Ardını oxu...
DİA.AZ: - " 'Bakıkart'a "online" pul köçürülüb, amma üstündən 10 gün keçsə də, hələ də karta yüklənməyib". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ləman adlı istifadəçi giley edir.

Daha sonra narazı vətəndaş yazır: "Kartdan pul çıxıb, amma...

Hara müraciət etmək lazımdır? Bilən varsa, məlumatlandırsın, zəhmət olmasa..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
2023-cü ildə 5 universitetimizdə aparılan institusional akkreditasiya zamanı elmin yükü necə qiymətləndirilib?

Qeyd: “30” sentyabr 2022-ci il KQ-05 nömrəli qərardan 4.3 Elmi-tədqiqat fəaliyyəti üzrə meyardan aydın olmayan və ya ölçülməsi mənim üçün çətin olan meyar.

4.3.12 Tədqiqatçılar tərəfindən nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunmuş elmi məqalələrə istinadetmə indeksinin (“citation index") artım dinamikası

Görəsən ekspert qrupu burada başlağıc rəqəmini necə müəyyən edib? Yəni Scopus yoxsa Clarivate bazası nəzərdə tutulub?
Hesab edirəm müəssisəsələr arasına müqaisə aparmaq üçün orta rəqəm (həm say həmdə istinadetmə) qoyulmalı idi amma.........

Xüsusi qeyd: Beynəlxalq reytinqlərin meyarları nöqteyi nəzərindən qeyd edirəm.
Lap xüsusi qeyd: "Nüfuzlu beynəlxalq nəşrlər" dedikdə nəzərdə çox saylı indekslənmiş bazalar nəzərdə tutula bilər. Məs. ErihPlus. Copernicus, RİNS. Scopus, Clarivate və s.!

Bəlkə mənim diqqətimdən nəsə qacıb və ya doğru təhlil etməmişəm.

Hesab edirəm adiyəti qurum (lar) bunla bağlı izah edici/Normativ sənəd qoymalı idi.

Vüsal Kərimli - ekspert
DİA.AZ
 
Ardını oxu...
Bərdə rayonunun Körpüsındıran kəndi ərazisində məskunlaşan Laçın və Kəlbəcər rayonundan olan 22 məcburi köçkün ailəsi ölkə başçısına müraciət edib.
Müraciətin bir surəti də Reportyor.info-nun redaksiyasına daxil olub. Məcburi köşkünlər bildirir ki, övladlarını məktəbə göndərə bilmirlər. Səbəb məktəbin yayaşıy yerindən 6 kilometr məsafədə aralı olmasıdır:
“Kəlbəcər rayonundan olan şəhidlərimiz Mirzəyev Mahmudun və Almasov Tağının da ailə üzvləri bizimlə eyni ərazidə məskunlaşıb. Onların nəvələri də daxil 20-yə qədər hər yaş qrupuna aid uşaqlar var. Bərdə rayonu Şəhid Elzamin Mirzəyev adına Muğanlı kənd tam orta məktəbi məskunlaşdığımız əraziyə ən yaxın məktəbdir. Amma bu məktəb də yaşayış yerindən 6 kilometr arlıda yerləşir. İndiyə qədər övladlarımızı marşrut olmadığı üçün taksiylə məktəbə göndərirdik. Ancaq indi uşaqlar böyüdüyü üçün bir taksiylə göndərmək mümkün olmur. Əlavə maşın tutmağa da imkanımız yoxdur. Qarabağ Regional Təhsil İdarəsinə müraciət etmişik. Amma oradan bildirilib ki, köməklik edə bilməyəcəyik. Biz övladlarımızın təhsildən kənarda qalmasını istəmirik. Xahişimiz budur ki, marşrut xətti açılsın”.
 //Reportyor.info//

 
Ardını oxu...
"Şikayətim Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən "Bravo market"dəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nigar Nağızadə adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Dünən 50% endirimdə olan "Ptica Sladun" şokoladı almışdım. Evə gəldim ki, xarabdı, içərisindən qəribə qoxu gəlir... dadı zəhər kimi.

