Ardını oxu...
"Regionlarda ciddi həkim çatışmazlığı var".

Bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində "Dayanıqlı səhiyyə Idarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.

Araz Nəsirov qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.

Qeyd edək ki, bu gün həqiqətən də bölgələrdə həkim çatışmazlığı özünü göstərir. Sovet dövründə ucqar kəndlərdə belə həkim məntəqələri mövcud idisə hazırda onlara çox az hallarda təsadüf olunur.

Bu gün Azərbaycanda icbari tibbi sığortanın əhatə etdiyi dövlət xəstəxanalarında kifayət qədər yüksək əməkhaqqı verilir. Eyni zamanda hər il Azərbaycan Tibb Universitetindən (ATU) çox sayda tələbə məzun olur.

Maraqlıdır, niyə ATU-ya daxil olanlar həkim ixtisasına yiyələndikdən sonra bölgələrdə çalışmaq istəmirlər?

Məsələ ilə bağlı həkim-cərrah, tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla “Cebheinfo.az”a bildirib ki, sözdə biz Qərb standartlarını keçsək də, hələ regionlarla mərkəz arasında struktur inkişafı səviyyəsində ciddi fərqlər mövcuddur:

“Digər tərəfdən səhiyyə bir sistem şəklini almayıb. Bu gün icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edilməsinə baxmayaraq, regionlarda işləmək üçün xüsusi imkanlar, şərtlər yoxdur.

Yəni regionlarda həkimlərin işləmək marağını artırmaq üçün onları əvvəlki kimi təyinatla harasa göndərmək mümkün deyil. Çünki bu planlı təsərrüfat deyil. Artıq sosialist təsərrüfatı bitdi. Sadəcə olaraq, həkimlərin marağı yaranmalıdır. Yəni ən azı regionlarda işləyən şəxslər üçün müxtəlif sosial proqramlar olmalıdır.

Məsələn, evlə təmin olunma, maaşlarında ciddi fərqlər, müəyyən iş stajından sonra pensiya təminatında fərqlər kimi amillər ola bilər. Yəni insan bunları ölçüb-biçib gedib rayonda işləməlidir. İndiki reallıq ancaq bu cür ola bilər. Bunlar olmadığına görə heç kimi rayona məcburən göndərmək olmaz”.
Ardını oxu...
“Əgər həqiqətən də kolbasada insan ətinin olması faktı varsa bu mütləq şəkildə labaratoriya analizi nəticəsində ortaya çıxan məsələdir. Hər-hansısa məlumat olmadan bu haqda şərh vermək düzgün olmaz. Kolbasa işlənmiş ət məhsulu olduğuna görə hər zaman sağlamlıq üçün risk qrupunda olan qidalardandır. Kolbasa istehsalında düzgün ət məhsullarından, qida qatqılarından və ədviyyatlardan istifadə edilməlidir. Keyfiyyətli kolbasa etibarlı, mənşəyi bəlli olan markaya aid olmalıdır. İstehsalçı şirkət haqqında üzərində tam məlumat göstərilməlidir. Tərkibi haqqında ətraflı məlumatlar verilməlidir. Eyni zamanda istehsal tarixi ilə son istifadə müddəti mütləq şəkildə üzərində yazılmalıdır”

Bunu Moderator.az-a açıqlamasında Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O daha sonra əlavə edib:

“Təzə, keyfiyyətli kolbasanı saxtasından necə ayırd etmək olar? Əgər kolbasanı kağızdan açanda ələ yapışmırsa, sulu deyilsə, üzərində müxtəli rənglər, göy yaxud yaşıl ləkələr yoxdursa bu kolbasa təzədir. Əgər hansısa paketlənmədə zədələnmə varsa, oksigenlə, hava ilə təmasda olubsa bu kimi kolbasaları, sosiskaları, ət məhsullarını istifadə etmək lazım deyil. Eyni zamanda da həddindən artıq, kəskin ədviyyat qoxusu gəlirsə bu da həmin kolbasanın xammalının keyfiyyətsizliyini ört-basdır etmək üçündür. Mütləq şəkildə sərin, qaranlıq yerdə, soyuducuda saxlanılmalıdır. Kolbasanı yaxşı olar ki, doğrayan kimi yeyəsən, səhərə qalmasın. Bəzən görürsən ki, tez-tez soyuducuya qoyub çıxarırlar. Bu da yolverilməz haldır. Çünki kolbasa +12 dərəcə temperaturdan yuxarı qaldıqda keyfiyyəti aşağı düşür. Bu kimi qida məhsulları sağlamlıq üçün zərərli ola bilər. Gün ərzində 50 qramı keçməmək şərtilə qəbul olunmalıdır. Yaxşı olar ki, 20 yaşa qədər olan insanlar bu qidalardan çox az, yaxud da heç istifadə etməsinlər” deyə Məhsəti Hüseynova bildirib.
 
Ardını oxu...
Bakıda mağazaların birində kiloqramı 4.59 manata "Şəfəq" sosiskaları satılır. 1 kiloqram sosiska hazırlamaq üçün lazım olan toyuq ətinin dəyəri təxminən 6-8 manatdır. İstehsal və daşınma xərclərini də nəzərə alsaq, 10 manatdan aşağı satılması məntiqsiz olan bu ət məhsullarının niyə bu qədər ucuz olduğunu satıcılardan soruşduq.
Satıcılar söhbət zamanı bildirdilər ki, "Şəfəq" sosiskasını istehsalçı şirkətdən 2.50 manata götürürlər. Qiyməti ucuz olduğundan alıcıların ən çox aldığı da elə bu məhsuldur.
Mağazadakı müştərilərin də rəyini öyrənirik. Dedilər ki, "Şəfəq" sosiskası ucuz olduğu üçün ən çox satılan firmadır.
Satıcılar öz aralarında buna "pişik sosiskası" da deyirlər. Məhsulun üzərində istehsalçı haqqında bu məlumatlar var: "Ünvanı Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şosesi 129, istehsalçı şirkət fiziki şəxs Məmmədov R.-ya məxsusdur".
Ardını oxu...

 
Ardını oxu...
Xurmanın çeşid xüsusiyyətlərini xüsusilə bilməyən insanlar büzücü daddan qurtulmağa kömək edən fəndləri yaxşı bilirlər. Foodinfo.az xəbər verir ki, dadı yaxşılaşdırmağın ən məşhur yolu giləmeyvə tam yetişənə qədər gözləmək və ya giləmeyvələri dondurucuya qoymaqdır.Hətta yetişməmiş meyvələr də soyuğun təsiri ilə yeməli olur.Xurmanı yeməkdən əvvəl bir neçə saat isti suya qoymağa çalışın. Sadəcə çaydandan giləmeyvə üzərinə qaynar su töksəniz, daha sürətli olar.Ancaq sürətli üsulların bir ümumi çatışmazlığı var - xurmanın tərkibindəki C vitamini istiliyə dözmür.
Ardını oxu...
Dietoloq Olqa Panova deyib ki, naringi seçərkən qabığına fikir vermək lazımdır. Foodinfo.az xəbər verir ki, mütəxəssisin fikrincə, ən ləzzətli, bir qayda olaraq, sıx şəkildə oturduğu meyvələrdir.Naringi seçərkən qabığın meyvənin özünə kifayət qədər sıx uyğun olmasına diqqət yetirməlisiniz. Əgər o çıxarsa və ya boşluqlar varsa, bu, naringinin zədələnməsinə işarədir - Panova bildirib.Diyetoloqun fikrincə, budaq və yarpağın olması heç də naringinin dadlı olacağına işarə deyil. Bundan əlavə solğun qabığı olan meyvələri almayın. Çox güman ki, belə meyvələr ya dondurulub ya da tam yetişməyib.
 
Ardını oxu...
Qırmızı əti daha az yemək məsləhət görülür, lakin quş əti, əksinə, pəhrizə daha tez-tez daxil olmaq tövsiyə olunur.Foodinfo.az bildirir ki, həm toyuq, həm də hinduşka az yağlı yüksək proteinli qidalardır. Onlar kilo itkisi zamanı, diabet üçün, ümumi sağlamlığı qorumaq üçün istifadə edilə bilər. Məlum olub ki, tünd ətdə daha çox doymuş, monodoymamış və çoxlu doymamış yağlar var. Bununla belə, hər ikisində B vitaminləri, dəmir, kolin və protein olacaq.Eyni zamanda, tünd ət adətən ağ ətdən daha şirəli olur. Ancaq minimum kalori istehlakı prioritetdirsə, o zaman ağ ətə diqqət yetirmək daha yaxşıdır.
 
Ardını oxu...
Bakıda kişi alkoqoldan zəhərlənərək ölüb.

TEREF Lent.az-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Ordubad rayon sakini, 54 yaşlı Yaşar Kamil oğlu Rzayev alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
 
 
Ardını oxu...
Son zamanlar Azərbaycanda marketlərdə pişiklərin ət və ət məhsullarının üzərində gəzdiyi əks olunan videoların sayı çoxalıb. Aydın məsələdir ki, belə hallar qidaların təhlükəsizliyinin düzgün şəkildə təmin olunmamasından xəbər verir. Bəs bu hadisələrin yaşandığı müəssisələrin sahibkarlarını hansı cəza gözləyir?

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən qida eksperti Ağa Salamov bildirib ki, qida məhsullarının fiziki, kimyəvi və mikrobioloji çirklənməsi deyə bir sistem mövcuddur:

“Qida məhsullarının təhlükəsizliyini qorumaq, qida zəncirində qırılmalara yol verməmək və onların düzgün şərtlər altında emalını və daşınmasını həyata keçirmək sahibkarların məsuliyyətindədir".

Ekspert vurğulayıb ki, son vaxtlar Azərbaycanda pişiklər trendə çevrilib:

“Doğrudur, bir heyvan kimi pişiyi sevib qorumaq lazımdır, amma onu əzizləyərək marketə gətirib buraxmaq olmaz. Görünür, pişiyi bəslədikləri üçün marketə dadanıb. Belə hallar həm fiziki, həm də pişiyin tüklərində və ağzında olan bakteriyaların məhsullarla təmasından yaranan çarpaz çirklənmə nəticəsində qida zəhərlənmələrinə səbəb ola bilər. İt, pişik, quş və s. kimi heyvanların, eyni zamanda torpaqda yetişən gül-çiçəklərin mətbəxə, qida şöbələrinə daxil edilməsi qadağandır. Təəssüf ki, marketlərin bəzilərində nəzarət sistemi çox zəifdir”.

Cəza məsələsinə gəldikdə isə Ağa Salamov qeyd edib ki, qida çirklənməsinə səbəb olan hallar yaşandıqda ilk olaraq AQTA tərəfindən müəssisəyə xəbərdarlıq edilir:

“Əgər hadisə bir neçə dəfə təkrarlanarsa, sahibkar inzibati cəza ilə üz-üzə qala bilər”.
 
Ardını oxu...
Tikə ət və çəkilmiş ət arasında qida dəyəri baxımından bəzi fərqlər var və hansının daha faydalı olması istifadə məqsədindən və hazırlanma üsulundan asılıdır. Foodinfo.az xəbər verir ki, tikə ət daha az emal olunmuş formadadır, buna görə də tərkibini qoruyur və daha təmiz qida mənbəyi hesab edilir. Tikə ət bişirilərkən tərkibindəki qida maddələri, xüsusilə də zülallar, vitaminlər və minerallar daha az dəyişir. Həmçinin tikə ət yağ nisbətinə nəzarət etmək üçün daha yaxşı seçimdir, çünki yağlı hissələr asanlıqla ayrılır. Bu, ürək-damar sağlamlığı üçün daha faydalıdır. Çəkilmiş ət isə adətən müxtəlif hissələrdən hazırlanır və bəzən tərkibinə əlavə yağ və ya digər maddələr qatılır. Bununla yanaşı, çəkilmiş ətdə bakteriya çoxalma riski daha yüksəkdir. Lakin keyfiyyətli və təmiz şəraitdə hazırlanmış çəkilmiş ət asan həzm olunur və kotlet, küftə kimi yeməklər üçün praktik seçimdir. Daha sağlam seçim üçün tərkibi bəlli olan, əlavə maddələr qatılmamış və yağ nisbəti az olan çəkilmiş ətdən istifadə etmək lazımdır. Tikə ət isə təbii tərkibinə görə sağlam qidalanmada üstünlük verilən variantdır. Hər iki halda, keyfiyyətli və təmiz ət seçimi əsasdır.
 
Ardını oxu...
Azərbaycanda körpə ölümlərinin sayında artım müşahidə edilir. Nəticədə son illər bu sahədə əldə olunan müsbət göstəricilər geriləməyə doğru gedir. Təkcə Zaqatala rayonunda qısa müddətdə 4 yeni doğulmuş körpənin ölüm faktı qeydə alınıb. Hazırda hüquq-mühafizə orqanları həmin faktlarla bağlı araşdırmalar aparırlar. Körpə ölümlərinin artmasını statistik məlumatlar da təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə bir yaşınadək ölən uşaqların sayı 2 039 nəfər təşkil edib. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib. 2023-cü ildə ölkə üzrə bir yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən iki dəfədən çox artıb. Belə ki, 2022-ci ildə bir yaşadək həyatını itirən uşaqların sayı 959 olub.

Bəs görəsən, ölkəmizdə körpə ölümləri niyə artıb? Körpələrdə ölüm faktı daha çox hansı səbəblərdən yaranır?

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

1287 uşaq perinatal dövrdəki problemlərdən dünyasını dəyişib

Statistik məlumatlara əsasən, ötən il 2 039 nəfər uşağın əksəriyyəti, təxminən 63 faizi (1 287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən dünyasını dəyişib. Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib. Bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib. Eyni zamanda bir yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntuları), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib.

Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur

Pediatr-neonatoloq Nazilə Hüseynova deyir ki, yeni doğulan körpələrdə müxtəlif problemlər müşahidə oluna bilər: "Məsələn, yeni doğulan körpələrdə sarılıq tez-tez rast gəlinən vəziyyətdir. Sarılığın fizioloji və patoloji növləri olur. Fizioloji sarılıq əsasən uşaq həyatının 2-3-cü sutkasında müşahidə edilir və təqribən 2-3 həftədə tamamilə aradan götürülür. Patoloji sarılıq fizioloji sarılıqdan fərqli olaraq daha tez, əsasən həyatın ilk sutkalarında qeyd olunur və uzun müddət davam edir. Patoloji sarılıq müxtəlif xəstəliklərin, o cümlədən ana ilə uşaq arasında qrup və rezus üzrə uyğunsuzluq, qaraciyər və öd axarları, infeksion, irsi xəstəliklər, doğuş travmaları nəticəsində inkişaf edir".

Mütəxəssis deyir ki, körpələrdə xəstəliklərin vaxtında aşkarlanması üçün ən yaxşı üsul topuq testinin tətbiqidir: "Bu testlə endikrinoloji pozğunluqlar verə bilən 35-ə yaxın xəstəlik aşkarlana bilər. Bu testi verməklə valideynlər heç nə itirmir. Tam əksinə, əgər körpədə hər hansı bir xəstəlik varsa, bu vaxtında aşkarlanır və mütəxəssislər tərəfindən müdaxilə edilir. Biz ailələrə bu testi tövsiyə edirik. Dövlət tibb müəssisələrində bu testlər pulsuzdur".

"Həkimə gec müraciət edirlər"

Tanınmış pediatr Vaqif Qarayev bildirir ki, südəmər uşaqlar adətən tənəffüs sistemi, mədə-bağırsaq, mərkəzi sinir sistemi, genetik xəstəliklər səbəbindən ölürlər: "Bu, bütün dünyada, o cümlədən Azərbaycanda da belədir. Çünki sadaladığım sistemlər erkən yaşda tam mükəmməl olmur və uşaqlar xəstəliyə çox meyil edirlər. Xüsusilə, uşaq orqanizmi infeksion xəstəliklərə daha çox meyilli olur. Amma bizdə həkimə gec müraciət etmək kimi praktika da var. Əksər valideynlər uşaqlarının sağlamlığına biganədirlər. Mütəmadi olaraq uşaqlarla işlədiyim üçün bu qənaətə gəlmişəm. Uşaq orqanizminin müqavimət sistemi tam formalaşmadığı üçün ağırlaşmalar baş verir. Məsələn, pnevmoniyaya vaxtında müdaxilə olunmasa, körpə həyatını itirir. Eləcə də mədə-bağırsaq infeksiyalarına vaxtında müdaxilə olunmasa, qusma və ishaldan uşaq orqanizmi susuzlaşır. Nəticədə ölüm hadisəsi baş verir".

Risk faktorları nəzərə alınmalıdır

Həkim qeyd edir ki, uşaqların sağlam olması üçün bəzi məqamlara diqqət yetirilməsi zəruridir: "Öncəliklə, ailə planlaşdırılması düzgün aparılmalıdır. Risk faktorları nəzərə alınmalıdır. Tutaq ki, ananın yaşı 35-dən yuxarıdırsa, hamiləlik riskli olacaq. Əvvəlki hamiləlikdə ölü doğulma, qanaxma kimi hallar qeydə alınıbsa, riskli hamiləlik faktoru yüksəkdir, erkən və qohum nikahlar risk yaradır. Biz son vaxtlar irsi-genetik xəstəliklərin həddindən artıq çoxaldığını da müşahidə edirik. Artıq uşaqlar xəstə doğulurlar. Bunun müzakirəsi illərdir gedir. Son vaxtlar qohum evlilikləri ilə bağlı böyük bir ajiotaj yaşandı və qanunla qan qohumlarının nikahını qadağan elədilər".

"İnsanlar bəhanə etməsinlər ki, pulumuz yoxdur"

V.Qarayev vurğulayır ki, hamilə qadın mayalanma günündən uşaq doğulana qədər mütləq həkim nəzarətində olmalıdır: "Hamiləlik zamanı keçirilən infeksiyalar birmənalı olaraq dölə, onun immun sisteminə təsir edir. İcbari tibbi sığortanın tətbiqindən sonra Azərbaycanda əhalinin tibbi xidmətə əlçatanlığı xeyli artıb. Yəni insanlar bəhanə etməsinlər ki, həkimə getməyə pulumuz yoxdur. Hamilə qadın mütləq qadın məsləhətxanalarında nəzarət altında olmalıdır. Bir dəfə də olsun həkim qapısı döyülmür, doğulanda da bəlli olur ki, uşaq ya yarımçıq, ya da ağır patologiya ilə doğulub".

Uşaq ölümlərinin statistikası sistemləşdirilməlidir

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, uşaq ölümlərinin statistikasının sistemləşdirilməsinə ehtiyac var: "Bir şeyi nəzərə almaq lazımdır ki, ötən il ölkədə qızılca epidemiyası yayılmışdı və bu xəstəlik uşaqlar arasında xeyli ölüm hallarına səbəb oldu. Eyni zamanda, son illər uşaqlar başa çatmayan koronovirus pandemiyasından əziyyət çəkdilər. Yəni belə bir qarışıq vəziyyətdə statistikanın sistemləşdirilməsinə ehtiyac var. Uşaqların daha çox hansı xəstəliklərdən dünyasını dəyişdiyi ətraflı təhlil olunmalıdır. Bununla bağlı Səhiyyə Nazirliyinin müvafiq strukturları iş aparmalıdırlar".

Professor qeyd edir ki, doğuşdan əvvəl və doğuşdan sonrakı uşaq ölümləri də fərqləndirilməlidir: "Məsələn, perinatal dövrdə uşaq ölümləri daha çox hamiləliyin patologiyasına bağlıdır. Hazırda Azərbaycanda normal keçən hamiləliyə çox az təsadüf edilir. İstər ana orqanizmində, istər hamiləliyin gedişi boyu vaxtında aşkar olunmayan patoloji dəyişikliklər doğuş zamanı və daha sonra körpə ölümü ilə nəticələnir".
 

Dünyapress TV

Xəbər lenti