Ardını oxu...
“Ərdoğanla Paşinyan arasında hər görüş Ermənistan dövlətçiliyi üçün çox baha başa gələcək”. JAMAZ.İNFO xəbər verir ki, bu sözlər politoloq Beniamin Matevosyana məxsusdur.

Onun sözlərinə görə, hazirda Ankaranın əsas şərti Zəngəzur dəhlizi üzərində nəzarəti Türkiyəyə verməkdi. “Paşinyan Ermənistanın təhlükəsizliyinə Vaşinqtondan zəmanət almadan Türkiyə ilə açıq şəkildə razılığa gələ bilir”.

O qeyd edib ki, Dövlət Departamenti İrəvan və Bakı arasında sülh sazişinin COP29-dan əvvəl və ya COP29 zamanı imzalanması ilə bağlı məsuliyyətdən faktiki olaraq imtina edib. “ABŞ deyir ki, tərəflər özləri ö aralarında razılıq əldə etsinlər. Öz-özünə danışıqlar isə həm Bakı, həm də Ankaranın tələblərini yerinə yetirmək deməkdir. Bunu Paşinyan Qnel Sanosyanı dəhlizin infrastrukturuna cavabdeh olan türkiyəli nazir Uraloğlu ilə görüşə göndərməklə edir”.
 
Ardını oxu...
Erməni mətbuatı noyabrın 5-ə qədər Zəngəzur dəhlizinin açılacağını yazır. Bu barədə erməni politoloq iddia irəli sürüb. Politoloq hesab edir ki, Ermənistan tərəfi münaqişə üçün heç bir səbəb görməyəcək və dəhliz açılacaq.
Milli Məclisin deputatı Elşad Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni politoloqlarının, siyasətçilərinin, dövlət xadimlərinin müxtəlif dövrlərdə müxtəlif açıqlamaları olub. Amma, ilk növbədə real vəziyyət nəzərə alınmalıdır.

“Zəngəzur dəhlizinin açılması deyəndə, hələ bunun razılığı əldə olunmayıb. Gevondyan deyir ki, oktyabrın 26-dan noyabrın 5-nə qədər məsələ sürətləndiriləcək. 5 noyabr tarixinə qədər dəhliz açılacaq. Dəhlizin açılması ilə bağlı ümumi bir razılığa gəlmək lazımdır, ondan sonra bu dəhlizin açılmasından danışmaq olar. Ermənistan bütün vasitələrlə Zəngəzur dəhlizinin açılmasına mane olur. Onlar istəyir ki, bu dəhlizə özləri nəzarət etsinlər”-deyən deputat hesab edir ki, eyni zamanda ABŞ, Fransa, Rusiya da dəhlizə nəzarət etmək üçün can atır.

Deputatın fikrincə, Ermənistan bu gün “bulanıq suda balıq tutmağa çalışır”.

“Ermənistan gərgin vəziyyət yaradır və gərgin vəziyyət nəticəsində də həm Qərbdən maddi təminat, həm də hərbi təminat alırlar. Bu səbəbədən də hazırda onlar gərginləşmə xəttini götürüblər. Hələlik, bunlar manipulasiyadır. Ermənistan yalnız məcbur olduğu vaxt Zəngəzur dəhlizinin açılmasına imkan verəcək.

COP 29-la bağlı başımız qarışıqdır, bundan istifadə edirlər. COP 29 bitsin, digər məsələlər həll olunsun, ondan sonra Ermənistan Zəngəzur dəhlizini açmaq məcburiyyətində qalacaq. Əgər açmasa, dövlətçiliklərini itirmə təhlükəsi ilə üz-üzə qalacaq. Çünki, onların götürdüyü xətt toqquşma xəttidir. Təxribata da Azərbaycan misliylə cavabını verəcək”-deyə Elşad Musayev bildirib.
 
