Ardını oxu...
Dekabrın 15-dən Maldiv adalarında elektron siqaret (veyp) qadağası qüvvəyə minir.

Oxu.Az xəbər verir ki, bu barədə yerli "Press" nəşri məlumat yayıb.

Qadağa parlamentin noyabrın 12-də qəbul etdiyi Tütünlə mübarizə haqqında qanuna edilən düzəliş çərçivəsində həyata keçirilir.

Qanun layihəsi elektron siqaretlərin, veypinq və bu cihazlarla istifadə üçün nəzərdə tutulan ləvazimatların idxalını, satışını, pulsuz paylanmasını və istifadəsini qadağan edir. Qanunu pozmağa görə cərimələr mövcuddur.

Qeyd olunur ki, Maldiv Gömrük Xidməti bu cür cihazları və müvafiq materialları müsadirə etməklə qaydalara əməl olunmasına nəzarət edəcək.
 
 


 
Ardını oxu...
Qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır.

"Xəzər Xəbər" xəbər verir ki, cərimələrin artırılması İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bioloji aktiv maddələrin reseptə yazılmasına görə cərimələr ikiqat artırılıb. Bundan sonra belə bir hal yaşandıqda vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər isə 100 manatdan 300 manatadək cərimə olunacaqlar.

Həkim-professor Adil Qeybullanın fikrincə, bu cərimələr sui-istifadə hallarının qarşısını almaq üçün hesablanıb.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Danimarka alimləri müəyyən ediblər ki, balığın konservləşdirilməsi onu qida maddələrindən məhrum etmir, əksinə protein, vitamin və mikroelementlərin saxlanmasına kömək edir.
Gazeta.ru xəbər verir ki, tədqiqatın nəticələri Scandinavian Journal of Public Health (SJPH) nəşrində dərc olunub.Bir çox insan konservləşdirilmiş balıqları təzə balıqdan daha az sağlam hesab edir. Lakin alimlərin fikrincə, düzgün saxlama və saxlama texnologiyası ilə qida maddələrinin 90%-i qorunub saxlanılır.Mütəxəssislər qeyd edirlər ki, konservləşdirilmiş balıq unikal qida tərkibinə malikdir. Tədqiqatçılar əlavə etdilər ki, konservləşdirilmiş tuna idmançılar və onların fiquruna baxanlar üçün əsl “hədiyyə”dir. Tərkibində 95%-ə qədər fenomenal həzm qabiliyyəti ilə maksimum protein miqdarı var.
 
Ardını oxu...
Çia toxumları "superfood" statusu alıb. Foodinfo.az bildirir ki, qidalanma mütəxəssisləri bu kiçik toxumların sağlamlıq üçün əhəmiyyətli faydaları olduğunu söyləyirlər.Çia toxumları qida maddələri ilə zəngin faydaları ilə bütün dünyada diqqəti cəlb edib. Onlar unikaldır ki, tərkibində lif, vitaminlər və minerallarla yanaşı hər üç makronutrienti – zülal, yağ və karbohidratları ehtiva edir. Bütün dəyərlərinə baxmayaraq hər gün çia toxumu yeyirsinizsə və ya liflə zəngin qidalar qəbul etməyə yeni başlasanız, iki yemək qaşığı porsiya ölçüsünə riayət etmək tövsiyə olunur.
 
Ardını oxu...
Avstraliyanın Kvinslend əyalətində bir laboratoriyada ölümcül canlı virusları ehtiva edən yüzlərlə nümunənin itməsi səbəbindən rəsmilər genişmiqyaslı təhqiqat başladıb.

"DogruXeber.az" xəbər verir ki, Kvinslend səhiyyə naziri Tim Nikolsun verdiyi məlumata görə, 2021-ci ildə baş verən ciddi "biotəhlükəsizlik protokolu pozuntusu" nəticəsində, Hendra virusu, Lyssavirus və Hantavirus da daxil olmaqla 323 canlı virus nümunəsi yoxa çıxıb.

Yüksək riskli nümunələr

Hendra virusu olan təxminən 100 şüşə, Hantavirus nümunələri ehtiva edən iki şüşə və 223 Lyssavirus şüşəsi laboratoriya hesabatlarında tox kimi göstərib. İlk dəfə avqust 2023-cü ildə aşkarlanan bu pozuntu, yüksək ölüm riski daşıyan virusların itməsi ilə əlaqədar ciddi narahatlığa səbəb olub.

Hendra virusu ilk dəfə 1990-cı illərdə Avstraliyada aşkar edilib və əsasən atlardan insanlara yoluxur. Bu virusla yoluxanların təxminən 57%-i həyatını itirib. Kvinslenddə qeyd olunan nümunələrin yoxa çıxması, xüsusən atçılıq sənayesi və baytarlıq sektorunda böyük narahatlıq yaradıb.

Kornell Universitetindən professor Reyna Plovrayt bu virusun təsirlərini belə izah edir:

"Hendra virusu yoluxan şəxslər, onların ailələri və bu xəstəliyin yayıldığı bölgələr üçün dağıdıcı təsirlər yaradır. Bunun atçılıq sənayesi və baytarlıq xidmətlərinə də ciddi təsiri var".

Digər təhlükəli viruslar

Gəmiricilərdən keçən Hantavirus təxminən 38% ölüm nisbəti ilə ölümcül Hantavirus Ağciyər Sindromuna (HPS) səbəb ola bilər. Lyssavirus isə quduz xəstəliyinə bənzər simptomlarla müşayiət olunur və yüksək ölüm riski daşıyır.

Təhlükəsizlik tədbirləri və təhqiqat

Rəsmilər bildirir ki, virus nümunələri laboratoriyanın müvafiq prosedurlarına əsasən xüsusi cihazlarda məhv edilmiş ola bilər. Kvinslend səhiyyəsinin baş mütəxəssisi Con Gerard bu məsələ ilə bağlı qeyd edib:

"Son beş ildə Kvinslenddə nə Hendra, nə də Lyssavirus yoluxması qeydə alınmayıb. Avstraliyada Hantavirus infeksiyası isə indiyə qədər insanlara yoluxmayıb".

Səhiyyə Nazirliyi bu pozuntu ilə bağlı təhqiqat başladıb, virusların necə itkin düşdüyünü və bunun iki il ərzində niyə aşkarlanmadığını araşdırmaq məqsədi güdür. Nazir Nikols bildirib:

"Biotəhlükəsizlik protokollarının belə ciddi şəkildə pozulması və infeksion virus nümunələrinin itkin düşməsi böyük narahatlıq doğurur. Təkrarlanmaması üçün tədbirlər görülməlidir".

Nazir əlavə edib ki, laboratoriyanın siyasət və prosedurları diqqətlə nəzərdən keçirilir və personalın yenidən təlimləndirilməsi, materialların düzgün saxlanmasını təmin etmək üçün müvafiq lisenziyaların yoxlanması həyata keçirilir.
Ardını oxu...
Uşaqlar üçün içərisində müxtəlif şirniyyatlar olan Yeni il hədiyyə qutularını alan zamanı son dərəcə diqqətli olmaq lazımdır.Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və informativ həllər şöbəsindən bildirilib ki, ilk növbədə hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində içərisindəki məhsulların deyil, həmin qutuların qablaşdırılma tarixi yazılır. Ona görə də istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənib-etiketlənmədiyinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilir.Bununla yanaşı, Yeni il hədiyyə qutularını seçərkən onların qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə və korlanmadığına fikir vermək lazımdır. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə diqqət yetirilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.Bütün bunlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyə qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiqləyən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir.Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Valideynlər məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və müxtəlif problemlərə səbəb ola bilər.Vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə məlumat versinlər.
Ardını oxu...
Çox zaman USM mütəxəssisləri və qastroenteroloqlar yarızarafat, yarıgerçək deyir: İnd ödü normal işləyən pasiyent yoxdur.

Müasir həyat tərzi və qidalanma öd kisəsinin fəaliyyətini pozur.

"Medicina" xəbər verir ki, öd kisəsini bəzən zəhər torbası da adlandırılır. Kiçik olsa da orqnanizmdə vacib orqandır. Qaraciyərin altında, az qala bitişik yerləşib, öd turşusu anbarı rolunu oynayır, bütün həzm prosesində iştirak edir.

Armuda bənzər formadadır, özünün yolları var. Orqan qaraciyərdən gələn öd şirəsini yığır və öz axacaqları vasitəsilə bağırsağa ötürür və orda həzm baş verir.

Öd kisənizin artıq çətin işlədiyini göstərən bu əlamətlərə diqət!

1. Sağ qabırğa altından qarına yayılan sancı, ağrı

Əsasən səhərlər, insan ac olanda və qida qəbulundan sonra bu ağrı başlayır. Ağrı kifayət qədər intensivdir və çiyinə, qola, belə yayıla bilər.

Ağrı əsasən öd kisəsi iltihabında, daşması zamanı, eləcə də daş olanda hiss olunur. Daş hərəkət etdikcə ağrı artır. Öd yolu çox nazir, ensizdir. Ora daşın düşməsi isə olduqca təhlükəli və tutma şəkilli ağrı verir.

2.Mütəmadi ürəkbulanma, ağır yeməkdən sonra qusma

Öd daşları öd yollarını tutduqda, xolesistit adlı iltihabi proses yaradır. Bu zaman öd bağırsağa keçə bilmir, həzm pozulur. Ödün divarları şişir, ağrı verir və bu mədəyə də təsir edərək, ürəkbulanma, qusma verir. Əgər yeməkdən sonra qusmalar artırsa, ödünüzü yoxladın.

3.Mədədə yanğı, qıcqırma

Hər yeməkdən sonra mədədə yanma, gəyirmə, hıçqırma, ağıza acı öd dadı gəlməsi əlaməti varsa, bu öd daşı problemidir.

4.Dərinizin rənginin dəyişməsi

Əgər dəriniz, göz içi, ovuclar sanki gündə qaralmış, yanmış kimi rəng alırsa, saralırsa, bu öd yollarının tam tutulmasının əlamətidir. Öd daşı və ya hər hansı səbəb öd kisəsinin çıxacağını tutursa, istifadə olunmamış bilirubin yığılır və bu dəriyə sarı piqment verir. Bu zaman qanda bilirubinin də miqdarı yoxlanmalıdır.

5.Nəcisdə dəyişiklik

Sidiyin tündləşməsi, nəcisin isə ağarması öd kisəsi pozulmasının birinci siqnalıdır. Bu ifrazat məhsullarının da rənginə bilirubin cavabdehdir. Bilirubin öddən çıxıb, bağırsağa sovrulmursa, deməli, sidik və nəcisdə rənglənmə olmur.


6.Hərarətin səbəbsiz qaxlması, qəfil titrəmə, halsızlıq

Əgər sizdə qrip, virus olmadan, qızdırma, titrəmə baş verirsə, yanaşı olaraq, ürəkbulanma, qarında, sağ qabırğaaltında küt ağrı varsa, çox güman ki, öd axarı tutulub, öd kisəsində iltihab və infeksiya var. Bu çox kəskin vəziyyərdir və təcili yardım, xəstəxanaya müraciət mütləqdir.


Öd kisəsinin istənilən dəyişikliyini diaqnoz etmək üçün qastroenteroloq, terapevt qəbulu, USM və biokimyəvi analizlər lazımdır.

Həzm sistemi orqanlarının müayinəsi və müalicəsi üçün Bakının ən müasir klinikalarından olan Respublika Diaqnostika Mərkəzində həm çek ap, həm endirimli aksiyalardan yararlana bilərsiz.
 
Ardını oxu...
Yumurta zehni qabiliyyətləri yaxşılaşdırır və Alzheimer xəstəliyinin inkişaf ehtimalını azaldır.
Lenta.ru xəbər verir ki, endokrinoloq Zuxra Pavlova yumurtanın gözlənilməz faydalarından danışıb.Pavlova yaddaş itkisi, zehni qabiliyyətlərin azalması və şəxsiyyət dəyişiklikləri ilə bağlı beyin patologiyalarının inkişaf riskini azaltmaq üçün müntəzəm olaraq yumurta yeməyə çağırıb.Həkim qeyd edib ki, bu məhsulun demensiyanın inkişafına təsiri sarısının tərkibindəki xolin olduğuna görə 39 faizdir. O, aydınlaşdırıb ki, xolin diqqəti, konsentrasiyanı yaxşılaşdırır, hüceyrələrin xoşbəxtlik hormonu dopaminə həssaslığını artırır və əhval-ruhiyyəyə müsbət təsir göstərir.
 
 
 
Ardını oxu...
Azərbaycanda bir müddət əvvəl 50-yə yaxın estetik cərrahın saxta yollarla bu sahədə çalışması ilə bağlı gündəmə gələn məsələ daha ciddi şəkil alır.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, artıq aidiyyəti qurumlar həmin cərrahlarla və onları sertifikasiyadan keçirən qurumun məsul şəxsləri ilə bağlı işi nəzarətə götürüblər.

Məlumata görə, həkimlərin ixtisaslarının dəyişdirilməsi, onlara sertifikatlar verilməsi məsələsində xeyli qanun pozuntularının olduğu üzə çıxıb. Yayılan xəbərlərdə qeyd olunan sertifikatların 30-50 min manat rüşvətlə əldə edilməsinə dair faktların araşdırılmasına başlanılıb.

Eyni zamanda, səhlənkarlıq, qeyri-peşəkarlıq, insanların sağlamlığına zərər vurmaqda adı daha çox hallanan şəxslərin bu sahədə fəaliyyət göstərmələri ilə bağlı icazələrinin ləğv olunması barədə qərar qəbul olunub.

O da bildirilir ki, müvafiq icazəsi olmadan bu sahədə fəaliyyət göstərən digər cərrahların aşkarlanaraq siyahısının tərtib olunması və onlar barəsində tədbir görülməsi üçün araşdırmalar davam etdirilir.

Yaxın vaxtlarda həmin siyahının tədbir görülməsi üçün müvafiq dövlət qurumuna göndəriləcəyi, həmçinin plastik cərrahiyə sahəsində sertifikatlaşdırma qaydalarının sərtləşdiriləcəyi bildirilir.
 
Ardını oxu...
Naringini digər məhsullarla birləşdirmək sağlamlığa zərər verə bilər.Foodinfo.az bildirir ki, bu meyvəni süd, ət və balıqla birləşdirmək xüsusilə təhlükəlidir. Naringilər nişastasız tərəvəzlərlə - bolqar bibəri, xiyar, ispanaq, brokoli, qulançar, kərəviz ilə yaxşı gedir.Qastrit və mədə-bağırsaq traktının digər xəstəlikləri zamanı naringi yeməkdən çəkinməlisiniz.
 

Dünyapress TV

Xəbər lenti