə inandırıb və ona həmin binada 95-100 kv.metr mənzil satacağını bildirib. Bu məqsədlə Raqufla müqavilə bağlayaraq, ondan 65.000 min manat pul alıb.
Raquf Məmtiyev binanın tikintisini 2014-cü ildən 2023-cü ilə kimi gözləyib. Lakin məlum olub ki, İsanın Zərdabi küçəsində yerləşən torpaq sahəsinə dair heç bir hüquq və sərəncam vermək barədə, habelə həmin torpaq sahəsində hündürmərtəbəli yaşayış binası inşa etdirməsi haqqında hər hansı bir sənədi yoxdur.
İsa iranlı iş adamı, 26 ildir Bakıda yaşayan Esmael Zadehi də Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyatov küçəsində yerləşən torpaq sahəsini sənədləşdirrmək adı ilə aldadıb və 26000 manat pulunu mənimsəyib.
Hər iki iş üzrə təqsirləndirilən İsa ötən ilin mart ayının 23-də saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayə işi açılıb. Məhkəmənin qərarı ilə ona 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Qeyd edək ki, Raquf Məmtiyev “Təmir-İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni təmsilçisi, baş direktoru olub. O, şirkətini 2021-ci ilin yanvar ayının 15-də öz yaxını Hacıyev Elnur İsa oğlunun adına keçirib.
Baş mühasibin şirkəti Yevlaxda dəyəri yarım milyon manatdan çox tenderlərin qalibi etməyi bacarıb. Təkcə 18.07.2023-cü ildə Yevlax İcra Hakimiyyətinin şəhərdə yolların əsaslı təmiri işləri ilə əlaqədar elan etdiyi 541.472,25 AZN-lik tenderin qalibi olub. Qurum Yevlaxda 2022-ci ildə ümumi maliyyə dəyəri 642.390,4 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
 
Ardını oxu...
"Niaqara" restoranı insanların istirahətinə haram qatır -Gecə saatlarında analoqu olmayan söyüşlər eşidirik
Redaksiyamıza müraciət edən Nərimanov rayon Səməd Vurğun küçəsi 175 ünvanda yaşayan sakinlər bildirir ki, onların yaşadığı ərazinin bir neçə metrliyində fəaliyyət göstərən "Niaqara" şadlıq sarayı illərdir sözün əsil mənasında onların istirahətinə haram qatıb. Xüsusən də gecə saatlarında bu hal baş verir.
Sakinlər iddia edir ki, son vaxtlar bu analoji hal daha da şiddətlənib. Belə ki, şadlıq sarayında toy və ya hansısa məclis təşkili zamanı gələn qo
naqların maşınların "parkinq" etməyə yer yoxdu. Məcburiyyətdən şadlıq sarayının qarşısında maşınlar "parkinq" edilir ki, bu da süni sıxlıq yaradır, maşınların səs-küyündən evdə nəyinki oturmaq, yatmaq belə olmur.
Bundan əlavə şadlıq sarayına gələn qonaqlar dincəlib əyləndikdən sonra gecə saat 10-11 arası şadlıq sarayının qarşısında tez-tez dava-dalaş söyüşlər, eşidilir bu da şadlıq evi ilə üz-üzə cəmi 15-20 metirliydə yerləşən bina sakinlərini narahat edir. Hətta bununla bağlı saytımıza video-çəkiliş də göndəriblər.
Sakinlər iddia edir ki, evdə yaşlı nəsil uşaqlar var , bəzən olur söyüşdən insan evinin içində olan uşaqdan qız gəlindən utanır, onlar əlac yonunu məsələni ictmayiləşdirməkdə görürlər xahış edirik ictimailəşdirin, bəlkə bu çarəsizliyə əlac tapılar- deyə sakinlər bildirir.
Kütləvi İnformasıya Vasitələrində səsləndirilən iddialara görə sözügedən şadlıq sarayı dünyasını dəyişən keçmiş Müdafiə Sənayesi naziri olmuş Yavər Camalov məxsusdur.(Azerbaycanreallığı)
Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 
 
 
Ardını oxu...
Azərbaycanda 100-dən çox sayda məhkəmə orqanlarının mövcud olmasına baxmayaraq yalnız bir neçəsi vergi orqanlarında qeydiyyatdadır ki, belə vəziyyət qanunvericiliyə əsasən digər hesabatlılıq (əmək qanunvericiliyi üzrə, sosial ayırmalar və vergi qanunvericiliyi üzrə və s.) öhdəlikləri ilə yanaşı "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu (4.7-ci maddəsi) ilə müəyyən edilən hesabatlılıq öhdəlikləri ilə də (məhkəmə orqanlarının dövlət rüsumu tutulan əməliyyatları həyata keçirən qurum olduğu nəzərə alınmaqla) uyğunsuzluqların yaranmasını şərtləndirir.

