Türkiyənin Van bölgəsində Burukilər nəslinin möhtəşəm toy mərasimi keçirilib. İş adamı Gökhan Bayramoğlunun qardaşı Özgür Bayramoğlu iş adamı Abidin Anteroğlunun qızı Elif Anteroğlu ilə ailə qurub. 7 min adamın qatıldığı toyda 100-ə yaxın xırdabuynuzlu heyvan kəsilib. Mərasimdə aşirət liderləri, QHT rəhbərləri, iş adamları iştirak edib. Toyda bəyə 12 milyon lirə ( təxminən 605 min manat) nağd pul, gəlinə isə 3 kilo qızıl verilib. 15 nəfər süfrəyə qoyulan pulları sayıb. Toy mərasiminin sonunda açıqlama verən ağsaqqallar Yasin Ertaş və Yunus Dəmirəl toyda iştirak edən hər kəsə təşəkkürlərini bildiriblər.