Mingəçevir: “Əvvəlcə asfalt örtüyü çəkilir, sonra sökülür, kanalizasiya xətti çəkilir“
Sakinlər daxili yolların vəziyyətindən narazıdır
“Gəlirlər, qazırlar, nə xəbərdarlıq edirlər, nə qazıntının məqsədini açıqlayırlar.
Fəhlədən soruşursan, deyir, get MİS-dən soruş, MİS-dən soruşursan, deyir ki, get icra hakimiyyətindən soruş. Hər yeri bərbad günə qoyublar, heç bir açıqlama da vermirlər”.
Mingəçevirdəki 111-ci məhəllənin sakinləri danışır ki, bir müddətdir yollar qazılsa da, nə bir iş görülür, nə də asfalt örtüyü bərpa edilir.
Nəticədə ərazidə yaşayanların gediş-gəliş hərəkəti çətinləşib, maşınlar çuxurlara düşüb sıradan çıxır.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1719509275_2.jpg
Narahatlığını bildirən məhəllə sakini Sahibə Muradovanın sözlərinə görə, sakinlər bu işlərin nə vaxt başa çatdırılacağını bilmir. Çünki onlara ərazidə aparılan işlərlə bağlı heç bir məlumat verilmir.
“Daxili küçələr bərbaddır”
Nizami küçəsinin sakinləri də şikayətçidir. Məsələn, sakin Ülvi Abbasov Mingəçevirdəki abadlıq işləri üçün ayrılmış vəsaitlərin bu küçədən yan keçməsindən narazılığını bildirir: “Sanki Nizami küçəsinin bu şəhərlə heç bir bağlılığı yoxdur. Halbuki, mərkəzi küçələrdən biri sayılır. Küçəmiz elə əvvəldən baxımsızdır. Abadlıq, təmir işləri üçün milyonlarla manat ayrılır, ancaq yüzlərlə ailənin məskunlaşdığı küçəmiz təmir-bərpa işləri zamanı yaddan çıxır. Mərkəzi küçələrdən biri olsa da, daxili küçələrin vəziyyəti bərbaddır”.
Sakinlər deyirlər ki, yağışlı günlərdə bu küçə keçilməz olur. Palçıqlı yollar, yağış sularının yaratdığı çalalar sakinlərin qəniminə çevrilir.
Nizami küçəsi boyunca yaranan gölməçələr həyətlərə yol açır, su evlərin zirzəmilərinə dolur, evləri qəzalı vəziyyətə salır. İllər əvvəl yola çəkilmiş asfalt örtüyü dağılıb, keyfiyyətini itirib və torpağa qarışıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1719509275_3.jpg
Futbol meydançası.
Uşaqların meydança arzusu
Bu küçədəki 23 saylı binanın uşaqlarının isə həyətdəki oyun meydançasıyla bağlı illərdir ürəklərində gəzdirdikləri arzuları var. Onlar meydançanın təmir olunmasını istəyir: “Elə həyətlər var ki, meydançaya ot örtüyü döşənib, qol vurmaq üçün təzə qapılar qoyulub. Yıxılırıq, qolumuz, qıçımız sınır. JEK-dən gətirib bir voleybol toru asmışdılar, bir gün qaldı, sabahı gün gəlib söküb apardılar”.
Binanın vəziyyəti də bərbaddır. Sakinlər danışır ki, icra hakimiyyəti guya binada təmir işləri aparıb. Ancaq heç nə dəyişməyib: “Yalandan keyfiyyətsiz rənglə rəngləyib gediblər. Onlar gedəndən sonra rəng də töküldü. Kommunal xətlər çürüyüb, elektrik xətləri açıq qalıb”.
Əvvəl asfalt örtüyü çəkiblər, sonra söküblər
Mingəçevir Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2020-ci ilin layihəsinə görə 111-ci məhəllənin daxili yol və səkiləri əsaslı təmir olunub. Ancaq 2023-cü ilin layihəsinə görə isə kanalizasiya xətlərinin yenidən qurulmasıyla əlaqədar asfalt örtüyü, yol və səkilər təzədən qazılıb. İşlər yekunlaşmadığına görə asfalt örtüyü hələ bərpa olunmayıb.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2024-06_1719509275_4.jpg
Qurumdan deyilib ki, 5 il əvvəl Nizami küçəsindəki 23 nömrəli binanın giriş və fasad hissələri təmir olunub. Binanın birinci giriş hissəsində boyaların pozulmasına səbəb həmin binanın 3 və 6-cı mənzillərinin sanuzel xəttinin su axıtmasıdır. Bu barədə vətəndaşlara xəbərdarlıq olunub.
Uşaq meydançasına gəlincə, qurumdan bildirilib ki, sakinlərin şikayətindən sonra meydançada voleybol toru quraşdırılıb, stadion şüşə qırıntılarından təmizlənib.

Mənbə: Meydan TV
 

Dünyapress TV

Xəbər lenti