Ardını oxu...
Martın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Onun yerinə sədr müavini Azər Məmmədov təyin olunub.

Son zamanlar “Azəriqaz”la bağlı narazılıqların, qazsızmadan, dəm qazından ölənlərin sayının artması fonunda Ruslan Əliyevin vəzifəsindən azad edilməsi diqqət çəkir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı (NHMT) rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, “Azəriqaz”a sədr təyin edildikdə sahə üzrə peşəkarlığı yoxlanılmalıdır:

“Şirkət abonent qarşısında onu fasiləsiz, təmiz qazla təmin etmək barədə öhdəlik götürür. Bir neçə gün əvvəl Lökbatanda dəm qazından zəhərlənmə faktı qeydə alındı. Ümumiyyətlə, dəm qazı artıq fəlakətə çevrilir. Səbəbi da odur ki, müvafiq məsələlərə səhlənkar yanaşırlar. Quyudan çıxan qaz birbaşa əhaliyə verilmir. Onun tərkibi təmizlənmədən əlavə maddələr vurulur. Bu, yolverilməzdir, burada hər şey xüsusi cihazlarla yoxlanılmalıdır.

Ruslan Əliyevin vəzifədən uzaqlaşdırılmasının tək səbəbi dəm qazından zəhərlənmələrlə bağlı deyildi. Burada sayğaclarla əlaqədar problemlərin də təsiri var. Dəm qazından zəhərlənmə halı gözardı edilməməli, parlamentdə müzakirəyə çıxarılmalıdır. Səbəbkarlar məsuliyyətə cəlb edilməlidir”.

Hüquq müdafiəçisinin sözlərinə görə, SOCAR rəhbərliyi yeni komanda formalaşdırmadan öncədən nəzərdə tutulan vəzifəyə hər hansı şəxsi müşavir kimi göndərirlər:

“Yeni sədr Azər Məmmədov öz komandasını formalaşdıracaq. “Azəriqaz” əhalini qeyri-qanuni cərimələməsi, qaz borularının çəkiləcəyi yerlərin dəyişdirilməsi və bu kimi məsələlərlə yadda qaldı. Ümumiyy
         
Ardını oxu...
İran indi də ölkəmizdə milli və etnik zəmində sabitliyi pozmağa çalışır.

Xezerxeber.az xəbər verir ki, İslam Azad Universitetində "Talış - İran mədəniyyəti və tarixinin aynasında" adlı konfrans keçirilib. Dırnağarası "Talış Muğan Respublikası mühacir hökumətinin prezidenti" kimi çağırılan Boris Talışinski konfransda əsas məruzəçi qismində çıxış edib. O “Şimali Talışıstan"ın ölmüş "prezident"i kimi qələmə verilən Ələkrəm Hümbətovun varisi olaraq təqdim edilib. Bütün bu məlumatları isə İranın əsas xəbər Agentliyi olan İRNA paylaşıb.

Boris Talışinski bu siyasi və mədəni tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edərək vurğulayıb ki, "İranın əziz Talışlarının Şimali Talaşistandakı qardaş və bacıları üçün narahat olmağa haqqı var və bu, insan hüquqları ilə eynidir."

Şimali Talışıstan haradır? Dırnağarası "Talış Muğan Respublikası" tarixin arxivinə qovuşmadımı?

İran yenidən bu məsələni gündəmə gətirməklə nə etmək istəyir, aydındır. Bu konfrans açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə təhdiddir və milli maraqlarına zidd məqsədlər daşıyır.

 
 
 
Ardını oxu...
Royal Air Maroc aviaşirkətinin Moskva -Kasablanka reysi ilə uçan AT221 təyyarəsi göyərtəsində baş verən insidentdən sonra Mərakeşin Tangier şəhərində məcburi eniş edib.

32gun.az xəbər verir ki, bu barədə “Moskva danışır” radiostansiyası reysin sərnişinlərinə istinadən məlumat yayıb.

Vətəndaşların sözlərinə görə, uçuş zamanı mühərrikdə qəfil partlayış baş verib, bundan sonra təyyarə əyilib və Cəbəllütariq üzərində kifayət qədər aşağı hündürlükdə uçub . Bundan sonra ekipaj təcili eniş elan edib. Tezliklə təyyarə Tangierə eniş etdi.

Sərnişinlərin jurnalistlərə verdiyi məlumata görə, təyyarənin başqa yerə uçmayacağı açıqlanana qədər onlar təxminən iki saat təyyarədə saxlanılıblar.
 
Ardını oxu...
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev deyib ki, parklanma həm də şəhər mərkəzinə ediləcək nəqliyyat səfərlərinin sayının azalmasına yönəlib: “Parklanma tətbiq etdiyimiz küçələr daha səliqəli olub”.

Ümumiyyətlə, bugünkü reallıqda parklanma tətbiq edilən küçələrdə tam səliqə-sahman yaratmaq mümkündürmü?

Məsələ ilə bağlı TNS-ə danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, parklanma məsələsi əvvəl-axır həll olunmalı idi və artıq proses paşlayıb: “Yaxşıdır ki, artıq proses gedir, “AzParking” MMC yaradılıb. Parklanma ilə bağlı yeni layihənin tətbiqindən sonra həqiqətən şəhərdə səliqə-sahman yaranıb. Bu da onu göstərir ki, parklanma ilə şəhərdə səliqə-sahman yaratmaq praktik cəhətdən mümkündür və yəqin ki, proses daha da sürətlənər”.

Ekspert bu sahədə olan problemdən və vətəndaşları narazı salan vəziyyətdən də danışıb: “Parklanma özü yaxşı mobil tətbiq olsa da, vətəndaşların müəyyən şikayətləri var. Onların əsas şikayətləri odur ki, yaşadıqları ərazidə avtomobil saxlayarkən onlara güzəşt tətbiq edilmir, qeydiyyat tələb olunur. Bu, qeyri-qanunidir. Qanuna əsasən, vətəndaşlar yaşayış yerinə görə güzəşt talonları əldə etməlidirlər. Yəni, qanunda güzəşt qeydiyyat yerinə yox, yaşayış yerinə görə yazılıb. Amma “AzParking”də müəyyən məsul şəxslər var ki, qanunu pozaraq, bunun yaşayışa görə yox, qeydiyyata görə olduğunu deyirlər və vətəndaşların hüquqlarını pozurlar. Ümid edirəm ki, bu məsələ yaxın vaxtlarda həll edilər və vətəndaşlar incidilməz”.
Ardını oxu...
Fevralın 9-da keçirilən prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklərin olacağı gözlənilsə də, bu ehtimallar özünü doğrultmadı. Kabinənin yalnız 2 üzvü - Ədliyyə naziri Fikrət Məmmədov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vəzifəsini itirdi.

Xatırladaq ki, Fikrət Məmmədovun 69, Mübariz Qurbanlının isə 70 yaşı var. İki nəfər yaşlı məmurun vəzifədən getməsi hökumətdə təmsil olunan və pensiya yaşına çatmış digər kabinə üzvlərinə də tezliklə “yaşıl işıq” yandırılacağına dair versiyaların ortaya çıxmasına səbəb olub.

Yenisabah.az bildirir ki, hazırda kabinənin 5 üzvü pensiya yaşına çatıb. Amma onlardan hələlik ikisinin - Baş nazirin birinci müavini Yaqub Eyyubovun və Baş nazirin müavini – Əli Əhmədovun yola salınması məqsədəuyğun sayılıb. Penisya yaşına çatmış digər kabinə üzvlərinin isə hələ bir müddət hökumətdə təmsil olunacağı gözlənilir.

Pensiya yaşını keçmiş hökumət üzvlərinin siyahısını təqdim edirik:

Baş nazir Əli Əsədov - 68 yaş

Baş nazirin birinci müavini Yaqub Eyyubov - 79 yaş

Baş nazirin müavini Əli Əhmədov - 71 yaş

Müdafiə naziri Zakir Həsənov - 65 yaş

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov - 70 yaş
 

Ardını oxu...
Əslində bu kimi faktlar həm də özbaşınalığın, yəni həm də nəzarətsizliyin əlaməti kimi ortayaçıxmaqdadır.
Söhbət ayrı-ayrı iaşə obyektlərinin müştərilərə asronomik qiymət təklif etməsindən gedir.

Dia-az.info bildirir ki, bu dəfə şikayətçi düşən narazzı vətəndaş Aydın Rəhimzadənin sosial şəbəkələrdəki gileyi kifayət qədər icimailəşmə fürsəti də qazanıb.

Narazı vətəndaş yazır:

"Bakıdakı "Mənzərə" restoranında 5 fincan çay, 3 paxlava, 1 şüşə "Sirab"a görə hesab - 117 manat..."

Ardını oxu...

Hər halda, bu faktı gərəkən qurumlar dələduzluq kimi də qiyymətləndirib ölçü götürə bilərlər... Əgər istəsələr...

Əks halda, geniş vüsə alacaq... necə ki, almaqdadır...
 
Ardını oxu...
Cənab nazir!
Bir neçə gün bundan öncə həyat yoldaşım, Mingəçevir şəhər 2 saylı musiqi məktəbinin müəlliməsi 3 yaşlı övladımın qarşısında məni bıçaqlayıb. Hadisə ilə bağlı Bərdə RPŞ - də cinayət işi açılıb. Qeyd edim ki, həyat yoldaşım olan müəllimə psixoloji vəziyyəti ağır olduğundan bundan öncə də səbəbsiz olaraq şüşə ilə öz qollarını doğramışdır.
Cənab nazir!
Hadisədən sonra həyat yoldaşım olan müəllimə heçnə olmamış kimi gedib məktəbdə dərs deyib. Təsəvvür edirsiniz, bu nə deməkdir? Sabah kim zəmanət verə bilər ki, öz həyat yoldaşını bıçaqlayan müəllimə məktəbdə şagirdlərə nələr etməz? O necə tərbiyə, təhsil verə bilər?
Yaşar Nuriyev,
Bərdə rayon Koroğlu küçəsi ev 27
Sakit Muradov
Ardını oxu...
 
Ardını oxu...
Şotlandiyanın Qlenmullen limanında “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisində kiçik yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “UK Defence Journal” ixtisaslaşmış portalı mənbələrə istinadən məlumat yayıb.

Yanğın zamanı insan itkisi qeydə alınmayıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, yanğın tez bir zamanda nəzarət altına alınıb və söndürülüb.

“HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisi 2017-ci ildə Britaniya donanmasına istismara verilib.
Ardını oxu...
Azərbaycan Texniki Universitetinin tələbəsi Nihad İsmayılov vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.

Bildirilib ki, o, uzunsürən xəstəlikdən sonra vəfat edib.

Onun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsində təhsil aldığı qeyd olunub.
Ardını oxu...
 
Ardını oxu...
Bura Azərbaycandır: əzəmət və vahimə bir arada

Tovuz rayonunun Qəribli kəndinin ərazisində yerləşən Haçaqaya dağı əsrarəngiz təbiət hadisələrindəndir. Bir-birindən ayrı düşən 3 böyük qaya parçası buranı möcüzəvi bir məkana çevirir.

İnsanlar buraya qurban kəsmək, arzularının yerinə yetməsi üçün dua etmək, bir çoxları isə sadəcə möcüzəvi təbiət abidəsini izləmək üçün üz tuturlar. 2200 metr yüksəklikdə yerləşən Haçaqaya bölgənin ən sınanmış ziyarətgahlarından hesab edilir.

Əfsanəyə görə, IV Rəşidi xəlifəsi Əli ibn Əbu Talibə xəbər çatır ki, Tovuz-Qazax ellərində Salsal adlı bir pəhləvan müsəlmanlara zülm edir. Buna görə Azərbaycana gələn Həzrəti Əli Haçaqaya dağlarında Salsal pəhləvanla üz-üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirsə də, Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə bölünür və Haçaqaya yaranır.

Yay aylarında buraya hər gün onlarla ziyarətçi üz tutur. Qışda isə ərazidə tam sakitlik hökm sürür. Bu sükutu yalnız qayaların arasında yuva qurmuş qarğalar pozur. Bu da, onsuz da əzəmətli görünən qayalara bir az da vahimə qatır.

AYNA oxucularına Haçaqayadan çəkilmiş qış fotolarını təqdim edir:

Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə - Xəlifənin qəzəbindən yaranan möcüzə -
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Müəllif: İlham Mustafa
 
 
 

Dünyapress TV

Xəbər lenti