Ardını oxu...
2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibi kimi Azərbaycanın seçilməsi tamamilə əsaslıdır, çünki iqlim məsələləri məhz neft hasil edən ölkələrdə müzakirə olunmalıdır.

Bunu Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov COP29 çərçivəsində çıxışı zamanı deyib.

Daha əvvəl bildirilmişdi ki, isveçli ekofəal Qreta Tunberq və Qafqaz Feminist Antimüharibə Hərəkatı Tbilisinin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirib.

“Qreta Tunberq iqlim məsələlərini müzakirə etmək üçün yer seçimi ilə bağlı heç nə anlamır. Qreta iqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanların real tarazlığını lazımi səviyyədə qiymətləndirmir. Fosil ehtiyatları uzun müddət öz qlobal rolunu oynayacaq və elə indi nəyin bahasına olursa olsun, onlardan imtina etmək, yumşaq desək, effektiv deyil. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin neftlə bağlı ölkəyə ünvanlanan tənqidlərdən təəccüblənməsi ilə tam razıyam. Bu, həqiqətən təbiətin hədiyyəsidir”, - o deyib. \\Redaktor.Az
 
Ardını oxu...
 

Məşhur fransız yazıçı Gi De Mopassan Eyfel qülləsinə nifrət edir, qüllənin paytaxtın görünüşünü çirkinləşdirdiyini deyirmiş.

Buna baxmayaraq, yazıçı müntəzəm olaraq Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən kafedə nahar edirmiş.

Bir dəfə ondan bunun səbəbini soruşduqda yazıçı deyir: “Çünki ora Parisdə yeganə yerdir ki, ordan baxanda Eyfel görünmür.”

Mopassan Eyfeli sevməyən yeganə insan deyildi. Parislilərin əksəriyyəti qüllə tikilib hazırlanandan sonra uzun müddət Eyfeli qəbul edə bilmir. Onu utanc ləkəsi kimi görmüş və nifrət etmişdilər. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və birliklərini bu qülləyə qarşı istifadə etmişlər. Həmin işdə 300 tanınmış şəxsin imzası olub. Bunların arasında Aleksandr Düma, Şarl Quno və əlbəttə ki, Mopassan da var idi. Lakin sonradan qülləyə həm yerli, həm də xarici turistlərin kütləvi axını baş verir və qısa müddətdə Eyfelə xərclənən pullar artıqlaması ilə geri qazanılır. Həm iqtisadiyyata təsiri, həm də qüllədə televiziya, radio stansiyalarının fəaliyyətə başlaması ona olan ögey münasibəti bir az azaldır.

Orta hesabla hər il 6 milyon turist bu qülləyə baş çəkir. Dünyaca məşhur fırıldaqçı Lüstiqin də yolu Eyfeldən keçir.

Musavat.com  Eyfelin metallom kimi satılmasına dair maraqlı faktları təqdim edir.

"Nə qədər ki, dünyada axmaqlar var, yalanlarla yaşamaq bizimçün çox rahatdır"

İti ağıllı və yüksək zəkalı, dünyanı “dolayan” fırıldaqçı 1890-cı ildə Çexiyada anadan olur. Məktəbi bitirdikdə artıq Lüstiq 5 dildə sərbəst danışa bilirdi. Gələcək “karyerası” üçün lazım olacaq çex, ingilis, fransız, italiyan və alman dillərini mənimsəyir. Bundan sonra sərbəst Avropanı gəzməyə başlayır. Əlbəttə dəfələrlə qanunları kobud şəkildə pozduğuna görə tutulur, amma həbsdən çıxmağın həmişə bir yolunu tapır. Gələcəyin ən tanınmış dələduzu artıq dil yox, qumar oyunlarını öyrənmək qərarına gəlir. Həmin vaxt Paris Avropanın qumar “paytaxtı” idi. Parisə lövbər atan Lüstiq ən gəlirli oyunları-poker və bridc oyunlarını mükəmməl öyrənir. Bu biliklər ona Parisdə milyonlar qazandırır və Fransanı mat qoyan fırıldaqçı burada lüks həyat yaşayır.

Həyatına yenilik qatan Lüstiq bu dəfə okeanı aşaraq Amerikaya təşrif buyurur.  Əlbəttə ki, məqsəd elm öyrənmək və ya tarixi abidələri ziyarət deyildi. Qaldığı bir neçə ildə minlərlə insanı aldadıb milyonlar qazanır və 50 dəfə Amerikada həbs olunur.

