SSRİ-nin gizlətdiyi faciə: 77 ölü, ac-susuz saxlanılan xilasedicilərimiz - VİDEO
Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında 1988-ci ildə Ermənistanda baş vermiş Spitak zəlzələsi və Azərbaycanın həmin dövrdəki humanistliyindən bəhs olunub.

1988-ci ili son ayı, ilin əvvəlində artıq ermənilər tərəfindən Sumqayıt şəhərində təxribat xarakterli qırğınlar törədilmişdi, Xankəndidə isə separatçıların təşkilatlanması yekunlaşmış və onlar meydana axışaraq Qarabağa müstəqillik tələb edirdilər.

Bunları xatırlamağımızda məqsəd o zaman hələ ki mövcud olan Azərbaycan və Ermənistan SSR arasındakı münasibətlərin nə qədər qərgin olduğunu yada salmaqdır.

Kimisi 1988-ci ilin dekabrın 7-də Ermənistanın şimalında 7,2 bal gücündə zəlzələnin baş verməsini ilahi karma, kimisi isə böyük bir faciə günü kimi qəbul edir. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan, Kirovakan Quqark və Stepanavan şəhərlərini dağıtdı.

Ümumilikdə 21 şəhərdə, eləcə də 58 tam olmaqla 350 kənddə dağıntılar baş vermişdi. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 25 min nəfər ölüb, 170 min adam əlil olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistan ərazisinin 40 faizinə təsir etmişdi. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss olunmuşdu.
Azərbaycanın tarixi ərazilərində erməni separatizminin baş qaldırmasına baxmayaraq, Bakı humanistliyindən imtina edə bilmir. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri məhz Azərbaycan olur. Xilasedicilər, humanitar yardım və xüsusi texnika ilə dolu yük təyyarələri Ermənistana göndərilir.

İlk təyyarə dekabrın 9-da Leninakan yaxınlığındakı hava limanına eniş edir. Xilasadecilər qrupuna rəhbərlik edən 36 yaşlı Vaqif Əhmədov o günü belə xatırlayır:

“Dekabrın 9-u səhər saat 8:00-da bizim “İL-76” təyyarəsi Leninakan hava limanına eniş etdi. Təyyarənin göyərtəsində 69 xilasedici və doqquz ekipaj üzvü var idi. Bizi düz 11 saat hava limanında yeməksiz, susuz saxladılar. Hava çox soyuq idi. Mənə müvəqqəti olaraq xilasedici qrupuna rəhbərlik etmək tapşırıldı. Biz çadır şəhərciyi salmalı və mühafizə təşkil etməli idik, çünki bir neçə saat əzində ermənilər tərəfindən bizə qarşı hücumlar olmuşdu”.

Azərbaycan xilasediciləri Ermənistanda yerli əhalinin aqressiv münsibətləri ilə qarşılaşdı. Təhdidlər yalnız sözdə deyil, əməldə də yer aldı. Dekabrın 11-də Azərbaycandan Ermənistana daha bir qrup xilasedici “İL-76” təyyarəsi ilə yola düşür. Lakin zəlzələdən zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş “İL-76” təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа “Stingеr” rаkеti ilə vurulur.

Daha ətraflı Baku TV-nin “Aydın tarix” buraxılışında:

 
 
 

Bölmənin digər xəbərləri

22 Aprel 2025 Qərb ŞOKDA! Putin GERİ ÇƏKİLDİ – ilk dəfə BU ADDIMI ATDI – müharibə BİTİR
22 Aprel 2025 Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTO
22 Aprel 2025 Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu - Yaralanan var - VİDEO
22 Aprel 2025 Bu respublikada 1928-ci ilə qədər rəsmi dil Azərbaycan dili olub
22 Aprel 2025 ABŞ bütün bayraqları yarıya endirib
22 Aprel 2025 “Sülh sazişi imzalanmayınca Orta Dəhlizin işləməsi mümkün deyil və onun bir parçası kimi Zəngəzur dəhlizi...”
22 Aprel 2025 Paşinyan Bakıda tez-tez təkrarlanan cümləni dedi – Gözlənilməz qərar
21 Aprel 2025 İtaliyada mafiyanın sonunu gətirən HADİSƏ - FOTO
21 Aprel 2025 Səmada uçan naməlum obyekt göründü - VİDEO
21 Aprel 2025 Tramp düşünür ki, Ukrayna və Rusiya bu həftə sülhə razılaşacaq
21 Aprel 2025 Kremldən türk liderə xəbərdarlıq — Putini qəzəbləndirən qərar verildi
21 Aprel 2025 ABŞ Zaporojye “AES”in ətrafındakı ərazilərə nəzarət etmək istəyir - KİV
21 Aprel 2025 Obamalar 70 milyonluq sərvəti bölə bilmirlər
20 Aprel 2025 İtaliya baş nazirinin müavini ABŞ-İran danışıqlarının keçirildiyi məkana şortla gəlib
20 Aprel 2025 2040-cı ilə qədər dünyanın bu hissələri su altında qalacaq – Alimlərdən xəbərdarlıq /XƏRİTƏ
20 Aprel 2025 Dağıstanda fövqəladə vəziyyət elan olundu
20 Aprel 2025 ABŞ-la danışıqlar alınmasa, müharibəyə hazırıq - Arakçı
20 Aprel 2025 Paşinyan artıq yeni müharibə təhlükəsindən qorxmur – Səbəb nədir?
20 Aprel 2025 Türkiyəli nazir: “Orduya göndərməyə gənclər tapmaya bilərik
19 Aprel 2025 Trampın yüksək vəzifə verdiyi Mehmet Öz kimdir?- DOSYE

Dünyapress TV

Xəbər lenti