Ardını oxu...
“Avropa İttifaqının 3 ölkəsinin Fələstin dövlətini tanıması praktik olaraq heç nə vəd etmir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Aİ-nin 3 ölkəsi – Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətini tanımasını şərh edərkən deyib.

“Hələlik nə aparıcı Avropa dövlətləri, nə də ABŞ Fələstini müstəqil dövlət olaraq tanımır. Hamıya bəllidir ki, Fələstin xalqının dövlət qurmaq hüququ var. Bu hüquq onlara BMT qərarı ilə verilib. Amma bir sıra aparıcı dövlətlər İsrail dövlətini tanısalar da, Fələstin dövlətinin yaranmasını istəmirlər”, deyə politoloq bildirib.

Həmsöhbətimiz qeyd edib ki, 3 Aİ ölkəsinin Fələstini müstəqil dövlət olaraq tanıması praktik baxımdan Fələstinə heç nə verməsə də, fələstinlilər addım-addım istədikləri məqsədə doğru getdiklərini anlayırlar:

“Yəhudi xalqı içərisində Fələstini dövlət kimi tanımaq istəyənlər olsa da, onlar azlıq təşkil edir. Əksəriyyəti millətçi düşüncəsindədir. Fələstin dövlətini tanıyan aparıcı ölkələrin sayı artsa, xüsusən də Avropanın aparıcı ölkələri və ABŞ onu tanısa, dünya ictimaiyyəti də kəskin şəkildə İsraildən Fələstin dövlətinin tanınmasını tələb edə bilər”.

Siyasi şərhçi Rufiz Hafizoğlu isə bildirib ki, Fələstin dövlətinin tanınması üçün ilk növbədə münbit mühit olmalıdır:

“Nə Avropa İttifaqı, nə İspaniya, nə də digər ölkələrin heç biri Fələstin dövlətini yaxın vədədə qəbul etməyəcək. Fələstin dövlətinin qəbul edilməsi üçün ilk növbədə vahid Fələstin hökumətinin yaradılması vacibdir. Amma bu gün Fələstin daxilində ciddi problemlər var. Fələstin dövləti dedikdə İordan çayının qərb sahili, yoxsa onunla yanaşı, Qəzza ərazisi nəzərdə tutulur? Digər tərəfdən, onun 1967-ci il sərhədləri, yoxsa hazırki sərhədlər daxilində olması nəzərdə tutulur? Tanınma üçün münbit mühit yoxdur. Təəssüf ki, Fələstin daxilindəki qarşıdurma buna imkan vermir. Vahid Milli Fələstin hökuməti yaradılmalıdır. Beynəlxalq Məhkəmə HƏMAS liderlərinin həbsini tələb edib”.

Bu baxımdan, həmsöhbətimiz hesab edir ki, bəzi Aİ ölkələrinin verdiyi bəyanatların heç bir ciddi əsası olmayacaq:

“Avropa onları qəbul etsə də belə, bu sadəcə formal xarakter daşıyacaq. İlk növbədə fələstinlilər öz aralarında olan ədavəti həll etməlidir”.

Qeyd edək ki, son zamanlar Avropa İttifaqının bir sıra dövlətləri Fələstini müstəqil dövlət olaraq tanımağa başlayıblar. Bu sırada ilk addımı İrlandiya, İspaniya və Norveç atıb. İrlandiyanın baş naziri Saymon Harris ölkəsinin Fələstini dövlət kimi tanıyacağını bildirib. İspaniya hökuməti isə mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq. Bu barədə ölkənin baş naziri Pedro Sançes çərşənbə günü Deputatlar Konqresində çıxışı zamanı bildirib. Ümumiyyətlə, bu günə qədər Azərbaycan da daxil Fələstini 140 dövlət tanıyıb. Amma onların içərisində ABŞ və Avropanın aparıcı dövlətləri hələ ki, yoxdur.
 
Ardını oxu...
“Ölkəmizdə kilsə ictimai fikirə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında söyləyib.

O vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: “Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik” – Paşinyan belə deyib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin göyərtəsində olduğu helikopter mayın 19-da ölkə ərazisində qəzaya düşüb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Hadisə dünya mediyasında bir sıra müzakirələrə səbəb olub. Bəziləri bunu qəza adlandırsa da, digərləri təxribat olduğunu iddia edir.

Ermənistan mediyası isə hadisəni Azərbaycanla əlaqələndirməyə çalışır.

Milli Məclisin deputatı Fazil Mustafa AzVision.az-a bildirib ki, erməni mediasının yazdıqları bizim üçün önəmli deyil.

“İranda hər kəs anladı ki, qəzanın Azərbaycanla əlaqəsi yoxdur. Bu, sırf texniki nasazlıqla bağlı baş verən xoşagəlməz bir hadisədir. Hər ölkədə baş verə bilər. Bunu xüsusi qabartmağın mənası yoxdur. İranda prezident əhəmiyyətli fiqur idi. Cəmiyyətdə müəyyən addımların atılmasında rolu ola bilərdi. Amma əsas fiqur ali dini liderdir və prezident müstəqil siyasi kursa malik deyil. Bu, bir kadr itkisidir. Odur ki, İranda hər hansı dəyişiklik gözlənilmir”.

Bununla yanaşı deputat düşünür ki, İranda dinin siyasətə alət olması cəmiyyət içərisində müəyyən problemləri şiddətləndirə bilər:

“Çünki dinin siyasətə alət olunması heç bir ölkəyə uğur gətirməyib. Bu baxımdan İran da istisna deyil”.

Politoloq Cümşüd Nuriyev isə bildirib ki, müxtəlif təxribat xarakterli üsullarla Fransa, ABŞ və İsrail bölgədə qarşıdurma yaratmaq istəyir:

“İsrailə lazımdır ki, diqqəti Qəzzadan törətdiklərindən yayındırsın. Fransaya lazımdır ki, xarici siyasətdə Azərbaycana uduzduqlarının əvəzini çıxsın. ABŞ-a isə lazımdır ki, Qafqaza girsin, eləcə də Azərbaycan-İran münasibətlərinin yaxınlaşmasına mane olsun. Bütün bunların fonunda bu dövlətlərdən verilən açıqlamalar, bəyanatlar siyasi xarakterlidir.

Son zamanlar Azərbaycanla İranın münasibətləri həddən artıq irəliləmişdi. Rəisi qəzaya düşdüyü gün bəyan etdi ki, Qarabağın, Şərqi Zəngəzurun bərpasında iştirak etmək istəyirlər. Əgər ermənilərin dediyi kimi təxribat varsa, deməli təxribatı özləri və ya onların arxasında duran Fransa törədib”.

Politoloqun fikrincə, İranda baş verən proseslər ölkədə daxili qarşıdurmaya təkan verəcək:

"Vəziyyətin gərginləşəcəyini öncədən proqnozlaşdırmaq olar. İranda məsələləri mollalar həll edir. Seçki demokratik görüntü yaratmaq xatirinə həyata keçirilən bir missiyadır. İran konstitusiyasına görə artıq iyunun 28-nə prezident seçkiləri təyin olunub. Bu müddət ərzində vitse-prezident prezidenti əvəz edir.

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ilə İranın Ali Rəhbəri Əli Xameneyinin münasibətlərində bir gərginlik var. İranın əvvəlki xarici işlər naziri Məhəmməd Cavad Zərif də prezident ola bilər. Kifayət qədər peşəkar bir diplomatdır. Əslində Xameneyi kimi istəsə, o da prezident olacaq. İran mətbuatı isə Xameneyi ilə Rəisi arasında münasibətlərin gərginliyindən yazır”.
 
Ardını oxu...
"Mayın 26-da saat 16:00-da sizi İrəvanın mərkəzi meydanında görüşə dəvət edirəm. Burada gələcək fəaliyyətimiz haqqında məlumat əldə edəcək, bütün detalları öyrənəcəksiniz. Bu aksiya kimliyimizin isbatı üçün vacibdir", – bunu erməni keşiş Baqrat Qalstanyan deyib. Bəs Paşinyan xalq tərəfindən devrilə bilərmi?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az-a açıqlama verib.
Politoloq bildirib ki, bu gün Ermənistan cəmiyyətində revonşinistlər heç nəyi ehtiva etmirlər:

"Keşiş Baqrat Qalstanyan və ll Qaregin Ermənistanda siyasiləşərək hakimiyyətə qarşı mübarizə göstərirlər. Bu isə qəbuledilməz məsələdir. Əsirlər boyu Ermənistan gəncliyinin beyninin pozulmasında, etnik nifrət zəmnində dözümsüzlüyün artmasında kilsənin də böyük rolu var. İndi də Ermənistan kilsəsi həmin uyğunsuz tarixi missiyasını davam etdirməklə məşğuldur. Eyni zamanda, erməni ictimai rəyində Ermənistandakı kilsə xadimlərinin siyasi bəyanatlarının güclü dayaqları mövcud deyil. Ermənistandakı xalq başa düşür ki, kilsənin siyasiləşməsi və Nikol Paşinyana qarşı mübarizə aparılması rəsmi İrəvan üçün daha problemli hadisələrə səbəb ola bilər. Keşişin aksiyalara qatılması oyundan başqa bir şey deyil. Paytaxt İrəvana yürüş edən keşişin aksiya çağırışına normal reaksiya verilmədi.

Faktiki olaraq bu gün Ermənistan cəmiyyətində revonşinistlər heç nəyi ehtiva etmirlər. Ümumiyyətlə onların erməni cəmiyyətində hər hansısa təsir imkanları da qalmıyıb. Belə olan təqdirdə sadəcə ortalığı bulandırmaqla məşgul olurlar və buda bütövlükdə Azərbaycanla Ermənistan arasında formalaşa biləcək sülh imkanlarına qarşı yönəlmiş addımlardı. Mən hesab edirəm ki, revanşistlər məqsədlərinə nail ola bilmiyəcək çünki nəzərə almaq lazımdır ki, bu gün Ermənistan ictimai rəyində revanşistlərin dayağı kifayət qədər aşağı vəziyyətdədir. Eyni zamanda nə qədərki Ermənistan xalqı neofaşist idealardan və 30 ildən çox davan edən, onlara yeridilən kütləvi informasiya vasitələri və tədris vasitələrindəki radikal milliyətçi meyillərdən qurtulmasa da Azərbaycan və Ermənistanın bundan sonra heç bir formada müharibə apara bilmiyəcək bir səviyyədə olduğunu yaxşı dərk edirlər. Ona görədə revanşistlərin bu addımları fiaskoya məruz qalacaq".
 
Ardını oxu...
Avropa İttifaqı Şurası dondurulmuş Rusiya aktivlərinin investisiyasından əldə olunan gəlirlərin Ukrayna üçün istifadə qaydasını təsdiqləyib.

Musavat.com Şuranın yaydığı məlumata istinadən xəbər verir ki, Avropa İttifaqı ölkələrinin mərkəzi bankları Rusiyanın dondurulmuş aktivlərindən gəlirləri iki ildən bir icma institutlarına köçürməyi öhdələrinə götürürlər: "Məbləğlər Aİ-nin mərkəzi depozitariləri tərəfindən iki ildən bir ödəniləcək və Ukraynaya gələcək hərbi dəstək üçün istifadə olunacaq".

Aktivlərdən əldə edilən gəlirin 90 faizii Avropa Sülh Fonduna, 10 faizi “Ukraynanın müdafiə sənayesinin potensialının dəstəklənməsi və yenidənqurma ehtiyacları” ilə bağlı Aİ proqramlarına gedəcək. Bu bölgü hər il nəzərdən keçiriləcək. Birinci mərhələ 2025-ci il yanvarın 1-dən əvvəl baş tutacaq.

Bəyanatdan aydın olur ki, yalnız “Rusiyanın 1 milyon avrodan çox aktivləri və ehtiyatlarına” sahib olan banklar gəlirləri köçürəcək. Maliyyə xərcləri “15 fevral 2024-cü il tarixindən etibarən hesablanan xalis gəlirə” təsir edir.
İlkin mərhələdə Aİ tənzimləyicilərinə Ukraynadakı münaqişənin səbəb olduğu “müəyyən edilmiş kapital və risklərin idarə edilməsi tələblərinə əməl etmək üçün maliyyə töhfəsinin təqribən 10 faizi məbləğində vəsaiti özlərində saxlamağa icazə veriləcək.
 
 
 
Ardını oxu...
Yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergiyə cəlb edilməsi məsələsini müzakirə etmək lazımdır.

“Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan qanunverici orqanın iclasında çıxışı zamanı deyib.

“Hisslərimizlə, tariximizlə oynamağı dayandırın. Onsuz da siyasətlə məşğul olur, diaspordan pul yığırsınız. Şam, “Coca-Cola”, şərab satır, restoranlar işlədirsiniz, amma vergi ödəmirsiniz”, - o vurğulayıb.

O, din xadiminin vergi ödəyən sadə iş adamından niyə üstün olduğunu anlamaq istədiyini vurğulayıb.

Bundan başqa, A.Simonyan etirazçıların İrəvandakı katolikosun iqamətgahının ərazisinə, Müqəddəs Anna kilsəsinin həyətinə toplaşmasından da narazıdır.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarının vəfatı ilə bağlı ölkədə 1 günlük matəm elan edib.

Qaynarinfo xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Kabinet iclasımızda İran xalqının yaşadığı dərin ağrıları bölüşmək üçün ölkəmizdə bir günlük milli matəm günü elan etmək qərarına gəldik".
 
Ardını oxu...
İyunun 28-də İranda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Yeniavaz.com “Mehr”ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami deyib.

“İyunun 28-i İran tarixində on dördüncü prezident seçkiləri günü hesab oluna bilər. Konstitusiya Keşikçiləri Şurasına namizədlərin qeydiyyatının mayın 28-də başlaması xahiş olunub”, – məlumatda deyilir.
 
Ardını oxu...
Ukraynaya qarşı iki ildən çox davam edən müharibədə Rusiya Prezidenti Vladimir Putin ölkə iqtisadiyyatını idarə etmək üçün yığdığı texnokratların onun ən etibarlı əsgərləri olduğunu anladı.

Axar.az xəbər verir ki, bu barədə jurnalist Pol Zonne "Nyu York Tayms" qəzetində yayımlanan materialında bildirib.

O qeyd edib ki, Putin indi onlardan birini, heç bir hərbi təcrübəsi olmayan Andrey Belousovu müdafiə naziri təyin edib:

"Belousovun təyinatı Putinin Rusiya iqtisadiyyatını tamamilə müharibə vəziyyətinə yönəltdiyini göstərir və Kreml sənayeni mübarizəyə səfərbər etməyə daha çox səy göstərə bilər".
 
Ardını oxu...
İran bir sıra dövlətlərə İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyə, habelə Prezident İbrahim Rəisinin sərt eniş etmiş helikopterinin axtarış əməliyyatında göstərdiyi köməyə görə minnətdarlığını bildirir.

“Report” xəbər verir ki, müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin teleqram kanalında yayılıb.

"İslam Respublikası bir çox hökumətlərə, ölkələrə və beynəlxalq təşkilatlara İran hökuməti və xalqı ilə həmrəylik duyğularını ifadə etdiklərinə və axtarış-xilasetmə əməliyyatında yardım və kömək təklif etdiklərinə görə təşəkkür edir", - paylaşımda bildirilir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi İran Prezidenti İbrahim Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olduğunu bildirib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, lazımi texniki vasitələrlə təchiz olunmuş 40 nəfər peşəkar xilasedicidən ibarət axtarış-xilasetmə qrupunun 2 ədəd helikopterlə hər an axtarış-xilasetmə əməliyyatına qoşulmağa hazır olması dost ölkənin müvafiq dövlət qurumunun diqqətinə çatdırılıb.
 

Dünyapress TV

Xəbər lenti