Ardını oxu...
ABŞ və Cənubi Koreya son illərin ən böyük birgə hərbi təliminə başlayıb.
Təlimlər sentyabrın 1-dək davam edəcək.
Təlimlərdə məqsəd Şimali Koreyadan gələn təhlükəyə qarşı hazırlığın artırılmasıdır. Belə ki, Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib, həmçinin Seul və Vaşinqtonu dəfələrlə təhdid edib.
 
Ardını oxu...
Rusiya hərbi qüvvələri Donbas və Zaporojye vilayətlərində bir neçə istiqamətlərdə hücuma keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna SQ-nin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, əsasən yaşayış məntəqələrini hədəf alan hücumlar bütün istiqamətlərdə dəf edilib.
 
Ardını oxu...
"Beynəlxalq tərəfdaşların Ukraynaya hərbi dəstəyi azalmır, əksinə, artır".
APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak mətbuat konfransında deyib.

"Şaiyələrə inanmayın. Bu (silah tədarükü sürətinin azalması – red.) doğru deyil. Biz tərəfdaşlarımızdan hərbi dəstək almağa davam edirik. Bu azalmır, əksinə artır. Bu, çox həssas mövzudur, ona görə də, bunu Silahlı Qüvvələrimizin nəticələri və qələbələri ilə göstərmək lazımdır", - Yermak bildirib.

O qeyd edib ki, bu gün Estoniya, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və Macarıstanın dövlət və hökumət başçılarının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşavirləri ilə görüşdə Ukraynanın əlavə silahlarla təmin olunması mövzusu müzakirə olunub. Prezident Aparatının rəhbəri vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin lazımi hər şeylə təmin edilməsi kontekstində gələcək əməkdaşlıq üçün tərəfdaşlardan tam dəstək alınıb.
 
 
 
Ardını oxu...
Ermənistanda ağır yol qəzası baş verib.

Bu barədə “News.am” məlumat yayıb.

Bildirilib ki, qəza zamanı 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Ölən şəxslər Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edirlərmiş.
 
Ardını oxu...
Səhər saatlarında Krımın cənub sahillərində Rusiyanın Qara dəniz donanmasının dörd hərbi gəmisi görüntülənib.

Bu barədə "Krym.Realii" məlumat yayıb.

Məlumata görə, bu gəmilərdən üçü “Kalibr” tipli qanadlı raketlərin daşıyıcısıdır.
 
 
 
Ardını oxu...
Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Əməliyyat zamanı PKK-nın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo MİT-in keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Qeyd edək ki, əməliyyat avqust ayının 9-da Qamışlıda həyata keçirilib.

Hebat Derik kod adlı Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynadığı da məlum olub. Mihyeddin Gulo eyni zamanda “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatları zamanı Türk ordusuna qarşı döyüşlərdə iştirak edib.
Ardını oxu...
 
Ardını oxu...
Rusiya qoşunlarının sursatları tükənir ki, bu da hücum potensialının azalması prosesini sürətləndirir.Bunu Pentaqonun qapalı brifinqində ABŞ kəşfiyyatının rəsmisi bildirib.

Onun sözlərini ITN telekanalının əməkdaşı Emma Berrous “Twitter”də paylaşıb.

“Bizim sursatların tükəndiyinə dair çoxlu sübutlarımız var, o cümlədən də dərin anbarlardan çıxarılan sursatların”, - ABŞ kəşfiyyatının nümayəndəsi bəyan edib.

O, qeyd edib ki, sursatların miqdarının azalması nəhayət, Rusiyanın hücuma başlamaq qabiliyyətini sarsıtmağa başlayır. ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya indi batalyon taktiki qruplarını birləşdirib və öz qüvvələrini yenidən qurmağa çalışır.

Jurnalistin sözlərinə görə, kəşfiyyat rəsmisi Ukraynadakı müharibənin fərqli mərhələyə keçdiyini, lakin hələ pik həddə çatmadığını vurğulayıb.

“Hər iki tərəf bunun sprint deyil, marafon olduğunu artıq dərk edib”, - deyə kəşfiyyatın nümayəndəsi qeyd edib.
 
Ardını oxu...
ABŞ-ın Ukrayna ilə bağlı yeni hərbi paketinə kəşfiyyat tipli pilotsuz uçuş aparatları (PUA) da daxil olacaq.

Bu barədə "Reuters" agentliyi ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Yardım paketinə ilk dəfə minaya qarşı qorumaya malik maşınlar daxildir.

Adının açıqlanmasını istəməyən məmur paketin 775 milyon dollar dəyərində olacağını, paketə, həmçinin əlavə sursat və 16 artilleriya sisteminin də daxil olduğunu bildirib.

Bundan əlavə, yardım paketinə 15 ədəd "Scan Eagle" müşahidə PUA-sı, 40 ədəd "MaxxPro" adlı minaya qarşı qorumalı maşın və 1000-ə yaxın "Javelin" tank əleyhinə raket daxildir.
 
 
 
Ardını oxu...
Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və Zabux kəndinə yollanması ilə bağlı daha bir paylaşım edib.

DİA.AZ Sfera.az-a istinadla bildirir ki, jurnalist ermənilərin də səfərinə reaksiya verdiyini qeyd edib. “Ermənilər yazır ki, Eynulla Fətullayevin Azərbaycanlı jurnalist olduğunu bilməmişik. Zənn etmişik ki, amerikalı və ya britaniyalıdır”,-deyə o bildirib.

Jurnalist separatistlərin qondarma Təhlükəsizlik Şurasının Rusiya sülhməramlılarının komandanlığına müraciət etdiyini vurğulayıb: “Onlar azərbaycanlı jurnalistlərin ermənilərin yaşadığı şəhər və kəndlərə səfərlərinin qadağan edilməsini tələb ediblər. Darıxmayın, az müddətdən sonra Xankəndinə də gələcəm...”.

Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.

Dünyapress TV

Xəbər lenti