Ardını oxu...
Bakının Xətai rayonu, Yusif Səfərov ünvanında yerləşən birmərtəbəli yaşayış evləri və obyektlər sökülür.
Sahibkarlar və sakinlər iddia edirlər ki, kompensasiya ilə bağlı heç bir razılıq əldə olunmayıb.
Onların sözlərinə görə, bir neçə gün öncə məlumat vermədən ərazini hasara alıblar.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, vətəndaşların əmlakları sökülürsə, bu birinci danışılmalı və razılaşdırılmalıdır:

“Bəzi şirkətlər vətəndaşla razılıq olmadan tikintinin aparılması ilə bağlı adiyyatı qurumlardan razılıq alırlar. Mövcud vəziyyətdə tikinti şirkətləri daha çox qəzalı kimi qeydə alınmış istər çoxmənzilli hündürmərtəbəli yaşayış evləri, istərsə də fərdi həyət evləri olan yaşayış massivlərindəki əraziləri sökürlər. Əgər qəzalıdırsa, qəzalı olması ilə bağlı Fövqəlada Hallar Nazirliyi və ya digər qurumlar rəy veribsə, o ərazi sökülməlidir. Vətəndaşlara veriləcək kompensasiyalar vətəndaşlar ilə razılaşdırılmalıdır. Söküntü iki formada aparılır. Birinci dövlət ehtiyacı üsulunda alınan torpaqlar. Burada avtomobil yolu çəkilə, körpü tikilə və park salına bilər. Dövlət ehtiyacı üçün həmin əmlaklar alınırsa, bu əmlaklar bazar qiyməti ilə qiymətləndirilir və 20 faiz artıq vətəndaşa kompensasiya verilir.İkinci isə əgər tikinti şirkəti söküb bina tikəcəksə, vətəndaşlara kompensasiya olaraq pul yox, tikdiyi binalardan mənzil verir. Söküb yeni tikili binalardan mənzil ilə təmin edəcəyi günə qədər həmin vətəndaşlara kirayə pulu və köç xərci ödənilir. Sonda da otaq sayına uyğun olaraq yeni tikilmiş binadan, ümumi sahəsi böyük və tam təmirli mənzil ilə təmin edir.”
 
 
 

Ardını oxu...
Bakı Ağır Cinayətlər Məhkəməsində talassemiyalı uşaqların müalicə pullarını mənimsəyən dəstənin üzvü həbs olunub.

Musavat.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və https://Sonxeber.az/adminana.php?modul=news&act=add#aicazedigər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədova çıxarılıblar.

Prosesdə zərərçəkmişlər - Şahbacı İsayeva 28 min 274 manat, Şahid Mövsümov 20 min 868 manat və Vüqar Eminov 28 min manat mülki iddia qaldırıblar. Təqsirləndirilən şəxslər və vəkilləri mülki iddianın icraata götürülməsinə etiraz ediblər. Mülki iddia icraata qəbul edilib.

Hakim müttəhim Nuridə Seyidovaya sərbət ifadə vermək təklif olub. O, hazırkı mərhələdə ifadə vermək iqtidarında olmadığını deyib, gələcək iclaslarda ifadə verəcəyini söyləyib. Digər təqsirləndirilən Aynur Bayramova da hazırkı mərhələdə ifadə vermək istəməyib. O, xəstə olduğunu deyib.

Aysel Məmmədova isə sərbəst ifadəsində bildirib ki, Azərbaycan Beynəlxalq Universitetinin "Müalicə işi" fakültəsini bitirib, 7 il təhsil alıb. O deyib ki, Yevlax rayonunda 5 il sahə həkimi işləyib: "Öz ərizəmlə işdən çıxdım və Bakı şəhərinə gəldim. "Baku Medical" özəl klinikasında həkim işləməyə başladım. Xəstə yaxınları vasitəsi ilə 2022-ci ildən Aynuru tanıyıram. Özəl klinikada olduğum müddətdə xaricdə müalicə ilə məşğul olmuşuq. Bununla bağlı lisenziyanın olub-olmadığını bilməmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra "Urmedhelp" və "My Doc Tour" adlı şirkətində həkim-ekspert köməkçisi işinə düzəlib. Deyib ki, beynəlxalq təşkilatların sponsorluğu vasitəsi ilə xəstələrin xarici ölkədə müalicə aparılması barədə danışıqları olub.

