b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_6f4d3e26263c2107617d607d378e5648.jpg
  

Qardaş Türkiyədə, hətta İranda belə bu cür qadağalar mövcud deyil

Bakı şəhərinin böyük marketlərinin bəzisində  foto və videoçəkilişlərin qadağan edildiyini özündə ehtiva edən lövhələr vurulub. Əslində ölkədə çəkilişin qadağan edildiyi kifayət qədər obyektlər var. Bu bəzi hallarda haqlı, bəzi hallarda isə haqsız qadağa sayıla bilər. Məsələn, ölkənin dövlət sirri ilə bağlı olan obyektlərində çəkilişin aparılmasına qoyulan qadağa haqlı qadağadır və ölkənin qanunları ilə tənzimlənir.

Mövzuya diqqət edən Bakı-xeber.com yazır ki, böyük ticarət şəbəkələri cəmiyyətə qüsursuz xidmət edirsə, onun gizlədiləcək bir qüsuru yoxdursa, nəyə görə onlar obyektlərində foto-videoçəkilişlər aparılmasından narahat olmalıdır. “İri ticarət obyektləri çəkilişlərə qadağa qoyurlarsa, deməli, onların gizlətmək istədiyi, ictimailəşməsindən qorxduqları xoşagəlməz məqamlar var. Çox güman ki, böyük ticarət mərkəzləri məhz həmin xoşagəlməz məqamların ictimailəşməsindən ehtiyat edirlər. Onu da qeyd edək ki, sivil dünya ölkələrinin heç birində, o cümlədən də qardaş Türkiyədə, hətta qonşu Rusiyada, Qazaxıstanda, Gürcüstanda və İranda belə bu cür qadağalar mövcud deyil”, - deyə yazıda bildirilir.

Vətəndaşa mütəmadi xidmət edən marketdə çəkiliş nə üçün qadağan olunmalıdır?

Ekspert: “Dönərxanalar mənşəyi bilinməyən ətlərdən istifadə edir” -  17.09.2020, Sputnik Azərbaycan

Eyyub Hüseynov

Mövzu ilə bağlı Azad İsteklakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Marketlər dövlətin bir çox qanunlarının, o cümlədən istehlakçı hüquqlarının ən çox pozulduğu yerlədən biridir. Marketin qapısından içəri girən istehlakçıya ya potensial oğru kimi baxır, onun çantasını yoxlayır, ya da çantasını alıb saxlayırlar və bu zaman çanta ilə bağlı da bir cavabdehlik daşımırlar.

Marketlərdə baş verən məsələlərlə bağlı həmişə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumatlar veririk. Lakin onların cavabı bu olur ki, marketlər biznes qurumudur, özləri bilərlər istehlakçı ilə necə davranırlar. Yəni marketlər üçün heç bir qaydalar yoxdur. Ümumiyyətlə, Türkiyə, Rusiyadan fərqli olaraq Azərbaycan  marketlərində bu cür məsələlərlə bağlı qaydalar yoxdur. Ona görə də market sahibləri istədikləri tərzdə istehlakçıların hüquqlarını pozurlar. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bildirir ki, əgər sizi aldadırlarsa, marketlərə keçin, məhsulların keyfiyyəti, qiyməti ilə bağlı şəkil çəkin, bizə göndərin, biz də gedib orada araşdırma aparaq. Əgər market sahibi çəkilişə icazə vermirsə, onda istehlakçı marketin zalında baş verən qanunların, istehlakçı hüquqlarının pozulmasına dair informasiyanı quruma necə çatdıraq? Bütün bu anormal vəziyyətin kökündə hökumətin birtərəfli siyasəti dayanır. Yəni hökumət əsasən biznesi, onun inkişafını himayə edir, istehlakçı siyasəti isə bərbad vəziyyətdədir.

Ötən həftə ölkə rəhbərinin sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Prezident yanında agentliyə çevrildi. Gözləyirik ki, bundan sonra hansısa dəyişiklik olar. Əgər agentlik normal işləsə, ölkədə istehlakçı siyasəti formalaşar və bu cür anormal  hallar, o cümlədən istehlakçıların hüquqlarının məhdudlaşdırılması aradan qalxar.

Bir məsələni də qeyd etmək istərdim, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanun 1995-ci ildə qəbul edilib. Ondan sonra qəbul edilən qərarlar adətən istehlakçının ziyanına olub. Ümumiyyətlə, bu qanun çoxdan köhnəlib, yenilənməsinə böyük ehtiyac var".

Əsabəli Mustafayev: "Prokurorluğun vəkildən qisas almağa çalışması düzgün  deyil" - BBC News Azərbaycanca

 Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev də açıqlamasında bildirdi ki, marketlərdə cansız əşyaların, qida məhsullarının şəklini və yaxud videosunu çəkmək qanunla qadağan deyil: “Əgər marketdə yalnız məhsullar, cansız əşyalar çəkilərsə, burada qadağan yoxdur. Yəni qanunvericiliyə əsasən, cansız predmetlərin çəkilməsi qadağan deyil və bunun üçün icazə almaq da tələb olunmur.

Əgər market sahibi bunu şifahi şəkildə qadağan edirsə, görünür ki, nədənsə çəkinir. Məsələn, ərzağın keyfiyyətindən və yaxud xidmətin səviyyəsindən, məkanda gigiyenik qaydalara yetərincə əməl olunmasından  arxayın olmadıqda, bu zaman şifahi şəkildə qadağan edir. Həmçinin qanunda nə mülkiyyətçi, nə də şəkil çəkən üçün hansısa məsuliyyət nəzərdə tutulmayıb".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR
17 Noyabr 2024 İstanbulda naməlum şəxslər polisə molotov kokteyli və partlayıcı atıblar
17 Noyabr 2024 Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
16 Noyabr 2024 “Mətanət-A” şirkəti hakim qarşısında

Dünyapress TV

Xəbər lenti