Ardını oxu...
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan isə bildirib ki, aksiyaların arxasında onun dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Ermənistanda aksiyalar səngimək bilmir. Baqrat Qalstanyanın " Tavuş -Vətən uğrunda" hərəkatının liderlik etdiyi aksiyalar hələlik sadəca etirazçıların saxlanmasına müvəffəq ola bilib. Ermənistan polisinin yaydığı məlumata görə, etimadsızlıq aksiyasının magistral yolları bağlamağa cəhd edən iştirakçılarının 200-dən çox nümyəndəsi polis tərəfindən saxlanılıb. Ermənistanda saxlanılanlar arasında keçmiş separatçı "mer"lər də var.
Paşinyan hakimiyyətinə qarşı iğtişaşları genişləndirmək istəyən qüvvələr özbaşına deyil. Ermənistan xalqının qarşısna çıxmağa üzü olmayan Koçaryan və Sarqsyan klanı adıçəkilən keşişin arxasına sığınıb Paşinyan hakimiyyətinə devirmək xəyalını gerçəkləşdirmək istəyir.
Ermənistan cəmiyyətində baş verənlərə bir-birindən fərqli yanaşmalar sərgilənir. Məsələn mayın 26-da Qaltsyan İrəvanda mahnı oxuyub, çalıb-oynayanda Ermənistan baş naziri Nikol Paşinyan sel və daşqınların ziyan vurduğu bölgəyə səfər etmişdi. Bu isə Ermənistan sosial şəbəkələr seqmentində ciddi tənqidlərlə qarşılandı.
Baqrat Qalstanyanın arxiyepiskop mənsəbindən siyasi müstəvidə istifadə etməsi də Ermənistanda birmənalı qarşılanmır. Qalstanyan Ermənistana rəhbər olmaq xəyalına düşsə də, reallıqlar bu xəyalların gerçəkləşməsinə imkan vermir. Görünən odur ki, Ermənistan müxalifət hərəkatı erməni cəmiyyətini ətrafında səfərbər edə bilmir.
Millət vəkilİ Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a bildirir ki, Ermənistanda etirazçıların sayı müəyyən bir həddə çatması ciddi dəyişikliyə gətirib çıxara bilər.
Onun sözlərinə görə, hazırda Baqrat Qalstanyanın başçılıq etdiyi aksiyalar genişlənməkdədir:
"Bu aksiyalar Ermənistanda hakimiyyət dəyişikliyinə gətirib çıxara bilər. Məsələnin digər tərəfi bunun regiona təsiri ilə bağlıdır. İlk növbədə Ermənistanda da yaxşı anlayırlar ki, Azərbaycanın güc mövqeyi maraqlarımızı qorumağa imkan verir. Ölkəmizə qarşı onsuzda qərəzli yanaşmaların sərgilənməsi üçün sistemli cəhdlər göstərilir. Azərbaycana qarşı qərəzli müzakirələr təşkil edilib. Bütün bunları Azərbaycan öz gücü və ölkə başçısı İlham Əliyev strateji məharəti ilə fiaskoya uğradıb".
Millət vəkili deyir ki, Cənubi Qafqazda baş verən proseslər Azərbaycanın birbaşa təsiri və nəzarəti altında baş verir və belə də olacaqdır
Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü təmin edib, əsas reallıq da budur. Bunu hər hansı proses və güc dəyişə bilməz. Azərbaycan güc mövqeyini getdikcə möhkəmləndirməkdədir.
"Azərbaycanın güclü mövqeyi təhlükəsizliyə və ərazi bütövlüyünün etibarlı şəkildə qorunmasına xidmət etməkdədir.Ermənistandakı siyasi dairələr də çox aydın dərk edirlər ki, Azərbaycana qarşı revanş hisləri Ermənistan üçün daha da acınacaqlı nəticələrə səbəb ola bilər. Paşinyanı bu vəziyyətə salan da biz olduq. Ermənistan baş naziri 2018-ci ildə hakimiyyətə gələndə olduqca sərt mövqe tutmuşdu. Amma biz Paşinyanı reallıqlara boyun əyməyə məcbur etdik. Paşinyan Qərbdəki himayədarları ilə reallıqları dəyişməyə cəhdlər göstərdi, ancaq bütün cəhdlər nəticəsiz qaldı. Ermənistanda hansı proseslərin getməsindən asılı olmayaraq biz Cənubi Qafqazdakı proseslərin lokomativ ölkəsiyik", - millət vəkili vurğulayıb.

Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan isə bildirib ki, aksiyaların arxasında onun dayanması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bununla belə Sarqsyan "Tavuş - Vətən uğrunda" hərəkatını dəstəklədiyini bildirir.
Görünən odur ki, Sarqsyan mövcud Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin Qarabağ klanını yenidən hakimiyyətə qaytaracağını düşünür. Amma ekspert çevrələri Paşinyan hakimiyyətinə qarşı yönəlmiş bu etirazlar dalğasının da müvəffəqiyyətsiz olacağını qeyd edirlər. İnformasiya məkanında Paşinyana qarşı aparılan kampaniyalara baxmayaraq Ermənistan baş naziri xalqın qarşısına çıxmaqdan çəkinmir.
Baqrat Qalstanyan isə Paşinyanı istefaya çağırmaqla ən sivil yolu təklif etdiyini bildirir. Ermənistanda vəziyyəti qarışdıran arxiyepiskop mayın 26-da keçirilmiş mitinqdə özünü baş nazir səlahiyyətlərini icraçısı vəzifəsinə layiq görüb. O, bir il bu vəzifədə işləməyi, daha sonra isə parlament seçkiləri keçirib postu tərk etməyi planlaşdırdığını da açıqlayıb. Din xadimi deyib ki, katolikos II Qaregin ona siyasətə qarışmağa icazə verib.
Görünən odur ki, Ermənistanda etirazçılar Paşinyan hakimiyyətini yıxacaq qədər kütləviləşə bilmir. Bir çox ekspertlər bunu müxalifətin sosial bazasının olmaması, insanları etirazlara təşviq edən qruplara inamsızlıqla əlaqələndirirlər. Xüsusən də keçmiş Qarabağ klanının proseslərə daxil olması etiraz etmək istəyənləri çəkindirir. Qeyd edək ki, keçmiş Qarabağ klanının adı Ermənistanda korrupsiya və hərc-mərclik, dövlət büdcəsinin mənimsənilməsi kimi cinayət işlərində da hallanır.
Ardını oxu...
ABŞ və Almaniya Prezident Vladimir Zelenskidən alyansın sammitində Ukraynanın NATO-ya qəbulu üçün dəqiq tarix təyin etməyi istəməməyi xahiş ediblər.

“Teleqraf” nəşri bu iddia ilə çıxış edib.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, Zelenski alyansdan mümkün olmayanı tələb etməməlidir.

"Onlar Ukraynanın bu il NATO-ya tam üzvlük yolu ilə irəliləməsinə çox skeptik yanaşırlar. ABŞ Almaniya qədər narahat olmaya bilər, lakin Rusiyanın alyansın qalan üzvləri üçün təhlükəsindən narahatdır", - deyə bildirilib./Axar.az
Ardını oxu...
Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.

Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.

Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.

“Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.

Qeyd edək ki, bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.
 
Ardını oxu...
Donald Tramp ABŞ prezidenti seçiləcəyi təqdirdə “Wikileaks” portalının təsisçisi Culian Assanjı əfv etmək barəsində ciddi şəkildə düşünəcək.

Modern.az xəbər verir ki, Donald Tramp bu barədə podkaster Tim Poula müsahibəsi zamanı bildirib. O, prezident seçiləcəyi təqdirdə Assanjı əfv edib-etməyəcəyi ilə bağlı suala cavab verib:

“Biz bunu çox ciddi nəzərdən keçirəcəyik”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Culian Assanj hazırda Britaniyanın Belmarş həbsxanasında saxlanılır. Mayın 20-də Britaniyalı hakimlər Culian Assanja ABŞ-a ekstradisiyasına etiraz etmək hüququ verib.
 
Ardını oxu...
Çinin Huaxi kəndi dünyanın ən zəngin kəndi kimi tanınır

Çinin Huaxi kəndi dünyanın ən zəngin kəndi kimi tanınır və bu xüsusiyyəti ilə çox diqqət çəkir.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 1950-ci illərin əvvəllərində Vu Renbaonun kənd kommunist partiyası komitəsinin katibi təyin edilməsi ilə başlayan proses zaman keçdikcə maraqlı bir hal alıb.

1969-cu ildə kənddə fabrik quran Renbao kənddə tekstildən polad istehsalına qədər 12 şirkət qurdu və kəndi 1998-ci ildə Çin birjasına daxil edib.

Fabrik yaranana qədər əkinçiliklə məskunlaşan 600-ə yaxın kənd əhalisi bu iqtisadi gedişlə kənd təsərrüfatını tərk edərək sənayeyə qədəm qoyub. Kəndin yerliləri təkcə fabrikdə fəhlə sinfi kimi işləmədilər.

Huaxidə yaşayan hər kəs "Huaxi Village Corporation" adlı şirkətin səhmdarlarına çevrilib. Kənddə yaradılmış bütün şirkətlərin gəlirləri ilin sonunda 20% payla bütün kənd sakinlərinə paylanıb.

Bu üsulla kənddə bir nəfər də olsun kasıb qalmayıb.

Hazırda Huaxi kəndində 2 min insan dəbdəbəli həyat sürür. Bununla belə, kəndlilər ciddi sosial qaydalar qoyulub.
Qumar və narkotik maddələr qəti qadağandır. Barlar, klublar, internet kafelər və karaoke zalları yoxdur.

Hüquqşünas Yuan Yulai AFP-yə açıqlamasında deyib ki, kəndlilər zəngin olsalar belə, kəndi tərk edərkən şəxsi aktivlərini ala bilmirlər:

"Ona görə də aktivlərin kəndlilərə məxsus olub-olmaması şübhəlidir".

Kənd sakinlərinin bankdakı pullarından istifadə etmək üçün də icazə lazımdır. Pullarını çıxarsalar belə, yenə də kənd daxilində mülk və ya torpaq almaq üçün istifadə etməli olurlar. Belə istifadə etməsələr, öz banklarından pul çıxarmağa icazə verilmir. Burada nə qədər varlı olsan da, sərvətini kənddən çıxarmaq olmaz.

Kənd sakinləri üçün məcburi bir şərt də qoyulub. Hər kəs "kəndin yaxşılığı üçün" həftənin 7 günü işləməyə məcburdur.

Dünyanın ən zəngin kəndi hazırda 80 fabrik var. Üstəlik, işçilərin heç də hamısı yerli sakinlər deyil. On minlərlə insan Huaxi şəhərinə polad və tekstil fabriklərində, eləcə də turizm sənayesində işləmək üçün gəlir. Kənardan gələnlər bu kəndin yerli sakinlərə təklif etdiyi möhtəşəm dəbdəbələrdən öz paylarını ala bilmirlər.

Bu kiçik Çin kəndinə hər il təxminən 2 milyon turist "nümunəvi sosialist kəndi"ni görmək üçün gəlir.
 
 
 
Ardını oxu...
Gürcüstanda “xarici agentlər haqqında” qəbul edilmiş qalmaqallı qanun layihəsinindən sonra başda Tiflis olmaqla, bir sıra böyük şəhərlərdə kütləvi aksiyalar davam edir. Mitinqlərdə etirazçılar hökumətdən mübahisəli qanun layihəsinin ləğv edilməsini tələb edirlər. Bir çox siyasi analitiklər kütləvi aksiyaların fonunda Gürcüstanda ilin sonuna qədər hakimiyyət dəyişikliyinin ola biləcəyini proqnozlaşdırır. Bəs görəsən, qonşu ölkədə aksiyaların yekun nəticəsi necə olacaq? Ortaya atılan proqnozlar özünü doğruldacaqmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, mitinqlərin hansısa ciddi nəticəsi olmayacaq:

“Gürcüstandakı mitinqlər uzun müddətdir davam etsə də, ciddi nəticələr doğuracağına inanmıram. Hazırda hakimiyyət orduya və digər güc strukturlarına tam nəzarət edir. Avropa İttifaqı və digər donor təşkilatlar Gürcüstandakı vətəndaş cəmiyyətlərinə böyük miqdarda pullar ayırır. Bu gürcü xalqı üçün olduqca geniş qazanc və mənfəət gətirir. Amma “Gürcü Arzusu” partiyası Gürcüstanın demokratikləşməsini istəmir. Hazırki hakimiyyət xalqı idarəçilikdən uzaq tutmaq niyyətindədir. Buna görə də vətəndaş cəmiyyətlərinin maliyyə mənbələrini kəsmək istəyirlər. Görünür ki, onlar buna nail olacaq. Çünki gürcü müxalifəti pərakəndə vəziyyətdədir və parçalanıb”.

Politoloq qeyd edib ki, hazırki iqtidar “Gürcü Arzusu” partiyası oktyabrda keçiriləcək parlament seçkilərində də qələbə qazanacaq:

“Hazırda müxalifət ortaya vahid proqram qoya bilmir. Gürcüstanda bəziləri ümid edir ki, oktyabrın 27-də keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu” məğlub olacaq. Amma bu yanlış düşüncədir. Gürcü xalqı hələ də demokratiya və qərb təfəkküründən uzaqdır. Əksinə, düşünürəm ki, “Gürcü Arzusu” partiyası öz hakimiyyətini saxlayacaq və möhkəmləndirəcək. Bu Gürcüstan üçün acı və təəssüf doğuran mənzərədir”.
 
Ardını oxu...
Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) açar ölkəsi, Şərqlə Qərbin qapısıdır.

Bunu iqtisadçı Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, son dövrlərdə Orta dəhlizlə daşımaların həcmi artıb:

“2022-ci il noyabrın 11-də Səmərqənddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hökumətləri Orta dəhliz boyu gömrük prosedurlarının sadələşdirilməsi haqqında saziş imzalamışdı. Azərbaycan, Türkiyə, Özbəkistan və Qırğızıstan bu sazişi hələ 2023-cü ildə ratifikasiya etmişdi. TDT üzvlərindən yalnız Qazaxıstan qalmışdı ki, o da bu həftə sadələşdirilmiş gömrük dəhlizinə qoşulduğunu təsdiqləyib.

TDT Orta dəhliz boyu gömrük prosedurlarını sadələşdirir, bu isə o deməkdir ki, Şərq-Qərb-Şərq dəhlizi üzrə “yaşıl dəhlizlər”, vahid tranzit tarifləri olacaq. Bu gün Orta dəhlizin ən böyük rəqibi Rusiya-Belarus üzərindən keçən dəmir yolu xəttidir. Qərb-Rusiya qarıdurmasına baxmayaraq, bu yolla, məsələn, ötən il 56.7 milyard dollarlıq yük daşınıb. Amma ciddi problemlər də yaranıb. Əsas problem də odur ki, Qərb sığorta şırkətləri Rusiyadan keçən yüklərin sığortasından imtina edirlər, sanksiyalarla üzləşməkdən çəkinirlər. Demək, Rusiya yoluna alternativ ola biləcək Orta dəhliz layihəsini sürətlə reallaşdırmaq lazımdır. Çünki Qərb-Rusiya qarşıdurması hələ onillər davam edəcək, indi məqamıdır. Rusiya üzərindən keçən yüklərin heç olmasa 25-30 faizini cəlb edə bilsək, ciddi iş olacaq”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycan dəmir yolları ilə bu ilin 4 ayı ərzində (Orta dəhliz üzrə) yükdaşımalarının həcmi ötən illə müqayisədə 35 faiz artıb, Çinin Sian şəhərindən bu dəhlizlə ümumilikdə 60 qatar yola salınıb:

“Bu yaxınlarda aparılmış yenidənqurma işlərindən sonra Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə daşımalar bərpa edilib, xəttin yükburaxma qabiliyyəti illik 5 milyon tona çatdırılıb. Bütün bunlar yaxşıdır, amma azdır. Təkcə Azərbaycan Dəmir Yolları yox, bütün dövlət qurumları sinxron işləməlidir”.

İqtisadçı əlavə edib ki, Azərbaycan TDT-nin açar ölkəsi, Orta dəhlizin (Şərq-Qərb-Şərq) qapısıdır: “Qapı yaxşı, doğru açılıb”.
 
Ardını oxu...
İran ilə Ermənistan arasında münasibətləri formalaşdıranlardan biri də erməni milyarder Vardanyan olub.

Modern.az xəbər verir ki, bu barədə İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Universitetin Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar dünyanın ən nüfuzlu nəşrlərindən olan “Jerusalem Post” qəzetində dərc olunmuş “Ermənistan-İran əlaqələrinin möhkəmlənməsi” sərlövhəli məqaləsində yazıb.

Qeyd olunub ki, çirkli pulların yuyulması ilə də məşğul olan Vardanyan mütəşəkkil cinayətkar təşkilat yaradıb və erməni milyarderin cinayətkar əməlləri sırasına müxtəlif transaksiyaların saxtalaşdırılması da daxil imiş. Rusiya ilə Ukrayna arasında hərbi qarşıdurma başladıqdan sonra adıçəkilən şəxs aktivlərini və hesablarını Qərbin sanksiyalarından qorumaq üçün doğulduğu və fəaliyyət göstərdiyi vətəni Rusiyanın vətəndaşlığından imtina edib. Bununla da mənfəəti naminə istənilən addımı atan prinsipsiz biri olduğunu təsdiqləyib. Rusiyanı tərk edən Vardanyan Ermənistana, oradan da Azərbaycanın işğal altındakı Qarabağ bölgəsinə keçərək separatçı rejimin dövlət naziri təyin edilib və aparıcı simalarından olub. Müəllif terrorizmi və separatizmi maliyyələşdirmə, habelə başqa dövlətin sərhədini qanunsuz keçmə kimi ittihamlarla hazırda Azərbaycanda həbsdə saxlanılan Vardanyanın Rusiya-Ukrayna münaqişəsində tutduğu mövqeyə, habelə qanunsuz iqtisadi fəaliyyətinə görə Ukrayna və Qərb tərəfindən sanksiyaya məruz qalması faktına da diqqət çəkib.

Həmçinin diqqətə çatdırılıb ki, Vardanyan Tehran hökumətinin təsdiq etdiyi məruzəçilərin iştirakı ilə müxtəlif ölkələrdə tədbirlər təşkil edən Qorçakov Fondu vasitəsilə İran-Ermənistan münasibətlərinin koordinasiyası və irəliləməsi istiqamətində əhəmiyyətli fəaliyyət göstərib. Belə ki İran mətbuatına müsahibəsində iranlıları və erməniləri qədim tarix, ortaq mədəniyyət və sivilizasiyanın birləşdirdiyini vurğulayan Vardanyan bəyan edib ki, İran ermənilərin Qarabağ uğrunda mübarizəsində erməni xalqının naminə deyil, öz maraqları naminə iştirak etməlidir. Müsahibədə İrəvandakı Azərbaycan tarixi-mədəni irsinin abidəsi Göy məscidi İran və erməni xalqları arasında mədəni dostluğun rəmzi hesab etdiyini söyləyən erməni separatçı sözügedən abidənin bərpasının təşəbbüskarı olduğunu da xatırladıb.

Sonda müəllif Vardanyanın ədalətli şəkildə mühakimə olunaraq qanuni cəzasını alacağına ümidini ifadə edib.
Ardını oxu...
Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

Bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi mətbuata açıqlamasında bildirib.

Departament fransız diplomatın ölüm səbəbini dəqiqləşdirmir.

Məlumata görə, 53 yaşlı Paktenin ölümünə səbəb ürək tutması olub.

Mənbə: The Daily Mirror
 
Ardını oxu...
"Ya görüşə könüllü gələcək (Paşinyan), ya da məcburən görüşəcək".

Musavat.com xəbər verir ki, bunu Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyan bu gün İrəvanda keçirilən etiraz aksiyasında deyib.

Qeyd olunub ki, hazırda yürüş iştirakçılar İrəvandakı Respublika Meydanına qayıdır. Meydanda sabah səhər üçün elan edilən aksiyaların müzakirəsi keçiriləcək.
 

Dünyapress TV

Xəbər lenti