Amerikaya getmişkən dönəmin qanqsteri Al Kapone ilə də şəxsən tanış olur və ondan 5 min dollar “cib xərci” alır. Əlbəttə, Lüstiqin 5 min dollara ehtiyacı yox idi, amma məhz Al Kaponedən almaq ona xüsusi bir zövq vermişdi.

1925-ci ildə Viktor Lüstiq yenidən Parisə qayıdır. Nədənsə Parisdə pul qazanmaq ona daha cəlbedici gəlirdi. Dünyanın bir nömrəli dələduzu buna nail olur və fransızlara əbədi “dağ çəkir”.

Yeni macəralar axtarişında olan 32 yaşlı Viktor qəzetdə məqalə görür. Parislilər əyri-üyrü Eyfelin sökülməsini tələb edirlər. Dərhal Lüstiqin gözləri parıldayır. Fransızları elə öz dillərində dolamağın fürsəti və vaxtı yetişib!

Əvvəlcə bahalı bir hoteldə lüks otaq tutulur və Viktor Lüstiqin poçt və teleqraf nazirinin müavini olması ilə bağlı saxta sənədlər hazırlanır. Daha sonra metal alqı-satqısı ilə məşğul olan 5 böyük şirkətin başçısına dəvətnamə göndərilir. Dəvətnamələrdə iş adamları o dövrdə Parisin ən prestijli hoteli sayılan "Krillon" hotelində çox mühüm və gizli görüşə dəvət olunur. 

Ardını oxu...

Qonaqları təmtəraqlı otaqlarda qəbul edən Lüstiq Eyfel qülləsinin saxlanmasının hökumətə çox baha başa gəldiyi barədə geniş nitq söyləyir. Bildirir ki, vaxtilə qüllə Parisdə təşkil olunmuş ümumdünya sərgisi üçün müvəqqəti olaraq inşa edilib, 30 ildən çox vaxt keçdikdən sonra qüllə şəhər üçün təhlükəyə çevrilib və hakimiyyət dairələri qüllənin sökülməsi məsələsini müzakirə edirlər. Bunun üçün orada iştirak edənlər arasında qüllənin alınması üçün tender elan olunur.

Bu təklif görüş iştirakçıları arasında maraq oyatmaya bilməzdi və ən çox Andre Puasson bu məsələ ilə maraqlanır. Onu təkcə əldə edəcəyi gəlir yox, həm də tarixə düşmək imkanı daha da ruhlandırırdı. Məhz onun bu istəyini görən Lüstiq bir müddət sonra Puasson ilə gizli görüş təşkil edir. Görüş zamanı çox sakit görünən Lüstiq Puassona deyir ki, onun bu tenderi qazanmaq şansı yüksəkdir, amma öz namizədliyini bir az da möhkəmlətmək üçün şəxsən Viktorun özünə müəyyən miqdarda "mükafat" verməlidir.

 Hələ bu görüşə qədər Puassonda müəyyən şübhələr yaranmışdı: niyə görüşlər belə gizli şəraitdə və nazirlikdə deyil, hotel otağında keçirilir? Lakin "dövlət məmurunun" son addımı onun bu müəmmalı sözləşməyə olan şübhələrini dağıdır. O, bir neçə iri əsginası sayaraq Lüstiqə verir və Eyfel qülləsinin sənədlərinin alınması müqabilində 4 milyon frank məbləğində çeki imzalayaraq, baş verənlərdən razı halda hoteldən ayrılır. Müsyö Puasson xoşagəlməz anlaşılmazlıqları hiss edəndə isə artıq gec idi – Viktor Lüstiq çoxdan əlindəki çeki nağd pula çevirərək, Vyanaya qaçmışdı.

Lüstiq 50 dəfədən çox həbs olunsa da, hər dəfə sudan quru çıxmağı bacarırdı. Polis onu cinayətini sübut edəcək dəlil çatışmazlığı səbəbindən azad etməyə məcbur olurdu. Viktor Lüstiq istedadlı fırıldaqçı olmaqla bərabər, həm də çox yaxşı psixoloq idi. Onun aldatdığı insanların çoxu cəmiyyətə axmaq görünmək istəməmələri səbəbindən polisə şikayət etmirdilər. Hətta Eyfel qülləsini böyük miqdarda pula "alan" Müsyö Puasson da bütün Parisə gülüş hədəfi olmaqdan və fərasətli biznesmen adını itirməkdənsə, pulları ilə vidalaşmağı üstün tutur. 

Ardını oxu...

Puasson ilə sözləşmədən bir müddət sonra o, yenidən Parisə qayıdır və tenderin başqa bir iştirakçısına qülləni bu dəfə 75 min dollara satır. Lakin aldanmış biznesmen fırıldağı tez anlayır və polisə xəbər verir. Lüstiq fransız polisindən qaçaraq ABŞ-yə getməyə nail olur. Amerikanın ədalət məhkəməsində də bu bacarıqlı fırıldaqçı haqqında kifayət qədər material toplanmışdı. 1935-ci ilin dekabrında "qraf" həbs olunur. O, saxta dollar əsginasları hazırladığına görə 15 il, bir ay əvvəl həbsxanadan qaçdığına görə isə əlavə 5 il müddətinə azadlıqdan məhrum edilir. Onu San-Fransisko yaxınlığındakı Alkatraz ada-həbsxanasına gətirirlər. O, 1947-ci ilin martında orada pnevmoniyadan vəfat edir və ümumi qəbirdə dəfn olunur.

 

Şahanə Rəhimli
Musavat.com


Ardını oxu...
 

Bakıda COP29 sammiti yüksək səviyyədə təşkil olunub və Braziliya növbəti COP30 sammitində Azərbaycanın təcrübəsindən faydalanacaq.

Musavat.com xəbər verir ki, bu barədə "Report"a Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin deyib.

O qeyd edib ki, COP30 sammitində COP29-da müzakirə edilən əsas məsələlər yenidən gündəmə gətiriləcək və daha da təkmilləşdiriləcək.

Vitse-prezidentin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi COP29 sammiti gələcək tədbirlər üçün nümunə olacaq.

Ardını oxu...
İqlim dəyişikliyi geosiyasi gərginliyi artıran və böhranları dərinləşdirən əsas qlobal çağırışdır.

Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.

Özbəkistan lideri Azərbaycan Prezidenti İlham Əliyevə COP29 iqlim konfransının yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Ş.Mirziyoyev vurğulayıb ki, Özbəkistan müasir iqlim çağırışlarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi üzrə Azərbaycanın fəal səylərini tam dəstəkləyir.

“Bu gün iqlim dəyişikliyi – geosiyasi gərginliyin artmasına birbaşa təsir göstərən əsas qlobal çağırışdır. Xüsusilə yoxsulluq, ərzaq və enerji təhlükəsizliyi, su və resurslara çıxış problemləri dərinləşir. Biz bu problemləri Mərkəzi Asiyada kəskin şəkildə hiss edirik”, – o bildirib.
 
Ardını oxu...
Türkiyə Türkmənistan qazının Azərbaycan ərazisindən nəqlini mümkün hesab edir, Türkiyəyə tədarük həcmi ildə 2 milyard kubmetrə çata bilər.

Bunu “Report”a müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

“Azərbaycana gələn Türkmənistan qazı Azərbaycan ərazisindən keçməklə Türkiyəyə çata bilər”, - o bildirib.

Eyni zamanda Bayraktar tədarükün Azərbaycan qazının Gürcüstandan keçərək Türkiyəyə çatdırıldığı infrastruktur vasitəsilə həyata keçirilə biləcəyini qeyd edib.

“Belə tranzitlərin həcmi o qədər də böyük olmaya bilər. Amma əsas odur ki, onun Azərbaycan vasitəsilə həyata keçirilməsi üçün texniki imkan var. Türkmənistan qazı İrandan keçməklə Azərbaycana çatdırılır və eyni şəkildə Türkiyəyə də çatdırıla bilər”, - nazir əlavə edib.
 
 
 
Ardını oxu...
Kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyi planlaşdıran şəxslər saxlanılıb

Qırğızıstanda kütləvi iğtişaşlar və hakimiyyəti ələ keçirməyi planlaşdıran şəxslər saxlanılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Qırğızıstan Respublikası Daxili İşlər Nazirliyinin əməliyyat xidmətləri hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran, çevriliş etmək istəyən, kütləvi iğtişaşların təşkilini planlaşdırmaqda şübhəli bilinən şəxsləri saxlayıb. Əməliyyat müəyyən qrup tərəfindən kütləvi iğtişaşlar hazırlaması və ictimai-siyasi sabitliyi pozması planları barədə məlumat əsasında həyata keçirilib”, - DİN-in məlumatında qeyd edilib.
 
Ardını oxu...
Moldovanın payına qlobal emissiyaların 0,03 %-ni düşür, lakin ölkə Avropada ən riskə həssas ölkə olub.

Bunu Moldova Prezidenti Maya Sandu COP29 İqlim Liderləri Sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Moldova üçün iqlim dəyişikliyi xəyali təhlükə deyil, gündəlik həyata, iqtisadiyyata və xüsusilə kənd icmalarına təsir edən reallıqdır.

“Bu, inkişaf etməkdə olan riskə həssas millətlərə üstünlük verən və təhlükəsizliyin artırılmasına diqqət yetirilən ədalətli iqlim maliyyələşdirmə sisteminə mümkün qədər tez çıxışın təmin edilməsinin vacibliyini göstərir”, – o bildirib.

Onun sözlərinə görə, Moldova ağac əkməyə dair milli proqramın icrasına başlayıb və meşə örtüyünü 5 % artırmağı planlaşdırır.

“Bu, yaşıl gələcəyə sadiqliyimizin sübutudur. Vəsait çatışmazlığına baxmayaraq, biz planetin sağlamlığı və gələcək nəsillər naminə bu işi davam etdiririk. Bu, daha yaxşı hava keyfiyyətinə, biomüxtəlifliyin və Yerin qorunmasına töhfədir”, – Moldova Prezidenti qeyd edib.

O vurğulayıb ki, qlobal böhran hamıdan fəal tədbirlər tələb edir:

Moldova enerji səmərəliliyini artırır, istehlakı azaldır, bərpa olunan mənbələri tətbiq edir. Lakin meşələrin bərpası və dekarbonizasiya məsələsinin həlli resurslar tələb edən böyük məqsədlərdir.

“Biz qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik. Əgər tədbirlər görməsək və planetin böyük ərazilərinin yaşayış üçün yararsız hala düşməsinin qarşısını almasaq, tarix bizi mühakimə edəcək. Bu gün bizim işimiz Yerin gələcəyini müəyyən edəcək”, – o, yekunda bildirib.
Ardını oxu...
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia ilə bağlı Azərbaycanın təqdim etdiyi ilkin etirazlara dair qərarını açıqlayıb.
Reportyor.tv xarici agentliklərə istinadən xəbər verir ki, məhkəmə sədri qısa şəkildə münaqişənin tarixçəsinə toxunaraq, tərəflərin keçmiş SSRİ respublikaları olduğunu xatırladıb.
O, Ermənistanın "Dağlıq Qarabağ", Azərbaycanın isə Qarabağ adlandırdığı ərazinin əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyini və bu ərazinin Azərbaycanın tərkibində olduğunu vurğulayıb.
Azərbaycan iki əsas etiraz irəli sürüb: birincisi, tərəflər arasında artıq danışıqlar aparıldığı və məsələnin məhkəmənin səlahiyyətlərinə aid olmadığı. Məhkəmə tərəflər arasında 2021-ci ildə iki dəfə görüş keçirildiyini və Azərbaycanın bu arqumentini inandırıcı saymayıb. Məhkəmə hətta Ermənistanın məsələnin həlli üçün kifayət qədər səy göstərdiyini iddia edib.
İkinci etiraz məhkəmənin səlahiyyətlərinə aid olub. Məhkəmə Ermənistanın irəli sürdüyü tələblərin etnik diskriminasiya çərçivəsində dəyərləndirilə biləcəyini və məhkəmənin səlahiyyətlərinə aid olduğunu bildirib.
Beynəlxalq Ədalət Məhkəməsi hər iki ilkin etirazın rədd olunması barədə qərar qəbul edib: birinci etiraz 16:1, ikinci etiraz isə 15:1 səslə rədd edilib.
Musavat.com
 
Ardını oxu...
Çində terror hücumu baş verib. Çjuhai şəhərində bir avtomobil izdihamın üzərinə gedib.

İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Bildirilir ki, Çinin Çjuhai şəhərində bir avtomobil izdihamın üzərinə gedib.

20-dən çox insan yaralanıb, onlardan bir neçəsi dünyasını dəyişib. Maşın həmin vaxt insanların gəzdiyi və idman oynadığı idman mərkəzinin yoluna çıxıb.

Sürücü hadisə yerindən qaçmağa çalışsa da, o, saxlanılıb. İlkin məlumata görə, onun 62 yaşı var.
  
 
 
Ardını oxu...
“Çöldə şaxta var, bunun bizim üçün nə fərqi var, onsuz da evdə deyilik”

Ukrayna Silahlı Qüvvələri (AFU) nəzarətinə götürəndən sonra qaçan Sudja sakinləri regionda müharibənin tanınması tələbi ilə Kurskda kortəbii mitinqə çıxıblar. Bu barədə Rusiyanın “7×7” nəşri yazıb.

“Harada donduğumuza əhəmiyyət vermirik. Çöldə şaxta var, bunun bizim üçün nə fərqi var, onsuz da evdə deyilik”, - qaçqınlardan biri nəşrin müxbirinə deyib.

Bundan əvvəl “Vkontakte” sosial şəbəkəsi Sudjanski rayonundan məcburi köçkünlərin mitinqini müzakirə edən postu bloklayıb.

Aksiya zamanı yerli hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə şöbəsinin müdiri Anatoli Droqan etirazçılara qarşı çıxıb. O, mitinqi “qanunsuz hərəkət” adlandırıb və qaçqınlardan kollektiv müraciətin surətini vermək, gələcəkdə əlaqə saxlamaq üçün “qrup rəhbərlərini müəyyənləşdirməyi” xahiş edib.

“Sizi qanunsuz hərəkətlərə sövq edirlər. Biz sizinlə fövqəladə rejimdə yaşayırıq. Təəssüf ki, bu hakimiyyətdən asılı deyil. Bu, müharibədir. Bu, hakimiyyət tərəfindən idarə olunmur”, –Droqan vurğulayıb.

Etirazçılar regionda müharibə olduğunu etiraf etməyi tələb ediblər və həmçinin Droqandan niyə onlarla görüşə Sudjanski rayonunun rəhbəri Aleksandr Boqaçevin deyil, məhz onun gəldiyini soruşublar. Droqan bu barədə etirazçılara heç nə deməyib.

Daha sonra meydana başqa bir məmur gəlib və çərşənbə axşamı, noyabrın 12-də qubernatorla görüş təşkil edəcəyinə söz verib. Lakin mitinqdə iştirak edən başqa bir iştirakçı “7x7”yə bildirib ki, “qubernator sakinlərlə görüşə hazır deyil” və ona görə də rayon rəhbəri görüşdə olacaq.

Bundan əvvəl Kurskda digər sərhədyanı rayon Bolşesoldatskinin sakinlərinin mitinqi keçirilib. Onlar kirayə haqqının baha olması və mənzil sertifikatlarının olmaması səbəbindən müvəqqəti mənzil kirayə götürə bilməmələrindən şikayətləniblər.

Qeyd edək ki, avqustun 6-da Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə hücuma keçib və Ali Baş Komandan Aleksandr Sırskinin sözlərinə görə, döyüşlərin ilk həftəsində onlar təxminən 1300 kvadratmetr ərazini nəzarətə götürərək 100-ə yaxın yaşayış məntəqəsini ələ keçiriblər. Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına görə, Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən ərazi təxminən 1160 kvadratkilometr olub.

Sentyabr və oktyabr aylarında rus qoşunları əks hücuma cəhd etdilər. “DeepState” analitik layihəsinə görə, oktyabrın ortalarına qədər təxminən 615 kvadratkilometr ərazi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalıb. Bunun fonunda Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Kursk vilayəti ərazisində “bufer zona” yarada bilib və bu, Kiyevin strateji məqsədlərindən biridir. O, həmçinin qeyd edib ki, Ukrayna qoşunları öz mövqelərini saxlamaqda davam edirlər.

Noyabrın 6-da Kursk vilayəti üzrə insan hüquqları üzrə müvəkkilinin mətbuat xidməti Vladimir Firsov bildirib ki, regionda gedən döyüşlər nəticəsində 100-ə yaxın dinc sakin həlak olub, 350-dən çox insan yaralanıb.

Müəllif: Turan Abdulla
ayna.az
 

Dünyapress TV

Xəbər lenti