Ardını oxu...
Bakıda erməni əsilli vətəndaş inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə Avokyan Artur Avakoviç barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilib.

227-ci maddə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaqla bağlıdır.

Maddədə inzibati cəza növü kimi 160 saatdan 248 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur.

İşə Səbail Rayon Məhkəməsində baxılacaq. Günel Səmədova iş üzrə hakim təyin edilib.
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun keçmiş müşaviri Şahin İbadova məxsus "Siracoglu" şirkəti inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, Mərkəzi Bank şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati protokol tərtib edib.

Bu maddə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə bağlıdır.

430.4-cü maddəyə əsasən, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

İşə Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə baxılacaq.
"Siracoglu" şirkəti 2019-cu ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Şahin İbadovun oğlu Namiq İbadzadədir.

Mediada gedən məlumatlara görə, "Bakı Tikinti Konstruksiya" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Şahin İbadova məxsusdur. Bundan başqa, "Trans Tikinti" MMC-nin də keçmiş müşavirə məxsus olduğu bildirilir.
Ardını oxu...
  

Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.

Oxu.Az xəbər verir ki, əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb.

Nəticəsi barədə əlavə məlumat veriləcək. 

Ardını oxu...

 
 
 
Ardını oxu...
Bakıda kirayədə yaşayan tələbə oğlan faciəli şəkildə həyatını itirib.

Xezerxeber.az-ın məlumatına görə, Bakının "Tarqovı" kimi tanınan ərazisinə yaxın, Tolstoy küçəsi, 156 ünvanında kirayədə qalan beş gəncdən biri - Ramal Hüseynov hamamda dəm qazından boğulub.

Onlar Bakıya təhsil dalınca gəliblər. Beyləqan rayonu, Şahsevən kəndindən gələn bu gənclər təhsildən artıq qalan vaxtlarında da gecə növbəsində işləməyə başlayıblar.

Ramal hamamda aşkar olunanda özündə deyilmiş.

Məsələ ilə bağlı Baş Prokurorluqdan "Xəzər Xəbər"ə bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ramal Hüseynov Azərbaycan İdman Akademiyasının tələbəsi olub. O, İdman menecmenti və kommunikasiya ixtisası üzrə təhsil alırmış.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

 
Ardını oxu...
Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.

Bunu İqtisadiyyat.az-a açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub:

"Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".

O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır:

"Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".

Bakı Kənar Dairəvi yolda ehtimal olunan təhlükənin qarşısı alınıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarının yola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrə məlumat verilməklə ərazi nəzarətə götürülüb. Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimal olunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.

 
Ardını oxu...
“Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovun ölümündən öncə həyatının son saatlarına aid görüntüsü yayılıb. Kadrlarda mərhum saz ifaçısının müşaiyəti ilə şeir deyir.

T.Əhmədovun dediyi şeirdə “Görünür çatıbdır ömrümün sonu” sətrindən sonra qəhər onu boğub, bir neçə saniyəlik pauza verib, sonra davam edib.

Bu da T.Əhmədovun həyatının son günlərinə aid son kadr:

 
Ardını oxu...
"Çox təəssüf ki, Azərbaycandan gedən həkimlərin qarşısını ala bilmirik. Elə şərait yaratmalıyıq ki, həkim başqa ölkəyə getməsin, öz vətənində işləsin".

Bunu Qaynarinfo-ya açıqlamasında tanınmış həkim Aydın Əliyev deyib.

Ekspert bildirib ki, Azərbaycandan həkimləri Avropaya aparan səbəblər çoxdur:

"Tibb Universitetində oxuyan tələbə Azərbaycanda yaşayır və tibb işçilərinin və tanıdığı həkimlərin vəziyyətini görür. Bu dəqiqə internet, sosial şəbəkələr var. Almaniyada, İngəltərə, Türkiyədəki həkimlərin vəziyyətini, onların aldığı maaşları müqayisə edir. Baxır ki, həkim Almaniyada 3 min avro alır, Azərbaycanda isə 450 manat. Bu maaşla normal olaraq bir gənc inkişaf edə bilməz. O isə inkişaf etmək etmək istəyir. Baxır ki, alman dilini bilsə, rahat şəkildə orada işə düzələ bilər. Baxır, müqayisə edir və Azərbaycanda gedir".

