Ardını oxu...
Gürcüstanda parlament seçkiləri rəqabətli olub, çünki seçkilərdə 18 siyasi partiya iştirak edib.

Demokrat.az xəbər verir ki, bunu Tbilisidə keçirilən mətbuat konfransında ATƏT Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Pia Kauma deyib.

“Bu parlament seçkiləri rəqabətli olub, ona görə ki, seçicilər 18 seçki subyekti arasında seçim etmək imkanına malik olublar. Bu, iqtidarla müxalifət arasında seçki deyildi. Müxalifət partiyalarının özləri arasında da fəal rəqabət var idi” – o deyib.
 
Ardını oxu...
Təl-Əviv yaxınlığında yük maşınının avtobus dayanacağına çırpılması nəticəsində 35 nəfər xəsarət alıb.

Bu barədə İsrailin Milli Tibb Xidmətinə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb. Həkimlər yaralıları xəstəxanalara çatdırıblar.

Yaralılardan altı nəfərin vəziyyəti ağır, beş nəfərin vəziyyəti orta-ağır, 20 nəfərin vəziyyəti yüngül, dörd nəfərin isə kritik olduğu bildirilir. Medianın məlumatına görə, yaralananların çoxu avtobusdan düşən yaşlı insanlardır.

Qeyd olunur ki, yük maşınının sürücüsü silahlı mülki şəxslər tərəfindən hadisə yerində zərərsizləşdirilib.

Təl-Əvivin şimalında yük maşını avtobus dayanacağına çırpılıb.

Bakuinfo.net xəbər verir ki, bu barədə "The Times of Israel" yazır.

Məlumata görə, hadisə yaxınlığında İsrail ordusunun bir neçə kəşfiyyat bölməsi yerləşir.

Nəşr İsrail xilasedicilərinə istinadən xəbər verir ki, insident nəticəsində onlarla insan yaralanıb.

Polis qəzanı terror aktı kimi qiymətləndirir.

Qeyd edilir ki, qəza zamanı yük maşınının sürücüsü həlak olub.
 
 
 

Ardını oxu...
 

"Gürcüstanda müxalifət partiyaları xalqın dəstəyini almır, ölkədə çevriliş və ya inqilab təşkil edə bilməyəcəklər".

Musavat.com report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze deyib.

"Müxalifətin ölkədə çevriliş və ya inqilab etmək imkanı yoxdur. Çevriliş edəndə cəmiyyətin, xalqın dəstəyini almalısan. Bu gün müxalifət, bu radikal qrup məğlub olub. Əgər kimsə qanunsuz addımlar atmağa cəsarət etsə, dövlət tərəfindən çox sərt reaksiya olacaq", - Kaladze bildirib.

Qeyd edək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına görə, hakim partiya 52,99% səs toplayıb ki, bu da təxminən parlamentdəki 90-91 mandata uyğundur. Partiya hökuməti təkbaşına qurmaq hüququ əldə etsə də, parlamentdə konstitusiya çoxluğuna malik olmayacaq.

Ardını oxu...
Gürcüstan Prezidenti Salome Zurabişvili Marneulinin 69-cu seçki məntəqəsində baş verən insidentə münasibət bildirib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti sosial şəbəkədə yazıb.

"Seçkiləri saxtalaşdırmaq üçün etnik azlıqdan istifadə etmək biabırçılıq və əxlaqsızlıqdır", - o qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Marneuli şəhərində hakim “Gürcü arzusu” partiyasının üzvü, əslən azərbaycanlı Rövşən İsgəndərov 69 saylı seçki dairəsində bir neçə seçki bülleteni zorla qutuya doldurub. Bu fakt “Mənim səsim” müşahidə missiyasının müşahidəçisi tərəfindən videoya çəkilib, bundan sonra o, fiziki zorakılığa məruz qalıb və seçki məntəqəsindən qovulub.

Daha sonra Marneulinin 69 saylı seçki məntəqəsi bağlanıb.
Ardını oxu...
İsveç hökuməti Kiyevə 110 milyon kron (10,36 milyon dollar) məbləğində yeni humanitar yardım paketi ayırmağa qərar verib.
Yeniavaz.com xəbər verir ki, vəsaitlər qışdan əvvəl artan ehtiyacları ödəmək üçün istifadə ediləcək.
Bildirilib ki, bu vəsaitdən Ukrayna Qırmızı Xaç Cəmiyyəti 50 milyon kron (4,71 milyon dollar) alacaq ki, bu da istilik və elektrik enerjisinə çıxışın təmin edilməsi, qida, gigiyena vasitələri, dərman və suyun paylanmasına sərf olunacaq. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi “məcburi köçkünlərin qarşıdan gələn qışdan əvvəl və qış mövsümündə hazırlanmalarına və qorunmasına kömək etmək üçün” 20 milyon kron (1,88 milyon dollar) alacaq.
 
Ardını oxu...
"Gürcüstanda Avropayönlü müxalifət 52% səslə seçkilərdə öndədir".

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili bildirib ki, parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır.

Hakim "Gürcü Arzusu" partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze seçkinin nəticələrinə əsasən qələbə elan edib. Seçkinin nəticələri hələ rəsmi olaraq açıqlanmayıb.
 
Ardını oxu...
İkinci Dünya müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramında əsas yardımlar Moskvaya Azərbaycan ərazisindən aparılırdı.Yüklər İranın cənub limanlarına gəmilərlə gətirilirdi. Buradan onları dəmir yolu vasitəsi ilə SSRİ-yə göndərmək nəzərdə tutulurdu. Lakin dəmir yolunun yükaşırma imkanı çox zəif olduğundan, alternativ marşrutlar axtarmaq lazım gəlir.
Ardını oxu...
Aparılacaq yüklərin həcmini və buna sərf ediləcək vaxtı hesabladıqdan sonra belə qənaətə gəlinir ki, lend-liz yükləri gəmilərlə Bakıya, Bakıdan isə lazımi ünvanlara daşınsın.
1942-ci ildən Azərbaycan alman ordusunun dağıtmağa çalışdığı Lend-Liz yükləri üçün “cənub həyat xəttinə” çevrilmişdi. ABŞ-ın SSRİ üçün ayırdığı yüklərin demək olar ki, yarısı Bakıdan keçirdi. Həmçinin Xəzər dənizi yolu ilə də yüklər Həştərxana daşınırdı. Azərbaycanlı dənizçilər istənilən hava şəraitində səfərə çıxaraq cəbhəni arasıkəsilmədən yanacaqla və silah-sursatla təmin etdikləri, hərbi hissələri, yaralıları, təxliyyə olunmuş əhalini və s. daşıyırdılar.
Müharibə ərzində İrandan SSRİ-yə avtomobillər Tehran–Aşqabad, ­Tehran–Astara–Bakı, Culfa–Orconikidze (Vladiqafqaz) marşrutları üzrə daşınırdı.
Ardını oxu...
Cənub marşrutu Cəbəllütariq, Süveyş kanalı, daha sonra İran və Bakıdan keçirdi. Sonra ABŞ gəmiləri Afrikanı, daha sonra İranı, Bakını dolanırdı. Amerikalılar 1945-ci ildə SSRİ-yə silah, yanacaq və ərzaq tədarükünü 11 milyard dollar həcmində qiymətləndirdilər.
İlkin olaraq, tədarüklər Fars körfəzinin şimal limanlarına (İranın cənub-qərbindəki limanlar, İraqın Barsa və Fav limanları və Britaniya Küveyti) çatırdı. Amerikanın Studebaker yük maşınlarına döyüş sursatı, yanacaq-sürtkü materialları, ehtiyat hissələri, ərzaq və digər mallar yüklənərək öz gücləri ilə İran Culfasına göndərildi. Oradan konvoylar Araz çayı vasitəsilə Sovet Culfasına gedirdi.
Ardını oxu...
İran ərazisindən keçən marşrutun təhlükəsizliyinin təşkilatçılarından biri də mayor Tapdıq Qocayev olub.
Hacıqabul, Yevlax, Culfa, Gəncə şəhərlərində xüsusi mərkəzlər tikilimiş idi. Eniş Azərbaycanın Gəncə və Hacıqabul şəhərlərində həyata keçirilirdi. Sonuncu yerdə sovet pilotlarının idxal olunan təyyarələrdə uçmağı öyrəndiyi təlim mərkəzi yerləşirdi.
Amerikalılar yazırlar:
“Hacıqabul çox kiçik şəhərdir. Əhalisi üç on mindən azdır.Özlərini Hacıqabulu adlandıran sovet aviasiyasının bir çox pilotları və sadə işçiləri Azərbaycanda təlim keçmişlər”.
Beləliklə, Bakı beynəlxalq siyasətə cəlb edilmiş idi. Xilaskar Bakı kimi yazılırdı daxili yazışmalarda. Bakı-Azərbaycan İkinci dünya müharibəsində yardımların Şah DAMARI sayılırdı.
Digər nəqliyyat qovşaqlarından fərqli olaraq, Bakı həm dəniz yüklərini, həm də yük maşınlarında və dəmir yolu platformalarında hərəkət edən yükləri qəbul edirdi .Əsasən Amerika tanklarının İrandan ötürülməsi üçün istifadə olunurdu Azərbaycan ərazisi.
Bakı vasitəsilə çatdırılan malların axını xeyli artmışdı. Müharibənin bu dönəmində malların daşınması üçün istifadə olunan Bakı marşrutu "Cənub Həyat yolu"na çevrilmişdi. 1942-ci ildə Lend-Liz çərçivəsində alınan bütün yüklərin 28,8, 1943-cü ildə isə 33,5 faizini Cənub marşrutu ilə çatdırılmışdı. İkinci dünya müharibəsi dövründə Sovet İttifaqına bütün yüklərin demək olar ki, dörddə biri bu yolla daxil olmuşdu. Bakı başda olmaqla Azərbaycan ərazisindən!
Təəssüf ki, sovet dövründə, xüsusən də müharibə başa çatdıqdan sonra ilk illərdə bu məlumatlar məxfiləşdirilib. Çox heyf ki, Lend-Lease-in cənub marşrutu ilə bağlı az sayda araşdırmalar var.
Zaur Aliyev, dosent
TEREF
 
 
 
Ardını oxu...
Bu gün Gürcüstanda ən bahalı seçkilər keçirilir.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu il Mərkəzi Seçki Komissiyasının büdcəsi 171 milyon lari (105 milyon 718 min 356 manat) təşkil edir ki, bunun da 126,5 milyonu (78 milyon 28 min manat) birbaşa seçkilərin keçirilməsinə sərf olunub.

Bu məbləğin 54 milyonu (33 milyon 384 min 744 manat) elektron səsvermə aparatlarının alınmasına xərclənib. Maaşlara gəlincə, bu il MSK-ya 42,7 milyon lari (26 milyon 40 min manat) maaş ayrılması planlaşdırılır ki, bu da 2023-cü ilin qeyri-seçki ili ilə müqayisədə iki dəfə çoxdur.

MSK-nın seçki illərində büdcəsi:

2021-ci il yerli özünüidarə seçkiləri - 83 milyon lari (51 milyon 313 min 588 manat)

MSK-nın ümumi büdcəsi 83 milyon lari (51 milyon 313 min 588 manat) təşkil edib ki, bunun da 54,2 milyonu (33 milyon 20 min manat) bilavasitə seçkilərin keçirilməsinə xərclənib.

2020-ci il parlament seçkiləri - 77,5 milyon lari (47 milyon 91 min manat)

MSK-nın ümumi büdcəsi 77,5 milyon lari (47 milyon 91 min manat), bunun da birbaşa seçkilərin keçirilməsi ilə bağlı tədbirlərə ayrılan vəsaiti 50,5 milyon lari (31 milyon 22 min manat) təşkil edib.

2018-ci il prezident seçkiləri - 77,2 milyon lari (47 milyon 73 min manat)

MSK-nın ümumi büdcəsi 77,2 milyon lari (47 milyon 73 min manat) təşkil edib ki, bunun da 50,8 milyonu (31 milyon 41 min manat) bilavasitə seçkilərlə bağlı tədbirlərə ayrılıb.

2017-ci il yerli özünüidarə seçkiləri - 64,2 milyon lari (39 milyon 69 min manat)

MSK-nın ümumi büdcəsi 64,2 milyon lari (39 milyon 69 min manat) təşkil edib ki, bunun da 38 milyonu (23 milyon 492 min 968 manat) bilavasitə seçki tədbirlərinə ayrılıb.

2016-cı il parlament seçkiləri - 70 milyon lari (43 milyon 276 min 520 manat)

MSK-nın ümumi büdcəsi 70 milyon lari (43 milyon 276 min 520 manat) təşkil edib ki, bunun da 46 milyonu (28 milyon 438 min 856 manat) birbaşa seçki hadisələri üçün ayrılıb.

2014-cü il yerli özünüidarə seçkiləri - 57,6 milyon lari (35 milyon 61 min manat)

MSK-nın ümumi büdcəsi 57,6 milyon lari (35 milyon 61 min manat) təşkil edib ki, bunun da 35,5 milyonu (219 milyon 473 min 780 manat) bilavasitə seçki tədbirlərinə ayrılıb.

2013-cü il prezident seçkiləri - 52 milyon lari (32 milyon 148 min 272 manat)

MSK-nın ümumi büdcəsi 52 milyon lari (32 milyon 148 min 272 manat) təşkil edib ki, bunun da bilavasitə seçki tədbirlərinə ayrılan vəsait 31,2 milyon lari (192 milyon 889 min 632 manat) təşkil edib.

2012-ci il parlament seçkiləri - 51,8 milyon lari (320 milyon 246 min 248 manat)

MSK-nın ümumi büdcəsi 51,8 milyon lari (320 milyon 246 min 248 manat) təşkil edib ki, bunun da 27,8 milyonu (171 milyon 869 min 608 manat) bilavasitə seçkilərlə bağlı tədbirlərə ayrılıb.
 
Ardını oxu...
Azərbaycana sataşmaq Avropanın "hobbi"sinə çevrilib. Belə ki, Avropa Parlamenti “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qərəzli qətnamə qəbul edib. Niyə Qərb gerçəklərdən qaçaraq, Azərbacana qarşı belə ittihamlar sürür?

TEREF xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a danışan Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin komitə sədri, millət vəkili Fazil Mustafa bildirdi ki, bu bəyanatın heç bir müddəasının hüquqi zəmini yoxdur, sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır.

"Bununla bağlı bizim partiyanın bəyanatı da var. Bu deputatlar çox səfeh, savadsız, hazırlıqsızdır. Bunlar necə layihə verirlər, bunu necə qəbul edirlər? Dağlıq Qarabağ harada var? Artıq belə ifadə yoxdur. Bir dövlət öz ərazi müstəqilliyini bərpa edib, bütövlüyünü bərpa edib. Orada da özü inzibati ərazi quruluşu ilə bağlı konstitusiyanın qərarı var. Bu, Fransanın tərkibində hansısa bir Burqund krallığı, yaxud da ki, İngiltərənin tərkibində hansısa bir Hersoqluq icad etmək kimi bir şeydir. Belə bir axmaq bir yanaşma olmaz. Ona görə də bu, olduqca səfeh olduqca mənasız bəyanatdır və bu bəyanatın da heç bir müddəasının hüquqi zəmini yoxdur. Sırf siyasi, məqsədyönlü şəkildə qəbul olunan qərardır. Ona görə də Azərbaycan hər hansı bir şəkildə bu kağız parçasını qəbul etmir və burada da hər hansı bir Azərbaycana öhdəlik yaradan məqam ola bilməz. Ona görə biz bunu qətiyyətlə pisləyirik və Avropa İttifaqının bu qədər səviyyəsiz bir vəziyyətə gəlib düşməsinə acıyırıq", - deyə deputat fikrini yekunlaşdırdı.
 
Ardını oxu...
  

Terror aksiyası niyə PKK lideri Öcalanla danışıqlar ərəfəsində və Ərdoğanın anti-Qərb cəbhəsi olan BRİCS-də iştirakı zamanı baş verdi?; türk ordusu İraq və Suriyada terror yuvalarını bombaladı - dünyadan və Bakıdan reaksiyalar

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) oktyabrın 23-də Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ Şirkətinə terror hücumundan sonra Suriya və İraqın şimalındakı PKK hədəflərinin məhv edilməsinə başlayıb.

“Yeni Müsavat” Türkiyə mediasına istinadla xəbər verir ki, əməliyyatlar zamanı MİT Suriya və İraqda PKK/YPG-nin nəzarətində olan hərbi, kəşfiyyat, enerji-infrastruktur obyektlərini, logistika və sursat anbarları kimi bir çox strateji nöqtələri hədəfə alıb. Eyni gündə Ankarada FETÖ/PDY terror qruplaşması ilə əməkdaşlıqda şübhəli bilinən 12 şəxs saxlanılıb.

TUSAŞ-ın istehsal obyektində baş verən terrorda ölənlərin sayı isə 5-ə çatıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib ki, yaralıların sayı isə 22-yə yüksəlib. Ankarada törədilən terror aktından sonra Türkiyənin bütün hava limanlarında baş verə biləcək terror aktlarına qarşı tədbir görülüb. Mülki Aviasiya Baş İdarəsinin təlimatı ilə Türkiyənin bütün hava limanlarında narıncı xəbərdarlıq rejiminə keçilib.

Hadisə zamanı Tatarıstanın paytaxtı Kazanda  BRİCS sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabında yazıb ki, TUSAŞ-a qarşı terror aktı “Tam Müstəqil Türkiyə” idealımızın simvolu olan ölkənin müdafiə təşəbbüslərini hədəf alan alçaq hücumdur: “Millətimiz bilməlidir ki, Türkiyəyə uzanan çirkli əllər mütləq qırılacaq. Təhlükəsizliyimizi hədəfləyən heç bir quruluş, heç bir terror təşkilatı, heç bir şər qüvvə öz məqsədlərinə çata bilməyəcək”, - Ərdoğan bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş isə deyib ki, terror hücumunun Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil. Spiker bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək. Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib ki, TUSAŞ binasında terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib. “Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik”, - Y.Gülər vurğulayıb.

Ankarada baş verən terror aktına dünyanın müxtəlif dövlətləri tərəfindən təbii ki, reaksiyalar gəlib. Əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib: “TUSAŞ-a qarşı törədilən terror aktı nəticəsində ölən və yaralananların olması xəbəri bizi çox sarsıtdı. Bu xain terror aktını qətiyyətlə pisləyir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara ən xoş arzularımı çatdırıram”. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat yayaraq qardaş ölkədə törədilmiş terror aktını qətiyyətlə pisləyib. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı verib. Ermənistan Xarici İşlər Nazirliyi də Türkiyədə törədilən terror aktını pisləyən bəyanat yayıb. “ABŞ müttəfiqi Türkiyənin yanındadır və terror aktını qətiyyətlə pisləyir. Mənim dualarım qurbanlar və onların ailələri ilədir”. ABŞ Dövlət katibi Entoni Blinken belə yazıb. Yunanıstan lideri Kiriakos Miçotakis da terror hücumunu qınayıb. Almaniya kansleri Olaf Şolts deyib ki, terroru qınayırlar və Türkiyənin yanındadırlar. NATO-nun baş katibi də eyni mesajı verib. 

İndi hər kəsi düşündürən suallar var: terroru kim sifariş edib və Türkiyəyə hansı mesaj verilib, bu hadisə niyə məhz Ərdoğan BRİCS-in sammitində iştirak etdiyi bir vaxtda baş verdi? Üstəlik, FETÖ lideri Fətullah Gülənin ölməsi, Türkiyədə PKK lideri Abdulla Öcalanla danışıqlar haqda informasiyalar yayıldığı bir vaxtda terrorun baş verməsi təsadüf hesab olunmur. Türkiyənin məhz ciddi uğurlar qazandığı silah sənayesi müəssəsinin hədəf seçilməsi haqda da ən müxtəlif versiyalar var

Digər versiya Öcalanla görüş və PKK-nın silahı yerə qoyacağı müzakirələridir. Çünki müdafiə naziri terrorun PKK-çılar tərəfindən edildiyini açıqlayıb. Belə ki, Milliyətçi Hərəkat Partiyası (MHP) lideri Dövlət Baxçalının partiya qrupundakı açıqlaması gündəmə bomba kimi düşüb. PKK lideri Abdullah Öcalana səslənən Baxçalı “Əgər baş terrorçunun təcrid olunması aradan qaldırılsa, gəlsin DEM Partiyasının qrup toplantısında çıxış etsin və terrorun bitdiyini, təşkilatın ləğv edildiyini bəyan etsin”, - deyib. TBMM-də açıqlamanın əks-sədaları davam edərkən, 43 aydan sonra İmralıda terrorçuların lideri Öcalana səfər edilib. DEM Partiyası (Xalqların Bərabərlik və Demokratiya Partiyası) Şanlıurfa millət vəkili Ömər Öcalan oktyabrın 23-də əmisi Öcalanla görüşdüyünü açıqlayıb. Ömər Öcalan bu barədə sosial media hesabından açıqlama verib: “Abdullah Öcalanla son üz-üzə görüş 3 mart 2020-ci ildə olmuşdu. Biz ailə olaraq 23 oktyabr 2024-cü ildə onunla görüşə bildik”.

“Hürriyet” qəzetinin köşə yazarı Abdulkadir Selvi sözügedən görüşdə baş verənləri yazıb. Görüşün təfərrüatnı qeyd edən Selvi, Öcalanın “tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram, təşkilatı silahı yerə qoymağa çağıracağam” dediyini bildirib. MHP lideri Baxçalının gündəmə gətirdiyi “Ümid haqqı” tənzimləməsinin də Öcalan üçün ümidverici olduğunu ifadə edən Selvi, “Öcalanın bir müddət əvvəl "Mən buradan tabutla ayrılmaq istəmirəm", - dediyini söyləyib. Belə bir ərəfədə PKK-nın Qəndildəki liderlərinin prosesi pozmaq üçün terror aktı törətmək barədə təlimat verməsi mümkündür. Yəni PKK liderləri bununla mesaj verdi ki, əsas rəhbər şəxs olan Öcalan “təşkilatı silahı yerə qoymağa çağıracağam” bəyanatı verə bilər, amma bu, nəticəni dəyişməyəcək. O baxımdan Ankaradakı terrorun vəziyyəti gərginləşdirdiyini demək mümkündür.

Ardını oxu...

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlu da bu fikirləri bölüşərək hesab edir ki, terror aksiyası məsələnin bu qədər sadə həll olunmayacağını göstərir: “PKK-nın içində fərqli qüvvələr heç də tərk-silah olunmaq marağında deyillər. PKK-nın Kandil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın "silahı yerə qoyun" əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu PKK-nın həmin razılığa uyğun olaraq tərk-silaha əməl edəcəyi anlamına gəlməyəcək". Ekspertin fikrincə, Qərbdə Türkiyənin BRİCS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük istəyindən narahatlıq keçirən qüvvələr var.

Ardını oxu...

 Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlıya görə də terror aktının iki məsələ ilə bağlantısı görünür: “Birincisi, Baxçalının məlum Öcalan açıqlaması və Türkiyənin "kürd açılımı" siyasətində yeni mərhələni başlatmaq planıdır. Öcalan-DEM üzərindən edilən bu həmlə PKK-nın Qəndil və siyasi qanadında parçalanmaya da yol açacaq. İkincisi, Türkiyənin Qərb qarşısında ciddi alternativ olmaq imkanları güclənən BRİCS-ə - “Qlobal Cənub”a yaxınlaşmasıdır. Ərdoğanın BRİCS sammitinə qatıldığı vaxt Ankarada terror aktının törədilməsi Türkiyəyə xəbərdarlıq məqsədi daşıya bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti