Ardını oxu...
Uels şahzadəsi Keyt Middlton Bukinqem Sarayında Diplomatik Korpusun üzvləri üçün keçirilən qəbulda iştirak edib.
Middlton mərhum Uels şahzadəsi və qaynanası Diananın tacı ilə həmin qəbula qatılıb.
Bildirilib ki, Middlton 2011-ci ildə Şahzadə Uilyam ilə evləndikdən sonra 11-ci dəfədir ki, həmin tacı taxır.
Qeyd edək ki, həmin tac Kraliça Məryəm üçün 1910-cu illərin ortalarında hazırlanıb. (Qafqazinfo)
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 1988-ci ildə Ermənistanda baş vermiş Spitak zəlzələsi və Azərbaycanın həmin dövrdəki humanistliyindən bəhs olunub.

1988-ci ili son ayı, ilin əvvəlində artıq ermənilər tərəfindən Sumqayıt şəhərində təxribat xarakterli qırğınlar törədilmişdi, Xankəndidə isə separatçıların təşkilatlanması yekunlaşmış və onlar meydana axışaraq Qarabağa müstəqillik tələb edirdilər.

Bunları xatırlamağımızda məqsəd o zaman hələ ki mövcud olan Azərbaycan və Ermənistan SSR arasındakı münasibətlərin nə qədər qərgin olduğunu yada salmaqdır.

Kimisi 1988-ci ilin dekabrın 7-də Ermənistanın şimalında 7,2 bal gücündə zəlzələnin baş verməsini ilahi karma, kimisi isə böyük bir faciə günü kimi qəbul edir. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan, Kirovakan Quqark və Stepanavan şəhərlərini dağıtdı.

Ümumilikdə 21 şəhərdə, eləcə də 58 tam olmaqla 350 kənddə dağıntılar baş vermişdi. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 25 min nəfər ölüb, 170 min adam əlil olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistan ərazisinin 40 faizinə təsir etmişdi. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss olunmuşdu.
Azərbaycanın tarixi ərazilərində erməni separatizminin baş qaldırmasına baxmayaraq, Bakı humanistliyindən imtina edə bilmir. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri məhz Azərbaycan olur. Xilasedicilər, humanitar yardım və xüsusi texnika ilə dolu yük təyyarələri Ermənistana göndərilir.

İlk təyyarə dekabrın 9-da Leninakan yaxınlığındakı hava limanına eniş edir. Xilasadecilər qrupuna rəhbərlik edən 36 yaşlı Vaqif Əhmədov o günü belə xatırlayır:

“Dekabrın 9-u səhər saat 8:00-da bizim “İL-76” təyyarəsi Leninakan hava limanına eniş etdi. Təyyarənin göyərtəsində 69 xilasedici və doqquz ekipaj üzvü var idi. Bizi düz 11 saat hava limanında yeməksiz, susuz saxladılar. Hava çox soyuq idi. Mənə müvəqqəti olaraq xilasedici qrupuna rəhbərlik etmək tapşırıldı. Biz çadır şəhərciyi salmalı və mühafizə təşkil etməli idik, çünki bir neçə saat əzində ermənilər tərəfindən bizə qarşı hücumlar olmuşdu”.

Azərbaycan xilasediciləri Ermənistanda yerli əhalinin aqressiv münsibətləri ilə qarşılaşdı. Təhdidlər yalnız sözdə deyil, əməldə də yer aldı. Dekabrın 11-də Azərbaycandan Ermənistana daha bir qrup xilasedici “İL-76” təyyarəsi ilə yola düşür. Lakin zəlzələdən zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş “İL-76” təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа “Stingеr” rаkеti ilə vurulur.

Daha ətraflı Baku TV-nin “Aydın tarix” buraxılışında:

 
 
 
Ardını oxu...
Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun “F-16” qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən məlumat yayıb.

“Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.
 
Ardını oxu...
“Türkiyə və türklərə qarşı belə bir addım atmağa cəsarət etsələr, qarşılığını elə verəcəyik ki, bir daha ayağa qalxa bilməyəcəklər”.

AzFakt.com TRT-yə istinadən xəbər verir ki, bunu İsrailin Fələstindən kənarda, o cümlədən Türkiyədə HƏMAS üzvlərinə qarşı sui-qəsd planları ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Onlar bizi tanımırlar. Əgər belə bir səhvə yol versələr, bunun əvəzini çox ağır ödəyəcəklərini bilməlidirlər. Türkiyəyə və türklərə qarşı belə bir addım atmağa cəsarət etsələr, qarşılığını elə verəcəyik ki, bir daha ayağa qalxa bilməyəcəklər. Dünyada Türkiyənin həm kəşfiyyat, həm də təhlükəsizlik sahəsində qət etdiyi irəliləyişləri bilməyən yoxdur. Üstəlik, biz dünən qurulmuş dövlət deyilik. Bunu da heç kim unutmamalıdır”, - Ərdoğan bildirib.
 
Ardını oxu...
Bu gün Paşinyanın əsas məqsədi Ermənistanı Qərbə sürükləmək və Qərbin vasitəçiliyi ilə Azərbaycanla münasibətləri həll etməkdir.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Ermənistanın Baş naziri həqiqətən də Bakı ilə münasibətləri yaxşılaşdırmaq istərdi. Amma Ermənistanın ictimai rəyi Paşinyana qarşı “Qarabağı təslim etdin” kimi böyük iddialar irəli sürdüyü üçün Nikol erməni cəmiyyəti və revanşistlərin fikrinə görə Azərbaycana daha güzəştə gedə bilməz. Ona görə də o, mümkün qədər Azərbaycanı günahlandırmağa çalışır, bununla da Qarabağla əlaqədar siyasətindən narazı olanların “hücumunu dəf etməyə” çalışır”, - o bildirib.

Sergey Markovun açıqlamalarını “Sherg.az”a şərh edən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən bu günə qədər hər zaman qərbyönümlü siyasət aparıb:
“O, Koçaryan və Sarkisyan hakimiyyətindən fərqlənmək üçün ictimai rəyi nəzərə almağa çalışır. Amma buna rəğmən Qarabağı təslim etdiyi iddialar irəli sürülür. Bu haqqda Ermənistan cəmiyyəti düzgün düşünmür. Çünki müharibə zamanı erməni əsgərləri Azərbaycan ordusuna qarşı döyüşmək istəmirdi. Hətta münaqişə dövründə on minlərlə erməni əsgərinin fərari olduğu xəbərləri yayılmışdı. Buda Ermənistan ordusunun onsuz da Qarabağ uğrunda mübarizə aparmaq niyyətinin olmadığını göstərir. İndi bütün günahı Nikol Paşinyanda görməməlidirlər”.

F. Abbasov Paşinyanın daxili təzyiqlərdən çəkinməsinin mümkün olduğunu qeyd edib:
“Hazırda İrəvan höküməti bu səbəbdən sülh müqaviləsinin imzalanma prosedurunu uzatmağa çalışır. Eyni zamanda Azərbaycanın Ermənistandan tələbləri çoxdur. Ermənistan məğlub dövlətdir və qalib tərəfin istəklərini yerinə yetirməyə məcburdur. Bunu ABŞ-nin və ya hərhansı başqa qüvvənin tapşırığı əsasında etməsinin Azərbaycan üçün heç bir fərqi yoxdur. Önəmli olan ən qısa zaman kəsiyində tələblərinin yerinə yetirilməsidir”.
Ardını oxu...
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili öz Feysbuk səhifəsində Ermənistanın Baş naziri Nikol Paşinyana Rusiya ilə bütün əlaqələri tezliklə kəsməyi tövsiyə edib.

O, Paşinyana qaçmağı məsləhət görüb.

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Amma bu qadağa Paşinyan üçün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol - qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya İttifaqından arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç! Amma ən əsası ayağınızı Rusiyadan uzaqlaşdırın, özünüzü və erməni dövlətçiliyini xilas edin! Putin buldoq kimidir. Dişlərini keçirdir və buraxmır. Sağ qalmaq üçün bu dişləmədən uzaqlaşın!

Əminəm ki, hələ də gec deyil. Tərəddüd etməyi dayandırın. Gecikmək ölüm kimidir!” - deyə Saakaşvili yazıb.
intertv
Ardını oxu...
Meksikanın tanınmış “Milenio” qəzetində ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, məqalədə hazırkı geosiyasi şəraitdə Qərb mediasının mühüm rol oynadığı, söz azadlığı və demokratiyanın dayağı kimi təqdim edildiyi, lakin bəzi beynəlxalq münaqişələrin işıqlandırılmasında, xüsusilə Azərbaycanın Qarabağ regionu ilə bağlı narahatlıq doğuran ikili standartların müşahidə edildiyi qeyd olunur.

Yazıda Azərbaycanın bir zamanlar otuz ildən artıq erməni işğalından əziyyət çəkdiyi, işğal nəticəsində yüz minlərlə insanın öz ev-eşiyindən didərgin düşdüyü, ölkəmizin mədəni irsinin məhv edildiyi, həmin ərazilərin minalandığı bildirilir, buna baxmayaraq, Qərb mediasında məlumatların qərəzli və təhrif olunmuş formada yayılmasının təəccüb doğurduğu, öz ərazilərini azad etdikdən sonra Azərbaycanın Qərb mediasında “təhlükə” kimi qələmə verildiyi qeyd olunur.

Məqalədə Qərb mediasının bu yanaşmasının Ukraynaya münasibətdə tamamilə fərqli olduğu, münaqişənin ilk günlərindən etibarən Ukraynanın qeyd-şərtsiz dəstəkləndiyinin, ərazi bütövlüyünün müdafiəsinin müşahidə olunduğu bildirilir və Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyi halda, nəyə görə Azərbaycanın ərazi bütövlüyünün gözardı edilməsi sual olunur. Cavabın isə bu medianın xidmət etdiyi siyasi gündəmdə gizləndiyi, Ukrayna məsələsində Rusiyanın təsirinə qarşı çıxmağın Qərbin maraqlarına uyğun olduğu, bunun əksinə olaraq, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin Avropa üçün əlverişsiz göründüyü bildirilir.
Müəllif Azərbaycanın həqiqi müstəqilliyinin və hazırda dünyada şahidi olduğumuz geosiyasi döyüşdə heç bir düşərgəyə qoşulmamasının bəzi böyük dövlətləri qıcıqlandırdığını qeyd edərək, belə görünməsinə baxmayaraq, Azərbaycana qarşı bu cür qərəzli yanaşmaların kökündə sırf islamofob yanaşmaların dayanmadığına inanmaq istədiyini vurğulayır.

Məqalədə bu cür informasiyaların yayılmasının arxasında iqtisadi, xüsusən də hərbi sənaye sahəsində maraqların da gizləndiyi, son dövrlərdə Avropa İttifaqının Ermənistana silah tədarükü ilə bağlı səylərinin regionda sülhü dəstəkləmək əvəzinə, silahlanmanı təşviq etməsinin, regionda sülh prosesinin çətinləşdirilməsinin göstəricisi olduğu bildirilir. Həmçinin, bu hərbi səylərin əsas məqsədi sabitliyi təşviq etmək olan, lakin hazırda hərbi eskalasiyanı təşviq edən Avropa Sülh Fondu vasitəsilə maliyyələşdirilməsinin ironikliyi qeyd olunur, Avropa İttifaqının Azərbaycana qarşı hədələyici ritorikasının diplomatik dialoqa xələl gətirdiyi və hər iki tərəfə xeyir verməyərək mənfi reaksiyalara səbəb ola biləcəyi vurğulanır.

Yazının sonunda Qərb mediasına öz yanaşmalarını nəzərdən keçirməyə və iddia etdikləri obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq olmağa çağırış edilir, ikili standartların nəinki reallığı təhrif etdiyi, həmçinin lazımsız münaqişələri davam etdirdiyi vurğulanır.
 
Ardını oxu...
AZƏRTAC Dövlət İnformasiya Agentliyinin əməkdaşının Fransada peşəkar fəaliyyətinə qadağa qoyulması və ölkədən çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin bəyanatı

AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovanın bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsini və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq.

Jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir.

Bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır.

Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxaq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-lərin məsələyə münasibət bildirməsini tələb edirik
 
Ardını oxu...
Vu barədə Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasının deputatı Vilen Qabrielyan bildirib.
O qeyd edib ki, parlamentin müdafiə və təhlükəsizlik komitəsi bununla bağlı müvafiq qərar qəbul edib.
Deputat bildirib ki, məqsəd korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və onların tədricən qeyri-qanuni dövriyyədən çıxarılmasıdır.
“Əqli sağlamlığı yerində olan insanlar müvafiq lisenziyaya sahib olduqdan sonra odlu silah gəzdirə biləcəklər”, - V. Qabrielyan söyləyib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Ərəstun Oruclu söyləyib ki, artıq Nikol Paşinyanın partiyasında anlayırlar ki, Rusiya Ermənistanda silahlı üsyan hazırlaya bilər:

"Ona görə də belə bir qanun qəbul etməklə öz tərəfdarlarını silahlandırmağa çalışırlar. Bu isə faktiki olaraq Ermənistanın vətəndaş müharibəsinə sürüklənməsi deməkdir. Yəni bütün hakimiyyət resursları iqtidarın əlində olduğuna görə həmin silahları ancaq öz tərəfdarlarına verəcək. Bununla da hakimiyyətə yönəlmiş silahlı qiyam, üsyan cəhdinin qarşısını almış olacaqlar. Eyni zamanda silahı qanunlaşdırıb insanlara verməklə göstərəcəklər ki, onlar özlərini qorumaqda israrlıdırlar. Bu məsələ daha çox daxili siyasətə hesablanmış addıma oxşayır".
 
Ardını oxu...
İran hökumətinin onlarla yüksəkvəzifəli rəsmisinin Kanadaya girişinin qarşısı alınıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.

Kanadanın Sərhəd Xidmətləri Agentliyi ölkədə yaşayan və İran hökuməti ilə əlaqəsi ola biləcək 141 şəxsin də işinə baxıldığını nəzərə çatdırıb.
Məlumata görə, 10 nəfərin İranla əlaqələri səbəbindən Kanadada qalmaq üçün lazımi tələblərə cavab vermədiyi müəyyən edilib.

Qeyd edək ki, 141 nəfərdən 38-nin Kanadadan deportasiya edilməsi və ya Tehranla əməkdaşlıq etmələrinə dair şübhələrin aradan qaldırılması səbəbindən istintaq başladılıb.
https://t.me/AzadIranTelegram/29658
 

Dünyapress TV

Xəbər lenti