Ardını oxu...
Həbsxanada ölən rusiyalı müxalifətçi Aleksey Navalnı həbsxanada zəhərlənə biləcəyindən ehtiyat edirdi.

Azpost.info xəbər verir ki, bunu onun keçmiş vəkili Olqa Mixaylova bildirib.

“O, mənə deyirdi ki, paranoyak görünməkdən qorxuram, amma deyəsən burada məni zəhərləyirlər. Həbsxanadan çıxan kimi dərhal bu barədə “Tviter”də yazdım”, – vəkil deyib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Rusiya Baş prokuroruna, Federal Penitensiar Xidmətin direktoruna və Rusiyadakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya da şikayət etmişdi.

Ardını oxu...
Bakıda yerləşən "PİON LOUNGE" restoranının qarşısında sözün əsl mənasında özbaşınalıq yaşanır. Bu barədə dia-az.info-ya müraciət edən sakinlərin sözlərinə görə, restorana gələnlər avtomobillərini yolun hərəkət istiqamətində saxlayaraq, digər hərəkət iştirakçılarına maneə olurlar.

Yolun restorana gələnlər tərəfindən zəbt edilməsi səbəbindən saatlarla tıxaclar əmələ gəlir.

Nəticədə sürücülər mənzil başına vaxtında yetişə bilmirlər. Elə bu səbəbdən də dia-az.info-ya müraciət edən şikayətçilər aidiyyatı qurumlardan problemi kökündən həll etmələrini xahiş edirlər.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Elm və təhsil naziri Emin Əmrullayev 8 Mart — Beynəlxalq Qadınlar Günü münasibətilə tabeliyində çalışan əməkdaşları təbrik edib.

İctimaimedia.az xəbər verir ki, nazirin bayram təbrikindən təkcə qadınlara deyil, kişilərə də «pay» düşüb.

Bununla bağlı kişi müəllimlərindən biri özünün sosial şəbəkə hesabında paylaşım edib. O, bunun texniki xəta olduğunu vurğulayaraq nazirin bu hərəkətindən incimədiyini bildirib.

Məsələyə münasibət bildirən bəzi sosial şəbəkə istifadəçiləri naziri növbəti 8 martda daha diqqətli olmağa səsləyiblər.

Həmin paylaşımı təqdim edirik:
Ardını oxu...
 
Ardını oxu...
Kataloniya İnsan Paleoekologiyası və Sosial Təkamülü İnstitutundan (IPHES) və Merida Arxeologiya İnstitutundan ispan arxeoloqları İspaniyanın şimal-şərqində 4 min il məzar yeri kimi xidmət edən mağara tapıblar.

Həm qədim insanlar, həm də neandertallar tərəfindən istifadə edilmişdir.

Araşdırma LiveScience elmi nəşrində dərc olunub.

Alimlərin fikrincə, Barselonadan 90 kilometr aralıda yerləşən Cova dels Charagals mağarası (Dəryanlar mağarası) təxminən 7 min il əvvəl məzarlığa çevrilib. Təbii yeraltında 7 mindən çox sümük aşkar edilib. Ən erkən tapıntılar Daş və Mis dövrlərinin başlanğıcına aiddir.