İki paket götürmüşdüm, ikisi də elədir. Yeni almaq istəyənlərin nəzərinə: Almayın..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
Ardını oxu...
Tərtər rayonunda rüşvət və dələduzluq kimi əməllərdə təqsirli bilinərək məhkum edilmiş və cəza müddətini başa vurmuş Yaşar Məhərrəmov məktəb direktoru təyin edilib.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən il Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (rüşvət vermədə iştirak) və 178-ci (dələduzluq) maddələri ilə təqsirli bilinən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 il şərti cəzaya məhkum edilən Y.Məhərrəmov təhsil nazirinin əmri ilə Tərtər rayon Evoğlu kənd tam orta məktəbinə yeni direktor təyin edilib. O bu gün orta məktəbdə keçirilən tədbirlə birgə direktor kimi vəzifəsinin icrasına başlayıb.

Bildirilib ki, Y.Məhərrəmov bu məktəbdə 2006-2011-ci illərdə də direktor vəzifəsində çalışıb. O, müxtəlif vaxtlarda rayonun Yuxarı Sarıcalı kənd tam orta məktəbinin direktoru, rayon Təhsil Şöbəsinin müdiri vəzifələrini də tutub.

Yaşar Məhərrəmov isə barəsində məhkəmənin çıxardığı hökmün tələbinin artıq ödənildiyini bildirib. O, Təhsil Haqqında Qanunun 36-cı maddəsinə əsasən müəyyən edilmiş hallarda cəzası ödənilmiş şəxsin sonradan pedoqoji fəaliyyətə davam etməsinin mümkün olduğunu əlavə edib.
Ardını oxu...
 
Ardını oxu...
“Bermud üçbucağı” Şimali Atlantikada illər ərzində baş verən bir sıra müəmmalı itkinlərlə məşhur olan və şəhər əfsanələri və sui-qəsd nəzəriyyələrinin mövzusu olan bir yerdir. Bununla belə, Bermud adalarının çox şimalında “Alyaska Üçbucağı” kimi tanınan başqa bir eyni dərəcədə qəribə və sirli qara “üçbucaq” var.

Lent.az xəbər verir ki, Karib dənizinin şimal sahillərində yerləşən arxipelaq olan Atlantik okeanındakı Bermud adaları dünya miqyasında tanınır. Böyük Britaniyanın xaricdəki ərazilərindən biri olan Bermud adaları əslində “təhlükə üçbucağının” şaquli nöqtəsidir. Üçbucağın digər tərəfləri ABŞ-ın Florida ştatı və ABŞ-a bağlı olan Puerto Riko muxtar bölgəsidir. Bu 3 yer arasındakı bölgəyə “Bermud üçbucağı” deyilir. Ancaq bu günə qədər saysız-hesabsız seriallara, filmlərə və romanlara mövzu olan “Bermud üçbucağı”ndan başqa qəribə və təhlükəli bir üçbucaq da var. Bermudadan xeyli şimalda yerləşən və “Alyaska Üçbucağı” kimi tanınan bu bölgədə 20 mindən çox insan müəmmalı şəkildə yoxa çıxıb.
Ardını oxu...
Borrou, Ankorik və Cuno şəhərləri arasındakı “Alyaska üçbucağı” olaraq bilinən meşə sahəsində indiyə qədər 20 min insanın itkin düşməsi bölgəni qəribə və sirli edir.

Ən azı “Bermud üçbucağı” qədər təhlükəli hesab edilən “Alyaska üçbucağı” ilk dəfə 1972-ci ildə təyyarə qəzasında kəşf edilib. 1972-ci ilin oktyabrında Ankorikdən Cunoya gedən kiçik sərnişin təyyarəsinin qəfil yoxa çıxması ictimaiyyətin diqqətini çəkdi. Yüzlərlə kilometr ərazidə çoxsaylı axtarışlara baxmayaraq, nə sərnişinləri, nə də qalıqları tapmaq mümkün olmadı. Üstəlik, bu təyyarə qəzası “Alyaska Üçbucağı”nda nə ilk, nə də sonuncu idi. Bu, bu günə qədər davam edəcək qəribə hadisələrin yalnız başlanğıcı idi.

