ABŞ-də Oklahoma ştatının Geary şəhərindəki bütün polis məmurları eyni gündə istefa veriblər.
TNS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Polislərin eyni gündə işdən çıxması yerli sakinlər arasında çaşqınlıq yaradıb.
Polis rəisi Alicia Ford da istefasını təsdiqləyərək qərarın çətin, lakin zəruri olduğunu bildirib. O, yerli sakinləri şəhər həyatında və şəhər şurasının iclaslarında fəal iştirak etməyə çağırıb.
Buna baxmayaraq, polis məmurları sakinlərin təcili yardım üçün 911-ə zəng etməyə davam edə biləcəyini söyləyiblər.
Oktyabrın 20-də ABŞ-da dünyasını dəyişən FETÖ lideri Fətullah Gülənə məxsus çamadan və çantadan məlumatlar üzə çıxıb.
İndex.az xəbər verir ki, məlumata görə, Gülənin kitablarının müəllif hüquqlarını bir vəqfə həvalə etdiyi, əşyaları arasında 2 min dollarlıq “kəfən pulu” və 12 min 640 dollar dəyərində dörddə bir qızıl sikkə olduğu bildirilib.
Sosial mediada yayılan açıqlamada Gülənə məxsus çamadan və çantanın oktyabrın 26-da Gülənin bacısı və qardaşı Fazilet Korucuk və İsa Gülən tərəfindən açıldığı qeyd edildi.
Qeyd olunub ki, çantanın içərisində Gülənin kitablarının müəllif hüquqlarını “Cascade Trust” adlı bir vəqfə köçürdüyünə dair etibarnamə tapılıb. Bildirilib ki, fondun yaradılmasında məqsəd Gülənin ideyalarının yayılmasını onları öyrənən və həyata keçirən təhsil müəssisələrinə yönəltməkdir.
Açıqlamaya görə, Gülənin əşyaları aşağıdakılardır:
Kitab qonorarından qalan 20 min 20 dollar;
“Kəfən pulu” üçün ayrılan 2 min dollar;
Hədiyyə olaraq istifadə edilmək üzrə 12 min 640 dollar dəyərində dörddəbir qızıl;
Yazıldığı dövrdəki borclarının ödənilməsini tələb edən vəsiyyətnamə;
Bir kitab qonorarını bir vəqfə bağışladığını göstərən etibarnamə;
1 ədəd zəncirli saat;
1 kostyum, şəxsi əşyalar və şəxsiyyəti təsdiq edən sənədlər.
Rusiya qazından asılı olan Avropa İttifaqı ölkələri onun Azərbaycan qazı ilə əvəzlənməsi barədə razılaşmaya yaxındırlar.
“Cebheinfo.az” xəbər verir ki, bunu “Bloomberg” danışıqlardan xəbərdar olan insanlara istinadən yazır.
“Macarıstanın MVM və Slovakiyanın “Slovensky Plynarensky Priemysel” şirkətləri Ukrayna vasitəsilə ildə 12-14 milyard kubmetr qazın tədarükünə dair müqavilələr imzalamağa hazırdırlar. Ukraynanın dekabrda başa çatan müqaviləni uzatmaq niyyətində olmadığı “Qazprom” yanacağının əvəzinə bu kəmərlə Azərbaycan qazı keçəcək.
SOCAR onu Sudjadakı qaz ölçmə məntəqəsinə (hazırda Kursk vilayətindəki bu sərhəd şəhəri Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir) çatdıracaq və orada Macarıstan və Slovakiya şirkətlərinə veriləcək və ölkələrə çatdıracaq”,-deyə məlumatda bildirilir.
Kommersiya sazişinin qüvvəyə minməsi üçün rəsmi Kiyevin siyasi qərarı tələb olunacaq:
“Çünki Ukraynanın qaz nəqli sisteminin operatoru tranzit imkanlarını ehtiyatda saxlamalı olacaq. Rusiya ilə Azərbaycan arasında mübadilə sazişi də zəruridir, çünki Azərbaycanın cari tədarükü əvəz etmək üçün kifayət qədər ixrac gücü yoxdur”.
Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzinin tədqiqatçısı Anne-Sofi Korbeau hesab edir ki, axınların eyni həcmdə yönləndirilməsi “Rusiya qazının xalis ağartması” olacaq:
“Amma Viktor Orbanın dövründə Macarıstan və bir il əvvəl hakimiyyətə gələn Robert Fikonun rəhbərliyi altında Slovakiya Avropa Komissiyasının çağırışlarına baxmayaraq, Rusiya ilə münasibətlərini qoruyub saxlayır. Onlar başqa tədarük mənbələri tapmaq üçün çox az səy göstəriblər”.
Əgər Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi üzrə müqavilələr imzalansa, Ukrayna öz ərazisindən qaz tranziti üçün ödənişlər almağa davam edəcək. Bu da son illərdə ildə 800 milyon dollar təşkil edib.
Serbiya da Rusiya qazını qismən Azərbaycan qazı ilə əvəz etməyi planlaşdırır. Prezident Aleksandr Vuçiç “Bloomberg” agentliyinə müsahibəsində bildirib ki, gələn həftə o, Azərbaycan lideri İlham Əliyevlə SOCAR-ın hansı həcmdə qaz təmin edə biləcəyini müzakirə edəcək.
Bundan sonra Vuçiç Rusiya ilə yeni müqavilə üzrə danışıqlar aparmalı olacaq, çünki indiki müqavilənin müddəti 2025-ci ildə başa çatır. O deyib: “Asan olmayacaq, lakin Bakıdakı danışıqlardan sonra biz Rusiya ilə nə etmək lazım olduğunu anlayacağıq”.
Serbiya tədarükləri fəal şəkildə şaxələndirir. Belə ki, SOCAR ilə əməkdaşlığa əlavə olaraq, Yunanıstandakı LNG terminalından aparan yeni boru kəməri açır.
Musavat.com xəbər verir ki, Ukraynanın keçmiş Xarici İşlər naziri Dmitri Kuleba sensasion açıqlama ilə çıxış edib.
O, deyib ki, Rusiyanın genişmiqyaslı işğalından əvvəl Qərb liderləri Ukrayna Prezidenti Volodimir Zelenskidən videovəsiyyət yazmasını istəyiblər.
Kuleba bildirib ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Zelenskiyə sürgündə hökumət qurmağı və Ukraynanı partizan müharibəsinə hazırlamaq üçün hərbi həll yollarını nəzərdən keçirməyi tövsiyə edib.
Bu açıqlama, Rusiyanın təcavüzündən əvvəlki dövrdə Qərbin Ukrayna ilə bağlı mövqeyinin nə qədər pessimist və ehtiyatlı olduğunu üzə çıxarır. Belə ki, Qərb liderləri, Moskvanın hücumuna müqavimət göstərməkdə tərəddüd edirdilər və Ukraynanın hərbi uğuruna inamları aşağı idi. Kulebanın sözlərinə görə, bu vəziyyət Zelenskiyə və Ukrayna hökumətinə dəstəyin hələ müharibənin başlanğıcında yetərli səviyyədə olmadığını nümayiş etdirir.
Buna baxmayaraq, Ukrayna xalqı və ordusu gözlənilməz dərəcədə güclü müqavimət göstərərək dünya ictimaiyyətini təəccübləndirdi və Qərbin əvvəlki şübhələrini alt-üst etdi. Bu tarixçədən göründüyü kimi, müharibənin ilk günlərində verilən qərarlar, Ukraynanın bugünkü siyasi və hərbi mövqeyi ilə müqayisədə daha dramatik və gərgin olub.
Zelenskinin və hökumətinin bu çətinliklər qarşısında qalması və xalqın iradəsi ilə birləşərək müqavimət göstərməsi, Ukraynanın suverenliyini qorumaq əzminin bariz göstəricisinə çevrildi.
Tramp, Harrislə müsahibəyə görə CBS-in yayım lisenziyasınınləğvini tələb edib.
Trend xəbər verirki, ABŞ prezidentliyinə namizəd Donald Tramp, CBS Newstelekanalının ona 10 milyard dollar təzminat ödəməli olduğunu vəDemokratlar Partiyasının namizədi Kamala Harrisin müsahibəsiniredaktə etdiyi üçün yayım lisenziyasından məhrum edilməli olduğunuhesab edir.
