Ardını oxu...
Bazar günü səhər saatlarında rus qoşunları Zaporojye və ətraf ərazilərə hücum edib.

Publika.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin rəhbəri Oleksandr Starux məlumat verib.

"Düşmən rayon mərkəzinə və yaxın ətrafa hücum edib. Qurbanlar və dağıntılar barədə məlumatlar dəqiqləşdirilir", - o deyib.

Starux vətəndaşlardan təhlükəsizlik tədbirlərinə riayət etməyə və hava hücumu siqnallarına məhəl qoymamağa çağırılıb.

O qeyd edib ki, təkrar hücumlar riski var.
 
Ardını oxu...
ABŞ Ukraynaya növbəti hərbi yardım paketi ayırır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan brifinqdə deyib.

O bildirib ki, ABŞ gələn həftə Ukraynaya yeni təhlükəsizlik yardım paketini açıqlayacaq.

Sallivan vurğulayıb ki, ABŞ heç vaxt Ukrayna torpaqlarında Rusiya tərəfindən keçirilən "saxta referendumları" və qeyri-qanuni ilhaqı tanımayacaq.

Sallivan vurğulayıb ki, ABŞ ehtiyac olduğu müddətdə Ukraynaya dəstək verməyə davam edəcək.

 
 
 
Ardını oxu...
“İraqın şimalında 140 kilometr dərinliyə girmişik”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, əməliyyat zamanı 16 mağara bombalanıb: “Suriyalılar da, iraqlılar da bizim qardaşlarımızdır. Burada heç bir problem yoxdur. Bizim problemimiz terrorçulardır”.

H.Akarın sözlərinə görə, ən sonuncu terrorçu məhv edilənədək mübarizə davam edəcək.
 
Ardını oxu...
Bəzi siyasətçilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı tənqidləri əsassızdır və konstruktiv işə töhfə vermir.

Bunu cümə axşamı keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Tədbir nazirliyin “Twitter” səhifəsindən canlı olaraq yayımlanıb.

“Müəyyən siyasətçilər tərəfindən KTMT-yə qarşı əsassız tənqidlər faydalı deyil və qarşılıqlı məqbul həll yollarının axtarışına töhfə vermir”, - deyə o bildirib.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistan hakimiyyətinin KTMT təlimlərində iştirak etməmək qərarı respublikadakı mövcud vəziyyətlə bağlıdır.

“İrəvanın Qazaxıstanda KTMT-nin birgə təlimlərində iştirak etmək üçün bu il hərbi kontingent göndərməmək qərarına gəlincə, hesab edirəm ki, bu məsələdə Ermənistan qarşısında duran prioritet vəzifələr, , mövcud vəziyyəti nəzərə alsaq, onun silahlı qüvvələridir. Ümumiyyətlə, təşkilat çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyəti səmərəli kimi xarakterizə etmək olar”, - diplomat bildirib.
 
Ardını oxu...
Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə təxribata əl atıb.

APA xəbər verir ki, Azərbaycan Ordusu tərəfindən bu təxribata cavab tədbirləri görülüb.

Nəticədə Ermənistan tərəfdən üç hərbi qulluqçu öldürülüb.

Hazırda sərhəddə vəziyyət sabitdir.

Xatırladaq ki, Ermənistan mediasında atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlar yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın atəşkəsin Azərbaycan tərəfindən pozulması barədə məlumatlarının yalan olduğunu bildirib:

“Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır. Belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”,- nazirliyin yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb.
 
Ardını oxu...
Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilib.
 
 
 
Ardını oxu...
Ukrayna Rusiya ilə “hamının hamıya” mübadiləsi prinsipi üzrə danışıqlar aparır. “Report” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Ukraynalı hərbi əsirlərin ailələrinin nümayəndələri ilə görüşdə Budanov qeyd edib ki, mübadilə ilə bağlı danışıqlar prosesi kifayət qədər yorucudur.

Xatırladaq ki, bundan əvvəl Ukrayna və Rusiya arasında Türkiyə tərəfinin vasitəçi kimi çıxış etdiyi əsir mübadiləsi aparılıb.
 
Ardını oxu...
DİA.AZ: - "Mən Cəfərli Oğuz Rüstəm oğlu II Qarabağ müharibəsinin ilk günündən son gününədək müharibədə iştirak etsəm də düz Şuşayadək gedib çıxsam da mənə cənab Prezident tərəfindən Kəlbəcərin azad olunmasına görə müdalı verilsə də hələ də müharibə iştirakşısı adı və vəsiqəsi verilmir ki 80 manat müavinətimi alım. Azərbaycan Respublikasının Prezidentinin 29 dekabr 2021-ci il tarixli 3088 nömrəli sərəncamına əsasən 2020-ci il sentyabrın 27 dən noyabrın 10 dək olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxsalərə "Müharibə veteranı" adının və "Azərbaycan Respublikasının müharibə veteranı" vəsiqəsinin verilməsi, habelə "Müharibə Veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin edilməsi və ödənilməsi şamil edilir". Bu barədə DİA.AZ-a göndərilən müraciətdə deyilir.

Daha sonra narazı vətəndaş yazır: "Prezidentin sərəncamı yerlərdə icra olunmur.Hərbi biletimin 14 cü bəndində də açıq qeyd olunub ki, döyüşlərdə iştirak edib və hərbi hissənin möhürü ilə təsdiq olunub.Belə şıxır ki, Kəlbəcərin azad olunması uğrunda gedən döyüşmüşəm amma müharibə iştirakçıxı deyiləm!

Azərbaycan Republikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Silahlı Qüvvələrin hərbi Qulluqşularının "Kəlbəcərin azad olunmasına görə" müdalı ilə təltif olunması haqqında sərəncamında Kəlbəcər rayonunun azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların siyahisında mənim adım da var və mən müvafiq medalla təltif olunmuşam. Amma veteranlıq məsələsi gələndə deyirlər yox döyüşlərdə iştirak etməmisən.

Nə qədər gözləyim axı mən? Gərək mən də sosial şəbəkələrə çıxıb hay-küy salım, yoxsa özümə od vurub yandırım ondan sonra məni eşidən olsun.

Əmək Nazirliyinə, Müdafiə Nazirliyinə, yaşadığım Sumqayıt şəhər İcra Hakimiyyətinə yazılı müraciət etsəm də heç birindən mənimlə əlaqə saxlayan olmamışdır.Xahiş edirəm mənə köməklik edin".

Məsələ diqqətimizdədir. Bütün aidiyyatı qurumları dinləməyə hazırıq...
Ardını oxu...
"Ötən müddət ərzində Azərbaycandan Ermənistana 156 məhbus qaytarılıb. Lakin hələ də Azərbaycanda saxlanılan çoxlu sayda erməni var".

"AzPolitika.info" xəbər verir ki, bunu Avropa Məhkəməsində erməni ailələrini müdafiə edən vəkil Siranuş Saakyan deyib.
O iddia edib ki, rəsmi Bakının inkar etdiyi 80-ə yaxın erməni əsir Azərbaycanda saxlanılır: "Sentyabrın 13-də hərbi əməliyyatlara qədər Azərbaycanda rəsmi olaraq saxlanılan məhbusların sayı 33 nəfər idi və müharibədən sonrakı dövrdə artıq 20-yə yaxın yeni əsir götürülmə faktı qeydə alınıb. Böyük əksəriyyəti artıq rəsmi səviyyədə təsdiqlənib, lakin yaxın vaxtlarda Avropa Məhkəməsi vasitəsilə cavablar gözlənilir. O zaman biz son insidentlər zamanı əsir götürülən şəxslərlə bağlı məlumatlara daha dəqiq aydınlıq gətirə biləcəyik", - Saakyan bildirib.

 
Ardını oxu...
Rusiyada istehsal olunan pilotsuz təyyarələrin əksəriyyəti taktiki və texniki tələblərə cavab vermir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik İqor İşşuk “Pilotsuz nəqliyyat vasitələri texnologiyalarının inkişaf perspektivləri” adlı dəyirmi masada çıxışı zamanı deyib.

"Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları üçün müvafiq taktiki-texniki tələblər hazırlayıb. Əksər istehsalçılar isə təəssüf ki, onları yerinə yetirmək iqtidarında deyillər. Əsas problem element bazasındadır", - MN nümayəndəsi bildirib.

Onun sözlərinə görə, vəziyyətlə əlaqədar hərbi idarə sadələşdirməyə, əlavə razılaşmalara, PUA-ların eksperimental rejimdə istismara qəbuluna məcburdur.

Bundan əvvəl xarici KİV-lər Rusiyanın Ukraynada döyüşmək üçün İran pilotsuz uçan aparatlarını aldığını yazıb.
 
 
 

Dünyapress TV

Xəbər lenti