Ardını oxu...
Ən yeni tarix. Maraqlı faktlar.
O, həm nasist Almaniysıanın, həm də SSRİ-nin ən ali mükafatlarına layiq görülüb - “Dəmir xaç” ordeninə və Sovet İttifaqı Qəhrəmanı adına. Hər iki mükafatı İvan Fyodorova ölkənin birinci şəxsləri, +Hitler və İosif Stalin təqdim edib.
Maraqlıdır, xarkovlu zabit əks qütblərdə dayanan siyasi liderlərin etimadını necə qazanıb?
İvan Fyodorov 1914-cü ildə Xarkovda anadan olub. Dörd yaşı olanda ailə Luqanska köçüb. Fyodorov hər iki valideynini uşaq vaxtı itirib.
Bir müddət o, 123 yaşlı babasının himayəsində qalıb. Beş sinif bitirdikdən sonra Fyodorov texniki peşə məktəbində oxuyub, daha sonra zavodda çilingər işləyib.
Zavodda işlədiyi dövrdə o, Luqanskda “Osoaviaxim” (DOSAAF) cəmiyyətindəki təyyarəçilər məktəbində təhsil alıb.
1932-ci ildə Fyodorova nümunəvi işçi kimi zavoddan Luqansk 11-ci hərbi pilotlar məktəbinə göndəriş veriblər.
Bununla da onun hərbi xidmət yolları başlanıb. Fyodorov peşəkar hərbçi kimi xidmətinə Kiyev hərbi dairəsinin hərbi hava qüvvələrinin 59-ci qırıcı aviabriqadasından başlayıb.
Bir ildən sonra o, Moskvada ali pilotlar məktəbində təhsilini davam etdirib.
Fyodorov 1937-ci ilin may ayından 1938-ci ilin fevral ayına kimi İspaniyada vətəndaş müharibəsində iştirak edib.
Bu müddət ərzində o, 150 döyüş uçuşu həyata keçirib. İspaniyadakı xidmətlərinə görə Fyodorov iki dəfə “Qırmızı bayraq” ordeni ilə təltif edilib.
İspaniyadan qayıtdıqdan sonra Fyodorov Kiyev hərbi dairəsində aviasiya alayının komandiri təyin edilib. O, eyni zamanda sınaqçı pilot kimi də fəaliyyət göstərib.
Ardını oxu...
1939-cu ildə Fyodorov bir neçə həmkarı ilə Almaniya hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələrlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaq üçün bu ölkəyə ezam edilib.
Həmin ərəfədə Almaniya istehsalı olan “Henkel-100” qırıcıları ən sürətli təyyarə kimi məşhur olub.
Amma bu qırıcıların idarə olunması alman pilotları üçün əsl problemə çevrilib. +Hitler “Henkel-100” qırıcılarına böyük maraq göstərib, başlayacağı müharibədə bu qırıcıların xüsusi rolu olacağına inanıb.
Fyodorov Almaniyada olarkən “Henkel-100” qırıcılarının sınaq uçuşu keçirilib. Bu tədbirdə +Hitler özü də iştirak edib. Fyodorov həmkarlarından sınaq uçuşunda iştirak etməyi xahiş edəndə alman pilotlar onun bu xahişinə istehza ilə yanaşıblar, yəni, sovet pilotunun bu sürətli qırıcını idarə edə biləcəyinə inanmayıblar.
Amma onlar Fyodorovun xahişini yerə salmayıblar. Sovet pilotu təyyarəni səmaya qaldırıb. Fyodorov dəqiqələr ərzində səmada elə manevrlər edib ki, +Hitler əllərini göyə qaldıraraq böyük sevinclə onu alqışlayıb.
Amma fürerin pilotun kim olduğundan xəbəri olmayıb. Fyodorov səmada “Henkel-100”lə ağılasığmaz “gediş”lər edəndə +Hitler ətrafındakılara göstəriş verib:
- Bu pilota “Dəmir xaç” ordeni verilməsi bağlı təcili təqdimat hazırlayın, o, bu gün şam yeməyində mənim şəxsi qonağım olacaq.
Sonradan fürerə bildirəndə ki, pilot sovet vətəndaşıdır, +Hitler təəssüf hissi keçirib, amma sözünün üstündə durub.
Fyodorova “Dəmir xaç” ordeni təqdim edilib, həmin gün o, fürerin iqamətgahında qonaq olub.
Sovet-alman müharibəsi başlananda Fyodorov ən ağır döyüş bölgələrində xidmət aparıb.
1942-ci ildə Stalinin əmri ilə Kalinin cəbhəsində qırıcı-pilotların cərimə batalyonu yaradılanda Fyodorovu həmin hərbi hissəyə komandir təyin ediblər. Fyodorov “qanunları pozan” təyyarəçilərlə döyüşlər zamanı yüksək nəticələr əldə edib.
Fyodorov döyüş bölgələrində xidmət aparmaqla yanaşı, bütün yeni təyyarələrin sınaq uçuşunu da həyata keçirib. Yeni təyyarələr haqqında onun rəyi böyük rol oynayıb.
Bu da Fyodorovla konstruktorlar arasında mütəmadi olaraq mübahisələrə və gərginliklərə səbəb olub.
Fyodorova Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ilə bağlı dəfələrlə təqdimat yazılıb. Amma bu təqdimatlar nəticəsiz qalıb. Həmin təqdimatlar Kremlin kabinetlərində lazımsız kağız kimi siyirmələrə atılıb. Bu işin əsas təşkilatçısı, maneçilik törədəni isə konstruktor Artyom Mikoyan olub. O, qardaşı Anastas Mikoyan vasitəsi ilə Fyodorova qəhrəman adı verilməsinə mane olub.
Belə ki, Artyom Mikoyanla Fyodorov arasında sınaq uçuşları zamanı tez-tez fikir ayrılığı yaranıb ki, bu da erməni konstruktorun imicinə zərbə vurub.
Amma bütün bu əngəllərə baxmayaraq Fyodorovun hərbi aviasiya sahəsindəki xidmətləri, müharibədə göstərdiyi qəhrəmanlıqlar Stalinin diqqətindən yayınmayıb.
1948-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülənlərin siyahısına Fyodorovun da adı salınıb. Həmin siyahıda olanları Stalin Kremldə qəbul edib, “qızıl ulduz”ları onlara təqdim etdikdən sonra qəhrəmanları ziyafətə dəvət edib. Stalin onların şərəfinə qədəh qaldıranda üzün Fyodorova tutub:
- Burada o yaramazın (+Hitleri nəzərdə tutub) yanından fərqli olaraq siz özünüzü sərbəst və qürurlu apara bilərsiniz. Çünki siz qalibsiniz.
İvan Fyodorov uzun bir ömür, 96 il yaşayıb. Hərbi xidmətdən istefaya çıxdıqdan sonra uzun illər Xarici İşlər Nazirliyinin strukturunda çalışıb.
Əfsanəvi pilot, +Hitler və Stalinlə qədəh toqquşduran İvan Fyodorov 2011-ci ildə vəfat edib. O, Moskvada Pokrovsk qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, Fyodorov haqqında çoxsaylı kitablar yazılıb, sənədli filmlər çəkilib.
İlham Cəmiloğlu
TEREF
 
 
 
Ardını oxu...
FETÖ terror təşkilatının lideri, terrorçu Fətullah Gülənin ölüm xəbəri paylaşılıb.

Terror təşkilatına yaxın saytlar onun həyatını itirdiyini açıqlayıb.

Onun aparıldığı xəstəxanada öldüyü qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl Fətullah Gülənlə bağlı paylaşım sosial mediada trend olmuşdu. Görüntülərdə Fətullah Gülənin ağlını itirdiyi iddia edilmişdi.(publikaaz)
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dünyanın ən varlı adamlarından biri olan İlon Mask (195 milyard dollar sərvəti ilə Forbes siyahısında 2-ci yer) 5 noyabrda keçiriləcək prezident seçkilərinə qədər hər gün 1 milyon dollar bağışlayacağını vəd edib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, o bu pulu ABŞ Konstitusiyasına dəstək üçün onlayn petisiyaya imza atanlardan birinə verəcək.

O bu barədə Pensilvaniyada respublikaçı Donald Trampı dəstəkləmək üçün seçicilərlə görüşdə çıxış edərkən bildirib.

Eyni tədbirdə Mask ilk çeki də təqdim edib. Qalib ştat sakini Con Dreher olub.

"Bir milyon dollar almaq üçün tələb etdiyimiz yeganə şey petisiyanı imzalamağınızdır", - deyə Mask bildirib.
 
Ardını oxu...
Litvanın yol infrastrukturunun vəziyyəti maliyyə kəsintiləri səbəbindən narahatlıq doğurur.

Fins.az xəbər verir ki, nəqliyyat nazirinin müavini Yulius Skačkauskas, 2024-cü il üçün dövlət büdcəsində yollar üçün ayrılan 784 milyon avronun yalnız mövcud layihələrin tamamlanması üçün kifayət edəcəyini bildirib.

Bu il ilə müqayisədə maliyyənin 11% azalması, Litvanın yollarının vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verməyəcək. Skačkauskas, KPPP-nin əsas məbləğinin artırılmamasının da problemləri daha da dərinləşdirəcəyini vurğulayıb.

Yalnız Via Baltica avtomobil yolu və Vilnius-Utena yolunun bərpası 317 milyon avro tələb edəcək, bu da əlavə maliyyə dəstəyi zərurətini ortaya qoyur. Hökumət, infrastrukturun inkişafını təmin etmək üçün müvafiq tədbirlər görməlidir.
 
Ardını oxu...
Hazırda Türkiyədə üç milyona yaxın Suriyadan olan qaçqın var.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə Suriyadan dörd milyona yaxın qaçqın Türkiyəyə gəlib:

"Savaşın davam etdiyi hazırkı müddətdə də qapımız hələ də açıqdır. Həmçinin Livanda olan vəziyyətlə əlaqədar Tükiyəyə gələnlər üçün də qapımızı açıq tutmuşuq. Orada türkmənlər də var. Bu soydaşlarımız üçün qapımızı açıq saxladığımızı demişəm, indi də deyirəm". \\Ölkə.az
 

Ardını oxu...
Tokioda Yaponiyanın hakim Liberal Demokrat Partiyasının qərargahına və Baş nazirin iqamətgahına hücum edən şəxs saxlanılıb.

