Qazaxda keçirilən Novruz bayramı ilə özlərini reklam edənlər kimlərdir?
Qazax rayonunun Yuxarı Salahlı kəndində Novruz bayramının möhtəşəm keçirilməsi dəb halını alıb.

Mediaxeberleri.Az xəbər verir ki, Yuxarı Salahlı kəndində kişilərin Novruz bayramında qadın paltarı geyinməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Şənlikdə çəkilmiş video dünəndən qınaq obyektinə çevrilib. Şəbəkə istifadəçilər bu adətin Novruz ənənələri ilə heç bir əlaqəsinin olmadığını yazıb.

Xatırladaq ki, bu ənənə rayonda uzun illərdir ki, qeyd olunur. Adətə görə, bayramla əlaqədar olaraq kənd kişiləri ilin bir günü müxtəlif libaslar geyərək küçələrdə gəzir, rəqs edirlər.

İllər əvvəl bu şənlik insanların, keçi-qoyun dərisi geyinərək bəzənməsi ilə başlasa da, ildən ilə adətdə müəyyən dəyişikliklər olub. Artıq rayonda bu adət karnaval formasını alıb.

Bunun əsas səbəbi subay oğlanların sevdiyi qızın evinə gedəndə qızın əmisinin, dayısının, bir sözlə, qohumların onu tanımamasını istəməsidir. Mövzu ilə bağlı kənd sakini Kəlayev Samir Maksim oğlu Mediaxeberleri.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda bəzi tiktoker, sosial şəbəkə fəalları və bloggerlər var ki, hansı hadisənin baş verməsindən aslı olmayaraq həmin dəqiqə özlərini reklam məqsədilə ortaya atırlar: “İki nəfərin gödək ətək geyinməsinin, bizim adətimizlə heç bir əlaqəsi yoxdur”.

“Qazaxlımız, ADU-nin doktorantı, tanınmış jurnalist, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Əcnəbi dillər kafedrasının müəllimi Ayyət Əhməd oğlu Abdullayev (Ayyət Əhməd) Mediaxeberleri.Az-a açıqlamasında bildirib ki, sosial şəbəkə istifadəçilərinin bu məsələni qabartmasına heç bir əsas yoxdur. Hansısa bir cahilin səhv hərəkəti Novruz bayramı ənənəsinə kölgə sala bilməz. Belə məsələlər Azərbaycan hərb tarixinə böyük qəhrəmanlar, sərkərdələr bəxş etmiş

Qazaxla bağlı neqativ halların formalaşmasına əsas yarada bilməz. Sadəcə reklam xatirinə böyük bir eli, obanı hansısa cahilin əməli ilə qınamaq düzgün deyil. Bu həm də Novruz ənənələrinə arxadan saplanmış bir baltadır”.
 

Bölmənin digər xəbərləri

24 Noyabr 2024 Çin avtomobillərinin ölkəyə axını sürətlənib: Seçərkən nələrə diqqət etmək lazımdır?
24 Noyabr 2024 AZƏRBAYCANLI İSTANBULDA 70 KQ QIZILLA TUTULDU - Kimliyi və hadisənin detalları bilindi + VİDEO
24 Noyabr 2024 Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi

Dünyapress TV

Xəbər lenti