Xronika: İlham Əliyev Ermənistandan Qərbi Azərbaycanla bağlı dəqiq layihə tələb edir
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Prezident Ermənistan qarşısında konkret Qərbi Azərbaycan tələbini qoydu" adlı süjetdə Prezident İlham Əliyev iyulun 20-də keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusundakı 2-ci Şuşa Qlobal Media Forumunda Qərbi Azərbaycanla bağlı mühüm bəyanatlarına, o cümlədən "Azərbaycanlıların öz torpaqlarına - Qərbi Azərbaycana qayıdacağı gün mütləq gələcək" mesajına yer verilib.

Bildirilir ki, Prezident İlham Əliyev heç vaxt nəyisə ritorika xatirinə, yaxud ictimai rəyə hesablanmış formada dilə gətirmir: "O, deyir və edir. Qarabağ zəfəri bunun bariz nümunəsidir. Prezident beynəlxalq ictimaiyyətə Qərbi Azərbaycanla bağlı həqiqətləri, eləcə də soydaşlarımızın evlərinə qayıdışın "yol xəritəsini" təqdim etdi. Bununla yanaşı, Ermənistan rəhbərliyi qarşısında konkret tələblər qoydu. İndi top Ermənistanın meydançasındadır. Rəsmi İrəvan Qərbi Azərbaycana qayıdışı qəbul etməlidir, əks təqdirdə, sülhdən və regional əməkdaşlıqdan bəhs etmək çətin görünür. Bu halda Ermənistanın bölgədə dövlət kimi mövcudluğu perspektivi də sual altına düşəcək".

Qeyd olunub ki, forumda Qərbi Azərbaycanla bağlı verilən mesajlar Ermənistanda ciddi müzakirələrə səbəb olub. Erməni şərhçi Artuq Martirosyan deyib ki, azərbaycanlıların Qərbi Azərbaycanda məskunlaşması Əliyevin son hədəfidir: "İlham Əliyev 44 günlük müharibədən sonra - son 4 ildə Qərbi Azərbayandan danışır. Ermənistan hakimiyyəti isə reaksiya vermir. Bildirirlər ki, azərbaycanlıların qayıtmasından danışsalar, biz də ermənilərin Azərbaycana qayıtmasından danışarıq. Lakin qayıtmaq istəyən erməni olacaqmı? Bu, problemli məsələdir. Azərbaycanlılar isə qayıdacaqlar. Əliyev də son nöqtəni qoyur: təkcə ərazi və dəhliz yox, həm də azərbaycanlıların qayıtmasına nail olmağa çalışırlar. Əgər bu baş verərsə, bir müddət sonra azərbaycanlılar Ermənistanın siyasi proseslərində aktiv iştirakçıya çevriləcəklər".

Erməni tarixçi Qaqik Hambaryan isə hesab edir ki, Paşinyan Əliyevin bütün tələblərini icra edəcək: "Əliyev azərbaycanlıların qayıtmasını və onlara daxili muxtariyyətin verilməsini tələb edir. Həmçinin, azərbaycanlıların qayıdışından sonra Ermənistanda region ölkələrin nümayəndələrindən ibarət sülhməramlılar yerləşməli, onların təhlükəsizliyini təmin etməlidir. Bu ölkələr arasında Türkiyə də var".

Sonda vurğulanıb ki, Şuşa Forumunda səslənən fikirləri Qərbi Azərbaycana qayıdışa nail olmaq istiqamətində mühüm hadisədir: "Qarabağ zəfərini qazanan Ali Baş Komandan İlham Əliyevin Qərbi Azərbaycan mesajını məhz azad edilmiş torpaqlardan - Şuşadan verməsi bu mübarizədən də qalib çıxacağımızın müjdəsidir".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

 
 
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE
19 Aprel 2025 Dmitri Qordon: "İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm" - Video
19 Aprel 2025 Bunu etmək üçün insan gərək vicdansız olsun
19 Aprel 2025 23 milyon insan təhlükədə – 8 bal gücündə zəlzələ gözlənilir

Dünyapress TV

Xəbər lenti