Hakim "işə düzələndə əmək müqaviləsində nə qədər maaş alacağınız göstərilmişdi" - deyə sual edib. Təqsirləndirilən şəxs əməkhaqlarının normal olduğunu, xəstə yaxınları tərəfindən klinikaya ödənilən vəsaitin 20-25 faizinin ona çatdığını deyib.

Aysel Məmmədova söyləyib ki, onlar tərəfindən siyahıya alınan xəstələrə Türkiyədə müalicə olunacaqları deyilib: "Mərkəzi Gömrük Xəstəxanasından həkim Mircəlal Kazımi qaraciyər və ilik transplantasiyası xəstələrini bizə yönləndirib. Nuridə və Aynur deyiblər ki, beynəlxalq təşkilatlar xəstələrin müalicə olması üçün ödənişlər edir. Mənim vəzifəm xəstə tapıb xaricə göndərmək idi. Onlardan bir-iki dəfə bu məsələnin necə həll edilməsini soruşmuşam. Deyiblər ki, sən bizim işlərimizə qarışma".

Aysel Məmmədova qeyd edib ki, bəzi həkimlərin vasitəsi ilə 20-yə yaxın xəstəni şirkətə cəlb edib, daha iki nəfər xəstəni isə şirkətə özü gətirib: "Xəstələr şirkətə yönləndirmə vasitəsi ilə cəlb olunublar. Mən xəstələrdən özüm pul götürməmişəm. Xəstə yaxınlarından pulları Toğrul adlı şəxs götürüb. Toğrul şirkətdə mühasib idi. Səkinə baş mühasib idi. Xəstə yaxınlarından alınan pullar şirkətin seyfinə qoyulub. Pulların taleyindən mənim xəbərim olmayıb".

Onun sözlərinə görə, eyni zamanda həkim Tariyel Əhmədov, Mərkəzi Klinik Xəstəxanasından Eldar adlı həkim də şirkətə xəstələr yönəldiblər.

İttihama görə, talassemiyalı xəstə uşaqların valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumilikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq.

Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını "Çinar Plaza"da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.

Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb.

Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb.

İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 min 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 min, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 min 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 min manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər.

Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib.

Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.

O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 min 500, Laura Həsənovadan 51 min, Günay Ağayevadan 25 min, Aytəkin İsayevadan 19 min, Elnaz Hacıyevadan 5 min, Faiq Nəcəfovdan 5 min 100 manat məbləğində pul alıb.

Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Proses mayın 15-də davam edəcək.
Ardını oxu...
Ulu öndər Heydər Əliyev anadan olmasının 101-ci ildönümündə hörmətlə anılır.

Oxu.Az xəbər verir ki, dövlət qurumlarının nümayəndələri, rəsmilər onun Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Xatırladaq ki, bu gün Azərbaycanın eks-prezidenti, ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il keçir.
Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev ili” elan olunub.

Nəzrin Vahid
 
Ardını oxu...
Xəzər rayonu, Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsində yaşayan sakinlər dörd ildir ki, zibil konteynerlərindən şikayətlənirlər.

Belə ki, əhali və yaxınlıqdakı iaşə obyektləri tullantılarını bura atır. Nəticə olaraq həyətin mərkəzində natəmizlik hökm sürür. Xüsusən də, isti havalarda bina üfunətə qərq olur.

Sakinlər iddia edirlər ki, yaranan vəziyyətdən dolayı bəzi sakinlər bu binadan köçüb gediblər.
Həmin əraziyə daxil olan 111 saylı mənzil istismar sahəsinin rəhbəri Zaman Qəribov bildirib ki, konteynerlərin ərazidə olması nəqliyyatın daha rahat çalışması üçündür və onların buradan götürülməsi məsələsinə baxılacaq.

Daha ətraflı Real TV-nin süjetində:

 
 
 
Ardını oxu...
"Dönərxanalarla bağlı agentlikdə daha genişmiqyaslı tədbirlər həyata keçirilir”.

Bunu Baku TV-yə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, dönərxanalar üçün yeni sanitariya norması hazırlanıb.

"Dönərxanalar tərəfindən çiy ətin hazırlanması qadağan ediləcək. Çiy ət yalnız sanitar-texniki tələblərə cavab verən ərazilərdə və istehsal sahələrində hazırlanacaq. Eyni zamanda yalnız baytarlıq nəzarətindən keçmiş çiy ətlərin hazırlanması həyata keçirilməlidir. Biz artıq bu tələblərin icrasına başlamışıq”, - deyə E.Mikayılov bildirib.

Qeyd edək ki, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə baş verib. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib. Məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Ətraflı süjetdə:

 
Ardını oxu...
“Azərbaycanda qida zəhərlənmələri əhalidən illər boyu gizlədilib və bu gün də davam edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Zaqatalada dönərdən baş vermiş zəhərlənmə haqqında danışarkən deyib.

Sədr bu gün dönərxanalarda problemlərin yaşandığını qiqqətə çatdırıb:

“Mən iki il AQTA-da İctimai Şurada oldum, daima məsələ qaldırdım ki, dönərxanalarda vəziyyət pisdir, onu düzəltmək lazımdır. Bəzən də mənim çıxışlarım AQTA-ın ironiyasına səbəb olurdu. Dönərxanalarda, xüsusən də quş ətindən hazırlanan dönərlərdə problem yaşanır. Problem təkcə ətdə deyil, eləcə də mayonez və onun tərkibində olan qatqılardır. Mayonez açıldıqdan sonra onun saxlama müddəti 5 saatdan artıq deyil. Mayonezlər dönərxanalara açıq şəraitdə gətirilir, harada və necə hazırlandığını bilən yoxdur. Bundan əlavə dönərxanalar isti bir yerdə, mayonezlər isə bütün günü isti şəraitdə saxlanılır. Eləcə də bu gündən sabaha qalan dönərlərdə də problem yaşanır. Şəraitindən asılı olmayaraq sabaha qalan dönər kiflənəcək”.

Eyyub Hüseynovun sözlərinə görə, sabaha qalan dönərlərin yoxlanılması üçün nəzarət sistemi olmalıdır:

“Ciddi çatışmayan problemlərdən biri qanunlardakı boşluqdur. AQTA-ın səlahiyyəti yoxdur ki, istəlinən yerə cəld müdaxilə edə bilsin. Mütləq AQTA-nın əsasnaməsinə dəyişiklik edilib, cəld reaksiya mexanizmi qurulmalıdır. Bürokratik yoxlama mexanizmi mövcuddur. Belə bir vəziyyətdə əlbəttə ki, zəhərlənmələr çox olacaq. Belə davam edərsə, biz uzunömürlülər siyahısından bir az da aşağı düşəcəyik”.

Sədr hesab edir ki, Zaqatalada zəhərlənmənin səbəbi də xammaldır:

“Dönərxanalar məhsulları eyni yerdən götürür. Bu güman ki, quş ətidir və orada çirklənmə baş verib. AQTA müəyyən araşdırmalar aparmalıdır. Təəssüflər olsun AQTA günahı istehlakçıların özlərində görəcək. Qida zəhərlənməsinin qeydiyyatı ölkədə düzgün aparılmır. Mükəmməl istehlakçı siyasəti formalaşmalıdır”.

Qeyd edək ki, mayın 7-də Zaqatala rayonunda 40 nəfərə yaxın adam toyuq dönərindən zəhərlənib.
 

Ardını oxu...
     

Ağdam sakini İbayev Səxavət baş memardan narazıdır.
Rayon sakini Ağdam İcra Hakimiyyətinin baş memarı Abdulalı Mehdiyevdən köməklik olmadığı üçün narazıdır.
Şikayətçi baş memarın biznesi və başına gələn oyunları video müraciətlə bildirib.

Qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.(yenigundem)

Daha ətraflı video materialda:

     

Ardını oxu...
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda ünvan qeydiyyatına alınmadan və viza müddətindən artıq (qanunsuz) yaşayan 6 əcnəbi saxlanılıb.

Əcnəbi iş adamlarının Azərbaycanda yaşama icazələri əldə etməsi üçün yeni tələblər- MÜƏYYƏN EDİLİB
FED.az xəbər verir ki, xidmətin yaydığı məlumatda bildirilir ki, həmin şəxslərin xaricdə turizm xidmətləri göstərən həmvətənləri tərəfindən 1000-1800 dollar qarşılığında Azərbaycanda işlə təmin etmək vədi ilə aldadaraq ölkə ərazisinə gəlmələrinin təşkil olunması müəyyən edilib. Əcnəbilər ölkəmizdə yaşayan, ali təhsil müəssisələrinin birində əyani təhsil alan digər həmvətənləri tərəfindən qarşılanaraq müxtəlif ünvanlarda yerləşdirilib. Onlardan 3 nəfərin iş icazəsi əldə edilmədən tikinti işlərinə cəlb olunduğu, digər 3 nəfərin isə iş icazəsi almaq vədi ilə aldadılaraq pasportlarının alındığı, şikayət edəcəkləri təqdirdə, həbs olunacaqlarına dair təhdid edildiyi müəyyən edilib. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Ümumilikdə, 2024-cü ilin aprel ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlər zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən 785 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 202 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdirilməsi və ya ölkəni könüllü tərk etmələri təmin olunub. Eyni zamanda ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olunması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 1598 inzibati qərar qəbul edilib.
Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.

 
Ardını oxu...
Bu gün rayon yollarında boş sahələrdə stadion boyda supermarketlər inşa edilir. Supermarketlərə daxil olarkən yüzlərlə müxtəlif əndrabadi adda araq növləri satılır.

FED.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin mayın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, halbuki hamısı Azərbaycan sexlərində qeyri-qanuni yollarla istehsal edilir və yalnız üzərində dəbdəli adlar yazılır: “Qiyməti də təxminən 3-4-5-6 manatdır. Hamı da görür ki, bu saxta araqdır. Az maaş alanlar da həmin araqları alır və nəticədə kütləvi zəhərlənmə baş verir".

Deputat qeyd edib ki, bir neçə yaxın dostu İrandan gətirilən spirtdən düzələn arağa görə həyatını itirib:

"Ümumiyyətlə saxta içkiləri kim buraxır, niyə nəzarət yoxdur? Hansı ki, hər ad bir lisenziyadır. Əgər Azərbaycan bu qədər araq istehsal edirsə, niyə kənara çıxa bilmirik?! Vaxtı ilə ölkəmiz Ağdam şərabı Rusiyanın hər bölgəsində satılırdı. Azərbaycan şərabları bu gün də var. Ən yaxın əlaqədə olduğumuz Şimali Qafqazda ancaq gürcü, erməni içkiləri görürük. Amma Azərbaycan istehsalı içkilər tapılmır. Halbuki Azərbaycan pulu hesabına oradakı sanotoriyalar özünü saxlayır. İdxal yoxdursa deməli ya keyfiyyət aşağıdır, ya da işi qura bilməmişik”. (Report)
 
Ardını oxu...
Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

AAYDA-dan verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazrın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.

Referans.az xatırladır ki, "Keşlə Bazarı"nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun "Koroğlu" stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəlidi.

"Keşlə bazarı"nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.

Mövzu ilə bağlı Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Referans.az-a açıqlamasında bildirdi ki, bu günə qədər bir çox dövlət layihələrinin icrasına görə Bakıda onlarla bazar və ya böyük obyektlər sökülüb:

“İstənilən halda hər hansı obyekt söküləcəksə, deməli bunun öncədən planlaşdırılması aparılıb. “Keşlə bazarı”nın sökülməsi uzun zaman tələb edir ki, bunu la bağlı ciddi araşdırmalar aparılsın və təxminən nə qədər infrastruktur lazımdır və s. Binə və Sədərək vaxtilə hava limanının yanında yerləşirdi. Amma söküldü və Qaradağ rayonuna köçürüldü. “Təzə Bazar”ın özü də söküldü və yox elədilər”.

Ekspert qeyd edib ki, əsas məqsəd yol nəqliyyat ifrastrukturunun təşkili məsələsidir. Bu məsələnin özü AAYDA tərəfindən araşdırılıb və ciddi nəticələrinin olacağı gözlənilir.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Referans.az-a bildirib ki, hazırda ərazidə profilaktik işlər aparılır və hansı obyektlərin sökülüb-sökülməyəcəyi araşdırılır.

“Bununla bağlı hazırda, həmin ərazidə qiymətləndirmə işləri aparılır. Hansı ərazidə hansı obyektlərin söküləcəyi dəqiqləşdirilir. Bununla bağlı öncədən hər hansı dəqiqləşdirilməmiş məlumat vermək düzgün olmaz. Yekun nəticə əldə olunsun, həmin zaman ictimaiyyətə məlumat veriləcək”.
 

Dünyapress TV

Xəbər lenti