Ardını oxu...
Slovakiyanın Baş naziri Robert Fitso mayın 27-də təkrar tibbi müayinədən keçəcək.

Bu barədə onun müalicə aldığı xəstəxananın rəsmi “Facebook” hesabında bildirilib.

“Baş nazirin sağlamlığı tibbi şuranın proqnozlarına uyğundur. Nəzarət müayinələri sabah da davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Fitsoya sui-qəsd cəhdi mayın 15-də baş verib. Baş nazir kabinet iclasından sonra küçədə tərəfdarları ilə danışıb. 71 yaşlı yazıçı Yuray Cintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədəsindən yaralanan baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.
 
Ardını oxu...
Rusiya hakimiyyətinin nümayəndələri Londonda dəbdəbəli mülklərə sahibdir. Onun dəyəri on milyonlarla dollarla qiymətləndirilir.

Qaynarinfo "The Telegraph"a istinadən xəbər verir ki, jurnalistlər Britaniya paytaxtının ən elit ərazilərində Rusiyaya məxsus 10 daşınmaz əmlak aşkar ediblər.

Qeyd olunur ki, mülklər bərbad vəziyyətdədir və qonşular bir neçə ildir ki, bəzilərinin boş qaldığını, lakin əvvəllər orada rusdillilərin yaşadığını bildiriblər.

Eyni zamanda, bəzi daşınmaz əmlak obyektlərinin mülkiyyət hüququna dair sənədlərdə onların Ukraynanın razılığı olmadan satıla bilməyəcəyi barədə xəbərdarlıq var.

Highgate - 2,4 milyon funt-sterlinq (təxminən 2,97 milyon dollar)

Karl Marksın dəfn olunduğu qəbiristanlıqdan və Hampstead Heath gölməçələrindən bir qədər aralıda, Londonun şimal hissəsindəki təpədə Rusiya Federasiyasına məxsus bir ev var. Həmçinin yaxınlıqda müdafiə attaşesinin ofisi və bir vaxtlar Con Betjemanın yaşadığı və Britaniya hakimiyyətinin "casus yuvası" adlandırdığı ticarət nümayəndələyi yerləşir.

Ev indi qəzalı vəziyyətdədir və qonşular deti ki, ən azı bir neçə ildir boşdur. Piyada və avtomobil yolu alaq otlarıla örtülüb, qara metal darvaza isə asma qıfıllıdır.

Qonşu bildirib ki, ev hələ də Rusiya Federasiyasına məxsusdur və o, vaxtaşırı ticarət nümayəndə heyətinə zəng edərək ağaclarla məşğul olmağı xahiş edir.

Highgate - 2,3 milyon funt-sterlinq (təxminən 2,85 milyon dollar)
Ardını oxu...
Bu təxminən 80 yard olan Rusiya ilə əlaqəli başqa bir ərazidir və pis günlərin yaşayır. Bağı otlar basıb, divarların boyası silinib. Bu, Rusiyaya məxsus olduğu güman edilən şəxsi mülkdəki dörd evdən biridir.

Qonşu deyib ki, yaxınlıqdakı rus ticarət nümayəndəliyi vaxtaşırı ot biçməyə adam göndərir. O əlavə edib ki, qonşu ev Britaniya xüsusi xidmətlərinə məxsusdur, ona görə də onlar bir-birini izləyə bilərlər.

Evin qiyməti təxminən 2,3 milyon funt-sterlinqdir. Qonşulardan biri deyir ki, son 35 ildə kiminsə ora girib-çıxmasını görməyib.

"Biz insanların ərazidəki evlərə soxulmaları və çardaqda müşahidə avadanlığı tapmaları haqqında hekayələr eşitmişik", deyə üçüncü qonşu bildirib.

Kensinqton - 1,5 milyon funt-sterlinq (təxminən 1,86 milyon dollar)
Ardını oxu...
Qırmızı kərpicdən tikilmiş binanın həyətində qapalı bitkilər bitir və diplomatik nömrəli "Volkswagen" dayanır. Mülk son bir ildə mənzillərin orta hesabla 1.487.000 funta satıldığı ərazidə yerləşir.

Ön qapıya aparan divarda divar rəsmləri çəkilib, üzərində iki videokamera quraşdırılıb və binanın "Rusiya Federasiyasının Beynəlxalq Dəniz Təşkilatı yanında daimi nümayəndəliyi" olduğunu təsdiq edən qızılı lövhə var.

Rus ləhcəli, ağ jilet geyinmiş orta yaşlı kişi Rusiya adından beynəlxalq dəniz təşkilatında işlədiyini təsdiqləyib. O, həmçinin bildirib ki, bina hələ də Rusiya Federasiyasına məxsusdur və onun sakinləri ruslardır.

Holland Park - 1,65 milyon funt*sterlinq (2 milyon dollardan çox)
Ardını oxu...
Ev akinləri arasında Ed Şiran və Elton Conun da olduğu, mənzillərin 1,65 milyon funta satıldığı küçədə yerləşir.
 
Ardını oxu...
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkə Prezidenti Salome Zurabişvilini dövlətə xəyanətdə ittiham edib.

Bu barədə İ. Kobaxidze Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Xalqın və onun seçdiyi hökumətin birliyi və mənalı addımları bizə son iki ildə ekzistensial təhlükələrə və müxtəlif xəyanətlərə, o cümlədən prezidentə xəyanətə baxmayaraq, ölkədə sülhü qoruyub saxlamaq imkanı verib.

Gürcüstanın ən yaxın tarixi və müasir dünyada gedən proseslər bizə xüsusilə aydın şəkildə göstərdi ki, suverenlik ölkənin təhlükəsizliyinin ən səmərəli təminatıdır”,- deyə o bildirib.

Baş nazir vurğulayıb ki, hazırda Gürcüstan üçün öz dövlət müstəqilliyini qorumaq xüsusilə vacibdir.
Ardını oxu...
Yeddilik Qrupu (G7) ölkələri Şimali Koreya və Rusiya arasında hərbi əməkdaşlığı pisləyib, həmçinin İranı Rusiyaya dəstəkdən imtina etməyə çağırıb.

Bu barədə G7 ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin İtaliyanın şimalındakı Stresa şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatında deyilir.

“Biz Şimali Koreya ilə Rusiya arasında artan hərbi əməkdaşlığı kəskin şəkildə pisləyirik. Bu, BMT Təhlükəsizlik Şurası qətnamələrinin birbaşa pozulmasıdır”, – sənəddə bildirilir.

G7 rəsmiləri həmçinin Rusiyaya ikili təyinatlı material və komponentlərin, eləcə də “bütün dünya şirkətlərindən, o cümlədən Çindən” hərbi istehsal üçün avadanlıqların tədarükü ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Ardını oxu...
Gürcüstan parlamenti ABŞ-nin planlaşdırdığı sanksiyalara baxmayaraq, Prezidentin vetosunu ləğv edəcək.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi meri və hakim "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bildirib.

“Strateji partnyorumuzun - ABŞ-nin sanksiyalar tətbiq etməsini təsəvvürə gətirmək mümkün deyil. Çünki ölkə xalqının qanuni seçdiyi parlament şəffaflıq haqqında qanun qəbul edir. Gürcüstanın suverenliyi, dövlətçiliyimiz hər bir gürcü üçün çox vacibdir. Ona görə də bu veto ləğv ediləcək”, - K. Kaladze bildirib.

Onun sözlərinə görə, Gürcüstanla ABŞ arasında son zamanlar yaranmış münasibətlərin yenidən qurulmasına ehtiyac var.
 
Ardını oxu...
Misir cümə günü İsrailin əsas keçidi vasitəsilə Qəzza zolağına BMT-nin humanitar yardım yük maşınlarını göndərməyə razılaşdığını bildirib. Ancaq İsrailin cənubdakı Rəfah şəhərində artan hücumları fonunda döyüşlərin getdiyi bir vaxtda onların əraziyə daxil ola bilib-bilməyəcəyi bəlli deyil.

Qəzzada humanitar böhran artıb. Belə ki, BMT və başqa yardım agentlikləri iki həftə öncə İsrailin Rəfaha hücumu başlayandan bəri əraziyə daxil olan ərzaq və başqa malların sayının kəskin şəkildə azaldığını bildirib.

BMT və digər yardım agentlikləri ərzaq və digər malların girişinin kəskin şəkildə azaldığını söyləməsi ilə Qəzzada humanitar böhranı kəskinləşib. Cümə günü BMT-nin ali məhkəməsi – Beynəlxalq Ədalət Məhkəməsi – İsrailə Rəfah hücumunu dayandırmağı əmr edib, ancaq İsrail, çox güman ki, ona əməl etməyəcək.

Problemin mərkəzində hücum başlamadan əvvəl Qəzzaya gündə orta hesabla 300 yük maşını yardımın daxil olduğu iki əsas keçid dayanır.

İsrail qoşunları Misirlə sərhəddə yerləşən Rəfah keçidini ələ keçirib və keçid o zamandan bəri işləmir. Yaxınlıqda yerləşən İsraillə Qəzza arasındakı Kerem Şalom keçidi açıq qalıb və İsrail onun vasitəsilə hər gün yüzlərlə yük maşını göndərdiyini bildirir. Ancaq kommersiya yük maşınları uğurlu bir şəkildə keçsə də, BMT yardımı almaq üçün Kerem Şaloma keçə bilmədiyi deyir, çünki ərazidəki döyüşlər səbəbilə bunu etmək təhlükəlidir.

Nəticədə BMT bildirir ki, son 19 gündə keçiddən yalnız 143 yük maşını daxil olub. İsrail rəsmilərinin dediyinə görə,keçidin Qəzza tərəfində yüzləylə yük maşını toxunulmaz vəziyyətdə qalıb. Onlar bildirir ki, günah BMT-nin işçi qüvvəsi məhdudiyyətlərindədir. BMT və başqa yardım agentlikləri deyir ki, onlar hər gün Qəzzanın şimalındakı tək keçid və ABŞ-ın inşa etdiyi estakada vasitəsilə daxil olan daha az sayda yük maşınlarından asılıdırlar.

Təxminən 900,000 insan Rəfahdan qaçaraq Qəzzanın mərkəzi və cənubuna sığındığı bur vaxtda, humanitar qruplar fələstinlilərə yemək çatdırmağa çalışırlar. Yardım işçiləri xəbərdarlıq edir ki, Qəzza aclıq astanasındadır. BMT-nin əsan humanitar yardım agentliyi UNRWA ehtiyatları tükəndiri üçün Rəfahda ərzaq paylamağı dayandırıb.

Belə görünür Misirin açıqlaması sərhədin bir tərəfindəki siyasi maneəni aradan qaldırır.

İsrail Rəfah keçidini açıq saxladığın bildirir və Misiri keçid vasitəsilə yük karvanlarının göndərilməsini koordinasiya etməyə çağırıb. Misir isə İsrailin nəzarətinin daimi qalacağından qorxaraq bundan imtina edib və keçidə nazərətin yenidən fələstinlilərə qaytarılmasını tələb edib. Ağ Ev Misirə yük maşınlarının axınını bərpa etməsi üçün təzyiq göstərir.

Misir Prezidenti Abdel Fəttah Əl-Sissinin ofisi açıqlamasında bildirib ki, o, cümə günü ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Rəfah keçidinə həll tapılana qədər humanitar yardım və yanacaq daşıyan yük maşınlarının Kerem Şalom keçidinə getməsinə icazə verməyə razılaşıb.

Ancaq BMT-nin Misirdən gələn əlavə yük maşınlarına çıxış əldə edib etməyəcəyi hələ ki, aydın deyil.

UNRWA şərh istəyinə dərhal cavab verməyib. Agentlik cümə axşamı X-də “keçid təkrar açılsa və biz təhlükəsiz yollarla təmin edilsək, biz yenidən [Rəfahda ərzaq paylamağa] başlaya bilərik,” bildirib.
 
Ardını oxu...
Gürcüstan parlamentinin binası qarşısında “Xarici təsirin şəffaflığı haqqında” Qanuna qarşı aksiya başlayıb.

Aksiyaya İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professor və müəllimlərinin bir hissəsi qatılıb.

Aksiya iştirakçıları əvvəlcə Vake parkına toplaşıb, oradan əvvəlcə Tbilisi Dövlət Universitetinə, daha sonra isə parlamentə doğru yürüş ediblər.

Rustaveli prospektində və parlamentin yaxınlığında mitinqlə yanaşı, mayın 26-da keçiriləcək tədbirə hazırlıq gedir. Bununla əlaqədar ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. \\Report.Az
 
Ardını oxu...
İran mediası 19 mayda helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisiyə görə başsağlığı verən ölkə və beynəlxalq qurumların adını yeniləyib.

Axar.az xəbər verir ki, İRNA-nın paylaşdığı məlumatda 115 ölkə, beynəlxalq və regional təşkilatın İrana başsağlığı verdiyi qeyd edilib.

Maraqlıdır ki, Rəisinin fonunda başsağlığı verən bir çox ölkə və beynəlxalq qurumların bayrağının yerləşdirilməsi ilə bundan öncə paylaşılan foto da yenilənib. Belə ki, bundan əvvəl Rəisinin fonunda 50 bayraq əks olunmuşdusa, bu gün yayılan fotoda 51 bayraq var. Belə ki, Türkiyə bayrağı əlavə edilib.

Buna baxmayaraq, İran rəsmi mediası Azərbaycan bayrağını "xüsusi fotoya" əlavə etməyi yenə lazım bilməyib. Halbuki Azərbaycan qonşu olmaqla bərabər, Rəisinin helikopterinin axtarılmasında ilk yardım təklifini edən, ilk başsağlığı verən və vida mərasimində baş nazirinin rəhbərliyi ilə böyük nümayəndə heyətilə təmsil olunan ölkələrdən biridir.

Qeyd edək ki, Ermənistan bayrağı ilk fotoda da var idi.

https://t.me/Axaraz/48897
 
Ardını oxu...
  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nə dəyişiklik haqqında Protokol"u təsdiqləyib.

Bu barədə "Resmi Gazete"də məlumat dərc olunub.

Xatırladaq ki, sözügedən sənəd ötən il aprelin 29-da imzalanıb. Həmin ilin iyul ayında Azərbaycan Prezidenti İlham Əliyev sənədi təsdiqləyib. Bu ilin mayında isə yenilənmiş Preferensial Ticarət Sazişinə daxil olan məhsulların adı açıqlanıb.

Dünyapress TV

Xəbər lenti