“Mən sadəcə CBS-ni 60 dəqiqədən çox məhkəməyə verdim, çünki bu,seçkiyə müdaxilə saxtakarlığı idi. Ona sual verilir, o, uzun-uzadıdəli cavab verir. Və CBS nə etdiyini bilirsinizmi? Hamısını kəsib,mənasız suala başqa cavab alıb yerinə yapışdırırlar. Düşünürəm ki,CBS lisenziyasından məhrum edilməlidir”, o, cümə axşamı Nevadaştatının Henderson şəhərində tərəfdarlarına bildirib. Mitinqmühafizəkar media şirkəti RSBN tərəfindən yayımlanıb.
Tramp həmçinin ABC-nin sentyabrda Harrislə debatını zəif təşkiletdiyi üçün lisenziyasını itirməsi gərəkdiyini vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl “Fox News” telekanalı Trampın CBSNews telekanalını məhkəməyə verdiyi barədə məlumat yayıb.Respublikaçı münsiflər heyətinin məhkəməsini tələb edən Tramp,CBS-nin "davam edən aldadıcı və aldadıcı təcrübələrinə" görə ən azı10 milyard dollar təzminat tələb edir.
ABŞ İranın “Mahan Airways” aviaşirkətinə, eləcə də onun Böyük Britaniya, İordaniya, İraq, BƏƏ, Suriya, Türkiyə və Fransadakı keçmiş tərəfdaşlarına qarşı məhdudlaşdırıcı tədbirlərin müddətini yenidən uzadıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Məsələləri Bürosunun məlumatında deyilir.
Qeyd olunur ki, söhbət ABŞ-nin aviasiya məhsulları, proqram təminatı və texnologiyalarının ümumilikdə 12 təşkilata satışının qadağan edilməsindən gedir.
Vaşinqtonun versiyasına görə, İran aviaşirkəti 2022-ci ilin əvvəlindən Rusiya ilə bağlı ixraca nəzarət tədbirlərini davamlı olaraq pozub və Moskvaya uçuşlarda ABŞ administrasiyasının müvafiq lisenziyası olmadan “Boeing” təyyarələrindən istifadə edib.
Vaşinqton həmçinin hesab edir ki, İran aviaşirkəti Rusiya-Ukrayna münaqişəsi səbəbindən ABŞ-nin məhdudlaşdırıcı tədbirlər tətbiq etdiyi Belarusa birbaşa uçuşlar həyata keçirmək niyyətindədir.
İranın Almaniyadakı bütün baş konsulluqları bağlanacaq.
Bu barədə DPA agentliyi məlumat yayıb.
Almaniya Xarici İşlər Nazirliyi bu qərarı İran əsilli vətəndaşı 67 yaşlı Cəmşid Şarməhdin edam edilməsinə etiraz olaraq qəbul edib.
Qeyd edək ki, Cəmşid Şarməhd 2020-ci il avqustun 1-də Almaniyadan Hindistana səfəri zamanı üçgünlük Dubayda qalarkən İranın təhlükəsizlik orqanları tərəfindən qaçırılıb.
Gürcüstanın müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları noyabrın 4-də Tiflisdə parlament binası yaxınlığında seçkilərin nəticələrinə etiraz olaraq mitinq keçirəcəklər.
Bu barədə brifinqdə “Güclü Gürcüstan” koalisiyasının üzvü Anna Dolidze bildirib. \\Redaktor.az
Dünyanın hər yerində fərqli-fərqli uğursuzluq hesab edilən rəqəm, hərəkət və davranışlar var.
Ölkə.Az xəbər verir ki, bu cür davranışlara yol verən şəxslər başlarına bədbəxt hadisələrin gələcəyinə inanırlar. Odur ki, dünyanın ən qəribə xurafatlarını təqdim edirik: Almaniyada bir insanı doğum günündən əvvəl təbrik etmək olmaz. Onlar düşünür ki, beləliklə cinlər xoş arzuları eşidə və onların həyata keçməməsi üçün əllərindən gələni edə bilərlər.
Böyük Britaniyada sağsağan görmək uğursuzluq sayılır. Ona görə də hardasa sağsağan görsəniz, onları nəzakətlə qarşılasanız yaxşı olar: məsələn deməlisiniz ki, “Sabahınız xeyir, cənab sağsağan. Bu gün xanımınız necədir?” Bunun səbəbi də odur ki, adətən sağsağanlar cüt gəzir və onları tək görmək kədəri ifadə edir. Polşada çantaların yerə qoyulması yanlış hesab olunur. Çünki insanlar çantalar yerdə olan zaman içindəki pulun asanlıqla çıxa biləcəyinə inanırlar. Polşada həmçinin insanlar inanırlar ki, əgər kimsə ölübsə, cəsədi növbəti bazar gününə qədər basdırmalısınız, əks halda daha bir yaxın adamınızı itirə bilərsiniz.
İspanyada insanlar ayın 13-nə təsadüf edən çərşənbə axşamını uğursuz sayır. Onların inancına görə bu günlərdə evlənmək və ya səyahət etmək olmaz. İtaliyada isə ayın 17-nə təsadüf edən cümə günü pis xəbər deməkdir. Həmin gün heç bir şey etməməli, ən azından xüsusi bir günü qeyd etməməlisiniz. Bunu etsəniz belə heç olmasa, bənövşəyi geyinməməlisiniz. İsveçdə isə hörümçəyi öldürmək qadağandır. Çünki mövhumata görə, hörümçəyi öldürsəniz, sabahısı günü mütləq yağış yağacaq. Fransada batil inanclar daha çoxdur. Məsələn, hansısa quş pəncərənizdən içəri baxsa, pis bir şey olacaq və ya hamilə qadın bayquş görsə, qız doğulacaq deməkdir.
Fransızlar həmçinin inanır ki, çörəyi tərsinə qoyan insan onu yeyirsə, lənətlənəcək. Türkiyədə kiməsə əldən-ələ qayçı və ya bıçaq vermək o şəxslə dalaşacağınız, hətta düşmən olacağınız mənasına gəlir. Bu inanc Azərbaycanın də bəzi bölgələrində mövcuddur. Rusiyada evdən çıxdıqdan sonra nəyisə yadınızdan çıxarmısınızsa, geri qayıtmamalısınız. Deyək ki, unutduğunuz əşya çamadandır və geri dönməlisiniz. Bu zaman evə qayıtsanız əsla fit çalmayın. Şeytanı bir müddət səyahət etməyəcəyinizə inandırmaq üçün çamadanın üzərində oturmalı və geri qayıtmazdan əvvəl həmişə güzgüyə baxmağı unutmamalısınız.
Yaponiyada isə “şi” kimi tələffüz edilən 4 rəqəmi həm də ölüm mənasına gəlir. Ona görə də 4 elementdən ibarət hədiyyələrdən məsələn 4 gül, 4-lü boşqab və s. qaçın. Bu səbəbdən Yaponiyada bir çox binalarda mərtəbələrdə 4 rəqəmi yoxdur. Yaponiyada 9 rəqəmi də uğursuz sayılır çünki “əzab” sözü ilə eyni cür tələffüz edilir.
Cənubi Koreyada gecə fit çalmaq uğursuzluq əlaməti sayılır. Çünki onlar inanır ki, belə etsəniz, pis ruhlar varlığınızdan xəbərdar olacaq. Eyni zamanda cənubi Koreyada isə məzarlarda yazılar qırmızı olduğu üçün birinin adını qırmızı ilə yazmaq pis hadisələrə işarə edir.
Argentina prezidenti Xavyer Miley BMT- də ABŞ-nin Kubaya qarşı sanksiyalarının ləğvinə səs verən xarici işlər naziri Diana Mondinonu vəzifəsindən azad edib.
"DogruXeber.az" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Ölkəmiz qəti şəkildə Kuba diktaturasına qarşıdır və insan hüquqlarını və fərdi azadlıqları pozan bütün rejimləri pisləyən güclü xarici siyasət mövqeyini qoruyacaq", - Argentina liderinin ofisi bildirib.
Mondinonun Kubaya verdiyi dəstəyə görə vəzifəsindən kənarlaşdırılması, prezidentliyə namizədliyindən bəri onu dəstəkləyən Maylinin əsas tərəfdarlarından birinə qarşı bir addımdır. Qeyd olunub ki, diplomatik xidmət rəhbəri teatrallıq və təşkilatlanma ilə seçilən siyasətçinin kampaniyası zamanı Buenos-Ayresin beynəlxalq nüfuzunu gücləndirib.