Aydın Əliyev bildirib ki, həkim renginoloq Azərbaycanda bir gündə 120-140 xəstəyə baxır və onlaradan ancaq 35-nin ödənişini ala bilir:

"Həkim gün ərzində təxminən 95 xəstəyə pulsuz baxır. Halbuki Azərbaycanın imkanları genişdir. Hazırda Azərbaycanda kadr böhranı var. Biz bunu illərlə desək də, artıq hiss olunası həddədir. Xəstəxanaların qarşısında görün nə qədər növbələr var. Niyə? Çünkü kadr çatışmazlığı var. Xəstəxanaların maddi-texniki bazası zəifdir. Əksəriyyəti sovet dövründən qalıb. Əhalinin sayı isə sovet dövrünə nisbətən iki dəfə artıb. Problemlər bitmək bilmir".

Aydın Əliyevin sözlərinə görə, bu gün Azərbaycanı tərk edənlərin çoxu savadlı tibb işçiləridir:

"Çox təəssüflər olsun ki, bu belədir. Əgər tədbir görülməsə, bu böhran getdikcə dərinləşəcək. Dövlət tibb müəssisələrində işləyən həkimlər bunu deyə bilmirlər. Çünki onları gözümçıxdıya salırlar".

Qeyd edək ki, Azərbaycanda tibb mütəxəssislərinin Almaniyaya kütləvi şəkildə köçü ilə bağlı məlumatlar var. Son 5 il ərzində Almaniyaya köçən azərbaycanlı tibb işçilərinin sayı 3 mini ötüb.

Bahar Rüstəmli
 
Ardını oxu...
Cərrah alma böyüklüyündə beyin şişlərini xəstənin qaşları vasitəsilə çıxarır. Bu, dünyada ilk belə əməliyyat üsuludur.

Bu barədə “Sky News” xəbər verir.

Şotlandiyanın Aberdin şəhərindən olan neyrocərrah Anastasios Jamuridis şişləri çıxarmaq üçün mövcud texnikanı yeniləyib. Beləliklə, xəstədə yalnız kiçik çapıq qalıb.

Əməliyyat üç saata başa çata bilər. Bəzi insanlar 24 saata qədər xəstəxananı tərk edib bir neçə gün ərzində işə qayıda bilərlər.

"Bu texnika ilə xəstələr dərhal oyanır, bəzən əməliyyatdan sonra ertəsi gün evə gedirlər. Burada xəstələrin daha sürətli və daha yaxşı sağaldığını bilirik",- deyə həkim bildirib.

Beynin ön hissəsindəki şişləri müalicə etmək üçün cərrahlar ümumiyyətlə, kəllə sümüyünün çox hissəsini çıxarmalı, beynin sağlam hissələrini tapmalıdırlar. Tibbdə buna kraniotomiya deyilir.

Jamouriadis deyib ki, bu cür cərrahiyyə yeni deyil, lakin o, əməliyyat üsulunu dəyişərək çox böyük beyin şişlərini çıxarmağa imkan tapıb.

Onun sözlərinə görə, bu texnika tibbdə “oyun” üsullarını dəyişdirir və daha az invazivdir:

“Ənənəvi olaraq belə əməliyyatlardan sonra insanların alnının hər tərəfində çapıqlar olardı, lakin biz bu üsulla bunun qarşısını alırıq”.
 
Ardını oxu...
MHP lideri Dövlət Baxçalının terror təşkilatının lideri məlum Abdullah Öcalan çağırışından sonra siyasi səhnədə müzakirələr böyüyür. 1999-cu ilin fevral ayından İmralı adasında cəza çəkən Öcalanın yaxın günlərdə “Ümid haqqı”ndan yararlanıb-yararlanmayacağı məlum olmasa da, son açıqlama və müzakirələrdən sonra gözlər bir daha Öcalanın İmralıdakı etiraflarına çevrilib.

Sherg.az "Haber Global"a istinadən xəbər verir ki, 21 il əvvəl Nayrobi hava limanında tünd qırmızı berelilər tərəfindən təşkil edilən əməliyyatda Öcalan 1 dəqiqə ərzində "paketlənərək" Türkiyəyə gətirilib.
1999-cu ildə aparılan dindirmə ilə bağlı bütün təfərrüatlar PKK lideri Abdullah Öcalanın Türkiyəyə gətirildikdən sonra İmralıda dindirilməsini aparan ehtiyatda olan polkovnik Həsən Atilla Uğurun “Apo istintaq otağında” adlı kitabında yer alıb. Kitabda yerinə yetirdiyi gizli missiyanın 2008-ci ilə qədər ailəsi tərəfindən belə bilinmədiyini ifadə edən Uğur, "Ailəmin belə İmralıda qəhrəman yoldaşlarımla Abdullah Öcalanı sorğu-sual etdiyimdən xəbəri yox idi. Amma 1 iyul 2008-ci ildə ifşa olundum." . Kim tərəfindən? FETÖ və FETÖ-nün faydalı bir üzvü olan "Prokuror" Zəkəriyyə Öz tərəfindən..."

Həsən Atilla Uğur kitabında o dövrün hərbi və kəşfiyyat orqanları tərəfindən ona “Kürşat” deyə müraciət edildiyini bildirərkən yazır: “Qarşımda qərargah rəisimiz, mərhum general-leytenant Çətin Haspişiren vardı. Dedim ki, əmrinizdir, komandir. "Oğlum Kürşat, bir saat içində komandanla Bursa Jandarma Bölgə Komandanlığına keç. Helikopter və məlumat təfərrüatı orada olacaq. Uğurlar sənə, - dedi. Saata baxdım: 23.45. Dedim ki, bir saata gedərik, komandir. Bir saat sonra mən də daxil olmaqla 8 nəfər iki mülki avtomobillə Ankaradan Bursaya yola düşdü. Saat 06.30-da Bursa Gemlik şosesindəki bölgə komandanlığına çatdıq. Rəhmətlik briqada generalı Nuri Günəş bizi qapının ağzında qarşıladı. Üzərində TAM GİZLİ yazısı olan sarı zərfi mənə uzatdı. Komanda binasının qarşısında uçuş-enmə zolağında gözləyən helikopterin mühərriki artıq uçuş üçün işə başlamışdı...”

Uğurun yazdığı sətirlər arasında ən diqqət çəkən hissələr terror lideri Öcalanın sorğu-sual zamanı Avropadakı kəşfiyyat vahidlərindən, xüsusən də alman kəşfiyyatından aldığı dəstəyi etiraf etdiyi hissələrdir. Terrorçuların lideri Öcalan dindirilərkən Qərbdən aldığı dəstəyi belə izah edir:

"Avropada təşkilatlanarkən digər Avropa dövlətlərinin kəşfiyyat bölmələrinin, xüsusən də alman kəşfiyyatının tövsiyə və icazələrinə uyğun hərəkət etdik. Kölndə, Dortmundda və Bonnda çoxlu əlaqələrimiz var idi. Bizim adlandırdığımız yerdə Frankfurt və Gissen var idi. Cənub əyaləti, amma Almaniyanın şimal vilayətlərindəki yezidlər bizim xəttimizə gələ bilmədilər, amma əslində alman kəşfiyyatı ilə təmasda idilər, yəni dövlət, onsuz da uzun müddətdir ki, KDP-yə, yəni Bərzaniyə çox yaxın idi, öz kadrlarını yaratmaq üçün səy göstərdilər.
Biz Fransada təşkilatı həmişə bir mənbədən həyata keçirmişik. Orada çoxlu ofislərimiz var. Biz Fransadakı erməni diasporundan böyük dəstək almışıq. 1993-cü ilə qədər orada heç bir məhdudiyyət olmadan fəaliyyətimizi həyata keçirdik. Fransa dövləti bizə həmişə çox isti münasibət bəsləyib. Fransanın Türkiyəyə qarşı bu qədər düşmən olduğunu heç bilmirdim. Açığı, təəccübləndim”.

Terrorçuların lideri Öcalan Yunanıstandakı Lavrion düşərgəsinin tamamilə terror təşkilatına ayrıldığını və sözügedən düşərgədə sui-qəsd, təxribat, bombardman kimi kritik mövzularda ciddi təlimlər verildiyini etiraf edib.
"Belçika və Hollandiya bizə mətbuat da daxil olmaqla hər cür dəstək verdi. Xüsusilə Belçika dövləti bizim media gücümüzün qısa müddətdə böyük səviyyələrə çatmasına şərait yaratdı".
 
Ardını oxu...
Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd "Golf Car" avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.

Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

Dünyapress TV

Xəbər lenti