Bu barədə Hesablama Palatası məlumat yayıb.

Qeyd edilib ki, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsində qeyd edilmişdir ki, "Azərbaycan Respublikasının hər bir məhkəməsi müstəqil hüquqi şəxsdir və onun Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan möhürü vardır”.

Vergi Məcəlləsinin 33-cü maddəsi ilə isə vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə hüquqi şəxslərin olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə vergi orqanlarında uçota alınmasına dair tələblər müəyyən olunub.

Təhlillə əldə olunmuş məlumatlar 2022-ci ildə vergi orqanlarında qeydiyyata alınmış (yəni, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi olan) məhkəmələrin sayının 2021-ci illə müqayisədə 1 (bir) vahid azalaraq 13 (on üç) məhkəmə orqanından (Naxçıvan Muxtar Respublikası üzrə qeydiyyata alınmışlar nəzərə alınmadan) ibarət olduğunu göstərib. Dövlət qeydiyyat nömrəsi olan 13 (on üç) məhkəmə orqanından yalnız 6-ı (altısı) tərəfindən dövlət rüsumunun tutulması haqqında hesabatların təqdim edildiyi aşkar olunmuşdur ki, bu da dövlət rüsumlarının hesablanması və ödənilməsi prosesinin ünvanlı (fərdi) şəxsi vərəqə prinsipilə uçotunun təşkilini mümkünsüz edib.
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi hazırda Ukraynada təhsil alan və lakin müharibə şəraitinə görə sözügedən ölkədə olmayan tələbələrə çağırış edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə bu gün sözügedən dövlət qurumu ilə Medianın İnkişafı Agentliyinin birgə jurnalistlər üçün keçirilən təlimdə məlumat verilib.

Agentliyin Kvalifikasiyaların tanınması departamentinin direktoru Aysel Kərimli Rusiya-Ukrayna müharibəsi başlayan zaman orada təhsil alan tələbələrə son bir il üçün müəyyən güzəşt edildiyini bildirib: "Lakin hazırda Ukraynada təhsil alan və yaxud təhsil almaq istəyən şəxslərə gedib orada oxumağı tövsiyə etmirik. Müraciətlər daxil olur ki, hazırda Ukraynada təhsil alan tələbələrin diplomları tanınacaq, ya yox?! Bu barədə yaxın günlərdə vətəndaşlara ətraflı məlumat veriləcək. Hansı tarixdən Ukrayna diplomlarının tanınması məsələsinə baxılmayacağı ilə bağlı ictimaiyyəti məlumatlandıracağıq. Hazırda statistik məlumatlar toplanır".

Aysel Kərimli qeyd edib ki, bəzi tələbələr hazırkı müharibə şəraitində universitetə daxil olurlar, sonra yenidən Azərbaycana transfer olmaq istəyirlər: "Bu, birmənalı şəkildə tövsiyə edilmir".

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov da Aysel Kərimlinin fikirlərinə dəstək olaraq bildirib ki, hazırda Ukraynada təhsil almağı tövsiyyə etmirlər: "Sözügedən ölkədə təhsil alanlar ən çox Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda nəticə toplaya bilməyən şəxslərdir. Sonda onlar bir il sözügedən ölkədə təhsil aldıqdan sonra hazırkı şəraitə görə və yaxud digər məsələlərlə bağlı Azərbaycanda təhsillərin davam etdirmək istəyirlər. Bu da sonda DİM-in təşkil etdiyi imtahnda nəticə göstərən tələbələrlə eyni göstəriciyə gətirib çıxarır. Yəni onlar DİM-in imtahanında nəticə göstərməyiblərsə, necə gəlib Azərbaycanda təhsil ala bilərlər?”.
 
Ardını oxu...
“Son günlər Azərbaycanda ifşa olunmuş Fransa casus şəbəkəsi ilə bağlı məsələlər aparıcı fransız mətbuat səhifələrinin geniş müzakirə mövzusuna çevrilib, hətta həbsdə olan Martin Ryanın atası məsələlərdə Fransa kəşfiyyat orqanı DGSE-ni kəskin ittiham edən müsahibələrlə çıxış edib”.

Bu barədə “Observer Online” yazır.

06.04.2024-cü ildə yayımlanmış məqalədə qeyd edilir: “Məlum olur ki, Azərbaycanın təhlükəsizlik orqanı tərəfindən iş üzrə həbs edilənlərdən biri də Fransanın Azərbaycandakı diplomatik heyətinə yerləşdirilmiş kəşfiyyatçıları ilə əməkdaşlıq etmiş Azərbaycan vətəndaşı A.Məmmədlidir. O, Fransa vətəndaşlığının verilməsi və maddi təminatla mükafatlandırılma müqabilində Fransa vətəndaşı Martin Ryanla birgə geniş gizli əlaqələr qurulması və region üzrə zəruri informasiyaların toplanılıb ötürülməsi işinə cəlb edilməkdə ittiham olunur, müvafiq yazışmalar artıq Fransanın xeyrinə yox, ziyanına işləməyə başlayıb.

Həmçinin məlum olur ki, hər iki şəxs kəşfiyyat rəsmilərinin tapşırığı ilə dünyanın ən böyük bank şəbəkələrindən olan Fransanın nəhəng “Societe Generale” maliyyə konqlomeratının müxtəlif əməkdaşları ilə münasibətlər qurub, A.Məmmədli bankın Azərbaycan banklarında müxbir hesablarının açılması və digər məsələlərdə banklararası müqavilələrinin tərtibində iştirak edib.

A.Məmmədlinin hansı məqsədlə uzun müddətə Şimali İrlandiyaya göndərilməsinin səbəbləri isə hələ açıqlanmayıb.

4 dekabrda qeyd olunan şəxslərin həbsindən və Fransa kəşfiyyat şəbəkəsinin uzantılarının ifşasından sonra “Societe Generale” Bankının 07 dekabr 2023-cü il tarixdə Afrikanın 16 ölkəsində nümayəndəliklərinin fəaliyyətini dayandırması xüsusilə diqqət çəkən məqamdır. Az zərərə düşmək üçün Bank özünün Konqo, Ekvatorial Qvineya, Mavritaniya, Çad və digər ölkələrdəki filial qruplarını və törəmə şirkətlərinin əmlaklarını yerli şirkətlərə satmaq şansını əldən verməməyə və qapanmaları müxtəlif adlarla əsaslandırmağa çalışır.

Məsələ də ondadır ki, ümumi uğursuzluqlar “Societe Generale” bankının 2017-ci ildən Təhlükəsizlik üzrə Direktoru - əvvəl isə Fransa Silahlı Qüvvələrində Kəşfiyyat və təhlükəsizlik idarəsinin rəhbəri olmuş, “ehtiyatda” olan general Antuan Cxuyun tutduğu vəzifəyə uyğunluğu ətrafında müzakirələrə rəvac verib.

“Societe Generale” həmin bankdır ki, gələcək milyarder Corc Soros hələ 1988-ci ildə bankın konfidensial məlumatları hesabına səhm alqı-satqılarında qanunsuz yolla milyonlarla vəsaitə yiyələnə bilib, 2002-ci ildə buna görə məhkum edilib, iri həcmdə cərimə cəzası ilə yaxasını qurtara bilib”. (Trend)
 
 
 
Ardını oxu...
Hesablama Palatası məxfilik rejiminə əməl olunmaqla keçirdiyi auditlərin nəticələrini açıqlamır.

Bunu "Report"un sualını cavablandıran Palatanın sədri Vüqar Gülməmmədov bildirib.

O, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə hədəfin 100 % deyil, 63 % olmasına aydınlıq gətirib.

“Nəzarət tədbirləri üzrə nəticələrin tam verilməməsinin digər səbəbi pozuntuların məbləğinin əhatə edilmiş məbləğə nisbətdə çox olmaması və fərqli xarakter daşımaması ilə bağlıdır”, - deyə V.Gülməmmədov əlavə edib.
 
Ardını oxu...
Sumqayıt şəhəri, Nizami küçəsi 19 C, 6-cı məhəllənin sakini Hüseynov Bəşir Bəhram oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, xəbəri olmadan məhkəmə ona 3300 manat cərimə kəsib:

“Mən, Hüseynov Bəşir Bəhram oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, uzun müddət avtovağzalda avtobuslarda fəhlə kimi işləmişəm. Akif adlı bir şəxs iki sumka təqdim etdi ki, bunu Moskva şəhərinə göndər. Bu hadisə 2015-ci ildə baş verib. Sürücülərə təqdim etdikdən sonra sumkalar yoxa çıxıb.

Həmin Akif adlı şəxs ünvanımı taparaq məni məhkəməyə verib. Mənim isə məhkəmə proseslərindən xəbərim olmayıb.

İddiaçı şəxs ərizəsində qeyd edib ki, guya, sumkanın içində bahalı mallar olub və itməsində də məni günahkar görüb.

Sumkanın Moskva şəhərinə göndərilməsi üçün cəmi 100 manat ödəniş edilmişdi. İçində qiymətli mal var idisə, bu adam niyə bizə tapşırmırdı kı, biz də işimizi bilərdik?!

Sumqayıt Şəhər Məhkəməsi mənim iştirakım olmadan 2016-cı ildə qərar qəbul edib ki, o şəxsə 3300 manat ödəməliyəm. Hakim ortada sübut olmadan bu qədər məbləği necə kiminsə boynuna qoya bilər?!

Özüm müharibə veteranıyam, aldığım 80 manat təqaüdün 40 manatı borca çıxılır. Yüzlərlə sumka aparmışıq, heç vaxt belə problemimiz olmayıb. Bəlkə, Moskvada sumkanı götürüblər, buna deyiblər ki, götürməmişik. Məhkəmə işi araşdırmadan bu qərarı necə verib, başım çıxmadı.

Yaşımla əlaqədar artıq heç yerdə işləmirəm, səhhətimdə də problemlərim çoxdur. Belə qanun olar? 80 manat pulun özü nədir ki, hələ onun 40 manatını da borca tuturlar?!

Mən cənab Prezidentdən xahiş edirəm ki, mənə qarşı çıxarılan haqsız qərarla bağlı müvafiq qurumlara tapşırıq versin”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağcabədi rayonu, Hacılar kənd sakinləri olan 19 ailə tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər əkin sahələrini suvara bilməmələrindən şikayətçidirlər:

“Biz, sakinlər, yazaraq bildirirk ki, artıq hər şeydən bezmişik. Pay torpaqlarımıza düşən artezian işləmir. Susuz torpaqlarda necə məhsul əkmək olar? Bu qədər insafsızlıq olmaz. Heç bir qurum maraqlanmır. Heç fikirləşən yoxdur ki, bu 19 ailə nə ilə dolanmalıdır? Kənd yeridir, iş yoxdur, çörəyimizi torpaqdan çıxarırıq.

Artezianın işləməmə səbəbi isə quyunun batmasıdır. Təmir etmirlər və kənd camaatı zülm çəkir.

2021-ci ildən susuz qalmışıq. Çox get-gəldən sonra bildirdilər ki, 2024 -cü ilin yanvar-fevral ayında təmir olunacaq. Əlacsız, gözləməyə məcbur olduq. Lakin problem hələ də həll olunmayıb. Hərə bir söz deyir, inanırıq, amma iş görmürlər.

Sonra dedilər ki, narahat olmayın, mart ayında təmir olunacaq, susuzluqdan canınız qurtaracaq. İndi də deyirlər ki, may-iyun aylarında təmir oluna da bilər, olunmaya da. Səbəbini soruşduqda isə deyirlər ki, bizə pul köçürülməyib.

Belə çıxır ki, bir artezianı təmir etdirməyə dövlətin pulu yoxdur. Bu qədər biabırçılıq olar? 2023-cü ildə “bərpaya düşən” artezian hələ də düzəlmir.

İcra Hakimiyyətində qəbulda da olmuşuq, amma nəticə yoxdur. Cənab Prezident çıxışlarında qeyd edir ki, fermer sektoru inkişaf etməlidir. Bəs, su olmayandan sonra bu sektor necə inkişaf etsin?! Bu neçə ildə biz sakinlərin nə qədər məhsulu zay olub.

Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim problemimizin həll olunmasına köməklik göstərsinlər”.

Məsələ ilə bağlı Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Jalə FAMİLQIZI
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti