Ardını oxu...
Cümə axşamı Avropanın hər yerindən xilasedicilər Türkiyədəki mağaranın təxminən 1000 metr dərinliyində mədə qanaması keçirərək, sıxışıb qalan amerikalı tədqiqatçını xilas etmək üçün əməliyyata başlayıb.

Avropa Mağara Xilasediciləri Assosiasiyası bildirib ki, 40 yaşlı təcrübəli mağaraçı Mark Dikki Türkiyənin cənubundakı Buğa dağındakı Morca mağarasında üç amerikalı da olmaqla, bir neçə nəfərlə birlikdə keçirdikləri ekspedisiya zamanı qəflətən xəstələnib.

Xilasedicilər, eləcə də macarıstanlı həkim Dikkiyə çatıb ona yardım etsələr də, xərəyin keçə bilməyəcəyi çox dar yerlər olduğu üçün onu mağaradan çıxarmaq günlər, bəlkə də həftələr çəkə bilər.

Türkiyənin Kommunikasiyalar İdarəsi tərəfindən cümə axşamı təqdim edilən video-mesajda mağarada olan Dikki mağaradakılara və Türkiyə hökumətinə göstərdikləri səylərə görə təşəkkür edib.
Ardını oxu...
"Mağaraçılıq dünyası həqiqətən çox sıx bağlı bir qrupdur və nə qədər insanın münasibət görməsi heyrətamizdir. Mənim fikrimcə, Türkiyə hökumətinin mənə lazım olan tibbi yardımı göstərmək üçün təcili reaksiyası həyatımı xilas etdi. Mən ölümə çox yaxın idim" - deyə, Dikki bildirib.

Videoda ayaq üstə və hərəkət etdiyi görünən Dikki diqqətli olduğunu və danışa bildiyini desə də, "daxildən sağalmadığını" və mağaradan çıxmaq üçün yardıma ehtiyacı olduğunu bildirib. Onun mağaranı xərəklə və ya öz ayaqları ilə tərk edib-etməyəcəyinə həkimlər qərar verəcək.


Nyu Cersidə yerləşən Mağara Xilasetmə Qrupunun bildirdiyinə görə, Dikkinin mədəsindəki qanaxma, qusma dayandırılıb və günlər ərzində ilk dəfə yemək yeyib. Onun tibbi probleminin nədən qaynaqlandığı bəlli deyil.

Nyu Cersi İlkin Müdaxilə Qrupu bildirib ki, xilasetmə işləri çox sayda komanda və daimi tibbi yardım tələb edəcək. Qrup deyib ki, mağara olduqca soyuqdur - Selsi ilə təxminən 4-6 dərəcə.

Mütəxəssislər deyirlər ki, Dikkini uğurla xilas etmək çətin olacaq.

Türkiyə Speleologiya Federasiyasından Yusuf Öğrenecek bildirib ki, mağara xilasetmə əməliyyatında ən çətin işlərdən biri xərəyin aşağı dərinliklərdən keçməsi üçün dar keçidlərin genişləndirilməsidir.

Ögreneceyin dediyinə görə, xərə xətləri çox əmək tələb edir və təcrübəli mağara xilasediciləri uzun saatlar işləməli olacaq. O, aşağı temperaturda palçıq və suda naviqasiyadan tutmuş, mağarada uzun müddət qalmağın psixoloji təsirlərinə qədər, digər çətin amillərin də olduğunu əlavə edib.

Macarıstanın Mağara Xilasetmə Xidmətindən Marton Kovaç Dikinin təhlükəsiz çıxarılması üçün mağaranın hazırlandığını bildirib. O, keçidlərin genişləndirildiyini, qayaların uçması təhlükəsinin aradan qaldırıldığını deyib.
amerikanınsesi
Ardını oxu...
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatı
İxrac boru kəmərlərinin mühafizə və müdafiəsini təmin etmək məqsədilə, 07 sentyabr 2023-cü il tarixdə saat 21.25 radələrində, Yevlax rayon ərazisində, Bakı-Supsa ixrac boru kəmərinin 240,4-cü km-də, mühafizə zonasında, piyada müayinə vaxtı xəbərdaredici nişanın yanında sellofan torbaya bükülmüş narkotik vasitə (1,7kq marixuana və 1 büküm metafetamin maddəsi) Yevlax regional idarəsinin əməkdaşları tərəfindən aşkar olunaraq Yevlax rayon polis şöbəsinə təhvil verilmişdir.
Teref.az
 
Ardını oxu...
AVRO-2024-ün seçmə mərhələsinin V turu çərçivəsində baş tutan Türkiyə - Ermənistan matçının keçirildiyi Eskişehir stadionu qürurlu anlara səhnə olub.

Belə ki, oyuna gələn azarkeşlərdən biri özü ilə Azərbaycan bayrağı gətirib.

Bayrağımızı görən Türkiyə polisi onu bir neçə dəfə öpərək dövlət rəmzinə yüksək ehtiram göstərib. Onun bu addımı ətrafdakılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
 
Ardını oxu...
Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirləndirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov işə çıxır.

DİA.AZ bildirir ki, bu barədə Hit.az-a müğənni Dəniz Əsədova bildirib.

Məlumat üçün deyək ki, Rauf İsfəndiyar Dəniz Əsədovanın şikayəti əsasında məsuliyyətə cəlb edilib. Müğənni iddia edir ki, onda olan məlumatlara görə, keçmiş baş həkim istintaq altında olmağına baxmayaraq işə çıxır, xəstə qəbul edir, hətta bəzi vətəndaşlara pensiya düzəldir.

"Bu adam barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Amma o işlədiyi xəstəxanaya gedərək ağ xalatını geyinib xəstə qəbul edir. Bu necə ola bilər axı?”, deyə Dəniz Əsədova bildirib.

Müğənni məsələnin araşdırılacağına ümid edir.
Ardını oxu...
Paytaxtın Nizami rayonu, Ordubadi 1 ünvanında yerləşən dördmərtəbəli binanın sakinləri mənzillərinin artırmalarının təzminat ödənilmədən sökülməsinə etiraz edirlər.

Belə ki, sözügedən bina sakinləri təxminən 30 il bundan əvvəl yaşadıqları mənzillərin qarşısında əlavə artırmalar edib, tikinti işləri həyata keçiriblər. Şikayətçilərin iddialarına görə, bu işləri görərkən aidiyyəti dövlət qurumlarının şifahi razılığını da alıblar. Tikintini başa çatdırandan indiyə qədər bu qaydada yaşayıblar.

Hazırda isə sözügedən bina plana düşüb və tamamilə sökülərək yerində yeni yaşayış binasının tikilməsi qərarlaşdırılıb. Bu məqsədlə söküntü işləri aparılarkən mənzillərin qarşısındakı artırmalara görə heç bir təzminat verilmir. Bu da vətəndaşların narazılığına səbəb olur.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Biləsuvarda qətl hadisəsi baş verib.

Hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, Soltanov Oktay Balaqardaş oğlu övladı tərəfindən yaşadıqları mənzildə bıçaqlanıb. O, zərbənin təsirindən hadisə yerində ölüb.

Atasını öldürən oğul 16 yaşlı məktəblidir.

İlkin ehtimala görə, hadisəyə ailədaxili münaqişənin səbəb olması bildirilir.
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının müdiri, professor Əliyev Şahin Həşim oğlu vəzifəsindən azad edilib.

TEREF.AZ bildirir ki, Qaynarinfo-nun məlumatına görə, institutun rektoru Nazim Qasımov bu barədə əmr imzalayıb.

Şahin Əliyevin vəzifəsindən çıxarılmasının səbəbi qalmaqallı məhkəmə işi ilə bağlıdır. Belə ki, həkim Şahin Əliyev Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbə (Səbuhi Vaqifoğlu) 250 min min manat pul verərək, onu institun rektoru vəzifəsinə təyin etdirməsini istəyib.

Şahin Əliyev məhkəmə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə kafedrasında professor vəzifəsində işləyir. 2018-ci ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini Abbas Vəlibəyov vəfat edib və hər şey bundan sonra baş verib. Nazir müavinin vəzfatından sonra institun rektoru Qasımov Nazim Akif oğlu səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmalı imiş.

Şahin Əliyev rektorun yerinə təyin olunmaq üçün yüksək vəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başlayıb və bu barədə yaxın bildiyi insanlara məlumat verib. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyi Mehriban adlı qadın olub.
Ardını oxu...
Şahin Əliyev

O, Mehriban adlı qadına xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilib. Buna görə Mehribanlaa öz istədiyi iş barədə danışıb. Mehriban ona vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksək vəzifəli məmurlarla vasitəçilik edə biləcək Səbuhi Rəcəb adlı şəxsi tanıdığını bildirib. Bundan bir neçə gün sonra Mehriban ona deyib ki, "tanıdığım adam var və onu 250.000 manata sənin rektor vəzifəsinə təyin olunmağına kömək edəcək”. Şahin Əliyev Mehribanla razılaşıb.

Həkim bundan sonra özünü Səbuhi Rəcəbin qardaşı kimi təqdim edən Murad adlı şəxslə "Port Baku” yaşayış kompleksində görüşüb. Şahin Əliyev Muradla birlikdə "Qəbələ” restoranına gedərək, Səbuhi Rəcəblə görüşüblər. Görüşdə Səbuhi Rəcəb özünü millət vəkili Adil Əliyevin qardaşı kimi də təqdim edib. Şahin Əliyev həmin görüş vaxtı Səbuhi Rəcəbə ilkin olaraq 100 min manat pul verib. Səbuh Rəcəb ona 5 günə Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun rektor müavini təyin olunacağını bildirib.

Növbəti gün Şahin Əliyev xalasının əri Cəfər Qasımovdan və bacısı Lalə Əliyevadan, hər birindən ayrı-ayrılıqda 75.000 manat olmaqla, ümumilikdə 150.000 manat borc pul alıb. Həmin pulu da Səbuhi Rəcəbə verib.

Beləlikdə də, 2018-ci sentyabr ayının axırları, oktyabr ayının əvvəllərinə qədər Səbuhi Rəcəb onun işinin uzandığını bildirib. O, ümumilikdə 250.000 manat pulu Səbuhi Rəcəbə verdikdən sonra mütəmadi olaraq "Votsap”la yazışıb, məsələnin nə yerdə olduğu soruşub.

Səbuh Rəcəb də hər dəfə bugün-sabah deyərək vaxtı uzadıb. 2018-ci ilin noyabr ayında ona Teymur adında bir nəfər şəxsin telefon nömrəsini verib. Teymurun onun işini düzəldən adamın bacısı oğlu olduğunu bildirib. Daha sonra Teymurla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binasının yanında görüşüb. Görüş zamanı Teymur onu nazirliyin inzibati binasının 11-ci mərtəbəsinə aparıb və orada nazirliyin Gülnara Zülfüqarova adlı əməkdaşı ilə tanış edib. Gülnarə Zülfüqarova ondan hansı vəzifəyə təyin olunmaq istədiyini soruşub və sonra CV-sini elektron poçtuna göndərməyini xahiş edib.

Həkim bundan sonra tamamilə əmin olub ki, Səbuh Rəcəb onu həqiqətən də aldadaraq, 250.000 manat pulunu ələ keçirib və pulu qaytarmamaq üçün müxtəlif bəhanələrlə vaxt udmağa çalışır.

Şahin Əliyev Novxanı kəndində yerləşən bağ evini sataraq borclu olduğu xalasının əri Cəfər Qasımova və bacısı Lalə Əliyevanın hər birinə ayrı-ayrılıqda 75 min manat olan borcunu qaytarıb.

Şahin Əliyev təqsirləndirilən şəxsin 210.000 manatını geri qaytarmadığı üçün ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edib.

4 sentyabr 2023-cü il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Səbuhi Rəcəbə hökm oxunub və o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ardını oxu...
DİA.AZ: - "Avqustun 20-i zəncirvari qəza olub və qarşı tərəfin sığortası (Paşa sığorta) hələ indiyə kimi nə mənimlə əlaqə saxlayıb, nə də qiymətləndirmə edib". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Orxan adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "18 gündür avtomobilimi əzik vəziyyətdə idarə edirəm. Halbuki 7 gün ərzində icra olunmalı idi bu məsələ.

Qaynar xətti hər gün yığıram, utanmazcasına mənə bu gün zəng ediləcək deyə söz verir şirkət əməkdaşları...

Heç kimə məsləhət görmürəm bu sığorta şirkətini..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, rus sektorlarında bir sıra fənlər, o cümlədən Tarix, Zəfər tarixi, musiqi dərsləri Azərbaycan dilində tədris olunacaq: "Şagird 9-cu sinfə gəlib çatır və görürük ki, ana dilində danışa bilmir. Pproblemin məktəblərdə, yoxsa təhsil proqramında olduğunu müəyyənləşdiririk".

Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: "Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".
Ardını oxu...
DİA.AZ: - "Ölkəmizdə tikinti şirkətlərinin özbaşınalığı davam edir. Bu görüntülər gecə saat 02.00 radələrində "Papanin" deyilən ərazidə-Novruzov qardaşları küçəsində çəkilib". DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Fərid Şahbazlı sosial şəbəkələrdəki paylaşımında giley edib.



Artqı sakinkərin təngə gəldiyini bildirən F.Şahbazlı eyni zamanda bu özbaşınalığın arxasında dayanan fiqurun kimliyini də açıqlayıb: "İnsanların yatdığı, xəstələrin, körpələrin istirahət etdiyi zamanda keçmiş oliqarx-deputat Əsabil Qasımova aid "Pilot-16" şirkəti gecə saatlarında ərazidən betontökmə, təmir-tikinti işləri aparır. Bütün ərazi sakinləri şirkətin əlindən bezib.

Aylardır həftə sonu, səhər saatları, gecə demədən vətəndaşların bütün hüquqlarını ayaqlar altına alıb, heç bir qaydalara əməl etmədən işləyirlər. Şirkət vətəndaşların heç bir müraciətini ümumiyyətlə ciddiyə almır..."

Qeyd edək ki, tanınmış jurnalist əlaqədar qurumlardan və hüquq-mühafizə orqanlarından yardım istəyib.

Məsələ diqqətimizdədir. Dia.az olaraq aidiyyatı qurum və şəxsləri də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti