Ardını oxu...
Rusiya lideri Putini Aİ liderlərinin dekabr sammitindən sonra maraqlı sürpriz gözləyir.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın NATO-ya qəbulu ilə bağlı danışıqlar dekabr sammitindən sonrakı görüşə -marta qədər təxirə salınacaq.
Avropa Komissiyasının yazda rəsmi Kiyevin üzvlüyə namizədliyi ilə bağlı məruzəsinə hazırlıq gedir. Dekabr sammiti isə klassik kompromiss vədləri ilə bitəcək. Beləliklə, Putin Brüsseldən bundan yaxşı Yeni il hədiyyəsi gözləyə bilməz.
Gələn il həm Avropa, həm ABŞ-da seçkilər olacaq, bunlar Rusiya üçün Ukrayna məsələsində vacib məqamlardır. Kiyev isə kompromisdən ağrılı məyusluq keçirə bilər.
Qərb mətbuatı son 2 ayda ABŞ və Avropanın Ukrayna müharibəsindən yorulması barədə yazılar yazır.
 
Ardını oxu...
Ermənistan rəhbərliyi azərbaycanlıların ölkəyə qayıtmalarına hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Tatevik Ayrapetyan deyib.
“Nikol Paşinyanın göstərişi ilə komanda yoldaşları artıq Qərbi Azərbaycan konsepsiyasının təqdimatına keçiblər. Qulağımıza pıçıldamağa başlayıblar ki, nə vaxtsa azərbaycanlılar qayıdacaqlar, bu normaldır”, - ekspert bildirib.
Ayrapetyanın iddiasına görə, Ermənistan rəhbərliyinin bu siyasəti onun gözlədiyindən də sürətlə həyata keçirilir.
 
Ardını oxu...
Nikol Paşinyanın səkkiz saatlıq mətbuat konfransı vaxt itkisi idi, çünki imic formalaşdırmaq baxımından hökumət başçısına heç nə vermədi.

Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Armen Badalyan Baş nazir Nikol Paşinyanın 24 noyabrda diaspor və yerli fəallar üçün keçirdiyi mətbuat konfransı haqda qeyd edib.

“Paşinyan oxşar mətbuat konfransları keçirən Putini yamsılamağa çalışdı. Putinə hazırlanmış suallar da verilir, lakin onlara cavab verməklə Rusiya prezidenti hansı problemi həll etdiyini bilir. Paşinyanın məsələsində belə bir anlayış yox idi, sadəcə olaraq, Baş naziri qəzəbləndirməmək üçün belə sualları seçmişdilər”, - ekspert qeyd edib.

Badalyan vurğulayıb ki, hakim partiyanın reytinqi düşsə də, yenə də rəqiblərinin reytinqindən yüksəkdir və əsas problem də budur:

“Amma bu, Ermənistan hakimiyyətinin formalaşmasında əsas amil deyil”.
 
Ardını oxu...
Biz Rusiyanı bölməyə heç kəsə icazə verməyəcəyik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ümumdünya Rus Xalq Kilsəsinin plenar iclasında çıxışında bildirib.

O, Ümumdünya Rus Xalq Kilsəsinə dövlətçiliyi dəstəklədiyinə və möhkəmləndirdiyinə görə təşəkkür edib .

Qeyd edib ki, ️Rusiyanın suverenlik və ədalət uğrunda döyüşü milli-azadlıq xarakteri daşıyır:

"Rusiya indi daha ədalətli dünya nizamının yaradılmasında ön sıralardadır. Rusiya xüsusi əməliyyatda bütün dünyanın azadlığı uğrunda mübarizə aparır, hegemon diktaturası isə bərbad vəziyyətdədir" .

Putin vurğulayıb ki, güclü Rusiya olmadan möhkəm dünya nizamının qurulmaıl mümkün deyil.

"Rusofobiya və digər irqçilik və neonasizmin formaları Qərb elitasının rəsmi ideologiyasına çevrilib. Ukraynada baş verənlər təkcə ruslara qarşı deyil, Rusiyanın bütün xalqlarına qarşı yönəlib. Qərbə böyük Rusiya lazım deyil. Qərbdə Rusiyanı parçalayıb talamaq istəyirlər. Rusiya onun işlərinə hər hansı kənar müdaxiləni təcavüz kimi qiymətləndirir və buna uyğun reaksiya verəcək. Rusiyanın rəqabət üstünlüyü müxtəliflikdədir, bu ümumi irsdir və qorunmalıdır", deyə Rusiya prezidenti bildirib.
 
Ardını oxu...
Türkiyədə daha bir fenomen cütlük, gözəllik mərkəzləri sahibi olan Tayyar Öz və Özlem Öz barədə istintaq başladılıb.

Qafqazinfo xəbər verir ki, cütlüyə qarşı Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən "cinayət törətmək məqsədi ilə təşkilat qurmaq", "cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq", "rəsmi sənədlərin saxtalaşdırılması", "vergi proseduru qanununun pozulması" və "aktiv dəyərlərinin qeyri-qanuni mənbəyini gizlətmə" ittihamları irəli sürülərək haqlarında araşdırma başlanılıb.

Xatırladaq ki, Türkiyədə son günlər sosial media fenomenlərindən polisə çoxsaylı şikayətlər daxil olur. Keçirilən əməliyyatlar çərçivəsində noyabrın 1-də məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.

Noyabrın 14-ü sosial media fenomenləri Bahar və Nihal Candan bacıları çirkli pulların yuyulması iddiaları ilə saxlanılıb.

Noyabrın 23-ü isə müğənni və fenomen Banu Parlak saxlanılsa da, sərbəst buraxılmışdı.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
“Ermənistan Respublikası Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Qarabağ problemi deyilən nəsnənin artıq mövcud olmadığını, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü təsdiqlədiyini bəyan edib.

Simonyan jurnalistlərə açıqlamasında deyib: “Qarabağ problemi həll edilibmi – nə deməkdir? Məsələnin həll olunub-olunmaması nədən ibarətdir? Hazırda Ermənistan Respublikasının qarşısında belə bir məsələ yoxdur. Ermənistan Respublikası Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir. Son bir il, ilyarım ərzində dəfələrlə bunu təkrarlamışıq”.
 
Ardını oxu...
Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İsrailin MOSSAD kəşfiyyat agentliyinin rəhbəri David Barnea, Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və HƏMAS hərəkatının üzvləri ilə gizli görüşlər keçirmək üçün Qətərə gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın "The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Burns HƏMAS və İsraili girovların siyahısını kişilər və hərbçilər də daxil olmaqla genişləndirməyə çalışır. Tərəflər hazırda yalnız qadın və uşaq mübadiləsi aparırlar.

Qəzetin mənbələri bildirirlər ki, o, həmçinin İsrailin HƏMAS-la müharibədə fasilə verdiyi hər gün üçün ən azı 10 nəfəri azad etmək tələbini nəzərə alaraq, hərbi əməliyyatlarda daha uzun bir neçə günlük fasilə tələb edir.

Onların sözlərinə görə, MKİ rəhbəri həm də Amerika tərəfinin 9 nəfər hesab etdiyi amerikalı girovların HƏMAS əsirliyindən dərhal azad edilməsində israrlıdır.

Mərkəzi Kəşfiyyat İdarəsi Burnsun gizli saxlanılan səfəri ilə bağlı şərh verməkdən imtina edib.
 
Ardını oxu...
Simonyan: “Ermənilər Azərbaycanda, azərbaycanlılar Ermənistanda yaşayacaqlar”
Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşayacağı zamanın gələcəyini söyləyib.

Simonyan deyib: “Biz buna ümid edirik və bunun üçün hər şeyi edəcəyik. Ermənilər və azərbaycanlılar bir-biri ilə ticarət eləməlidirlər. İstisna etmirəm ki, bəzi adamlar Azərbaycan ərazisindəki evlərinə qayıdacaqlar. İstisna etmirəm ki, bir müddət keçndən sonra azərbaycanlılar da bura əlib məskunlaşacaqlar”.

Sülh müqaviləsində belə bir maddənin olub-olmadığı sualının cavabında Simonyan deyib ki, belə bir bəndlə qarşılaşmayıb: “Sülh müqaviləsi tamamilə beynəlxalq prinsiplərə əsaslanır - ərazi bütövlüyü, kommunikasiyaların açılması və s”.
 
Ardını oxu...
Ermənistanın Fransa ilə birgə oyunları davam edir. Son yayılan məlumata görə isə Ermənistan Qarabağdan çıxan ordu qalıqlarının üzvlərini təlim üçün Fransaya göndərir. Bildirilir ki, Fransada təlim keçənlər Ukrayna müharibəsində Rusiyaya qarşı istifadə ediləcək.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Paşinyanın belə siyasətlə ölkəni rəqabət meydanına çevirdiyini vurğulayıb:

“Əlbəttə ki, burada Paris və İrəvanın məsələyə yanaşması, ənənəvi şəkildə proksi-dövlət statusunda olan Ermənistanın qarşıdakı dövrdə Qərbin əlaltısına çevrilmə həvəsi, istəyi çox yanlışdır. Fransa və Ermənistan məğlub olmuş, mənən sınmış ordunun əsgərlərini əslində bilərəkdən ölümə göndərir. Onların orada ölməkdən başqa yolu yoxdur. Diqqətçəkən digər bir önəmli məqam isə haqqında danışdığımız hadisələrin Ermənistanın son dövrdə üzvü olduğu KTMT əleyhinə silsilə addımlar atmasına, Paşinyanın Minskdəki sammitə qatılmaqdan imtina etməsinə və üzv dövlətlər, eyni zamanda Rusiya əleyhinə açıqlamalar verməsinə paralel şəkildə inkişafıdır. Paşinyan Moskvadan silah almaq üçün verdikləri pulu (200 milyon dollar - red) media vasitəsilə açıq şəkildə tələb etdi, yaxud onun Rusiyaya borcun bir hissəsinin silinməsinə sərf ediləcəyini bildirdi. Qərbdən verilən vədlər artdıqca Paşinyan da Rusiya ritorikasını sərtləşdirir. Əlbəttə ki, atılan addımların hərbi, siyasi və iqtisadi nəticələri olacaq. Qarşıdakı mərhələdə Rusiya Ermənistanı sıxışdırdıqca, İrəvanın Qərbin qucağına qaçma meyilləri də artacaq, ölkə böyük güclər arasında gizli və açıq rəqabət meydanına çevriləcək”.

Qeyd edək ki, rusiyalı hərbi bloger Anastasiya Kaşevarovanın öz Teleqram kanalında Ermənistandan olan əsgərlərin Fransanın təxminən yeddi təlim düşərgəsində Ukraynada Rusiyaya qarşı vuruşmaq üçün hazırlıq prosesindən keçdiyini qeyd edib. Əsas düşərgələrin Mayi-le-Kan ərazisindəki “CENTAC - Centre d'entrainement au combat” döyüş hazırlığı mərkəzi və “CES - Center d'entrainement des post de” təlim mərkəzi olduğu bildirilib.
 
Ardını oxu...
Qərb Paşinyana “Nobel” sülh mükafatı vəd edib? Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması Qərb platformasında (Brüssel) baş tutarsa, İrəvan hökumətinin rəhbəri Nikol Paşinyan “Nobel” sülh mükafatına təqdim oluna bilər. Bu barədə ilk dəfə TV Musavat diplomatik qaynaqlara istinadən məlumat yayıb. İddia olunur ki, hətta Ermənistanın baş naziri Nikol Paşinyana Qərb koalisiyası adından xüsusi “Nobel” vədi verilib.

Burada məqsəd sülh müqaviləsi imzalamağa vadar olan Nikol Paşinyanı erməni xalqının və dövlətinin xilaskarı kimi göstərmək, onun zədəli reytinqini bərpa edərək, hakimiyyətdə qalmasını təmin etməkdir. Eyni zamanda Rusiyanı bu prosesdən kənarlaşdırmaq, sazişi Qərb paytaxtlarının hakimliyi altında imzalamaq da əsas hədəflərdən biridir. Məhz bu perspektivi ideologiyalaşdırmaq üçün Azərbaycanın guya Ermənistana hücum edəcəyi barədə dezinformasiya paketi dövriyyəyə buraxılıb. Belə bir “dramatik” situasiyada Paşinyanın sülh bağlamağa nail olması onun xüsusi xidməti, diplomatik və siyasi qabiliyyətləri kimi təqdim olunacaq. Eyni zamanda Qərbin (ABŞ, Fransa, Aİ) Ermənistanı Rusiya və Azərbaycanın caynağından qurtarmaq əfsanəsi də uydurulacaq.

Ermənistanın işğalçı siyasəti ilə başlamış konflikt son 65-70 ilin ən qanlı və uzunömürlü etnik münaqişəsi sayılır. Bu münaqişə zamanı Azərbaycan ərazilərinin 20 faizi erməni işğalı altına düşmüş, 35 min şəhid vermişik. 1 milyona yaxın vətəndaşımız qaçqın düşüb, onların əmlakları talan edilib, evləri sökülərək, xarabaya çevrilib. 30 ilə yaxın davam edən işğal 2020-ci ildə 44 günlük müharibə, 2023-cü ildə isə 1 günlük antiterror tədbirləri ilə başa çatıb. Yəni əslində Azərbaycan öz torpaqlarında separatizmi bitirməklə, münaqişəyə son qoyub və sülhü təmin edən yeganə tərəf olub. Belə bir halda Qərb paytaxtlarının Nikol Paşinyanı sülh təminatçısı kimi təqdim etməyə hazırlaşması absurd və yalan əsaslıdır. Çünki "Nobel" Sülh Mükafatı dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf edən, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir. Paşinyan isə işğalçı bir dövlətin başçısı olaraq, iki ölkə arasında sülh yaranması üçün heç bir xidmət göstərməyib. Tam əksinə, “Qarabağ Ermənistandır, nöqtə” şüarının müəllifi olaraq, ölkəsini və Azərbaycanı qanlı müharibəyə sürükləyən bir savaş suçlusudur.

Ona görə də əgər iki ölkə arasında sülh müqaviləsi imzalanarsa, burada ən azından hər iki tərəfin rolu barədə danışmaq olar. Qiymətləndirmə də birtərəfli ola bilməz və olmamalıdır. Konkret sülh müqaviləsinin imzalanması imkanlarına gəldikdə isə... Əgər Qərb məsələni “Paşinyana Nobel” şəklində qoyursa, o zaman çox gözləməli olacaq. Azərbaycan özünün torpaq və sərhəd bütövlüyünü təmin edib, separatizmi bitirib, düşmən ordusunu darmadağın edib. Hazırda ölkəmiz Ermənistana baxanda hərbi və siyasi komfort içərisindədir. Bu komfortu pozub, Paşinyana “Nobel komfortu” yaşadacaq addımları atmağa məcbur deyilik...

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz Abdullayev isə təklif edib ki, Prezident İlham Əliyevin namizədliyi "Nobel" Sülh Mükafatına təqdim edilsin: “Barak Obama heç nə etməyib, ona mükafat veriblər. Biz haqq müharibəmizdə bir uşağa, qadına güllə atmadıq, zərər vermədik. Dünyada hazırda davam edən müharibələr var. Minlərlə uşağın, dinc sakinin ölümünə dair faktlar, rəqəmlər var. Amma biz torpaqlarımızı azad edəndə heç bir uşağa, qadına zərər vermədik. Bütün bunlar Prezident İlham Əliyevin siyasətinin nəticəsi idi”.

Bəs erməni baş nazirə belə bir vəd verilibsə, Paşinyan özü bu kriteriyalara cavab verirmi? Doğrudanmı, dünənə qədər Qarabağda xunta rejimini dəstəkləmiş biri “Nobel”ə layiqdir?

Deputat, Nobel mükafatlarının tədqiqatçısı və bu sahə üzrə kitabın müəllifi Etibar Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyana “Nobel” Sülh Mükafatının veriləcəyi inandırıcı görünmür. E.Əliyevin fikrincə, əlbəttə, sülh üzrə “Nobel” mükafatının verilməsində bir sıra paradokslar mövcuddur, amma erməni baş nazirin mükafatlanması mümkün deyil. Deputat hesab edir ki, Paşinyan müharibə lehinə olan erməni siyasətçidir, Ter-Petrosyan, Köçəryan və Sərkisyandan fərqli mövqe nümayiş etdirməyib. “O, belə hesab edirdi ki, 44 günlük müharibədə qalib gələcəklər, müdafiə sistemləri qurmuşdular, bizim torpaqlara külli miqdarda hərbi texnika yeridilmişdi, Paşinyanın səfərbərlik elan etməsi də buna sübutdur. İndi də Ermənistan hökumətinin başçısı bizim təklif etdiyimiz ədalətli sülh sazişindən boyun qaçırır. Əslində sülhdən yayınır. Onda necə "Nobel"ə namizəd görülə bilər? Müharibə tərəfdarı olan Paşinyana elə gəlirdi ki, qalib gələcəklər, digər tərəfdən isə Azərbaycan Prezidentinin qətiyyətli mövqeyini, rasional diplomatik siyasətini proqnozlaşdıra bilmirdilər". Onun sözlərinə görə, Ermənistanda səfərbərlik elan olunması, kütləvi silahlanma, Bərdə və Gəncənin vurulması Paşinyanın müharibə canisi obrazını yaratmışdı: “Ona görə Paşinyan qəddar mövqeyinə görə əvvəlki erməni qatil liderlərdən seçilmirdi. Sadəcə, Azərbaycan güclənmişdi, bu gün də xalq-dövlət birliyi monumental xarakter daşıyır və Prezidentin iradəsi ilə xalqın iradəsinin üst-üstə düşməsi Azərbaycanı qələbəyə apardı. Mən "Nobel" almış şəxslər haqda kitab yazmışam və bu gün də araşdırmalar aparıram. Paşinyan bu kriteriyalara uyğun gəlmir. Bundan əlavə, müharibədən sonra Paşinyan qoşunlarını Qarabağdan çıxarmadı. Azərbaycan da məcbur qalıb antiterror tədbirləri keçirdi. Əgər sülh istəsəydi, bundan əvvəl addımlar atardı. İndi də sülh sazişini uzatması onu əvvəlki erməni cani rəhbərlərdən fərqləndirmir. Ona görə Paşinyanın adının yanına sülh carçısı qoyulması düzgün deyil".

Dünyapress TV

Xəbər lenti