Ardını oxu...
Düyü və bulqur hər ikisi faydalı qida mənbələridir, lakin bəzi xüsusiyyətlərinə görə bulqur daha sağlam seçim hesab olunur. Bulqurun üstünlükləri:
1. Bulqur, xüsusilə tam buğdadan hazırlandığı üçün liflə zəngindir. Bu, həzm sistemini dəstəkləyir, toxluq hissi yaradır və qəbizliyin qarşısını alır.
2. O, qan şəkərini yavaş-yavaş yüksəltdiyi üçün şəkər xəstələri üçün daha uyğundur.
3. B vitaminləri, dəmir və maqneziumla zəngindir, enerji səviyyəsini artırır və əzələ funksiyalarını dəstəkləyir.
Düyünün üstünlükləri:
1. Düyü, xüsusilə ağ düyü sürətli enerji verir və mədə üçün daha asan həzm olunur.
2. Glutensiz qidalanma tərzi üçün düyü ideal seçimdir. Ümumilikdə, bulqur lif, vitamin və qida dəyəri baxımından daha üstün olsa da, düyü müəyyən hallarda (həssas mədə, sürətli enerji ehtiyacı) faydalı ola bilər. Sağlam qidalanma üçün bulqurdan daha tez-tez istifadə etmək tövsiyə olunur.
 
Ardını oxu...
Hamımız bilirik ki, şəkər sağlamlığınız üçün yaxşı deyil və ondan çəkinmək lazımdır. Ancaq hamı bilmir ki, onların şirin alternativləri çox vaxt heç də yaxşı seçim deyil.
Rbc.ua xəbər verir ki, şəkərə alternativ hesab olunan balın tərkibində müəyyən miqdarda vitamin və minerallar olmasına baxmayaraq, onu hər gün çox miqdarda qəbul etmək bizə heç bir fayda gətirməyəcək.Diyetoloq Michal Uzosek deyir ki, bal əslində demək olar ki, tamamilə şəkərdir. Bir az daha az kalori var və çox sağlam deyil. Onun tərkibində müəyyən miqdarda vitaminlər, minerallar, fermentlər var. Lakin onların miqdarı azdır və yalnız çoxlu bal istehlak etsək, bu birləşmələrin əhəmiyyətli miqdarını təmin edəcəyik. Çox bal yesək, şəkəri də çox istifadə etmiş oluruq.
 
Ardını oxu...
Qırmızı ət insan sağlamlığı üçün vacib olan bir çox qida maddəsi ilə zəngindir. Foodinfo.az xəbər verir ki, əsasən dəmir, sink, B12 vitamini və yüksək keyfiyyətli protein mənbəyidir. Dəmir, xüsusilə orqanizmdə oksigenin daşınmasını təmin edir və qan azlığı ilə mübarizədə vacibdir. Sink immun sistemini gücləndirir, B12 vitamini isə sinir sistemi və beyin funksiyaları üçün əhəmiyyətlidir. Proteinlər əzələ qurulması və toxumaların bərpası üçün vacibdir. Ancaq qırmızı ət istehlak edərkən balansa fikir vermək lazımdır, həddindən artıq miqdarda və ya yağlı hissələri yemək ürək-damar xəstəliklərinə səbəb ola bilər. Daha çox yağsız və ya orta yağlı hissələr seçərək və bişirmə üsulunu sağlam (qaynama, qızartma yox) seçməklə qırmızı ətdən düzgün şəkildə faydalanmaq mümkündür.
 
Ardını oxu...
Menengiomadan əziyyət çəkən 40 yaşlı Ruvimbo Kaviya endoskopik transorbital yanaşma ilə unikal əməliyyat keçirən ilk xəstə olub.

Bu üsul Lids NHS tədris xəstəxanaları cərrahlarına kəllə sümüyünün mürəkkəb və riskli manipulyasiyasına ehtiyac olmadan mağara sinusdan - beynin altındakı və gözlərin arxasındakı bölgədən bir şişi çıxarmağa imkan verib.

Əvvəllər bu cür şişlərin əməliyyatı mümkünsüz hesab olunurdu, ya da qıcolma və ya geri dönməz beyin zədələnməsi kimi ciddi risklərlə müşayiət olunan mürəkkəb prosedurlara ehtiyac yaranırdı. Bununla belə, britaniyalı cərrahların innovativ üsulu əvvəllər sağalmaz hesab edilən şişlərin müalicəsində yeni üfüqlər açıb.

Ruvimbo 2023-cü ildə dözülməz baş ağrılarından şikayət edərək həkimlərə müraciət edərkən diaqnoz qoyulub. "Ağrını üzümdə elektrik cərəyanı zərbəsi kimi hiss edirdim, yemək yeyə, dişlərimi fırçalaya və hətta dərimə toxuna bilmirdim", - qadın deyib.

Sonradan ona bir yox, iki şiş diaqnozu qoyulub və bu, vəziyyəti daha da mürəkkəbləşdirib.

Ailəsinin qorxularına və yeni texnika ilə bağlı risklərə baxmayaraq, Ruvimbo əməliyyat keçirməyə qərar verib. Nəticə gözləntiləri üstələyib: xəstə əməliyyatın ertəsi gün ayağa qalxıb və bir neçə gün sonra evə gedə bilib.

Yeganə yan təsirlər kiçik çapıq və müvəqqəti ikiqat görmə olub.

Bu uğur təkcə Britaniya təbabəti üçün deyil, həm də qlobal neyrocərrahiyyə üçün mühüm addımdır. Yeni üsul əvvəllər sağalma şansları cüzi olan beynin çətin əldə edilən nahiyələrində şişləri olan bir çox xəstələr üçün xilasedici ola bilər. /Lent.az
 
Ardını oxu...
Tərə sağlamlıq üçün ən faydalı bitkilərdən biri hesab olunur. Tərkibində portağaldan daha çox C vitamini, ispanaqdan daha çox dəmir və süddən daha çox kalsium var. Tərəni çiy halda, salatlarda və yeməklərdə istifadə etmək olar. Xüsusilə su tərəsi ləzzətli və faydalı çeşidlərdən biridir.

Tribunainfo.az xəbər verir ki, qədim dövrlərdə Hindistanda tərə dərman kimi istifadə olunurdu. ABŞ-nin William Paterson Universitetinin alimləri tərəni qida dəyərinə görə ən faydalı bitki adlandırıblar. Tərkibində manqan, fosfor, maqnezium, kalium, yod və mis kimi minerallar var. Bu xüsusiyyətləri ilə tənəffüs yollarını yumşaldır, öskürəyi kəsir, bəlğəmi aradan qaldırır və bədəndəki zərərli bakteriyaları məhv edir.

Tərə qaraciyər və qan dövranı üçün də faydalıdır. Qanı təmizləyir, şəkər səviyyəsini tənzimləyir və qan azlığının qarşısını alır. Eyni zamanda böyrək daşlarının tökülməsinə kömək edir. Tərə yeyənlərdə saç tökülməsi və kəpək problemləri daha az müşahidə olunur.
Ardını oxu...
Siqaret çəkənlər üçün də tövsiyə olunur, çünki siqaretin zərərlərini azaldır və hüceyrələrin bərpasını dəstəkləyir. Bu xüsusiyyəti ilə xərçəngin qarşısını almağa kömək edən faydalı qidalardan biri hesab edilir. Göz sağlamlığı üçün də təsirli olan tərə, göz xəstəliklərinin riskini azaldır və müalicəni sürətləndirir.

Bununla belə, tərəni həddən artıq istehlak etmək tövsiyə edilmir. Xüsusilə şəkərli diabetdən və allergiyadan əziyyət çəkənlər diqqətli olmalıdır. Bu bitkidən balanslı istifadə etməklə sağlamlıq üçün faydalı təsirlərindən yararlanmaq mümkündür.//E-saglam.az
Ardını oxu...
Tərəvəzlər vitamin, mineral və liflə zəngin olan əsas qida mənbələrindəndir. Foodinfo.az bildirir ki, brokoli, C vitamini və kalsium ilə zəngindir, sümükləri gücləndirir. Ispanaq, dəmir və maqnezium ilə qan dövranını yaxşılaşdırır.Pomidor, likopen maddəsi ilə xərçəng riskini azaldır. Xiyar isə su miqdarı ilə orqanizmi hidratlaşdırır.Qırmızı bibər, C vitamini ilə immun sistemini gücləndirən tərəvəzlər siyahısındadır. Diyetoloqlar tövsiyə edir ki, tərəvəzləri buxarda bişirmək onların qida dəyərini qoruyur. Gündə ən azı 3-4 dəfə tərəvəz qəbulu bədən sağlamlığı üçün əhəmiyyət kəsb edir.Bundan başqa tərəvəzlər həm də çəki idarəetməsində kömək edir. Eyni zamanda rəngarəng tərəvəzlər müxtəlif vitaminləri təmin edir.
Ardını oxu...
Qlüten, buğda, arpa və çovdar kimi taxıl məhsullarında olan bir proteindir. Foodinfo.az xəbər verir ki, qlütensiz qidalanma əsasən seliakiya xəstəliyi olan şəxslər üçün vacibdir. Bu xəstəlikdə qlüten bağırsaqlara zərər verir.Qlütensiz qidalanma həmçinin qlütenə həssaslığı olanlar üçün faydalıdır. Qlütensiz məhsullar (qarğıdalı, düyü) bu şəxslər üçün alternativdir. Qlütensiz qidalanma çəki itkisinə kömək edə bilər, lakin hər kəs üçün uyğun deyil.Qlütensiz məhsullar bəzən vitamin və mineral çatışmazlığına səbəb ola bilər. Qlütensiz qidalanma planını həkimlə müəyyənləşdirmək lazımdır. Bu tip qidalanma düzgün tətbiq edildikdə sağlamlıq üçün faydalıdır.
 
Ardını oxu...
"Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin aşkar olunmasıdır.

Bu o deməkdir ki, həmin məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.

Maraqlıdır, həmin çipslər Azərbaycana da idxal edilibmi?

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə bildirilib ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.

“"Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar bildiririk ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür”,- deyə Agentlikdən qeyd edilib.
 
Ardını oxu...
Qaz əti qida dəyəri yüksək olan və sağlamlıq üçün bir çox faydalar təmin edən xüsusi bir ət növüdür. Zülallar, vitaminlər və minerallar baxımından zəngindir, bu da onu qida rasionunda dəyərli edir. Foodinfo.az xəbər verir ki, qaz əti, xüsusilə zülal mənbəyi olaraq əzələ kütləsini qorumaq və gücləndirmək üçün faydalıdır.Həmçinin, tərkibindəki B qrupu vitaminləri (B1, B3 və B12) maddələr mübadiləsini sürətləndirir və sinir sistemi üçün dəstəkləyici təsir göstərir.Dəmir və sink baxımından zəngin olduğu üçün qan dövranını yaxşılaşdırır və immunitet sistemini gücləndirir. Bu ət növü doğal yağ tərkibinə malikdir, bu da enerjini artırır və bədəni soyuq havalarda istiliklə təmin edir.Tərkibindəki fosfor və kalsium isə sümüklərin sağlamlığını dəstəkləyir. Qaz əti, xüsusilə kənd şəraitində təbii üsullarla bəslənmiş quşlardan əldə edildikdə sağlamlıq baxımından daha üstün hesab edilir. Lakin qaz əti yağlı bir ət növü olduğundan həddindən artıq istehlak edilməməlidir. Çox miqdarda qəbul edildikdə xolesterin səviyyəsini artıra bilər. Balanslı miqdarda və doğru bişirmə üsulları ilə hazırlanan qaz əti qida dəyəri və dad baxımından çox faydalıdır.
Ardını oxu...
Məlum olduğu kimi, ABŞ-ın Qida və Dərman Agentliyi (FDA) ərzaq və içkilərdə geniş istifadə edilən “Qırmızı No.3” adlı sintetik boyanın qida tədarük zəncirindən çıxarılmasına dair qərar qəbul edib. Bu qərar elmi adı “FD & C Red No. 3” olan qatqının potensial xərçəng riski ilə əlaqədardır. “Qırmızı No.3” boyası xüsusilə qənnadı məhsullarında, konfetlərdə və bəzi qəlyanaltılarda rəngləmə məqsədilə istifadə olunurdu. Lakin laboratoriya siçanları üzərində aparılan tədqiqatlar maddənin xərçəngə səbəb ola biləcəyini ortaya qoyub. Bu səbəbdən FDA bu qatqının qida sənayesində istifadəsinin hüquqi və elmi baxımdan təhlükəli olduğunu təsdiqləyib. FDA-nın bu qərarı istehlakçı hüquqlarını müdafiə edən təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Mütəxəssislər qida təhlükəsizliyinə potensial təhdid yaradan bu cür maddələrin tədricən aradan qaldırılmasını mühüm addım kimi dəyərləndirirlər.
Qeyd edək ki, bu məsələ ilə bağlı mübarizə uzun illərdir davam edirdi. 2022-ci ildə 24 qeyri-kommersiya təşkilatının qida rənginin qadağan edilməsi üçün FDA-ya təqdim etdiyi petisiya rəsmi olaraq qəbul olunub və qərarın hüquqi əsasını təşkil edib.
Səhiyyə təşkilatları bu qərarın daha geniş qida boyalarının təhlükəsizliyinə dair müzakirələrə yol açacağına ümid edir.
Qida texnoloqu Ağa Salamov Bakupost.az -a bildirib ki, şirniyyatların tərkibində zərərli kimyəvi maddələr, müxtəlif rəngləndirici və dadlandırıcılar olması hər kəsə məlumdur. Eyni zamanda “Qırmızı No.3” adlı toz şəklində olan sintetik boyanın orqanizm üçün zərərli və təhlükəli olduğu barədə də dəfələrlə xəbrdarlıq edilib:
“Məlumdur ki, qidaların tərkibində olan zərərli kimyəvi maddələr orqanizmdə xərçəng riskini artırır. Bu barədə cəmiyyətə geniş məlumat verilib. İnsanlar şəkərli qidaları mümkün qədər az istehlak etməlidirlər. Şəkər, qlükoza boş karbohidratdır. Bunlar qanda triqlisidlerə - pis xolesterinə çevrilir. Bu da ürək, qan damar sistemi pozuntularına gətirib çıxarır, damarlarda tıxanıqlığı, şəkərli diabet, insult riskini artırır, qara ciyərdə piylənməyə səbəb olur. Burada söhbət rafinə olunmuş şəkərdən gedir. Rafinə olunmuş şəkər isə “ağ ölüm”, “ağ zəhər”dir. Rafinə olunmuş un məmulatları da eynilə bu cürdür. Rafinə olunmuş ağ un da şəkərdən geri qalmır. Həmçinin rəngli, qazlı içkilər də eyni dərəcədə sağlamlıq üçün təhlükədir. Ona görə də istehlakçı gün ərzində nə qədər şəkər istehlak etdiyini bilməlidir. Məhsulun tərkibindəki digər inqridiyentlərlə yanaşı, şəkərin miqdarının da etiketdə göstərilməsi vacibdir ki, istehlakçı nə qədər şəkər istehlak etdiyini bilsin. İstehlakçı bilməlidir ki, bu, rafinə olunmuş şəkərdir, boş karbohidratdır, heç bir vitamin, mineral ehtiva etmir, amma orqanizmə böyük ziyan vurur”.
A.Salamovun sözlərinə görə, rafinə olunmuş şəkər təbii şəkərlə əvəz edilməlidir:
“Bizim mətbəximizdə yer alan təbii şəkərlər var. Məsələn, darçın, təbii bal, doşab. və.s. Bu məhsullardan istifadə olunması daha məqsədəuyğundur”.
Qida üzrə mütəxəssis Asim Vəliyevin dediyinə görə, bəzi müstəqil araşdırmalar qida qablaşdırmasında və qidalarda istifadə olunan qida boyalarının uşaqlarda hiperaktivliyi artırdığını ortaya çıxarır:
Bakupost.az
"Ancaq hər uşağın orqanizmi bu boyalara eyni reaksiya vermir. Hiperaktivliyi olan uşaqların digər uşaqlara nisbətən həsaaslığı daha çoxdur. Blue 2 üzərində aparılan araşdırma onun yüksək dozada qəbulunun xərçəngə səbəb olduğunu ortaya qoyub. Ancaq bəzi araşdırmaçılar bunu demək üçün lazımi sübut olmadığını bildirir. Qırmızı 3 olaraq tanınan eritrosin ən mübahisəli boyadır. Nəticə olaraq deyə bilərik ki, qidalarda istifadə olunan qırmızı 40, mavi 1, sarı 5 və 6 nömrəli qida boyaları həssas insanlarda allergik reaksiyalara səbəb ola bilir. Xüsusilə uşaqların qida boyası istifadə olunmuş qidalardan uzaq durması lazımdır. Nəzərinizə çatdıraq ki, qida boyaları ilə bağlı aparılan araşdırmaların əksəriyyəti heyvanlar üzərində aparılan araşdırmalardır".
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, qida əlavələri dedikdə, ərzaq məhsullarının istehsalı zamanı tərkibə əlavə edilən “qarışıqlar” nəzərdə tutulur. Qidanın ləzzətini, qoxusunu artırmaq üçün ona müxtəlif kimyəvi maddələr qatılır. Bu maddələrə qoruyucular, rəngləndiricilər, dadlandırıcılar aiddir. Hazır qidalar, içindəki kimyəvi maddələr və qatqılar səbəbilə insan sağlamlığına təbii ki, çox böyük zərər yetirirlər:
Bakupost.az
“Hazır qidalara qatılan süni şirinləşdirici dadlandırıcılar 25 faiz hallarda xərçəng yaradır. Süni şirin dadlandırıcı və rəngləndirici maddələr marketlərdə və satışda olan 10 000 adda ərzaq və içkilərdə var. Günümüzdə dünyada qida çeşidliliyinin artması sağlamlıq baxımından deyil, biznes maraqlarından irəli gəlir. İnsanlar həmin qidaları qəbul etdikləri zaman sağlamlıqlarına ciddi zərər dəyir”.
M.Hüseynovanın sözlərinə görə, kimyəvi qatqılar orqanizmdə həzm olunmadığına görə yığılıb qalır və daha çox qaraciyərlə böyrəklərdə problemə gətirib çıxarır:
"Rəngli içkilərin tərkibində “natrium benzonat”, “monopotasium qlutomat” və yaxud “monokalium qlutomat” mövcuddur. Bu maddələr sintetik mənşəli olduğuna görə insan orqanizminə təsir göstərir. Bəzən onların üstündə hiyləli terminlərdən istifadə edirlər, insanlar buna aldanır və onu qəbul etdikdə sanki ağartı məhsulları qəbul etdiyini sanır. Halbuki kimyəvi qatqılarla hazırlanmış süni məhsullardır”.
O vurğulayıb ki, uşaqlara verilən zərərli qidalar arasında süni rəngləndirici qidalar ilk sırada durur:
"Bu qidalar əqli inkişafı 7-10 faiz qədər gerilədir. Hüceyrələrin funksiya pozğunluqlarına səbəb olur. Süni rəngləndiricilər azyaşlılarda diqqət əksikliyi, hiperaktivliyə səbəb olur".

Dünyapress TV

Xəbər lenti