ABŞ Nümayəndələr Palatasının üzvü Tomas Heyl Boqqs və bir çox siyasətçi Alyaskada yoxa çıxan ilk təyyarədə səyahət edirdi. Təyyarə üçbucağın üzərindən keçərkən müəmmalı şəkildə yoxa çıxıb. Xəbər Vaşinqtona çatanda ABŞ tarixində o vaxta qədər həyata keçirilən ən əhatəli axtarış-xilasetmə əməliyyatı başlandı.
Ardını oxu...
40 hərbi və 50 mülki təyyarə günlərlə axtarış-xilasetmə əməliyyatları həyata keçirildi. Lakin bütün səylərə baxmayaraq, itən təyyarəni tapmaq mümkün olmadı.

İddialara görə, Boqqs ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətlini araşdırmaq üçün təyin olunmuş komissiyanın üzvü olub və istintaq zamanı sir saxlanılan məxfi məlumatları əldə edib. Bəziləri hesab edirdilər ki, Boqsun “Alyaska üçbucağı” üzərindən uçması təsadüfi deyil. Saysız-hesabsız cavabsız sualları olan itirilmiş təyyarə faylı qapalı qaldı.

“Alyaska Üçbucağı” və ərazidəki saysız-hesabsız itkilərlə bağlı görkəmli nəzəriyyələrdən biri 1986-cı ildə Federal Aviasiya Administrasiyasına (FAA) təqdim edilən qəribə hesabatdan gəldi. Hesabatda Yaponiya Hava Yollarının 1628 saylı uçuşunun 3 naməlum uçan obyektlə (UFO) qarşılaşdığı iddia edilir.

Pilot, obyektlərin təyyarə ilə ayaqlaşdığını və qeyri-sabit reaksiyalarla işıq saçaraq hərəkət etdiyini görməzdən əvvəl ilkin olaraq onun hərbi olduğuna inandıqlarını deyib. Bu iddialar daha sonra mülki, həmçinin hərbi radarlar tərəfindən təsdiqləndi və bəziləri “Alyaska Üçbucağında” baş verən minlərlə qəribə itkin düşmə hadisəsinin yadplanetlilərə aid edilə biləcəyini düşünməyə vadar etdi.

Başqa bir nəzəriyyə isə “Alyaska Üçbucağında” nəhəng fırlanan enerji burulğanlarının olması idi. İddialara görə, enerji burulğanının fırlanma istiqaməti insan davranışına təsir edə bilər. Məsələn, saat əqrəbi istiqamətindəki burulğan müsbət emosiyalar yaradırdısa, saat əqrəbinin əksinə olan burulğan insanlarda mənfi emosiyalar və çaşqınlıq yaşamağa səbəb olur. Əslində, elektron oxunmaların “Alyaska Üçbucağında” əhəmiyyətli maqnit pozuntuları aşkar etdiyi və ərazidə axtarış aparan şəxslərin kompaslarının 30 dərəcədən çox sönük olduğu bildirildi.

Daha əvvəl bölgədə olmuş insanlar bu iddianı dəstəkləyiblər. Onlar həmçinin çaşqınlıq hiss etdiklərini və ya eşitmə halüsinasiyaları yaşadıqlarını bildirdilər. Bu faktlar insanların niyə “Alyaska üçbucağında” itdiyini və ya qəzaya uğradığını izah edə bilər.

Bölgədə baş verənlərlə bağlı başqa bir nəzəriyyə yerli Amerika folkloruna əsaslanırdı. Yerli Tlingit və Tsimshian xalqları Alyaska səhrasında ov axtaran, “Kuştaka” kimi tanınan forma dəyişən bir canlının hekayələrini danışırdılar.

“Kuştaka” xarici görünüşünə görə su samuruna bənzəyirdi. Bu məxluq qurbanlarını ya parçalayıb, ya da özü kimi kuştakaya çevirərək səhranın dərinliklərinə aparırdı.

“Alyaska üçbucağında” fövqəltəbii hadisələrin baş verdiyinə inanmaq sirli və maraqlı olsa da, alimlərin işi tamam başqa idi. “Alyaska üçbucağı”nın izahatı sadəcə olaraq, coğrafiya idi. Bu bölgəyə il boyu qar yağırdı. Ərazi vəhşi canlıların, gizli mağaraların eləcə də iri yarğanların olduğu nəhəng buzlaqların evi idi. Təyyarələr məhz bu səbəbdən qəzaya uğraya bilərdi. İddialara görə, itkin düşən sərnişinlər dərin çuxurlara düşərək, dərhal qarın altında yoxa çıxa bilər. Qar o qədər güclü yağır ki, hətta təyyarələr nəhəng ölçülərinə baxmayaraq, qalır qar örtüyünün altında tez yoxa çıxırlar. Üstəlik, Alyaska ərazi baxımından Texasdan iki dəfə çox böyükdür və 730 min nəfər əhalisi ilə sıx məskunlaşma olmayan yerdir.

Nəzəriyyələr çox olsa da, doğru olan tək şey bu bölgənin çox təhlükəli və ölümcül olmağa davam etməsidir.
 
Azərbaycanda bir çox dövlət məmurlarının vəzifə səlahiyyətlərindən öz şəxsi mənafeləri üçün istifadə etmələrinə dair media və sosial şəbəkələrdə çoxsaylı materiallar yayımlanıb. Vəzifəli şəxslər tutduqları postun imkanlarından yararlanaraq şəxsi bzineslərini çiçəkləndirmək uğrunda sanki yarışa giriblər.

TEREF.AZ-ın Yenicag.az-a istinadən əldə etdiyi məlumatda Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun da həmin məmurların sırasında özünə möhkəm yer tutduğu iddia edilir. Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adının biznesdə hallanması yeni söhbət deyil.

Belə ki, bir neçə il öncə “Xudat Balıq” ASC-nin sabiq direktoru, iş adamı Güləhməd Güləhmədov mətbuat vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubda bildirirdi ki, Abbasov Şəmsəddin Rizalı oğlu 01 mart 2006-cı il tarixdən bu günə qədər (2020-ci il) sözügedən Səhmdar Cəmiyyətin Direktorlar Şurasının üzvüdür. İş adamı ədliyə nazirinə belə bir müraciət ünvanlamasının səbəbini isə Şəmsəddin Abbasovun ona məxsus təsərrüfatın qeyri-qanuni yollarla başqaları tərəfindən əlindən alınması prosesində birbaşa iştirak etməsi ilə əlaqələndirmişdi (link: https://azpolitika.info/?p=128132).

Bundan başqa, ölkə mətbuatında yayımlanan digər məlumatda Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu vurğulanır (link: https://azfakt.com/sumqay_t_apellyasiya_mehkemesinin_hakimi_yeni_biznese_girişib).

Redaksiyamıza daxil olan məlumata əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasov vəzifəsindən sui-istifadə edərək avtomobil mühərriklərinin ehtiyat hissələrinin təmiri sahəsində inhisarçı mövqeyə sahiblənib. Haşiyə olaraq qeyd edək ki, avtomobil mühərriklərinin təmiri işi kənardan kiçik biznes təəssüratı yaratsa da, əslində, çox gəlirli bir sahədir. Azərbaycanda hər il dövlət və özəl şirkətlər balanslarında olan avtomobillərin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər.

İddialara görə, bu biznesdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqə quraraq onların təmir işləri üzrə sifarişlərinin bacısı oğlu Fətiyev Arif Əminağa oğlunun adına yaratdığı MMC-yə verilməsini təşkil etdirir.

Əldə etdiyimiz məlumata görə, Arif Fətiyevin adına yaradılan avtomobillərin təmir sexi hazırda Abşeron rayon Masazır qəsəbəsi Rafiq Dünyamalıyev küçəsində fəaliyyət göstərir. Göstərilən ünvanda yeni inşa edilən avtomobil mühərriklərinin təmir sexininin heç bir tikinti sənədinin olmadığı da bu informasiyanın mühüm elementidir.

Eyni zamanda, ölkə mətbuatında dərc edilən xəbərlərdə Arif Fətiyevin avtomobil mühərriklərinin təmiri işi ilə yanaşı, həm də Masazır qəsəbəsi ərazisində həyət evlərinin qanunsuz tikintisi ilə məşğul olduğu da deyilir. Həmin məlumatlarda Arif Fətiyevin dayısı Şəmsəddin Abbasovun dəstəyi və himayəsi altında Masazır qəsəbəsində Qaçaq Nəbi küçəsi və digər ərazilərdə torpaq sahələri alaraq, heç bir müvafiq sənədləşmə işləri aparmadan fərdi evlər tikərək satışını həyata keçirdiyi qeyd olunur.

Hakim Şəmsəddin Abbasovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə Məhkəmə-Hüquq Şurası hələ ki, qiymət verməyə tələsmir. Məlumat üçün xatırladaq ki, Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, zərurət olduqda intizam məsuliyyətinə cəlb edilməsi, habelə hakimlərlə bağlı korrupsiyaya şərait yaradan digər məsələləri öz səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Məhkəmə-Hüquq Şurasının Şəmsəddin Abbasovla bağlı bu günə qədər tədbir görməməsinin və xidməti araşdırmalar aparmamasının səbəbləri müəmmalıdır.

Lakin adıçəkilən hakimin biznes fəaliyyətinin ictimailəşməsindən sonra Məhkəmə-Hüquq Şurasının hansı addımı atacağı ictimaiyyət üçün də maraqlıdır. Hesab edirik ki, Şəmsəddin Abbasovun iştirakı ilə həyata keçirilən hüquqazidd fəaliyyəti ifşa etmək çox da çətin deyil. Ona görə də, Məhkəmə-Hüquq Şurası xidməti araşdırma başlamalı və müvafiq sorğular əsasında həmin avtoservisin hansı şirkətlərə xidmət göstərdiyini aydınlaşdırmalıdır. Təbii ki, bundan sonra xidmət göstərilən şirkətlərin məhkəmə işlərinə Şəmsəddin Abbasovun hansı tarixlərdə baxdığını və hansı qərarlar qəbul etdiyini, həmin qərarların qanuna uyğun olub-olmadığını müəyyən etmək asanlaşacaq.

Mövzunu diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
DİA.AZ: - Bu gün Azərbaycanda yeni tədris ili başlayır.

DİA.AZ xəbər verir ki, 2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Yeni tədris ilində 1,6 milyon şagird təhsil alacaq.

Eyni zamanda 135 000 uşaq birinci sinifə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq.

2023-2024-cü tədris ilində 114 484 uşaq məktəbəqədər təhsilə (uşaq bağçası) cəlb ediləcək.

Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.

Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, 2023-2024-cü tədris ilində Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarət gücləndiriləcək.
 
Ardını oxu...
Şimali Koreya lideri Kimin Rusiya lideri Putinlə dünən baş tutan görüşü zamanı Kimin mühafizəçiləri dəqiqələrlə oturacağı stulu siliblər, bu hadisə hətta Kreml rəsmilərini də təəccübləndirib.

32gun.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Məlumata əsasən Şimali Koreya agentlərinin iclasdan əvvəl kürsüyə uzun müddət baxaraq dezinfeksiyaedici maddələrlə təmizləyib hazır vəziyyətə gətirdikləri deyilib.

Yayımlanan görüntülərdə Şimali Koreya rəsmilərinin uzun müddət stul qarşısında söhbət etdiyi, yoxlama apardığı, ağ əlcək geyinmiş bir şəxsin stulun hər yerini dəqiqələrlə parça ilə təmizlədiyi görünür. Həmin vaxtda Kremlin təhlükəsizlik xidmətinin əməkdaşlarının heyrətlə Şimali Koreyalıları izləməsi diqqət çəkib.

Xəbərə görə, 10-larla cangüdəni ilə Rusiyaya gedən Kimin köməkçiləri birinci kreslonu bəyənmədikdə eyni kreslodan başqa biri də tapılıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim 12 illik hakimiyyəti dövründə cəmi 7 dəfə xaricə gedib.
0:29
Ardını oxu...
Alqı-satqı ilə məşğul olan Mehriban Məmmədxanova 20 ildir Nəsimi rayonunda yaşayır. DİA.AZ bildirir ki, “Vialon” MMC adlı şirkətin əməkdaşları kimi özlərini təqdim edən bir qrup insan keçmiş “Hicaz” kafesini alıb ofis kimi fəaliyyət göstərirlər.

Əmlakçının sözlərinə görə, ərazidə məskunlaşanlara hədə-qorxu ilə 2 min manat məbləğində evlərini boşaltmaları tələb olunur.

Lakin bu məbləğ sakinləri qane etmir.

Qeyd edək ki, vətəndaşların canını boğaza yığan şirkət özgəsinin deyil... yaxşı tanıdığımız keçmiş deputat Əsabil Qasımovun ailə üzvlərinindir.

Məlumatlara görə, Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus “Vialon” MMC ilə bağlı məsələ artıq hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib.

Bu barədə daha geniş reportajlmız olacaq...

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti