“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) Qılıcov Yaşar Sayad oğlu ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, “Baktelecom” bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb. Müqavilənin şərtlərinə görə “Baktelecom” Qılıcov Yaşar Sayad oğlundan bir il müddətində anbar icarəyə götürəcək və qarşılığında 168 min manat ödəyəcək.