Bərbər işləyən tacik terrorçuya necə çevrilib? –
Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən “Okruzjnoy” otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib.

Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərini bu günlərdə sakit aparıblar, həmişə salam verib gülümsəyiblər, “nəzakətli və gülərüz” olublar. Oteldə onlar Tacikistan pasportları ilə qeydiyyatda olublar.

Onlar otel rəhbərliyi ilə rus dilini digərlərindən daha yaxşı bilən 19 yaşlı bərbər vasitəsilə əlaqə saxlayıblar. Söhbət terrorçulardan biri, əvvəllər İvanovo vilayətində, sonra isə Teykov şəhərində bərbər işləyən 19 yaşlı Məhəmməd Fayzovdan gedir. Həbs zamanı həmin şəxs xəsarət alıb. O, xəstəxanada əməliyyat olunub.

Tacikin işlədiyi kişi salonunun qadın direktoru mk.ru-ya deyib ki, səhər saatlarından qəzəbli mesajlar alır, salonun telefonları susmur. “Bütün günü bizə zəng edirlər, hədə-qorxu gəlirlər, həyatım üçün qorxuram”,- deyə baş direktor şikayətlənib. Onun sözlərinə görə, Fayzov onun salonunda üç aydan bir az işləyib. Noyabrda işə düzəlib, yanvarın 11-də işdən çıxıb.

“Onun haqqında şübhəli nəsə görmüsünüz” sualına qadın belə cavab verib: “Onun haqqında şübhəli heç nə hiss etmədik. O, yaxşı usta sayılırdı, əvvəllər İvanovo bərbərxanasında işləyib. Bir vaxtlar İvanovoda yaşayırdı, sonra bizim kiçik Teykovo şəhərinə köçdü və bizimlə işə düzəldi. Biz onu həqiqətən tanımırdıq. Deyirdi ki, tək yaşayır, ailəsi yoxdur. O, yoxsulluq içində yaşamırdı, heç nəyə ehtiyacı yox idi. Bahalı telefon işlədirdi. Adamın başında nə olduğunu bilmirəm. Onda heç bir qəribəlik hiss etmədim. Mən hamiləyəm, nə edəcəyimi bilmirəm. Çölə çıxmağa qorxuram. İndi ifadə vermək üçün istintaq komitəsinə gedəcəyik”.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin təqdim etdiyi son məlumatlara görə, “Krokus Siti Holl”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 115 nəfərə çatıb. Dağıntılar təmizlənərkən onlarla qurbanın cəsədi aşkarlanıb. İlkin məlumata görə, ölümə səbəb güllə yaraları və dəm qazından zəhərlənmə olub. Faciə qurbanlarının sayının artmaqda davam edəcəyi gözlənilir.

Musavat.com
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Rəşad Cəbrayılov yeni başçı təyin edilən Rüstəm Xəlilovun `saqqızını oğurlaya` bilib - İLGİNC İDDİALAR
22 Aprel 2025 “Pilot-16” qalmaqalı böyüyür – Prorab məhkəmə zalında həbs edildi
22 Aprel 2025 Azəriqazda mütəxəsis qıtlığı ,yoxsa SOCAR-çoxvəzifəlilik siyasəti davam edir
22 Aprel 2025 Şərurlu İsfəndiyarın oğlunun həbsi ilə bağlı ŞOK İDDİA – Türkiyədən…
21 Aprel 2025 ABŞ-də təyyarə qəzası: Ölənlər var
21 Aprel 2025 “EŞKİYA DÜNYAYA HÜKÜMDAR OLMAZ” HİKAYESİ…
21 Aprel 2025 Bakıda şadlıq sarayında KÜTLƏVİ DAVA: Polis müdaxilə ETDİ
21 Aprel 2025 Qəzada sağ qalan sürücünü köməyə gələn kranın trosu öldürdü
21 Aprel 2025 Bakıdakı yanğın zamanı beş avtomobil külə döndü — VİDEO
21 Aprel 2025 Uşağa pul göstərib sonra oğurlayıbmış — VİDEO
20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal

Dünyapress TV

Xəbər lenti