Ardını oxu...
Şəkər doğru zamanda və düzgün şəkildə istehlak edildikdə enerji mənbəyi olaraq faydalı ola bilər. Foodinfo.az xəbər verir ki, fiziki fəaliyyət öncəsi və ya intensiv məşq zamanı şəkər qəbul etmək bədənə sürətli enerji verərək performansı artırmağa kömək edir. Məşq sonrası isə şəkər əzələ bərpası üçün lazımlı olan qlikogenin təkrar sintezinə kömək edir. Bununla belə, şəkərin həddindən artıq və qeyri-müntəzəm istifadəsi piylənmə, diabet və ürək-damar xəstəliklərinə səbəb ola bilər. Şəkərin düzgün istifadəsi onu balanslı qidalanma planı çərçivəsində və təbii, işlənməmiş formalarla qəbul etməkdən keçir. Bu halda, şəkər bədənin ehtiyaclarını qarşılayaraq sağlamlıq üçün faydalı ola bilər.
Ardını oxu...
Son günlər plastik cərrahiyyə, onun yaratdığı fəsadlar cəmiyyətin müzakirə mövzusudur. Əsasən, qadınların üz tutduğu bu cür əməliyyatlar həmişə uğurlu alınmır. Bunun səbəblərindən biri isə cərrahların, həkimlərin qeyri-peşəkarlığıdır. Sosial şəbəkələrdə onlarla uğursuz plastik cərrahiyyə qurbanına rast gəlirik. Onlar ya yenidən daha doğru əməliyyat olunmalarını tələb edir, ya da ödənişlərini geri istəyirlər. Bəziləri isə fakt və sənədlərlə məhkəmələrə üz tuturlar.

Mətbuatda yayılan məlumatlara görə, bu cür əməliyyatlardan vəfat edənlər də var. Həmçinin, iddia olunur ki, ölkəmizdə plastik əməliyyat icra edən bir neçə həkim saxta diplomla işləyir.

İş o yerə çatıb ki, Milli Məclisdə belə bu mövzuya toxunulub. Deputat Səyyad Salahlı diplomsuz işləyən plastik cərrahlarla bağlı müvafiq qurumlara, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib, məsələni diqqətdə saxlamalarını istəyib.

Ümumiyyətlə, "diplomsuz həkimlər" ifadəsini yaradan səbəblər hansıdır? Həkimlərin diplomları necə yoxlanılır? Estetik cərrah işləmək üçün hansı ixtisası bitirmək lazımdır və icazə prosesi necədir?

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim-plastik cərrahlar əldə edirlər:

"Artıq 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti beş il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər".

Məlumatda qeyd olunub ki, plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır:

"Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır.

Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu barədə inzibati tənbeh tədbirləri görülüb".

Qurumdan bildirilib ki, pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ var:

"Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar monitorinqlər zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətti" (012) 596-05-20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
Ardını oxu...
Yarım əsrlik sərhədi keçərək biz sağlam həyat tərzinin vacibliyini yeni tərzdə dərk etməyə başlayırıq. Foodinfo.az bildirir ki, əgər gün ərzində səhər enerjisi və aktivliyi vərdişlərimizdən asılıdırsa, o zaman yaxşı gecə istirahətində və bədənin bərpasında əsas rol oynayan şam yeməyidir. Axşam yeməyi üçün düzgün seçilmiş qidalar yalnız həzm və artıq çəki ilə bağlı problemlərdən qaçmağa kömək etməyəcək, həm də bədəni hüceyrələri yeniləmək və gəncliyi qorumaq üçün lazımi maddələrlə təmin edəcəkdir.50 yaşdan yuxarı insanlar üçün sağlam şam yeməyinin sirləri nələrdir? İlk növbədə, bunlar asanlıqla həzm olunan qidalardan hazırlanmış yeməklər olmalıdır - və yatmazdan 3-4 saatdan gec olmayaraq yemək lazımdır. Ancaq ağır zülallar gecə istirahətini çətinləşdirir, çünki onların həzmi gecə boyu gecikir, bədənin gecə "təmirinə" cavabdeh olan somatotrop hormonun istehsalına mane olur.Yuxu zamanı əzələlərin bərpası və ümumi sağlamlıq üçün yüngül zülallara üstünlük vermək daha yaxşıdır.
 
Ardını oxu...
Profilaktik tibb doktoru Natalya Zubareva ürəyin və qan damarlarının sağlamlığını yaxşılaşdırmaq, xərçəng riskini azaltmaq, gözəlliyi və gəncliyi qorumaq üçün qışda mütləq hansı giləmeyvə yeməyi təklif edib.Foodinfo.az bildirir ki, mütəxəssis öz Telegram kanalında xurmanın bütün bu faydalı xüsusiyyətlərin olduğunu qeyd edib. O, hesab edir ki, qədim yunan dilindən bu meyvələrin adı "tanrıların yeməyi" kimi tərcümə olunur və xurma həqiqətən öz adına layiqdir.Bu qida gözləri yaşa bağlı xəstəliklərdən qoruyan antioksidantlarla doludur.Bundan əlavə, xurma gündəlik beta-karotinin 70% -ni ehtiva edir. İmmunitet sisteminin sağlamlığını, saç və dərinin gözəlliyini, həmçinin tənəffüs yollarının və mədə-bağırsaq traktının selikli qişalarının vəziyyətini yaxşılaşdırır.
 
 
 
Ardını oxu...
Putin Rusiyası Ukraynaya qarşı işğalçılıq müharibəsində ağır hərbi cinayətlərini, kütləvi qırğınları dayandırmaq fikrində deyil.

Rusiya Baş Qərargahı və Müdafiə Nazirliyi hazırda Ukrayna ərazisində “Oreşnik” zərbələri üçün hədəfləri seçir.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı deyib.

O deyib ki, bu hədəflər “Kiyevdəki qərar qəbul edən mərkəzlər” ola bilər. Onun sözlərinə görə, Kiyev guya Moskva və Sankt-Peterburqda dövlət əhəmiyyətli hədəfləri vurmağa cəhd edib və “bu cəhdlər davam edir”. Putin deyib ki, Rusiyanın “Oreshnik”ə bənzər daha bir neçə kompleksi var və onlar istifadəyə hazırdır.

Rusiya başçısı iddia edib ki, “Oreşnik”in gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər: “Bu raketlərdən kütləvi qruplar, yəni bir zərbədə bir neçə raketdən istifadə edilərsə, bu zərbənin gücü nüvə silahının istifadəsi ilə müqayisə edilə bilər. Partlayışın episentrində olan hər şey fraksiyalara, elementar hissəciklərə bölünür və mahiyyətcə toza çevrilir".

Putin onu da əlavə edib ki, bu gecə Rusiya Ukraynadakı hədəflərə 90 raket və 100 PUA ilə hərtərəfli zərbə endirib, 117 hədəfi vurub. Onun sözlərinə görə, son iki gündə Rusiya Ukrayna ərazisinə 100 raket və 466 PUA atıb.

Göründüyü kimi, Putin Rusiyası sözdə nə qədər sülhə hazır olduğunu desə də, əməldə daha dəhşətli ssenarilər hazırlayır, kütləvi qırğınlar törətməyə cəhd göstərir. Beləliklə “dünyanın ikinci ordusu” Kursk başda olmaqla, real döyüşdə, cəbhədə heç cür böyük uğur qazana bilməməsinin, 3-cü ildir Ukrayna çöllərində çapalamasının əvəzini dinc şəhərlərdə kütləvi qırğınlar törətməklə çıxarmağa çalışır.
 
Ardını oxu...
Bəzi məhsullar arıqlamağı təşviq edən kimi reklam olunur.
Ferra.ru xəbər verir ki, reallıqda müxtəlif səbəblərdən arıqlamaq prosesini çətinləşdirə bilərlər.Bunlara aşağıdakı məhsullar daxildir:Pəhriz içkiləri. Bir araşdırma göstərib ki, dadlandırıcı qəbul etdikdən sonra beyində qida istəklərini və iştahı idarə edən bölgələrdə aktivlik artıb. Bu o deməkdir ki, siz dadlandırıcı ilə pəhriz soda içsəniz belə, vücudunuz sanki şirin bir şey içirmiş kimi reaksiya verir. Ənənəvi pəhriz qazlı içkilərə yaxşı alternativ sağlam sodadır.Az yağlı qatıq. Bir çox istehsalçılar bu cür yoqurtlara çoxlu şəkər əlavə edirlər. Və bu kilo itkisini yavaşlada bilər. Tədqiqatlar əlavə şəkər istehlakı ilə çəki artımı arasında əlaqə tapıb.Tərəvəz çipsləri. Yaxşı doymurlar, bu da sonda həddindən artıq yeməyə səbəb ola bilər. Əgər duzlu bir şey yemək istəyirsinizsə, onda bir porsiya həqiqi çips yemək daha yaxşıdır.
Ardını oxu...
Bu məşhur yemək sağlamlığa mənfi təsir göstərə bilər.
RBC xəbər verir ki, bura ilk növbədə çoxlarının sevdiyi, bəzilərinin isə demək olar ki, həftədə bir neçə dəfə yediyi qızardılmış kartof daxildir. Bu yemək kökəlməyə və ürək-damar sistemində problemlərə səbəb ola bilər.Həddindən artıq kartof, xüsusilə də qızardılmış və ya yağ və duz əlavə edilmiş kartof yemək qan şəkəri və təzyiqin artması kimi yan təsirlərə səbəb ola bilər. Kartofun həddindən artıq istehlakı şəkərli diabet və ya insulin müqaviməti olan insanlar üçün yüksək risk yaradır. Kartof qızartması əksər insanların pəhrizlərində məşhur yan yeməkdir. Ancaq yağ əlavə edildiyi üçün kalori miqdarı iki dəfə artır.
 
Ardını oxu...
Gələn il Azərbaycanda İcbari Tibbi Sığorta Fondunun büdcəsi təxminən üç milyard manat olacaq ki, bu da səhiyyə xərclərinin 70,6%-ni icbari tibbi sığorta ilə əhatə etməyə imkan verəcək.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Gələn il büdcənin səhiyyə xərcləri iki milyard manat və yaxud ümumi xərclərin 7,4%-i qədər olacaq. Bütövlükdə səhiyyə xidmətləri üçün nəzərdə tutulan məbləğ isə 3,6 milyard manat təşkil edəcək", - o vurğulayıb.

Deputatın sözlərinə görə, İcbari Tibbi Sığorta Fondunda vəsait artımı əhaliyə göstərilən tibbi xidmətlərin kəmiyyətinə və keyfiyyətinə müsbət təsir edəcək:

"Bu gün əhalinin ən mürəkkəb müalicə və müayinələrini icbari tibbi sığorta qarşılayır. Növbəti ildən ambulator müalicə alan xəstələrin dərmanla təminatını da icbari tibbi sığorta qarşılayacaq ki, bu da son dərəcə təqdirəlayiq haldır. Digər bir məsələ odur ki, səhiyyə üzrə dövlət proqramları çərçivəsində müalicə alan xəstələr də icbari tibbi sığorta ilə əhatə olunmağa başlayıblar. Bu keçidi daha da sürətləndirmək lazımdır. Prosesin başa çatması ilə bu qəbildən olan xəstələrin adekvat müalicəsi reallaşacaq. Bütövlükdə icbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir, insanların icbari tibbi sığortadan məmnunluğu daha da artır".

Xatırladaq ki, bu il İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 850,3 milyon manatdır.

Medicina.az
Ardını oxu...
Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər iyi, istərsə dadı acı və xoşagəlməz olsa da, lavanda həm ətrinə, həm də dadına görə fərqli bir bitkidir. Avropada demək olar bütün dövlətlərdə plantasiyalarda becərilən lavanda o qədər gözəl görüntü yaradır ki, qonaq gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər. Bu plantasiyaların ətrafında havada çox gözəl ətir olur, gələn insanlar da sahədən ayrılmaq istəmirlər.
Sağlamolun.az xəbər verir ki, lavandanın həm ətri, həm də çayı insanların əsəblərinə sakitləşdirici təsir göstərir.Lavanda toxumlarından 50 qram götürülür, balaca bir yastıq hazırlanır, kiçik yaşlı uşaqların yataq yerinin yaxınlığına qoyulur, uşaqların həm əsəblərinə müsbət təsir edir, həm də gözəl ətri otağa yayılır.Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmlənir, süzülür, yuyulduqdan sonra saçlar dəmləmə ilə yaxalanır. Lavanda dəmləməsi saçları gurlaşdırır və baş dərisində olan kiçik mikroorqanizmləri məhv edir. Həmin mikroorqanizmlər saçları kəpəkləndirir, qaşınma verir və sonda saçların tökülməsinə səbəb olur.Nevrozu olan insanlar üçün faydalı bir çay:1 xörək qaşığı lavanda və 1 xörək qaşığı cökə çiçəyi qarışdırılır, 3 stəkan su tutan termosda dəmlənir və 1 xörək qaşığı bal əlavə edilir. Bu çay gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir, həm gözəl ətri və dadı var, həm də yuxunu yaxşılaşdırır.Maraqlıdır, lavandanın iyi nə qədər insanların xoşuna gəlsə də, kiçik həşəratlar bir o qədər ondan uzaq qaçır, ona görə də lavanda dəmləməsi bit, birə, qoturluq gənəsi kimi parazitləri bədəndən və başdan uzaqlaşdırır. Müalicə üçün lavanda dəmləməsi ilə vanna etmək, eyni zamanda lavandalı suyu otaqlara püskürtmək lazımdır.Lavanda tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Bu səbəbdən də şəhərin parklarında əkilməsi çox məqsədəuyğundur, çünki lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsuludur.Lavanda otunun qurusunu işlənməyən paltarların, yorğan və döşəklərin arasına qoyanda güvə onlara yaxın düşə bilmir. Evdə qripli xəstə olduqda otağa tez-tez lavandalı su püskürtmək lazımdır.
 
 
 
Ardını oxu...
Uşaqlıqda yaşanan emosional laqeydlik, bilmədən həyatımızı formalaşdıra və yetkinlik dövründə gözlənilməz şəkildə özünü göstərə bilər. Terapevt Loqan Koen deyir ki, uşaqlıqda emosional laqeydlik özünü ifadə etməkdə çətinlik, imposter sindromu və tənhalıq hissi kimi əlamətlərlə özünü göstərir.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, uşaqlıq travması keçirdiyiniz və bunu bilmədiyiniz beş gizli əlamət.

Mütəxəssislər bildirirlər ki, uşaqlıq travmaları biz fərqində olmasaq da böyüyəndə həyatımıza təsir edir.

Evlilik və ailə terapevti Loqan Koen, uşaqlıq travmasının yetkinlik dövründə üzə çıxmasının çətin olduğunu, ancaq dərin izlər buraxa biləcəyini söyləyir. Koen vurğulayır ki, emosional laqeydlik “görünməz travma” adlanır və onun təsirləri bəzən illər sonra ortaya çıxır.

Emosional laqeydlik uşağın ehtiyac duyduğu sevgi, təsdiq və diqqətdən məhrum edilməsi kimi müəyyən edilir.

Qucaqlamaq və ya emosiyaları minimuma endirmək kimi mehriban nümayişlərin olmaması bu laqeydliyin ən çox görülən nümunələrindəndir.

Mütəxəssislərin fikrincə, bu vəziyyət uşağın təhlükəsizlik və bağlılıq hissini ciddi şəkildə zədələyir.


Koen qeyd edir ki, baxımsız qalan uşaqlar yetkinlik dövründə öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkirlər. Ehtiyaclarını ifadə etməyə çalışarkən rədd edilən uşaqlar zamanla susmağı öyrənirlər.

İkinci əlamət odur ki, insanlar sizdən hissləriniz barədə səmimi şəkildə soruşduqda özünüzü qərib hiss edirsiniz, Koen deyib.

Uşaqlıqda travmalar yaşayan insanlar hisslərini ifadə etməkdə çətinlik çəkirlər və bu kimi suallardan narahat olurlar. Çünki onların duyğuları uşaqlıqda qüvvədən düşmüşdü.

Uşaqlıq travmasının qurbanları da aşağılıq kompleksi və ya imposter sindromuna sahib ola bilər.

Bu insanlar özlərini qeyri-kafi hiss edir və ətrafdakı hər kəsin daha istedadlı olduğunu düşünürlər. Özündə özünə hörmətin aşağı olmasıdır.

Uşaqlıqda travmatik təcrübələr keçirənlər duyğularını müəyyən etmək və bölüşməkdə çətinlik çəkirlər.

Özlərini tənha hiss etsələr də, sosial mühitlərdə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu, onların rədd edilmək qorxusu ilə birlikdə, yetkinlikdə təcrid olunmağa üstünlük vermələrinə səbəb olur.

Mütəxəssislər vurğulayırlar ki, uşaqlıq travmalarının təsirləri terapiya ilə aradan qaldırıla bilər. Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hər yeddi uşaqdan biri baxımsız və ya zorakılığa məruz qalır. Həkimlərin fikrincə, travmaları tanımaq bu dövrü qırmaq üçün ilk addım ola bilər.

Dünyapress TV

Xəbər lenti