Ardını oxu...
Dünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı “Human Rights Watch” Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib.

“Report”un ABŞ bürosu xəbər verir ki, təşkilatın rəsmisi problemdən məlumatlı olmadığını deyib.

Belə ki, “Human Rights Watch” təşkilatının BMT-dəki direktoru Luis Şarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib: “Biz bu məsələdən xəbərdar deyilik. Mən də bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam”.

“Human Rights Watch” təşkilatının rəsmisi L.Şarbonau ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, növbəti sorğular iki aydır, cavabsız qalıb.

Müharibə və postmüharibə dövrlərində dövlət qurumları və qeyri-hökumət təşkilatları tərəfindən dəfələrlə Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq qaydada “Human Rights Watch” təşkilatının rəsmilərinə paylaşılsa da, məlumatlar təşkilatın yayımladığı hesabatda əksini tapmayıb. Həmin məlumatlarda 2020-ci il 10 noyabr tarixli üçtərəfli birgə Bəyanatdan sonra Azərbaycanda 350-dən çox şəxsin minaya düşməsi ilə bağlı müfəssəl məlumat qeyd olunub.
Ardını oxu...
Təəssüf ki, “Human Rights Watch” təşkilatı həmin rəsmi məlumatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı addım atmır, əksinə, qərəzli hesabatlar yaymaqda davam edir. Hesabatlarında Azərbaycanla bağlı dəfələrlə qərəzli məqamlar paylaşan beynəlxalq təşkilatın İkinci Qarabağ müharibəsindən sonra arasında mülkü şəxslərin və jurnalistlər, minatəmizləyənlər, hərbçilər və uşaqların da olduğu yüzlərlə insanın həyatına son qoyan minalar, partlamamış hərbi sursatlarla bağlı məlumatsız olması iddiası çox da təəccüb doğurmur. Çünki beynəlxalq təşkilatın Azərbaycan və Ermənistanla bağlı yayımladığı bütün hesabatlar ermənilərin maraqlarına xidmət edir.
Analitik: “Human Rights Watch” təşkilatının baş verənlərə biganə münasibəti anti-Azərbaycan qərəzinin göstəricisidir”

Bu ilin iyun ayında Qarabağa səfər edən amerikalı jurnalist, “Schirach Report” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, Vaşinqtonda fəaliyyət göstərən “Qlobal Siyasət İnstitutu”nun (“Global Policy Institute”) prezidenti, “Bay Atlantik” Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər üzrə professoru Paolo fon Şirax açıqlamasında “Human Rights Watch” təşkilatının Ermənistan silahlı qüvvələrinin Qarabağı uzun müddətli qanunsuz işğalı zamanı Azərbaycanda torpaqlarında basdırdığı minalarla bağlı araşdırma aparmamasını, baş verənlərə biganə münasibətinin Azərbaycana qərəzinin göstəricisi kimi qiymətləndirib: “Mən bölgəni ziyarət etdiyim zaman öz gözlərimlə gördüm ki, ərazilərdə ermənilər tərəfindən döşənən piyada əleyhinə minalar ucuz və ölümcül alətlərdir. Bu məsələ ilə bağlı iddia edilən məlumatsızlıq inandırıcı deyil, çünki rəsmi Bakı baş verənlərlə bağlı yetərli qədər məlumatlar hazırlayaraq yayıb. O cümlədən Ermənistan hökumətinin mina sahələrinin xəritələrini paylaşmaqda əməkdaşlıq etməməsi bölgədə cərəyan edən ən böyük problemin həllini gecikdirir. Əgər Ermənistan razılığa gəlsə, uzun illər tələb edən və olduqca bahalı olan minatəmizləmə əməliyyatları daha sürətlə davam edə bilər.
Ardını oxu...
Bölgədə cərəyan edən ən böyük fəlakətə “Human Rights Watch” təşkilatının məhəl qoymaması, qəribə və qeyri-obyektiv yanaşması çox təəssüf doğurur.

Ermənilərin arxalarında buraxdıqları geniş minalı bölgələri görməzdən gəlmək, onların məsuliyyətinə məhəl qoymamaq əksər analitiklərin ermənilərin qurban, Azərbaycan hökumətinin isə işğalçı olması ilə bağlı qəbul etdiyi rəvayətlərə çox uyğun gəlir. Bunu görməzdən gəlmək və rəvayətlərə inanmaq doğru deyil”.
 
Ardını oxu...
“Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşünün əməkdaşlıq üçün çox faydalı olacağını düşünürəm. Ölkələrimiz regionda sülh və inkişaf üçün birgə əməkdaşlığı bundan sonra da davam etdirəcək”.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Bakıda Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.

O bildirib ki, “3+3” formatındakı görüşlərin Cənubi Qafqazda problemlərin həllində, qalıcı sülhün əldə olunmasında mühüm əhəmiyyəti var:
“Amma Ermənistan sülh üçün yaranan şəraiti lazımınca dəyərləndirmir”.
 
Ardını oxu...
“Biz Azərbaycan və Ermənistan üçün sülhə nail olmaq üçün real imkan görürük”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayen bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Hər iki tərəfin bir-biri ilə birbaşa və vasitəçilərlə danışıqlar aparması bizi ruhlandırır. Bunun sayəsində (hər iki tərəfin danışıqları-red) regiona fayda üçün real imkan görürük. Məsələn, Mərkəzi Asiyadan ticarət Azərbaycan və Ermənistandan Türkiyəyə keçsə, bu, ticarət yolu üzərində yerləşən bütün ölkələr üçün əhəmiyyətli təkan olacaq.

Bilirik ki, onlar tezliklə sülh sazişinin əldə olunmasında maraqlı olduqlarını bildiriblər və biz bunun baş tutmasını istərdik”, - ABŞ dövlət katibinin köməkçisi deyib.
 
Ardını oxu...
Təbriz şəhərində milli fəallar İran Azərbaycanının milli mücadilə bayrağının stikerlərini geniş şəkildə dağıdıb və müxtəlif yerlərə yapışdırıblar.

Sosial medida yayımlanan şəkillərdə bu stikerlərin üzərində "Düşüncəmizin adı Yürüş" yazıldığı maşhidə olunur. Həmin stikerlər həbs olunan güneyli siyasi fəal Yürüş Mehəlibəyliyə dəstək məqsədilə dağıdıldığı güman edilir.

Şəkillərdən də göründüyü kimi Təbriz bələdiyyə binası, Ərk qalası və şəhərin ən çox ziyarət edilən yerlərində, Təbrizin ticarət mərkəzlərində və məhəllələrində divarlara bu stikerlər yapışdırılıb. Həmçinin bu stikerlər ictimai nəqliyyat vasitələrində də quraşdırılıb.

Həmin fəaliyyətlər milli fəalların uzun müddət Təbriz Kəşfiyyat İdarəsinin təxridxanasında həbsdə saxlanılmasına, onlara və ailələrinə qarşı təhdid basqı və təzyiqlərə etiraz olaraq həyata keçirilir.

Ölkədə hər hansı bir media yaradılmasının və nəşrlərdə tənqidi məzmunun dərcinin qadağan edilməsi, bütün sosial media platformalarının ölkədə bloklanması və təhlükəsizlik qüvvələrinin milli fəalların virtual aləmdə yayımladığı məzmunun nəzarəti və ifadə azadlığının kəskin məhdudlaşdırılması nəticəsində milli fəallar şəhərlərdə plakatlar və elanlar yaymaqla insanları məarifləndirməyə cəhd edirlər.

Bölgədəki hüquq müdafiəçiləri və milli fəallar Təbrizdə həbs edilən fəalların fiziki işgəncələrə məruz qalması ehtimalı olduğundan narahat olduqlarını və onların sağlamlıq vəziyyətindən narahat olduqlarını bildirirlər.
amerikaninsesi
Ardını oxu...
Bazar günü Yəmən sahillərində silahlı hücumçular İsrailə aid tankeri ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən saxlanılmadan əvvəl ələ keçirib və sonra buraxıblar.

Husilərin nəzarətində olan Yəməndən atılan iki ballistik raket daha sonra Ədən körfəzindəki ABŞ hərbi gəmisinin yaxınlığında yerə düşüb. İsrail-Həmas müharibəsi ilə əlaqəli bir sıra gəmi hücumları fonunda riskləri artırıb.

Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti hücumda İranın dəstəklədiyi husi üsyançılarını günahlandırsa da, paytaxt Sənadakı üsyançılar nə ələ keçirildiyini, nə də raket hücumunu etiraf edib.

Hücumçular Yəmənin Ədən sahillərində İsraillə əlaqəli tankeri bazar günü ələ keçirib. Son günlər ən azı iki başqa dəniz hücumunu İsrail-HƏMAS müharibəsi ilə əlaqələndirilib.
Özəl kəşfiyyat firması Ambrey bildirib ki, hücum edənlər Ədən körfəzində Zodiac Maritime tərəfindən idarə olunan Liberiya bayrağı altındakı Central Parkı ələ keçiriblər.

Adının açıqlanmasını istəməyən Amerika müdafiə rəsmisi də Associated Press-ə hücumun baş verdiyini təsdiqləyib.
Zodiac bunu "şübhəli dəniz quldurluğu" adlandırıb. Zodiac gəminin Clumvez Shipping Inc.-ə məxsus olduğunu bildirib.
Londonda yerləşən Zodiac Maritime israilli milyarder Eyal Oferin Zodiac Group-un bir hissəsidir.

Ədən Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinə müttəfiq qüvvələr və illərdir Yəmənin İranın dəstəklədiyi husi üsyançıları ilə mübarizə aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən saxlanılır.

Ədən körfəzinin həmin hissəsi nəzəri olaraq həmin qüvvələrin nəzarəti altındadır və ölkədə husilərin nəzarətində olan ərazidən kifayət qədər uzaqdadır.

ABŞ Mərkəzi Komandanlığı bazar ertəsi səhər saatlarında verdiyi açıqlamada qüvvələrinin, o cümlədən Arleigh Burke sinifli USS Mason esminesinin qaçırılmasına cavab verdiyini və hücumçulardan tankeri buraxmağı tələb etdiyini bildirib.
Mərkəzi Komandanlıq həmin şəxslərin kimliyini açıqlamasa da, bazar ertəsi səhər tezdən husilərin nəzarətində olan Yəməndən raket atıldığını deyib.

Yaxın Şərqdəki dənizçilərə xəbərdarlıq edən Britaniya ordusunun Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları daha əvvəl dənizçilərə xəbərdarlıq etmişdi ki, ərazidə “hərbi geyimdə səkkiz nəfəri daşıyan iki qara-ağ gəmi” müşahidə edilib.

Bu ayın əvvəlində husilər Yəmən yaxınlığındakı Qırmızı dənizdə İsraillə də əlaqəli nəqliyyat gəmisini ələ keçirmişdilər.

Bu arada ABŞ-ın təyyarədaşıyan gəmisi USS Eisenhower bazar günü Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.
Ardını oxu...
Olaylar.az xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi Amerikanın "Meta" korporasiyasının mətbuat katibi (Rusiyada ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş) Endi Stounu qiyabi olaraq həbs edib.

Paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalında xəbər verildiyi kimi, qətimkan tədbirinin müddəti iki aydır.

Bəyanatda qeyd olunub ki, göstərilən müddətə mətbuat katibinin ekstradisiya edildiyi andan həbs müddəti daxil deyil. Bu halda təqsirləndirilən şəxs yaxın üç gün ərzində orqanın qərarından şikayət verə bilər. Müvafiq məhkəmə iclası keçirilərsə, o, Moskva Şəhər Məhkəməsində keçiriləcək.

"Stoun Sənətin 2-ci hissəsi ilə ittiham olunur. 205.1 (vəzifə mövqeyindən istifadə etməklə terrorçuluq fəaliyyətinin təşviqi). Bu cinayətə görə maksimum cəza 20 il həbsdir", - nəşr yazır.

Noyabrın 27-də Moskvanın Basmannı məhkəməsinin mətbuat xidməti Amerikanın Meta şirkətinin mətbuat katibi Endi Stounun qiyabi həbsi barədə qərar çıxarıb. Qərar terrorizmin təbliği ilə bağlı cinayət işinin tərkib hissəsi kimi qəbul edilib.

Bir gün əvvəl Rusiya Federasiyası Daxili İşlər Nazirliyi korporasiyanın mətbuat katibini federal axtarışda olanlar siyahısına daxil edib. O zaman bu qərarın səbəbləri ilə bağlı heç bir məlumat yox idi.

Bundan əvvəl Rusiya Federasiyasının Dövlət Duması Endi Stounun federal axtarışda olduğunu elan etməsini şərh edib.
 
Ardını oxu...
Əslində bu başlıq hər hansı bir pafoslu ifadə və ya mübaliğə deyil, sadəcə həqiqətdir. Niyə 2003-cü ildən, yəni, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən bəri atdığı addımlar, verdiyi qərarlar və ardınca baş verənlər təkcə bizim, Azərbaycan -Türkiyə İttifaqı üçün deyil, Qafqaz bölgəsi, həmçinin geniş anlamda böyük Yaxın Şərq, Avropa, Asiya və bütün dünya üçün fantastik əhəmiyyətə malik bir dövrdür?

Gəlin bu dövrü bir neçə aspektdə siyasi, iqtisadi, geo-siyasi və əlbəttə ki, tarixi mənada təhlil etməyə çalışaq. Bunun üçün ilk növbədə hadisələrin sürətlə cərəyan etdiyi o illərə qayıdaq və o zaman gedən proseslərə diqqət edək. O dövrdə real vəziyyət məhz sadaladığım anlamda necə idi?

Müstəqilliyin ilk illərindəki hərc-məclikdən sonra 1993-cü ildən Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə başlayan Azərbaycanın keçdiyi tarixi bir yol var idi. Ümummilli Lider Heydər Əliyev ölkədəki hərc-mərcliyə son qoyaraq, müstəqil Azərbaycanı sözün əsl mənasında dövlət olaraq formlaşdırmış, əsas strateji hədəfləri müəyyənləşdirmiş, ölkəni stabil inkişaf relsləri üzərinə çıxarmışdı. Özü də bu strateji hədəfə çox ağır şərtlər altında, de-fakto ciddi basqıların mövcud olduğu zamanda nail olmuşdu. Bu siyasətin məqsədi o dövr üçün həssas istiqlaliyyət şərtlərində əsas istiqamət kimi siyasi, iqtisadi, hərbi mənada Türkiyə ilə dərin inteqrasiya etmək, güclü müttəfiqlik bağları yaratmaq, geniş anlamda isə Türk birliyinin köklərini atmaq idi. Təbii ki, o böyük insan dövrünün Atatürk düşüncəsi, strategiyası ilə hərəkət edirdi. Bu arzusunu zamanın ağır şərtlərinə, xarici təzyiqlərinə rəğmən cəsarətlə dillə gətirir, əsl niyyətini heç özü də gizlətmirdi. O, Atatürkün və onun yolunun böyük heyranı idi. Nə demişdi? “Biz Türkiyə ilə Bir Millət İki dövlətik!” Bəli, Heydər Əliyev Azərbaycan dövlətini artıq qurmuşdu. Tarix özü illər keçəndən sonra da o böyük şəxsiyyət və dövlət xadiminin Azərbaycan, Türkiyə və bütün türk dünyasının faydasına nələri etdiyini, hansı xidmətlərini göstərdiyini mütləq yazcaq. Bundan sonra və gələcək tarixçilər nəsli onun millətimiz üçün xidmətlərini daha effektiv şəkildə qələmə alacaqlar. Heç şübhəniz olmasın. Sənə 2003-cü il...

Ulu Öndər Heydər Əliyev haqqın rəhmətinə qovuşmuş və bundan əvvəl özünün siyasi varisini elan etmişdi. Azərbaycan siyasətinin yeni Lideri və Heydər Əlityevin siyasi varisi İlham Əliyev idi. Azərbaycan xalqı böyük oğlunu itirməyin şokunu, ağrısını və matəmini yaşayır, çox düşünürdü ki, onsuz bu xalqın və dövlətin gələcəyi necə olacaq?! Bu sual bizi- Türkiyəni də çox düşündürürdü. Nigaran baxışlarımız can Azərbaycana yönəlmiş, necə deyərlər gözümüz və qulağımız həp burada idi. Ancaq millətimizin bu çətin dönəmdə bir təskinliyi də var idi. Həyatını Azərbaycana həsr etmiş Heydər Əliyev əsla özünə siyasi varis seçərkən səhvə yol verməz, oğlu belə olsa, xalqına xidməti və onun gələcəyini düşünərək qərar verər, məhz bu sədaqət prinsipinə önəm verərək addım atardı. Necə ki, zaman göstərdi ki, bu seçim nə qədər doğru və tarixi qərar olub. Beləliklə, Prezident kimi ilk müsahibəsini verən Azərbaycanın yeni Lideri İlham Əliyev açıq dedi: “Yolumuz Heydər Əliyevin yoludur!” Siyasi mənada bu tarixi açıqlama o demək idi ki, tam müstəqillik yolu davam etdiriləcək, Qarabağ probleminin həlli Azərbaycan Respublikasının xarici, daxili, hərbi və hərbi-siyasi startegiyasının əsası olacaq. Türkiyə ilə inteqrasiya siyasəti və xətti tam sürət davam edəcək.

Türk dünyası ilə inteqrasiyada tədrici yol tutulacaq, proses zatən türk adı gələndə “əsəb keçirən” böyük gücləri qıcıqlandırmadan həyata keçiriləcək, ancaq mütləq bu hədəf reallaşdırılacaqdır. Necə ki, reallaşdı da! Bu yerdə şəxsən mən özümü ona görə xoşbəxt hiss edirəm ki, Türkiyənin o zamankı Azərbaycan səfiri olaraq məhz bu prosesin canlı şahidiyəm. O vaxt bir tarix yaşandı, 2009-cu il oktyabrın 3-də Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızıstan qədim türk diyarı Naxçıvanda Türk Şurasının təməllərini atdılar. Bu əslində Türk Dövlətləri Təşkilatının özülünün qoyulması demək idi. Hamıya gün kimi aydın idi ki, bu işin sonu nə ilə nəticələnəcək. İllərlə çəkilən zəhmətin nəticəsi isə daha da böyümək və güclənmək oldu. 12 noyabr 2021-ci ildə isə artıq Türk Dövlətləri Təşkilatı adı İstanbul zirvəsində rəsmən bütün dünyaya elan edildi. Bu dörd ölkəyə indi Özbəkistan, Şimali Kipr Türk Respublikası, Türkmənistan və Macarıstan da qoşulub. Əvvəldə də qeyd etdiyim kimi bu inteqrasiya prosesində türk dünyasının iki böyük oğlu İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın böyük xidmətləri var.

İlham Əliyev liderliyindəki Azərbaycanın xarici siyasətinin ən ciddi uğurlarından biri heç şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də 193 ölkədən 155-nin müsbət rəyini alaraq BMT Təhlükəsizlik Şurasına iki il müddətinə (2012-2013-cü illər) qeyri daimi üzv seçilməsi oldu. Bu, Azərbaycana və onun Lideri Prezident İlham Əliyevə böyük inamın və etimadın təzühürü sayılmalıdır.

Daha bir beynəlxalq uğur isə BMT-dən sonra dünyanın ən böyük ikinci təsisatı olan Qoşulmama hərəkatının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirlən zirvə toplantısında quruma sədrliyin 2019-2022-ci illər üçün Azərnbaycna keçməsi olmuşdur. Bu dövr dünya üçün çox ağır pandemiyanın hökm sürdüyü zaman idi. Hərəkata sədrlik etməyə başladığımız zaman Azərbaycan Prezidenti İlham Əliyevin əsl dünya lideri kimi verdiyi qərarlar önə çıxdı. Hamı gördü ki, hətta böyük ölkələr belə koronavirus pandemiyası zamanı özlərini itirdikləri vaxt Azərbaycan dünyanın bu bəladan xilası naminə hansı rasional addımları atdı. BMT Baş Assambleyasının bu bəla ilə mübarizə məqsədi ilə fövqəladə sessiyası belə Azərbaycanın təşəbbüsü ilə çağırıldı. Ümumiyyətlə, bu təsisat bu illər ərzində uzun müddət keçəndən sonra ilk dəfə beynəlxalq siyasətdə ciddi şəkildə boy göstərməyə başladı. Ona görə də üzv ölkələr Azərbaycanın sədrliyini daha bir il uzatdılar. Hərəkatın fəalləğı Vətən müharibəsi zamanı özünü bir daha göstərdi. Üzv ölkələr Azərbaycana qarşı hazırlanan təxribatçı sənədin qəbulunun qarşısının alınmasında həlledici rol oynadılar.

Xüsusi ilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyev Azərbaycanın tam müstəqil siyasət həyata keçirməsini artıq təmin edib. Hamıya məlumdur ki, indiki beynəlxalq konyukturanın mövcud olduğu şəraitdə bunu reallaşdırmaq nə qədər çətindir. Hər zaman onun dediyi bir sözü çox qiymətləndirirəm və cəsarət nümunəsi hesab edirəm. Prezident həmişə deyir ki, hətta özündən güclü ölkələrin qarşısında belə haqqımızı müdafiə etmək üçün qorxmadan mübarizə aparmaq lazımdır. Bəli, bu illər ərzində İlham Əliyev beynəlxalq münasibətlər sistemində bir dəmir iradəli siyasi lider kimi hamıya nümunə göstərdi. Hər kəsə millətinin maraqları naminə öz yerini göstərə bildi. Vətən müharibəsi zamanı başda Fransa olmaq üzrə Ermənistanın havadarlarının etdikləri bütün təzyiqləri dəf etməyi bacardı. Onun bu qüdrəti cəbhədə vətən mücadiləsi verən əsgərimizə də böyük motivasiya oldu. Xalqın qələbəyə inamını daha da artırdı. 44 günün sonunda Ermənistan kapitulyasiya etməli oldu. 2023-cü ildə sentyabrın 19-da isə cəmi 23 saat 49 dəqiqəyə Azərbaycan ordusu Qarabağdakı terror yuvasını darmadağın etdi. Bu əməliyyat Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin bilavasitə liderliyi sayəsində bir nəfər belə mülki insanın burnu qanamadan uğurla başa çatdırıldı. Azərbaycan bütün torpaqlarında öz suverenliyini bərpa edərək ərazisində erməni separatçılığına son qoydu. Bu da böyük bir tarixdir ki, gələcəkdə onun qiyməti nəsillərimiz tərəfindən daha geniş və ətraflı təhlil və izah olunacaq. Zatən hazırda bütün dünyada Azərbaycan hərb sənətinin sirləri yaxından öyrənilir və örnək göstərilir. Savaş dönəmində Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstək isə Azərbaycan xalqına əbədi sevgimizin və məhəbbətimizin, həm də qan bağlarımızın yaratdığı məsuliyyətin dərk edilməsi, həmçinin hər iki Liderin qətiyyətinin sayəsində mümkün olmuşdur. Bu bağlılıq izahı sözlə mümkün olmayan bir fenomendir. İndi Qafqaza barış gələcək ümidləri dünənə görə daha da çoxdur.

Bir tarixi məqam bu yerdə xüsusi ilə vurğulanmalıdır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bir-biriləri ilə əsl dost-qardaş münasibətləri quraraq iki qardaş ölkənin daha da yaxınlaşmasını təmin ediblər. Şuşa bəyannaməsi bu prosesin zirvəsi idi. 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında imzalanmış bu tarixi sənəd- “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” bəyannamə qısa müddət sonra hər iki ölkənin parlamenti tərəfindən ratifikasiya edilərək qanun qüvvəsi qazanıb. Yəni, artıq Azərbaycan və Türkiyə rəsmən müttəfiq olublar. Sənəd həm də hərbi-siyasi baxımdan ciddi bir təhlükəsizlik paktı kimi də qiymətləndirilməlidir. Unutmayaq ki, Türkiyə həm də NATO-nun üzvüdür. Bu baxımdan Şuşada Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin imzaladığı bu tarixi anlaşmanın beynəlxalq əhəmiyyəti də təhlükəsizlik məsələlərində çox ciddi yer qazanmış olur. Yəni, sənəd sadəcə cənubi Qafqazda dəngələr baxımından deyil, daha geniş arealda təhlükəsizlik nöqteyi-nəzərindən müstəsna önəmə malikdir. Bu addım bütün Türk Dövlətlərinə Turan yolunda siyasətlərini çuğlaşdırmaq və əlaqələndirmək üçün nümunəvi bir yol oldu. Son proseslər həm də onu göstərdi ki, İlham Əliyev siyasətində əsas hədəf olan Qarabağın azad edilməsi bütün dəngələri xeyrimizə, bəli, bütün aləmi-türkün xeyrinə necə müvəffəqiyyətlə dəyişdi! İndi, yeni bir reallıq ortalıqdadır. Dünya dövlətləri bu gün bizimlə yaxınlaşmaq, dost olmaq üçün sanki növbəyə durub. Bu o deməkdir ki, bu iyirmi ildə yeridilən siyasət nə qədər müdrik, uzaqgörən olub. Bir məqama da diqqət etmək vacibdir. İlham Əliyev siyasəti dünya ilə qarşıdurmaya əsla yönəlməyib. Əksinə, Azərbaycan Avropaya, Asiyaya və hamıya bərabərhüquqlu münasibətlər sistemi qurmağı təklif edir. Əgər istənilən addımlar zamanında və rasional meyarlara söykənilərək atılarsa, o vaxt 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın və Türkiyənin təklif etdiyi modellər maraqlı dövlətlərin, özəlliklə də region ölkələrinin hər birinə fayda verəcək.

Beləliklə, siyasi xətt tam mənası ilə aydındır: Əsas hədəf Türkiyə ilə sıx inteqrasiya, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, bütün ölkələrlə bərabərhüquqlu əməkdaşlıq, dünya Azərbaycanlılarına sahib çıxmaq və dövləti daha da gücləndirmək. Təbii ki, bu hədəflərə çatmaq üçün ilk növbədə iqtisadi güc olmalıdır. Prezident İlham Əliyev demək olar ki, hər çıxışında bu faktoru vurğulayır ki, iqtisadi güc ölkənin təhlükəsizliyində ən vacib amillərdən biridir. Güclü ordu qurmaq, hərbi-sənaye potensialı formalaşdırmaq da təbii ki, bu işin əsas meyarlarından birdir ki, Azərbaycanın bu anlamda da uğurları sadəcə həsəd aparılasıdır. Bir məqamı əsla unutmq olamz: Bu nailiyyətlərin qazanılmasında heç şübhəsiz ki, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva İlham Əliyevin ən yaxın silahdaşı olub. Onun Azərbaycanı dünyaya tanıtdırmaq üçün gördüyü işlərin özü böyük bir tarixdir. Bu haqda da gələcəkdə çox güclü əsərlər mütləq yazılcaq.

Azərbaycan Liderinin İqtisadi siyasəti isə əsl möcüzədir. Xatırlayırsınızsa, İlham Əliyev ölkəsinin əsas hədəfinin neftdən asılılığı azaltmaq olduğunu elə ilk günlərdən elan etmişdi. İqtisadiyyat mütləq diversifikasiya edilməlidir. Hədəf o idi ki, gələcəkdə iqtisadi risklər neft-qaz amilinə görə ölkə iqtisadiyyatına zərbə vurmasın, davamlı inkişaf digər sektorların gücləndirilməsi hesabına stabil təmin edilsin. Bəli, 20 ildə məhz bunlar həyata keçirildi. Neftdən gələn gəlirlər həm Azərbaycanın güclənməsinə, həm xalqın rifahına xidmət etdi, eyni zamanda digər sektorların inkişafını da stimullaşdırdı. Dövlət büdcəsinin gəlirləri dəflərlə artıb. Azərbaycana 310 milyard dollar sərmayə yatırılıb. Bunun 200 milyard dolları qeyr-enerji sektoruna qoyulub. Bu çox ciddi rəqəmlərdir. Bu gün qarşıda yeni iqtisadi hədəflər var. Azərbaycan yeni şəraitdə bu hədəflərə də mütləq nail olacaq. O da faktdır ki, Türkiyə və digər türk dövlətləri ilə sıx iqtisadi əlaqələr davamlı və stabil iqtisadi inkişafda mühüm rol oynayır. Qeyd etdiklərim bir daha onu təsdiqləyir ki, İlham Əliyevin Prezident seçilməsindən keçən iyirmi il ölkə üçün əls qızıl dövrdür. Nəticəyə diqqət edin: Qarabağ problemi artıq tarixdir, ərazi bütövlüyü təmin edilib, dövlət, onun ordusu çox güclüdür, xarici təsirlər uğurla dəf edilir, Azərbaycan istədiyi tam müstəqil xarici siyasətini uğurla həyata keçirir, öz milli maraqlarını qəbul etdirməyi bacarır, iqtisadiyyat inanılmaz templərlə şaxələndirilir və inkişaf etdirlir, alternativ enerji sahəsinə ciddi yerli və xarici yatırımlar edilir. Ümumiyyətlə, Azərbaycana xaricdən böyük sərmayələr gəlir ki, bu da davamlı inkişafın əsas şərtlərindən biridir.
Beləliklə, 20 ilin tarixi rezümesi odur ki, Azərbaycan və onun böyük oğlu Prezident İlham Əliyev Qafqazlarda türkün daha bir ulduzunun parlamaqdan çox ötəyə getdiyini sübut edərək, yeni bir eranın və onun çağırışlarının yaradıcısı olub. Bunun adı qızıl dövrdür. Bu xoşbəxtlik ulduzu heç zaman sönməyəcək. Əmin olun, bütün Türk aləmi sizinlə qürur duyur və sizi özünə örnək hesab edir, Əziz və Can Azərbaycan xalqı!

Hulusi Kılıç,
Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, “İMZA” İB-nin Türkiyə təmsilçisi
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Bakıda körpülərin altı parkinq ərazisinə çevirilib. Burada həm minik maşınları, həm də yük avtomobilləri park edilib.

3-cü mikrorayon dairəsi kimi tanınan Alı Mustafayev və Rövşən Cəfərov küçələrinin kəsişməsindəki körpünün altında da vəziyyət belədir.

Körpülərin altında, həmçinin tunellərdə avtomobillərin park edilməsinə qadağa qoyulsa da, görünən mənzərə bunun əksini göstərir.

Sözügedən yerin parkinq kimi istifadə olunması ərazidən keçən insanlarla yanaşı, küçənin digər tərəfində yerləşən binanın sakinlərini də narahat edir.

Sakinlər deyirlər ki, gün ərzində burda siqnal səsindən, ya da bölgələrə sərnişin yığan taksi sürücülərinin səs-küyündən dinclik tapmaq olmur.

Sürücülər müsahibə verməkdən çəkinsələr də, söhbətimiz zamanı məlum oldu ki, avtomobili saxlamaq üçün bir manat ödəniş edirlər. Əvəzində isə sürücülərə heç bir qəbz verilmir.

Gün ərzində burada 100-dən çox avtomobil park edilir. Bu işi təşkil edən şəxslər açıqlama vermək istəməyiblər. Onlar ərazinin girişinə şlaqbaum quraşdıraraq istədikləri formada qanunsuz fəaliyyətlə məşğul olurlar.

“Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsinə əsasən, dəmiryol keçidlərində, tunellərdə, habelə estakadalarda, körpülərdə və onların altında dayanma və durma qadağandır. Əgər hansısa sürücü bu qaydanı pozursa onu 20 manat cərimə gözləyir.

 

 

 
Ardını oxu...
“Yuxarı Lars” keçid məntəqəsi Ermənistan üçün əsl başağırısıdır. Qış aylarında “Yuxarı Lars” məntəqəsi həftələrlə qapadılır, Ermənistan öz məhsullarını Rusiya bazarına daşıya bilmir, əks-istiqamətdə mallar gətirilmir. Ancaq “Yuxarı Lars” işlək vəziyyətdə olanda da Ermənistanın öz məhsullarını Rusiya bazarına çatdırcağının təminatı yoxdur.
Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının "Yuxarı Lars" keçid məntəqəsindən keçməsinə yenə icazə verməyb. Rusiya buna səbəb kimi Ermənistandan daşınan məhsulların fitosanitar standartlarına uyğun gəlmədiyini göstərib. Bu halda kənd təsərrüfatı məhsulları yollarda günlərlə gözləməklə ya çürüyəcək, ya da geri qaytarıacaq ki, daxili bazarda əlavə məhsullara ehtiyac yoxdur. Erməni ekspertlər sərhəd keçid məntəqəsinin budəfəki qapanmasını siyasi səbəblərlə izah ediblər. Bəli, bu istisna deyil. İrəvan Qərbə daha çox yaxınlaşmaq istəyincə Kreml Ermənistanı cəzalandırmaq alətlərini hərəkətə gətirəcək. Bu alətlərdən biri “Yuxarı Lars"da hərəkəti dayandırılmasıdır.
“Yuxarı Lars”dan asılı olan Ermənistan 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ermənistanın keçmiş rəhbərliyi uçqunlar səbəbindən yolun tez-tez bağlanmasını əsas gətirərək “Yuxarı Lars”a alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etmədi. Rəsmi Tbilisi bunu belə əsaslandırdı ki, yolun çəkilişi həm maliyyə və infrastruktur, həm də ekoloji baxımdan çətindir. Bunun əvəzinə Gürcüstanla Rusiya “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi genişləndirilməsini planlaşdırırdılar. Layihənin ümumi dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Ancaq bu layihədən də xəbər yoxdur. Əksinə Rusiya “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində beynəlxalq nəqliyyat daşıyıcıları üçün hərəkət qaydalarında dəyişikliyə qərar verib. Yeni qaydalara görə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük keçid məntəqələrində məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Bu sırada sərhəd keçidində hərəkət zolaqlarının sayının 11-dən 6-ya endirilməsi də var.
Beləliklə, Ermənistanın “Yuxarı Lars” çarəsizliyi davam edir. Ermənistanın bu vəziyyətdən qurtuluşu Azərbaycanın və Türkiyənin nəqliyyat yollarına qoşulmasından keçir. Ancaq bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh əldə etməyə tələsməlidir. Əks halda Nikol Paşinyanın özünün də dediyi kimi o ermənilərin yaddaşında uğursuz lider kimi qalacaq. Paşinyan müharibədə ağır məğlubiyyətdən sonra mümkün uğur hekayəsini iki qonşusu – Azərbaycan və Türkiyə ilə sülhə nail olmaq və əməkdaşlığa başlamaqla əldə edə bilər.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref. Xocanın Blogu
 
Ardını oxu...
Tanrı adıyla

Böyük Azərbaycan Türk Milləti və milli fəallar!

Bildiyiniz kimi, farsların irqçi sistemi 44 il əvvəl Qərb dövlətlərinin maraqlarına uyğun olaraq monarxiya donunu çıxarıb İslam Respublikası paltarını geyindi.
Əgər Pəhləvi dövründə fars şovinizminin əlindəki alət yalnız qılınc idisə, indi İslam Respublikası adı altında bütün sahələrdə həm qılıncla, həm də teokratiya ilə əgəmənliyini sürdürür . Buna görə də İran adlanan coğrafiyada istər siyasi, istər ictimai, istərsə də milli hərəkatlar başda olmaqla bütün qurtuluşçu hərəkatlar din adı altında qılınc gücü ilə hər cür təzyiq və repressiyaya məruz qalmışdır.
”Güney Azərbaycan Milli Hərəkatı” xalq arasında genişləndikcə təsir dairəsi də an-ba-an dərinləşir. Bu isə, fars yönlü mərkəzçi hökumətin amansız milli və insan haqlarına qarşı basqı etməsinə və söndürmə səylərinə yol açır.
Bütün ardı kəsilməz həbslərə, işkəncələrə, şəxsiyyət terroru və qətllərə baxmayaraq, milli fəallar möhkəm iradə ilə fars şovinizminin neçə başlı oyunlarına aldanmadan öz güclü mübarizəsini sürdürür.
Güney Azərbaycanda, azadlıq mübarizləri gündən-günə çoxalır. Özəlliklə azərbaycan gəncləri misli görünməmiş mədəni yöntəm ilə fars faşizminə qarşı mübarizə etməkdədir. O gənclər, sarsılmaz ümidləri və tükənməz iradələri ilə Azərbaycan Milli Hərəkatını uca saxlayır. Ancaq, fars şovinizmi bu gerçəkliyi basdırmaq üçün durmadan çalışır. Məhz bu üzdən, son zamanlar Azərbaycan milli fəallararına qarşı təzyiqləri və qanunsuz həbsləri artırmaqla onların insani haqlarını pozmaq üçün əlindən gələni əsirgəməmişdir.
Sözsüz ki, belə durumlarda baxışından, siyasi görüşündən asılı olmayaraq bütün tutuqlu məhbusları hər cür müdafiə etmək Azərbaycan Türk Millətinin və onun milli fəallarının milli və insani borcu sayılır. Mən əminəm ki, hər zaman olduğu kimi əziz millətimiz milli fəallarını yalnız buraxmayacaq.
Düşüncəmə görə, tutuqlu milli fəalların hörmətli ailələri istərlərsə Təbrizdə bir araya gələrək “Məhbuslara azadlıq, yoxsa bizləri də tutuqlayın!” şüarı ilə toplanmani məqsədə uyğun görübdə istədikləri vaxt və yerdə Təbriz şəhərində bir araya gəlib səsimizi dünyaya eşitdirək.
Mən öz tərəfimdən milli dəyərləri nəzərə alaraq, bu etiraz aksiyasında iştirak etməyi milli borcum hesab edirəm. Təki tutuqlananların ailələri bunu istəsin yetər!
Bu gün virtual fəaliyyətin gərəkli olduğu hər kəsə bəlli və aydın olsa da, yetərli və kifayət deyildir. Çünki, hakim sistem öz legitimliyini daxildə Allaha və silahlarına, xaricdə isə Qərb dövlətlərinə bağlamaqla heç bir səsə və mesaja qulaq asmaq istəmir.
Əgər doğrudan, iradəmiz məhbəsdəki milli fəallara dəstək olmaqdırsa, meydanlara axın etməliyik. “Azadlıq-Ədalət-Milli Hökumət” şüarı ilə millət fədaisi kimi, gerçək meydanlarda güc göstərmək, məhbusların azadlığı və Azərbaycanın azad olması üçün tək yol hesab edilməlidir. Yoxsa, səssiz və susqun qalmaqla nə tutuqlular azad olar, nə Azərbaycan!
Bu gün siyasi, iqtisadi, ictimai nədənlərdən ötrü Urmu gölünün faciədən qurtuluşu üçün geniş etirazlara qarşı sərgilənən əngəllər etgili olsa belə, zindanlarda işgəncə altında olan milli fəalların azad olması üçün milli düşüncəli hər kəsin meydanlara axması kəsinliklə uğurlu sonuclara yol açacaqdır.

Abbas Lasani
Güney Azərbaycan milli fəalı
Teref. Xocanın Blogu
 
 

 


Dünyapress TV

Xəbər lenti