Mənbə: Haberler.com
 
Ardını oxu...
Müxtəlif əmlak elanları saytlarında yerləşdirilən məlumatlar, xüsusilə kirayə verilən evlərin çeşidliliyi vətəndaşları cəlb etsə də, çoxları sonunda dələduzluqla üzləşirlər. Əmlak alqı-satqısı ilə məşğul olduğunu söyləyən şəxslər elanı yerləşdirdikləri sayta əlaqə nömrələrini də yazır və ev axtaran şəxs həmin nömrə ilə əlaqə saxladıqda, ondan öncədən və onlayn şəkildə beh ödənilməsi istənilir. Üz-üzə gəlmədiyi, tanımadığı bu şəxsin həqiqətən ev alqı-satqısı, kirayəsi ilə məşğul olduğuna inanan vətəndaş onun bank hesabına əlli, bəzən də yüz manat məbləğində pul göndərir. Ardınca həmin elan nömrəsi dərhal saytdan silinir və şəxs vətəndaşın nömrəsini bloklayaraq, yoxa çıxır...
Adının qeyd olunmasını istəməyən bir vətəndaş saytımıza müraciət edərək, başına belə bir hadisənin gəldiyini bildirib. O, qeyd edib ki, kirayə ev axtarmaq məqsədilə daxil olduğu əmlak saytlarından birində özünü "makler" kimi tanıdan xanım, əlində bir neçə kirayə ev qaldığını və bir neçə günə əlindən çıxacağını bildirərək, ondan yüz manat məbləğində beh istəyib, daha sonra da bank hesabını vətəndaşa göndərib. Onun həqiqətən "makler" olduğuna inanan vətəndaş sadəlövhlüklə həmin bank hesabına yüz manat göndərib. Bundan sonra onun nömrəsi dərhal bloklanıb və saytdakı həmin kirayə ev elanı silinib. Zərərçəkən bundan sonra polisə müraciət edərək, ona dələduzluqla zərər vuran şəxsin əlaqə nömrəsini və bank hesabını hüquq-mühafizə orqanına verib.

Əmlak satışı və ya kirayəsini həyata keçirən saytlara, onların elanlarına etibar etmək olarmı?
Burada istənilən şəxs özü üçün hesab açaraq, istənilən məlumatı - yalan, ya gerçək -paylaşa bilir və buna görə ondan heç bir sənəd, doğrulayıcı məlumatlar tələb olunmur. Hərdən paylaşdığı elana müəyyən qədər pul ödəyərək, onu "önə çəkir". Elan saytları bu elanların doğruluğunu yoxlamır. Elanı paylaşanların kimliyi yox, elan üçün sayta verdikləri pul sayt sahibləri üçün daha önəmlidir. Kim bilir, bəlkə də elə bu cür saytlarla vətəndaşlara qarşı dələduzluq edən möhtəkirlər çox zaman əlbir hərəkət edirlər. Bu da ehtimallardan biridir. Hər bir halda vətəndaşlar onlayn şəkildə paylaşılan elanların cazibəsinə qapılaraq, möhtəkirlərin qurbanına çevrilməməli və bu hadisələrə qarşı ayıq-sayıq olmalıdırlar.

Məsələ ilə əlaqədar Bizimyol.info xəbər portalına şərh verən əmlak eksperti Ramil Qasımzadə belə elan saytlarına qarşı vətəndaşları diqqətli olmağa çağırıb.

"Vətəndaşlar birmənalı şəkildə bilməlidirlər ki, əgər onlardan hər hansı şəkildə beh tələb olunursa, bu tələb fırıldaq niyyətlədir və möhtəkirlərin, dələduzların əməlləridir. Elandakı kirayə mənzilə görə beh göndərilməsi qəti şəkildə yolverilməzdir. Vətəndaşlar elan saytlarında "şübhəli" elan görürlərsə, həmin nömrə ilə əlaqə saxlasınlar. Sonra ilk növbədə evə baxış keçirilsin. Hətta bu zaman da pul verməyə tələsməsinlər. Mütləq mənada əmin olsunlar ki, evin sahibi ilə danışırlar. Yəni o evin çıxarışı tələb olunsun. Həmin evin çıxarışı ilə ev sahibinin şəxsiyyət vəsiqəsini tutuşduraraq, yoxlasınlar. Eyni zamanda, həmin ev sahibi ilə mütləq qaydada kirayə müqaviləsi bağlasınlar. Notarial qaydada sənədləşmə həyata keçirilsə, daha yaxşı olar. Yalnız bundan sonra evi kirayələnməsi təhlükəsiz sayıla bilər.

Məlum olduğu kimi, özlərini ev alqı-satqısı ilə məşğul olanlar, el dili ilə desək, "makler"lər və rieltorlar kimi qələmə verənlər tərəfindən də belə dələduz, fırıldaq əməllərinə yol verilir. Bəzən olur ki, hətta hüquq-mühafizə orqanları da belə möhtəkirlərlə mübarizədə yetərsiz qalırlar. Dələduzları tapmaq olmur, saxta nömrələrdən istifadə edirlər. Həmin nömrələr heç öz adlarına da olmur. Ona görə də vətəndaş belə məsələlərdə özü ayıq-sayıq olmalıdır. Heç bir halda onlayn şəkildə tapılan bir elanla bağlı kiminsə bank hesabına vəsait yatırılmamalıdır".

Bəs kirayə ev axtaran vətəndaş belə vəziyyətlərdə - yəni ondan beh istənilən zaman hansı hüquqlara malikdir?
"Belə halla rastlaşan vətəndaş, mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Həmin orqanlar göndərilən bank hesabının kimə məxsus olmasını təyin etməlidir, bundan sonra da həmin dələduzu məsuliyyətə cəlb etməlidir. Burada möhtəkirlikdən, insanların etibarından sui-istifadədən söhbət gedir. Ona görə də bir mənalı olaraq, zərərçəkmiş şəxs hüquq-mühafizə orqanlarına, xüsusilə ərazi üzrə polisə müraciət etməlidir" - deyə, əmlak eksperti qeyd edib.
 
Ardını oxu...
Azərbaycan cəmiyyəti və mətbuatı biri-birini tamamlayan vəziyyətdədir. Mətbuat öz funksiyasını itirdiyi üçün yerini sosial şəbəkələrə, bloggerlərə verib. Artıq elə bir hədd yaranıb ki, nə mətbuatın funksiyası bilinir, nə də sosial şəbəkələrin, nə olar qalıb, nə də olmaz. Qanun və qaydaları elə bunu qorumalı olanlar özləri pozur, həmçinin MEDİA-nın nəzarətində olan media subyekləri...

Burası ilə hələlik işim yox.

Son 1 ayda ölkə gündəmini bir neçə hadisə zəbt etdi. Əvvəl Əhmədin bütün ailəsini öldürməsi, ardınca məktəbli qızların tərbiyyəsizliyi və Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun evlənməsi...

İlk iki hadisə barədə araşdırma aparılır deyə onlar barəsə sonra...

Amma üçüncüsündən danışacam - Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun evlənməsindən. İlk öncə icra başçısını təbrik edirəm, xöşbəxtlik arzulayıram. Ailə qurmaq hər bir insanın konstitusion hüququdur.

Amma...

Əmma budur ki, görəsən, icra başçısı Seymur Orucov özünə sual vedimi ki, insanlar, mətbuat bir insanın evlənməsini niyə bu qədər müzakirə etdi? Seynur adlı bir Azərbaycan vətəndaşının ailə qurnası niyə bu qədər müzakirə olunmalı idi? Bu müzakirərin səbəbi nə idi? Başçı Orucov bu suala cavab axtardımı? Tapdımı?

Məncə Orucov bu sualların cavabını bilmir, bəlkə heç ona maraqlı da olmayıb, amma ümumi eşitdiklərimizdən belə bəlli olur ki, bərk narahat olub. Ola bilsin ki, Orucov beləı hesab edə bilər ki, müzakirələrin səbəbi 4 övlad atası olmasında, ikinci dəfə evlənməsində, hətta icra başçısı olmasındadır.

Qətiyyən elə deyil... Əsas səbəb onun məmur qohumu, məmurun sabiq kürəkəni və ən nəhayət icra başçısı postuna qədər necə gəlib çıxmasındadır. Bu ölkədə məmurlara qarşı bir aqressiya var, onların fəaliyyətinə, işinə şübhə ilə yanaşılır. Niyə? Çünki, bizim ölkəmizdə "məmur demək rüşvət deməkdir" hesab olunur. Bizim ölkəmizdə məmurlar öz işlərini ya düzgün qura bilmir, ya da öhdəsindən gələ bilmir. Bizim ölkəmizdə insanların düşüncəsinə görə, sahibsiz, kasib adam 22 yaşında prorektor ola bilməz. Olmaq üçün mütləq qaynatan rektor, dayın Möhbalıyev olmalıdır.

Üstəlik Seymur Orucov kasıb məmur da deyil. Deyilənə görə, kefin istəyən biznesi var. Üstəlik də Azərbaycanda ən pullu qurumlardan olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin bacısı oğludur. Seymur Orucovu bu mərhələyə gətirən elə dayı Möhbalıyev olub. Həmkarlar İttifaqları Konfederasiyasında yüksək vəzifə, 22 yaşında prorektor, olmaq üçün dayı və sabiq qaynataya münnətdar olmaq lazımdır. Amma o, dayısına minnətdar olsa da, qaynatasına ola bilmədi... Bu da bir qismətdir, bəzən həyat yolunda yollar ayrılır. Təki gələcək uğurlu olsun...

Ən nəhayət, yenidən qayıdaq əvvəlki suala... Bu cəmiyyət Seymur adlı bir Azərbaycan vətəndaşının ailə qurmasına niyə məlum reaksiyanı verdi?

Çünki o MƏMURdur... Özü də məmur dayının məmur bacısı oğlulu, üstəlik, biznesmen məmur.

İndi Seymur Orucovun başqa bir arzusu da var. Bakıdakı rayonların birinə icra başçısı gəlmək. Pis arzu deyil, arkadaş...

Bizimxeber.az
 
Ardını oxu...
Xırdalan şəhəri, Məhəmməd Əmin Rəsulzadə ünvanında yerləşən çoxmərtəbəli bina 18 ildir ki, sakinlərə təhvil verilmir.

Hətta onlar iddia edirlər ki, bir mənzil iki-üç nəfərə eyni anda satılıb.

Hazırda isə binanın aqibəti ilə bağlı yeni qərar verilib, lakin vətəndaşlar mövcud vəziyyətdən narazıdırlar.
Daha ətraflı “ATV Xəbər”in süjetində:

 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qida sektorunda fəaliyyət göstərən “Agro Alliance” MMC barəsində araşdırma aparır.

Yeniavaz.com xəbər verir ki, Dövlət Xidməti “Agro Alliance” MMC tərəfindən “İmperial Teas (PVT) LTD” şirkətinə məxsus “İmpra Tea” əmtəə nişanından qanunsuz istifadə edilməsi ilə bağlı şikayəti araşdıracaq.
Qeyd edək ki, “Agro Alliance” MMC barəsində şikayəti patent üzrə müvəkkil təyin olunan Tura Yaqubova qaldırıb.
Bildirilir ki, hazırda Dövlət Xidmətinin apardığı araşdırma “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddəsinin 2-ci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.
Qeyd edək ki, 2019-cu ildə təsis olunan “Agro Alliance” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Cəfər Firuddin oğludur. 2021-ci ildə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Agro Alliance” MMC tərəfindən İraqdan ölkəmizə idxal edilən 23,5 ton quru xurma məhsulunda da kif göbələyi aşkarlayıb.
 
Ardını oxu...
Məşhur avstriyalı keçmiş Formula 1 yarışçısı (pilot) Gerhard Bergerin 28 il əvvəl oğurlanmış “Ferrari”si saz vəziyyətdə tapılaraq qaytarılıb.

Ölkə.Az xəbər verir ki, bununla bağlı İngiltərə posili açıqlama yayıb.

Bildirilir ki, 1995-ci ilin aprelində İtaliyanın İmola şəhərində keçirilən San Marino Qran Prisindən sonra izdiham zamanı Formula 1 pilotunun “Ferrari”si oğurlanıb, lakin 28 il sonra Gerhard Bergerə məxsus qırmızı rəngli “Ferrari” F512M model lüks avtomobili tapılıb.

Avtomobil Londonda tapılmadan əvvəl Yaponiyaya səfər edib.

Açıqlamada qeyd olunub ki, “Ferrari” 2020-ci ilin yanvarında Birləşmiş Krallıqdakı bir broker vasitəsilə ABŞ-li tərəfindən satın alınıb. Lakin aparılan yoxlama nəticəsində oğurlandığı ortaya çıxıb.

Bununla bağlı polisə məlumat verilir və araşdırma nəticəsində oğurlanan avtomobil Gerhard Bergerə məxsus olduğu ortaya çıxıb. Bundan sonra "Ferrari"nin İngiltərədən ixracının qarşısı alınaraq ingilis polisinə təhvil verilir.

Təhqiqata rəhbərlik edən polis məmuru Mayk Pilbeam verdiyi açıqlamada deyilir ki, təxminən 350 min funt sterlinq dəyərində olan “Ferrari” 28 ildən artıqdır, itkin düşmüşdü.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Sahibsiz itlər mövzusu bütün müsbət dəyişikliklərə və daha müsbət gözləntilərə baxmayaraq, hələ də aktual olaraq qalır. Bakı və ətraf kəndlərin sakinləri sahibsiz itlərin sayının artmasından, eləcə də heyvanların insanlara hücumlarının çoxalmasından şikayətlənirlər.

Martın 3-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu kəndində doqquz yaşlı uşağa it hücumu ilə bağlı zəng daxil olub. Həkimlər uşağın bədənində çoxsaylı kəsiklər qeydə alıblar. O, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub. Hazırda reanimasiya şöbəsindədir və vəziyyəti ağır qiymətləndirilir.

Belə hallar kifayət qədər tez-tez təkrarlanır. Məsələn, Masazır qəsəbəsinin sakinləri bu qəsəbənin sahibsiz itlərin nəzarəti altında olmasından şikayətlənirlər. Eyni sözləri Xırdalan şəhəri haqqında da demək olar.

Aşağıdakı videogörüntülərdən də göründüyü kimi, küçə itləri günorta saatlarında şəhərin sıx küçələri ilə sakitcə gəzərək, yoldan keçənlər üçün təhlükə yaradır. Gecələr isə yemək üçün zibil qablarını dolanan bu itlər şəhər sakinlərini dəhşətə gətirir.

Fakt budur ki, sürətlə böyüyən şəhərdə kommunal xidmətlər zibil probleminin öhdəsindən gələ bilmir. Zibil qutularını boşaltdıqdan bir neçə saat sonra yenidən dolur. Sahibsiz itləri cəlb edən məhz budur. Gördüyümüz kimi, bir problem digərinin yaranmasına səbəb olur.

Zibil itləri cəlb edir, onlar sürü halında yığılır və sonda heyvanlar özlərinin ərazisi hesab etdikləri ərazini qorumağa başlayır. Sahibsiz itlər üçün təbii olan bu davranış çox vaxt insanlara hücumların səbəbi olur.

Bundan əlavə, sahibsiz itlər insanlar və heyvanlar üçün ümumi olan patogenlərin mənbəyidir. Çox vaxt infeksiya xəstə heyvanların və ya daşıyıcıların sağlam olanlarla təması nəticəsində baş verir, bu baxımdan itlərin böyük sürüləri ən böyük təhlükə yaradır.

Bununla belə, viruslar təkcə birbaşa təmasda deyil, dolayı yolla da ötürülə bilər: hava, su, qulluq vasitələri, ayaqqabı və insan geyimləri.

İtlərin daşıdığı ən təhlükəli xəstəlik quduzluqdur. Yaşayış məntəqələrində sərbəst hərəkət edən sahibsiz itlər vəhşi heyvanların (quduzluq daşıyıcılarının) hücumlarına daha çox həssasdır və bununla da xəstəliyin daha da yayılması üçün təhlükə yaradırlar.

Oxucular ola bilər ki, qaldırılan problemi heç də təhlükəli saymadıqlarını, yazıq heyvanların günahı olmadığını, onlara yem verilməli olduğunu, o zaman insanlar üçün təhlükəsiz olacaqlarını düşünürlər. Amma eyni zamanda, başqa oxucular da deyə bilər ki, sahibsiz itlər insan həyatı və sağlamlığı üçün real təhlükə yaradır.

Sahibsiz itlərin sürüləri ərazidə gəzərkən, insanlar özləri və yaxınları üçün qorxaraq özlərini təhlükəsizlikdə hiss etməyəcəklər. Hər halda Masazır kəndi və Xırdalan şəhərinin daxil olduğu Abşeron rayonunda Sahibsiz Heyvanlara Qulluq Mərkəzinin açılması nəzərdə tutulur. Amma bu Mərkəz açılana qədər yerli sakinlər təhlükə altındadır və Qobu kəndində baş verən son hadisə də bunu təsdiqləyir.
AYNA.az
 

Dünyapress TV

Xəbər lenti