Bu barədə NHK telekanalı xəbər verir.

Məlumata görə, saxlanılan şəxs partiya qərargahının girişinə beş-altı “Molotov kokteyli” atıb. Butulkalardan biri polis maşınına dəyib. Yanğın söndürülüb, xəsarət alan olmayıb.

Bundan sonra həmin şəxs avtomobillə cinayət yerindən qaçaraq Yaponiya Baş nazirinin iqamətgahının ərazisinə soxulmağa cəhd edib. O, hasarı aşıra bilməyib. Daha sonra şübhəli şəxs tüstü bombasına bənzəyən əşya atmağa çalışıb.
 

Ardını oxu...
2025-ci ildə 76-cı Beynəlxalq Astronavtika Konqresi Avstraliyanın Sidney şəhərində keçiriləcək.

İqtisadiyyat.az xarici mediaya istindən xəbər verir ki, bu barədə İtaliyanın Milan şəhərinin ev sahibliyi etdiyi 75-ci Beynəlxalq Astronavtika Konqresində qərar qəbul olunub.

Oktyabrın 14-dən 18-dək “Dayanıqlılıq naminə kosmik məsuliyyət” devizi ilə keçirilən Milan Astronavtika Konqresi tarixdə ən böyük konqres olub. Konqresdə 120 ölkədən 11 200-dən çox nümayəndə iştirak edib. Bu rəqəmlər rekord göstəricidir və konqresin qlobal miqyasda kosmik sahənin iştirakçılarının toplaşdığı ən böyük platforma olduğunu göstərir. Konqresin sərgi pavilyonu rekord sayda - 530-dan çox iştirakçı qəbul edib.

Konqresdə 25 astronavtın iştirakı ilə ictimaiyyət, tələbələr və gənc mütəxəssislərin görüşü olub. Beynəlxalq Astronavtika Federasiyasına 73 yeni üzv təşkilat qoşulub və onların sayı 80 ölkədən ümumilikdə 563-ə çatıb. 2027-ci ildə Beynəlxalq Astronavtika Konqresinə Polşanın Poznan şəhəri ev sahibliyi edəcək.
 
Ardını oxu...
"ABŞ Məxfi Xidmətində fundamental dəyişikliklərə ehtiyac var – əks təqdirdə, ölkə liderlərinə qarşı sui-qəsd cəhdləri davam edəcək".

Musavat.com xəbər verir ki, prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini təhlil edən müstəqil komissiyanın hesabatında belə deyilir.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) rəhbəri Alexandro Mayorkasa göndərilən hesabatda qeyd olunur ki, Məxfi Xidmətin öz missiyasını yerinə yetirə bilməsi üçün fundamental islahatlara ehtiyacı var.

Müstəqil komissiyanın fikrincə, bu islahatlar olmadan Batlerdəki hadisə yenidən təkrarlana bilər. 52 səhifəlik hesabatda, xüsusən, yüksək səviyyəli bəzi rəhbərlərin vəzifədən kənarlaşdırılması və agentliyin rəhbərliyinə xarici mütəxəssislərin cəlb olunması tövsiyə edilir.

Hesabat müəllifləri ölkənin bir çox yüksək vəzifəli şəxslərini qorumaq üçün həyatlarını riskə atan agentlərin işini yüksək qiymətləndiriblər, lakin agentliyin rəhbərliyi ilə bağlı bir sıra çatışmazlıqları qeyd ediblər.

Sənəddə xüsusi olaraq işçilər arasında “tənqidi düşüncənin çatışmazlığı”, onların problemlər barədə açıq danışmaq istəməməsi, həmçinin mühüm tədbirlərin mühafizəsi zamanı digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə kommunikasiya çatışmazlığı vurğulanıb.

Hesabatın tərtibində dörd nəfər iştirak edib: Mark Filip - Corc Buş dövründə ABŞ baş prokurorunun müavini olmuş hüquqşünas, Devid Mitçell - 50 ildən çox xidmət göstərmiş keçirmiş polis işçisi, Canet Napolitano - Barak Obamanın dövründə ABŞ-ın keçmiş daxili təhlükəsizlik naziri, Frensis Taunsend - ABŞ prezidentinin daxili təhlükəsizlik və terrorizmlə mübarizə üzrə keçmiş müşaviri.

Məlumat üçün bildirək ki, Məxfi Xidmətin rəhbərliyinin dəyişdirilməsi ilə bağlı ilk addımlar artıq atılıb: agentliyin keçmiş direktoru Kimberli Çitl vəzifısindən kənarlaşıb.

Hazırda Məxfi Xidmətin direktoru vəzifəsini müvəqqəti olaraq Ronald Lou icra edir. Lou bildirib ki, agentlik komissiyanın tapıntılarını diqqətlə öyrənəcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti