Ardını oxu...
 

ABŞ-ın erməni lobbi hərəkatının əsas fiqurlarından biri olan, Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizə qarşı sanksiyalar tələb edən Frank Pallone hazırda Bakıda keçirilən yüksək səviyyəli COP tədbirində iştirak edir.

Musavat.com xəbər verir ki, onun bu səfəri media ictimaiyyətində suallar və heyrət doğurub.

Frank Pallone, 30 oktyabr 1951-ci ildə ABŞ-ın Nyu-Cersi ştatının Long Branch şəhərində anadan olmuş hüquqşünas və siyasətçidir. Demokrat Partiyasının üzvü olan Pallone, 1988-ci ildən bəri Nyu-Cersi ştatının 6-cı Konqres dairəsini təmsil edir. Bu dairə Middlesex bölgəsinin böyük hissəsini və Monmouth bölgəsinin Bayshore və sahil ərazilərini əhatə edir.

Frank Pallone uzun illərdir ABŞ-ın erməni diasporasının maraqlarını müdafiə edən əsas siyasətçilərdən biridir. O, açıq şəkildə Ermənistanın terror siyasətinə dəstək verir, Azərbaycanın haqq mübarizəsini beynəlxalq arenada gözdən salmağa çalışır və erməni işğalını legitimləşdirmək üçün çıxışlar edir.

COP tədbirinin əsas mövzusu qlobal iqlim dəyişikliyi ilə mübarizə olsa da, Pallonenin Bakıya gəlişi Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bir şəxsin ölkəmizə qarşı ikili standartlarını uyğuladığını unutdurmur.

Sosial şəbəkələrdə bu məsələyə sərt reaksiya verən istifadəçilər Pallonenin işğaldan azad edilmiş əraziləri ziyarət etməli olduğunu və bu ərazilərin Ermənistanın illərlə törətdiyi vandalizmin şahidi olduğunu yerində görməli olduğunu vurğulayıblar.

Sosial mediada yayılan çağırışlarda Pallonenin Qarabağın işğaldan azad edilmiş bölgələrinə aparılması tələb edilir. Onun Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və Kəlbəcərdə Ermənistanın işğalı dövründə törədilmiş dağıntılar fonunda açıqlamalar verməsi istənilir. “Frank Pallone erməni terrorizmini dəstəklədiyini bu xarabalıqların fonunda bəyan etsin” deyə istifadəçilər qeyd edirlər.

Ardını oxu...

Azərbaycan ictimaiyyəti bir daha dünya ölkələrinə və beynəlxalq təşkilatlara mesaj göndərir ki, ölkəmizin ərazi bütövlüyü danışıqsız qəbul edilməlidir. Frank Pallonenin səfəri bu kontekstdə ölkəmizin prinsipial mövqeyini bir daha nümayiş etdirmək üçün fürsət kimi dəyərləndirilir.

Bu səfərin hansı nəticələrlə yekunlaşacağı və Frank Pallonenin mövqeyində dəyişiklik olub-olmayacağı hələ ki, sual altındadır. Amma bir şey aydındır ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü, tarixi və mədəni mirasını qorumaq uğrunda mübarizəsini davam etdirəcək.

Musavat.com

Ardını oxu...
Fransanın sabiq ətraf mühit naziri Frans 24 televiziyasında Bakıda keçirilən COP29 və rəsmi Parislə Bakı arasındakı gərginlikdən danışıb.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə suala cavab verən sabiq nazirin Azərbaycanı müdafiə etməsi aparıcı üçün də gözlənilməz olub.
Belə ki, aparıcının “Biz COP 29 da ola bilərdik. Bilirsiniz ki, Azərbaycan Yeni Kaledoniyaya müdaxilə edir , Ermənistanla gərginlik içərisindədir. Siz bu barədə nə düşünürsünüz” sualına Brice Lalondenin cavabı aparıcını təəccübləndirib.
Sabiq nazir aparıcının sualına cavabında deyib:

“Mən çox kədərliyəm ki, biz orada yoxuq. Hesab edirəm ki, cənab Makron Bakıya getməli və prezident Əliyevlə danışmalı idi. Bizim Ermənistanla uzun tarixə söykənən dostluğumuz var. Amma bu o demək deyil ki, Ermənistan haqlıdır. Yaxşı xatırlayıram , mən nazir olanda Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. İndi Azərbaycan öz ərazilərini azad edib. Hər hansı təcavüzdən söhbət getmir. Fransız siyasətçilər danışanda ehtiyyatlı olmalıdırlar, çünki bu tarixi unuda bilərlər”.
 

Ardını oxu...
  

Rusiya qazından imtina edən Avropa, həmçinin iqtisadiyyatları sürətli inkişafda olan Asiya ölkələrinin hesabına ABŞ-ın maye qaz ixracı görünməmiş həddə çatıb

“ABŞ yaxın bir neçə ildə daxili tələbatın artması səbəbindən maye qaz ixracını dayandıracaq”. Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Bakıda keçirilən BMT-nin İqlim Konfransı (COP29) çərçivəsində liderlərin sammitində serb jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 3-4 ildən sonra Amerika artıq mayeləşdirilmiş təbii qaz ixrac edə bilməyəcək: “Onu süni intellektin artan istehlakı, elektrik doldurma stansiyaları və başqa hər şey üçün istifadə edəcək. Bəs onda biz nə edəcəyik? Rusiya qazını qadağan edənlərin hamısı Moskvanın qarşısında növbəyə duraraq deyəcək: ”Qışdan sağ çıxa bilmək üçün qazı bizə qaytarın". Trampın qələbəsindən sonra neft qiymətləri bir qədər ucuzlaşsa da, qazın qiyməti çox qalxdı - artıq min kubmetr üçün 485 dollardır".

Vuçiçin bu açıqlamasını Rusiya mətbuatı çox geniş işıqlandırır, şərhlər verilir. Serbiya prezidentinin dedikləri reallaşa bilərmi?

Son 5 ilə nəzər saldıqda aydın görünür ki, ABŞ qaz istehsalçıları böyük uğurlar qazanıblar. Ukraynadakı müharibəyə görə Rusiya qazından imtina edən Avropa, həmçinin iqtisadiyyatları sürətli inkişafda olan Asiya ölkələrinin hesabına ABŞ-ın maye qaz ixracı görünməmiş həddə çatıb.

Bloomberg-in məlumatına görə, ABŞ 2023-cü ildə rekord 91,2 milyon ton maye qaz ixrac edib. Ölkədə yeddi LNG terminalı fəaliyyət göstərir, digər beşi isə tikilməkdədir. Ötən il Amerika LNG-nin əsas alıcıları Avropa ölkələri olub.

“Financial Times” yazır ki, hazırda Avropa qaz bazarında LNG-nin həcmi Ukraynadakı münaqişədən əvvəlki 20 faiz ilə müqayisədə 34 faiz təşkil edir. Eyni zamanda, bu növ yanacağın bazarda tədarükü məhduddur və Avropa bunun üçün Asiya ilə rəqabət aparmalı olur.

Yeni LNG layihələri 2023-cü ildə maye qaz ixracını illik ifadədə 12 faiz artırmağa imkan verdi. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, keçən il Amerika qaz istehsalçıları xarici alıcılara, gündə orta hesabla 321,3 milyon kubmetr - Qətər və Avstraliyadan olan rəqiblərdən xeyli çox qaz ixrac ediblər.

Avropada LNG-yə kifayət qədər yüksək tələbat və sərfəli qiymətlər sayəsində keçən il fəaliyyət göstərən 7 LNG terminalında LNG ixrac gücündən istifadə nominal gücün 104 faizini və pik gücün 86 faizini təşkil edib.

Bu ilin ötən dövründə Amerika LNG ixracı gündəlik 326,7 milyon kubmetr, yəni ötən ilkindən daha çox təşkil edib.  BEA-nın proqnozuna görə, gələn il gündəlik ixrac 372,6 milyon kubmetr təşkil edəcək.

Hazırda ABŞ-da iki yeni LNG layihəsi: Corpus Christi LNG Stage 3 və Plaquemines LNG istismara vermə mərhələsindədir. BEA-nın məlumatına görə, onlar bu ilin sonuna qədər maye qazın nəqlinə başlamalıdırlar. Bununla belə, hazırlığın müxtəlif mərhələlərində olan digər LNG layihələrinin əksəriyyətində problemli məsələlər var. Belə məsələlər kimi ekoloqların etirazları, məhkəmə iddiaları, podratçı şirkətlərin iflası, həmçinin Co Bayden administrasiyasının tətbiq etdiyi məhdudiyyətlərdir. Məsələn, ExxonMobil və QatarEnergy-nin 10 milyard dollarlıq Golden Pass LNG layihəsinin tikintisinə başlanılması əsas podratçı Zachry Holdings-in iflası səbəbindən gələn ilin sonuna təxirə salınıb. Elə bu günlərdə ABŞ Federal Enerji Tənzimləmə Komissiyası (FERC) ExxonMobil və QatarEnergy-yə zavodun istismara verilməsi müddətinin üç il uzadılmasına icazə verib. Exxon zavodun tikintisinin başlanmasının 2025-ci ilin birinci yarısından sonuna qədər təxirə salındığını hələ avqust ayında açıqlamışdı.

Texasın NextDecade şirkətinin Rio Grande LNG layihəsi də əhəmiyyətli gecikmələr yaşayır. Düzdür, burada başqa cür problemlər var.

Bayden administrasiyasının iradəsi ilə bu ilin yanvar ayında ABŞ Energetika Nazirliyi icazələrin verilməsi üçün layihələrin təhlilini tamamlayana qədər mayeləşdirilmiş təbii qazın ixracı üçün icazələrin verilməsini dayandıracağını açıqladı. Nazirliyin araşdırması ABŞ-da artan LNG ixracının iqlim, iqtisadi və milli təhlükəsizliyə potensial təsirlərini qiymətləndirir. Baydenin bu addımı ilə bağlı lisenziyaların dayandırılmasının iqtisadiyyata zərər verdiyiiə və iş yerlərinin itirilməsinə səbəb olduğunu bildirıən 16 ştat məhkəməyə müraciət edib. İyul ayında Luiziana məhkəməsi Bayden administrasiyasının yeni LNG ixrac müqavilələrinin təsdiqini bərpa etməsini nəzərdə tutan qərar qəbul edib.

Ağ Ev tikinti sahələrində sakinlərin sağlamlığına mümkün zərərləri nəzərə almaq üçün layihələrə dəyişiklik tələb edən ekoloqların və təbiəti mühafizəçilərin təzyiqi ilə bu addımı atıb. Lakin gözlənilir ki, yeni seçilmiş prezident Donald Tramp vəzifələrinin icrasına başlayan kimi bu məhdudiyyəti aradan qaldıracaq. Çünki Donald Tramp seçiləcəyi təqdirdə ixrac icazələrinin verilməsinə qoyulmuş qadağanı dərhal aradan qaldıracağına söz verib.

Bloomberg-in yazdığına görə, Co Bayden administrasiyası Trampın verdiyi sözə dərhal əməl etməsinə imkan verməmək üçün araşdırmaların yanvara qədər başa çatdırılmasına və nəticələrin açıqlanmasına çalışır. Bildirilir ki, əgər araşdırma LNG layihələrinin icrası zamanı ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin tam qiymətləndirilmədiyini üzə çıxararsa, Trampın yeni layihələrə lisenziya verilməsi sahəsində məhdudiyyəti tezliklə aradan qaldırması mümkün olmayacaq. Mümkün olsa belə, araşdırma nəticələri layihələrə qarşı çoxsaylı məhkəmə iddiaları üçün çox ciddi əsas rolunu oynayacaq.

ABŞ-ın maye qaz ixracı üçün daha bir əngəl Avropa İttifaqının qalıq yanacaqlardan istifadəyə dair tələblərinin sərtləşdirilməsidir. Belə ki, Aİ bütün idxal edilən qalıq yanacaqlara yeni metan emissiya standartlarını tətbiq edir. Reuters-in yazdığına görə, bu addımdan sonra  Birləşmiş Ştatlar uzunmüddətli perspektivdə Avropaya LNG tədarükünü davam etdirməyi gözləyir.

ABŞ-ın metan tənzimləməsi 2030-cu ildən etibarən neft və qaz ixracının, o cümlədən LNG-nin Avropa İttifaqı ilə eyni və ya daha sərt emissiya həddi tələblərinə malik olmasını tələb edəcək. Hələ ətraflı müzakirə edilməmiş və elan edilməmiş bu tələblər o deməkdir ki, ABŞ LNG istehsalçıları və ixracatçıları onilliyin sonuna qədər məhsullarının Aİ emissiya standartlarına cavab verməsini təmin etmək üçün fəaliyyətlərini yenidən qurmalı olacaqlar. Agentlik qeyd edir ki, heç də bütün təchizatçılar bu vəziyyətdən razı və Avropaya ixracda mümkün məhdudiyyətlərə dözməyə hazır deyil.

Amerikanın güclü qaz lobbisi Co Bayden administrasiyasından ABŞ və qitədə metan tənzimləməsində ekvivalentliyi təmin etmək üçün Aİ ilə danışıqlara başlamağı tələb edib. 2023-cü ildə Avropaya LNG ixracının 66 faizi ABŞ-ın payına düşüb. Bu rəqəmə əsaslanaraq, xaricdəki qaz enerjisi şirkətləri Aİ-dəki müştərilərdən uzunmüddətli zəmanətlər və müqavilələr tələb edirlər.

Metan emissiya standartlarının səviyyəsinin yüksəldilməsi ilə ABŞ növbəti onillikdə ən böyük LNG ixrac bazarını saxlamağa ümid edir.

Avropa İttifaqı hələ ki, təchizatçılarla necə işləyəcəyinə qərar verməyib. Blok çox axtarılan qalıq yanacağın idxalı üçün metan tələblərini yekunlaşdırarkən enerji təhlükəsizliyini iqlim məqsədləri ilə balanslaşdırmalı ola bilər.

Serbiya prezidentinin açıqlamasında süni intellektin enerji tələbatının artımı məsələsinə gəldikdə, ABŞ-da artan enerji tələbatının atom enerjisi hesabına ödənməsi nəzərdə tutulur. Bloomberg-in yaydığı məlumata əsasən ABŞ hakimiyyəti 2050-ci ilə qədər ölkədəki atom elektrik stansiyalarının ümumi gücünü üç dəfə artırmağı planlaşdırır. Məlumatda qeyd olunur ki, hazırda ölkədə yerləşən nüvə reaktorlarının ümumi gücü 100,6 GVt təşkil edir. 2050-ci ilə qədər gözlənilən artım təxminən 200 GVt olacaq. Eyni zamanda növbəti 10 il ərzində Ağ Ev nüvə istehsalının həcmini 35 GVt artırmaq niyyətindədir.

ABŞ Prezidentinin köməkçisi və Milli İqlim Müşaviri Əli Zaidi açıqlamasında bildirib ki, onlar karbonsuz elektrik mənbəyinin geniş miqyaslı istifadəsinə mane olan bir çox maneələri aradan qaldırıblar. O, belə maneələr sırasında ölkə daxilində ixtisaslı kadrların və yanacaq təchizatının çatışmazlığını, hüquqi tənzimləməni qeyd edib.

Bloomberg-in yazdığına görə, nüvə enerjisi sahəsində belə strategiya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampdan dəstək ala bilər.  O, seçki kampaniyası zamanı enerji tutumlu sənaye sahələrini elektrik enerjisi ilə təmin etmək üçün yeni nüvə reaktorlarının tikintisinə çağırıb.

ABŞ-ın nüvə enerjisi sənayesi istehsal olunan elektrik enerjisinə görə dünyada ən böyükdür. ABŞ-ın enerji kompleksində nüvə istehsalının payı yarım əsr əvvəl 1979-cu ildə Three Mile Island AES-də baş vermiş qəzadan sonra tədricən azalmağa başlayıb. Hadisə nəticəsində sənaye tənzimləyiciləri təhlükəsizlik standartlarını xeyli sərtləşdiriblər. Belə ki, 1979-2012-ci illər arasında atom elektrik stansiyalarının tikintisi üçün bir dənə də olsun yeni lisenziya verilməyib.

Artıq süni intellektə böyük həcmli investisiyalar yatıran ABŞ texnologiya nəhəngləri öz tələbatlarını ödəmək üçün mini atom elektrik stansiyalarının tikintisi layihələrinin icrasına başlayırlar. Amazon və Meta-nın öz müəssisələri üçün AES-lərin tikintisini nəzərdə tutan layihələri ABŞ hökuməti, həmçinin yerli hökumətlərlə razılaşdırılıb. Bu isə o deməkdir ki, ABŞ-da elektrik enerjisi istehsalında qaza deyil, nüvə yanacağına üstünlük veriləcək.

Aİ üçün ABŞ-dan qaz almaqla bağlı əsas problem Asiyada artan tələbatdır. Belə ki, Çin və Hindistan iqtisadiyyatının artan tələbatı, həmçinin bu ölkələrin alternativ enerjiyə keçid prosesini sürətləndirmək səyləri Asiyada keçid enerji mənbəyi sayılan maye qaza tələbatı sürətlə artırır. Bu isə tezliklə Rusiya maye qazından tamamilə imtina etməyi hədəfləyən Aİ üçün ciddi rəqabət və qiymət artımı demək ola bilər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 
 
 
Ardını oxu...
Bu günlər Azərbaycan dünyanın ən böyük tədbirinə - COP29-a ev sahibliyi edir. Ölkəmiz BMT-nin bu mötəbər tədbirini ən yüksək səviyyədə təşkil edib. Bunu COP29-da iştirak edən dövlət və hökumət başçıları da vurğulayıblar.
Dünyada ən irimiqyaslı tədbir olan COP-un keçirilməsi birtərəfli məsələ deyil. İqlim dəyişikliyi məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük iş və məsuliyyət düşür. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi etdiyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verir. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçirilən COP29 mühüm beynəlxalq platformaya çevrilir.
Qeyd edilməlidir ki, iqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.
Noyabrın 13-də isə Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan Kiçik ada dövlətlərinin (SIDS) Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimizin yeni, daha yüksək səviyyəyə qalxdığını qeyd edib. Bildirilib ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər.
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Ölkəmiz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişdir. Ölkəmiz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişdir. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Azəqbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə ölkəmiz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişdir. Prezident İlham Əliyev Bakıda sammitdəki çıxışında bildirib ki, “Biz, həmçinin ərzaq təhlükəsizliyi, mədəni irsin qorunmasında yardım göstərmişik. Bir çox kiçik ada ölkələri bizim təqaüd proqramlarından yararlanıb, onların vətəndaşları Azərbaycandakı universitetlərdə təhsil alıb”.
Prezident deyib ki, bu gün Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər. Onların iqlim dəyişmələrinin ən ağır təsirinə məruz qaldıqlarını vurğulayan dövləti başçısı qeyd edib: “Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliten hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir”.
Dövlət başçısı bildirib: “Azərbaycan kiçik ada dövlətlərinə Qoşulmama Hərəkatının sədri kimi dəstək verib və COP29-un sədri olaraq öz dəstəyini verir. Biz öz dəstəyimizi gələcəkdə də davam etdirəcəyik”.
Dövlət başçısı öz çıxışında Fransanın müstəmləkəçi siyasətindən də danışıb. Fransa Polineziyası təbiətinin çox ağır deqradasiya ilə üzləşdiyini, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqlarının aparıldığını vurğulayan dövlət başçısı deyib ki, Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub.
Dənizaşırı ərazilərdə olan cinayətlərə toxunan Azərbaycan Prezidenti bu yaxınlarda Fransa tərəfindən insan hüquqlarının pozulması hallarının baş verdiyini, Yeni Kaledoniyada nümayişlər zamanı Makron rejimi tərəfindən çox sayda vətəndaşın qətlə yetirildiyini və yaralandığını bildirib.

Metin Hüseynov - siyasi sərhçi, politoloq
 
Ardını oxu...
TASS informasiya agentliyi xəbər verir ki, Abxaziyada müxalifət təmsilçiləri separatçı rejimin qondarma hökumət binaları kompleksini nəzarət altına ala biliblər.
Hazırda qondarma parlament, Nazirlər Kabineti, prezident administrasiyası binaları müxalifətin əlindədir.
TASS informasiya agentliyinin məlumatına görə, güc strukturlarının əməkdaşları həmin binaları tərk edirlər.
 
Ardını oxu...
“Bu yaxınlarda Kazanda keçirilən BRICS sammitində iştirakım vacib və effektli idi”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, Azərbaycan prezidenti ilə təmaslardan məmnun qalıb: "Ən mühüm hissəsi, fikrimcə, görüşdə belə bir fikir səsləndirildi ki, sülh şəraitində yaşamaq üçün Ermənistan və Azərbaycana təkcə sülh müqaviləsi deyil, həm də gələcək əsrlərdə müstəqil dövlətlər kimi yaşamağın formuluna dair strateji sövdələşmənin bağlanması lazımdır”. Onun sözlərinə görə, bu strateji sövdələşmə ilə bağlı müəyyən fikirləri var. Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxındırlar: “Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana yazılı təklif göndərib. Çox güman ki, regional kommunikasiyaların açılması məsələsinin hər iki tərəf üçün məqbul sayıla bilən həllini tapa bilərik”. Baş nazir həmçinin qeyd edib ki, İrəvan bu yaxınlarda Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflər paketinə cavab verib. Söhbət hələ razılaşdırılmamış qalan iki bənd üzrə təkliflərdən gedir.
Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsi mətninin müzakirəsinə qayıdacaqlar. O bildirib ki, noyabrın sonuna qədər Azərbaycanın gündəmindəki əsas mövzu COP29-dur: "Ola bilsin, dekabr ayından etibarən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”. H.Hacıyevin sözlərinə görə, sənədin mətni ilə bağlı müəyyən suallar mövcuddur: "Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədiyi üçün ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Ona görə də hazırda bu kontekstdə prosesin ləngidiyi hiss edilir. Böyük ehtimalla, dekabr ayından etibarən, artıq yeni proses olacaq".
Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə də deyib ki, sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. O xatırladıb ki, 2022-ci ilin oktyabr ayından Azərbaycan tərəfindən irəli sürülmüş layihə çərçivəsində xarici işlər nazirləri səviyyəsində danışıqlar prosesi həyata keçirilir: “Bu bir prosesdir və müvafiq görüşlər keçirilib. Bildiyiniz kimi, həm xarici işlər nazirləri səviyyəsində, həm liderlər səviyyəsində proses davam etdirilib. Xarici işlər nazirləri səviyyəsində mətn üzrə mübadilələr həyata keçirilir. Sülh sazişi çərçivəsində işlər çox irəliləyib. Demək olar ki, bir çox müddəalar razılaşdırılıb. Bəzi müddəaların razılaşdırılması istiqamətində hazırda iş aparılır. Ancaq sazişin nə zaman imzalanacağı barədə indidən hər hansı bir qiymətləndirmə vermək, şərh vermək düzgün olmazdı. Bu, bir prosesdir. Eyni zamanda vurğulamaq istərdik ki, Azərbaycanla Ermənistan arasında həqiqi sülhün təmin edilməsi üçün, formalaşması üçün müvafiq olaraq Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların aradan qaldırılması əhəmiyyət kəsb edir”.

Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, hansısa "strateji sövdələşmə"dən, strateji tərəfdaşlıqdan söhbət gedə bilməz. Çünki hələ də düşmənçilik mühiti Ermənistanda hakimdir və belə olduğu təqdirdə strateji tərəfdaşlıqdan söhbət belə gedə bilməz:

"Bu, uzunmüddətli bir məsələdir. Əvvəlcə ictimai fikirdə Azərbaycana yönəlik düşmənçilik rəyi aradan qaldırılmalıdır. Eyni zamanda iki dövlət arasındakı münasibətlər sistemi isti məcraya daşınmalıdır ki, bundan sonra müxtəlif sahələr üzrə konkret əməkdaşlıqdan söhbət gedə bilsin. Sövdələşmə konkret hər iki tərəfi qane edən razılaşdırılmış məqamlardan xəbər verir. Sövdələşmənin əhatə etdiyi sahələr əsasən ölkələrin qarşılıqlı olaraq bir-birinə hücum etməməsi, daxili işlərinə qarışmamasıdır. Bununla yanaşı, ərazi bütövlüyü və suverenliyin tam təmin olunması, buna qarşılıqlı hörmət olunması məsələsi də önəmlidir. Təbii ki, təhlükəsizlik məsələləri də prinsipial olaraq bu sövdələşmədə yer ala bilər. Bunlar olmadığı təqdirdə Ermənistanla hansısa məsələdə sövdələşmək özünü aldatmaqdan başqa bir şey deyil. Ən azından sülhdən danışan Ermənistan həqiqətən qarşı tərəfdə etimad yaratmaq istəyirdisə, ən azından Azərbaycanda keçirilən COP29 konfransına gəlməli və xoş niyyətlərini büruzə verməli idilər. Ancaq Ermənistan bunun əksinə hərəkət etdi və havadar dövlətlərin Azərbaycana qarşı yaratdığı düşmənçilik prosesinin tərkib hissəsi oldu".

Analitik vurğulayıb ki, Ermənistan rəsmilərinin Bakıya gəlməməsinin heç bir izahı yoxdur:
"Bunun təməli 8 noyabr ərəfəsində Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin sammitində qoyulub. Fransa Prezidenti E.Makron Paşinyanla görüşündə ona tövsiyə edib ki, Ermənistan da Fransa kimi Azərbaycana qarşı demarş nümayiş etdirsin. Yəni Azərbaycana düşmən mövqedə olan ölkələrlə Ermənistanın bir olduğunu nümayiş etdirsin. İrəvan da məhz bunu nümayiş etdirdi. Belə bir ölkə ilə strateji sövdələşmə qeyri-mümkündür. Sövdələşmələr üçün qarşı tərəfə ciddi şəkildə inam və etibar olmalıdır. Məncə, Nikol Paşinyanın açıqlamaları növbəti dəfə həm beynəlxalq, həm də daxili auditoriyaya hesablanmış fikirlər toplusudur. Ermənistan yalnız əməldə konkret fəaliyyəti ortaya qoyub, təsdiq etdiyi təqdirdə hansısa nəticələrdən danışmaq mümkündür. Əks halda baş nazirin sözləri havaya atılan güllələr kimi qəbul olunmalıdır".
 

Ardını oxu...
 

Bakıdan çağırış iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına yönəlmiş fəaliyyətlərin gücləndirilməsi üçün səyləri birləşdirə bilər.

“Report” xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksəksəviyyəli panel iclasında çıxışında deyib.

"Bakı çağırışı bizi yeni yanaşmaya, münaqişəyə məruz qalan regionlardan olan hökumətlər, icmalar, yerli subyektlər və müvafiq BMT qurumları ilə tərəfdaşlığa sövq edə bilər. Eyni zamanda, konkret şərtlər nəzərə alınmaqla iqlim dəyişikliyinə dayanıqlılıq üzrə ümumi baxışlar əsasında hazırlanmış proqramların birgə tərtibinə və investisiya layihələrinin hazırlanmasına sövq edə bilər. Dayanıqlılığın artırılması üzrə layihələr birgə, iqlim dəyişikliyinə davamlı və münaqişələrə həssas inkişaf üçün nəyin lazım olduğunu nümayiş etdirməyə çağırır", - o qeyd edib.


Ardını oxu...
  

"Uzun müddət bu cümləni deməmək qərarına gəldim, amma bir şeyi deməliyəm: Son illərdə İstiqlal Bəyannaməmizi onlarla dəfə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsi Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dairdir".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib.

"Bu da bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsl Ermənistan kimdir, əsl Ermənistan nədir sualı belədir: Əsl Ermənistanın vətəndaşı odur ki, buradan kənarda vətən, dövlət axtarmır", - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, ermənilər yaşadıqları yeri köhnə Azərbaycan ərazisi adlandırır: "Başqa yerə gedirsən, birinci adam deyir: Mən Mşetsidənəm, beşinci deyir: Vanlıyam, yeddinci deyir: Xoytsidənəm, səkkizinci deyir: Mən Iğdırdanam. Mən çox yaxşı başa düşürəm, amma anlamaq istəyirəm ki, bu ölkədə dilcanlı kimdir, irəvanlı kimdir?

Mən Enokavandan o tərəfə keçə bilmirəm. Biz sadə bir şeyi başa düşmürük ki, biz Dilicanda yaşayıb, Vanlıyıq deyəndə, Dilicanı itiririk. Onlara dəhliz açırıq ki, orda yerli yoxdur, ordan-burdan gəliblər, bura da köhnə türk şəhəridir, bu da köhnə Azərbaycan şəhəridir. Nə danışdığımızı eşidirlər. Biz isə dövlətimizi itiririk". //unikal.az


Ardını oxu...
İran Prezidenti Məsud Pezeşkianın Bakıda keçirilən COP29 sammitinə qatılacağı haqda rəsmi açıqlama 4 noyabrda verilmişdi və İranın Bakıdakı səfirliyi bu məlumatı təsdiqləmişdi. Lakin COP29 konfransının başlanmasına iki gün qalmış Pezeşkianın tədbirdə iştirak etməyəcəyi barədə İranın SEPAH-a yaxın mediası məlumat yaymağa başladı.

“Qafqazinfo” axar.az-a istinadən xəbər verir ki, məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin tədbirə qatılması göstərildi. Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran bu tədbirə prezident səviyyəsində qatılacaqdı.

Maraqlıdır ki, İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran Prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirdi: “Ölkələr öz maraqlarına uyğun olaraq sammitlərdə iştirak edirlər. Rəsmilərin bu sammitlərdə iştirak səviyyəsi sammitin səviyyəsinə və əhəmiyyətinə və digər ölkələrin iştirak səviyyəsinə uyğun seçilir. Bakıda keçirilən sammitə isə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb”.

Məhz bu açıqlama da Azərbaycan ictimaiyyətində ciddi etiraz yaratdı.

Əvvəla, “rəsmilərin sammitlərdə iştirak səviyyəsi və əhəmiyyəti” məsələsinə toxunaq. Bakıda keçirilən COP29-un Liderlər Sammitinə 50 prezident, 20 baş nazir (o cümlədən 10 vitse-prezident və 2 vəliəhd) qatılmışdı. Sammitə qatılan prezident və baş nazirlərin nadir istisna ilə hamısı öz dövlətinin birbaşa lideridir. Pezeşkianın isə konstitusion səlahiyyəti “dövlət başçısı” statusuna uyğun gəlmir, hətta hökumət başçısı kimi də geniş səlahiyyətlərə malik deyil. Əgər sammitə qatılmaq “digər ölkələrin iştirak səviyyəsinə” uyğun seçilirsə, Pezeşkian qatılacağı halda səlahiyyət baxımından həmkarları içərisində “ən səlahiyyətsizi” olacaqdı. Başqa sözlə desək, iştirak səviyyəsi Pezeşkianın “səlahiyyət səviyyəsindən” qat-qat yuxarıda idi.

İkincisi, həqiqətən də İran İsrailə görə COP28-də də iştirakını ləğv etmişdi – həm də qalmaqallı şəkildə. Amma heç onda da prezident seviyyəsində iştirak etməyi düşünmürdü. Belə ki, İran COP28-ə də energetika naziri səviyyəsində qatılmışdı, ovaxtkı Prezident Rəisi konfransdan imtina etmişdi. İranın energetika naziri Əli Əkbər Mehrabian Dubaya çatandan sonra məlum olmuşdu ki, İsrail prezidentinin başçılıq etdiyi nümayəndə heyəti artıq konfransa gəlib. Mehrabian bundan sonra konfransa qatılmaqdan imtina etmişdi və bunu belə əsaslandırmışdı ki, ona İsrail tərəfinin tədbirdə olmayacağını deyiblərmiş.

Azərbaycanda isə vəziyyət tam dəyişdi. Rəsmi Bakı cənub qonşusu üçün bütün lazımi şəraiti yaratdı və əvvəlcədən elan edildi ki, İsrail Prezidenti Hersoqun başçılıq etdiyi və 3 nazirin də qatılacağı 100-dən artıq nümayəndə heyəti Bakıya “COP29 tədbirlərinin ikinci həftəsində” səfər edəcək.

Bu, əvvəlcədən razılaşdırılmış proqrama bənzəyirdi: COP28 insidentinin təkrarlanmaması üçün İsrail son dərəcə vacib gediş etmiş və Liderlər Sammitində iştirak etməməklə Bakının təşkilatçılığına dəstək göstərmişdi.

Beləliklə, Azərbaycan öz qonşusu İranın prezidentinə Liderlər Sammitində rahat iştirak imkanı tanımışdı. Pezeşkian Azərbaycana gələcəyi halda burda hər hansı İsrail nümayəndəsi ilə qarşılaşmaq perspektivi yox idi. Həmçinin İran Bakının təşkilatçılıq etdiyi COP29-a məxsusi dəstək verə bilərdi - ən azı ona görə ki, Qərbdə bəziləri BMT-nin bu konfransının “urvatsız” olması üçün dəridən-qabıqdan çıxırdı. Qərb də İranın “düşməni” deyilmi? Onda Bakıya gəlməklə ikitərəfli uduş əldə edə bilərdi.

Azərbaycanın bu xoş mesajını İran nəinki düzgün qiymətləndirdi, əksinə, Qərbdəki bəzi antiazərbaycanlı qüvvələrin puç olmuş təbliğatına qoşulub, dolayısı ilə COP29-un Liderlər Sammitinin “səviyyəsini qiymətləndirmə” - Bakıya “sözatma” cəsarətinə girişdi.

İran 30 ildə Ermənistana dəstək vermək və 2020-ci il 44 günlük savaşda və ondan sonra İrəvanın yanında yer almaqla, ən sonda isə elə bir neçə gün öncə başa çatan ABŞ prezident seçkilərində demokratlara (Kamala Harrisə) stavka etməklə necə yanlış strategiya seçmişdisə, eynisini təkrarladı, Azərbaycanın yaratdığı misilsiz şansdan istifadə etmədi, Pezeşkianın gəlişi ilə azərbaycanlıların Tehrana və İrana baxışında müsbət mənada dönüş etmə fürsətini əldən qaçırdı.

Ona görə İsrail - Prezident Hersoq səviyyəsində, 3 nazir və 100-dən çox yüksək səviyyəli nümayəndə ilə COP29-un ikinci həftəsində gəlib, Azərbaycanla münasibətləri bir növbəti üst mərhələyə qaldırmağa başlayanda Tehran gərəkdir ki, öz əmmaməsini qabağına qoyub fikirləşsin. Amma bu da inandırıcı deyil. Çünki Tehran hətta fikirləşmək üçün belə əmmaməni başından çıxarmaq istəmir – təəssüf ki! Tehrandakı bəzi rəsmilər, çox güman ki, Hersoq Bakıda olarkən təhdidvari fikirlər səsləndirməyə kökləniblər.

Nə sirdirsə, bu “islam respublikası” hər zaman islam ölkələrində qalmaqal yaradıb, islam-müsəlman ölkələri ilə konfliktdə yaşamaq siyasəti yürüdür.


Ardını oxu...
Bu hadisəni çox az adam bilir, Sovet dövründə üstü bağlanılan və araşdırılmasına izn verilməyən Udabno hadisəsi xalqımızın başına gətirilən ilk milli zəmində faciə adlana bilən hadisədir. Saqareco bölgəsində - Qaraçöp mahalında yerləşən Udabno kəndində tarix boyu azərbaycanlılar yaşayıblar. Böyük əhali etnik azərbaycanlılardan olan kəndin sakinlərinin kənd təssərrüfatı sahələri, gözəl evləri və qurulmuş yaxşı infraksturu var idi.
Gürcüstan hokuməti 1980-ci illərdən etibarən etnik svanları Azərbaycanlılar yaşayan ərazilərə köçürməyə başladı. Svanlar gələn kimi Azərbaycanlılara aid abidələri məhv etməyə başlayıblar. Hətta iş o yerə çatıb ki, yaşı 300 ildən çox olan qədim qəbiristanlıqları belə sökməyə başlayıblar. Gürcüstanın Azərbaycanlılara aid hissəsinə köçən svanları yerlilər "eko-miqrantlar" adlandırılar. Svanlar- Svanlar —Kartvel dil ailəsinə daxil olan svan dilində danışan etnik qrupdur. Gürcüstanda özlərinə düşmən kimi azərbaycanlıları görürlər. Baxmayaraq ki, Atatürk və Azərbaycan Cümhuriyyəti 1918-1919-cu illərdə onlara kifayət qədər kömək ediblər.
1987-ci ildə Svaneti dağlarında sürüşmə bəhanəsi edib onları azərbaycanlılar yaşayan ərazilərə köçürən Gürcüstan rəsmləri bilirdilər ki, iki xalq arasında böyük mübahisəli məsələlər dinc yolnan həllini tapa bilməyəcək. Gürcüstan Mərkəzi Komitəsinin rəhbəri Patiaşvilinin bu planı gələcəkdə yüzlərlə insanın evsiz eşiksiz qalması ilə nəticələnək idi.
Svanların yaşadıqları Mulaxi kəndindən sakinlərin köçürülməsi üçün Azərbaycanla sərhəddə yerləşən Udabno kəndi seçilib.
Svanların sürüşmə zonasından gəlməsini eşidən yerli azərbaycanlılar onlara həm sığınacaq, həm də yemək verdilər. Və əvvəlcə iki tamamilə fərqli xalq sülh şəraitində yaşayırdı.
Lakin tezliklə toqquşmalar başladı və millətçilik gücləndi. Udabnoda nəsillər boyu yaşamış azərbaycanlı ailələri “tatar” adlandıraraq, azərbaycanlı uşaqları döyürdülər – fiziki zorakılıqla yanaşı svanlar azərbaycanlılara mənəvi zorakılıq tətbiq edirdlər. Küçədə görüdükləri azərbaycanlıları ölümünə döyən svanlar uşaq, qadın, yaşlı bilmədən hər kəsi ağır formada döyürdülər.
Udabnoya qayıtmasınlar deyə azərbaycanlıların evlərini uçurdub, qarşılarına çıxan hər bir mədəniyyət, tarixi və dini abidələri darmadağın ediblər.
Bu gün Udabno əhalisi təxminən 500 nəfərdir və azalmaqda davam edir. Svanlar heç vaxt səhrada yaşamağa öyrəşməyiblər, imkan daxilində dağlara qayıdırlar, lakin azərbaycanlılar artıq bu yerə qayıtmağa tələsmirlər.
Bu günün özündə də Svanlar yenə də Azərbaycanlılarla mübahisəli mövqedə durmaqda davam edirlər.
Zaur Aliyev dosent
TEREF
 
 
 

Dünyapress TV

Xəbər lenti